Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Qanunsuz uduşlu oyunlar keçirilən daha iki obyekt aşkar olunub


İyun ayının 20-də Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Yasamal rayonu, Naxçıvani küçəsi, 9 ünvanında yerləşən, Əliyev Mehdi Azad oğluna məxsus obyektdə qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunların  təşkil olunduğu aşkar edilmişdir. M.Əliyevin vergi uçotunda olmadığı və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozaraq  qanunsuz sahibkarlıqla məşğul olduğu müəyyən edilmişdir. Vergi əməkdaşları tərəfindən həmin obyektlərdən ümumilikdə 12 ədəd kompyuter dəsti, möhürlər, müvafiq qeydlərin aparıldığı dəftər və bloknotlar, “qara mühasibatlıq” sənədləri götürülmüşdür.

İyun ayının 21-də Nəsimi rayonu, Cavadxan küçəsi, ev 17 ünvanda vergi nəzarəti tədbirləri həyata keçirilərkən Şahmanov Aslan Ömər oğluna məxsus “Qalatasaray” klubunda və  fiziki şəxs Şirinov Kamil Tofiq oğluna məxsus obyektdə qanunsuz mərc (totalizator) oyunlarının keçirldiyi müəyyən edilmişdir. Tədbir zamanı hər iki şəxsin vergi orqanında qeydiyyatdan keçmədiyi, nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi və 1 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Vergi əməkdaşları tərəfindən həmin obyektlərdən onların qanunsuz fəaliyyətini təsdiq edən noutbuklar, kompyuter dəstləri, “qara mühasibatlıq” sənədləri, möhür  və qəbzlər götürülmüşdür.

\Analitik-informasiya şöbəsi

23.06.2012