Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Dünya təcrübəsində Korporativ Sosial Məsuliyyət

XX əsrin 50-60-cı illərində Qərbdə, xüsusilə də Kanada və ABŞ-da iri biznes aləmində korporativ məsuliyyət kimi anlayışlar meydana gəlmişdir. Bu, əsasən firmaların öz işçilərinin sosial problemlərinin həllinə yönəlmiş tədbirlərini, hökumətin proqramlarında yaxından iştirak və aztəminatlı əhali qrupuna xeyriyyə xarakterli yardımların edilməsini ehtiva edirdi. Lakin sonralar 1992-ci ildə Rio-De Janeroda keçirilən Transmilli Korporasiyaların  cəmləşdiyi Dünya İnkişaf Naminə Dünya Biznes Şurasında BMT-nin məcburi qaydalara söykənən sosial cavabdehlik təklifinə əks olaraq, könüllülük əsasında tətbiq olunması məqsədəuyğun hesab edilən  Korporativ Sosial Məsuliyyət(KSM) prinsipləri irəli sürülmüşdür. Məhz bu hadisədən sonra KSM-in biznes aləmində geniş tətbiqinə başlanılmışdır. 2000-ci ildə Lissabon sammitində Avropa Komissiyası tərəfindən “KSM haqqında yaşıl kitab” nəşr edildikdən sonra, 2001-ci ildən Avropada da bu sahənin inkişafının yeni mərhələsi başlandı[1].

Müasir biznes aləmində KSM-in firmada tətbiqinin və bu sahədə işin təşkilinin bir sıra metodları mövcuddur. Təbii ki, bu üsulların əksəriyyəti firmanın KSM məsələsinə nə dərəcədə həssas yanaşmasından asılıdır. Adətən iri şirkətlərdə KSM üzrə fəaliyyəti həyata keçirmək üçün firmanın Direktorlar Şurasında Sosial Məsuliyyət üzrə Komitə yaradırlar. Bəzi hallarda isə KSM üzrə Vitse-Prezident vəzifələri formalaşdırırlar. Buna misal olaraq, Shell, Bp, PetroChina, ENİ S.P.A. və s. kimi şirkətləri misal göstərə bilərik. Belə idarəetmə formasında şirkət çox vaxt KSM-in qarşıya qoyduğu məsələlərə necə həssas yanaşdığını ictimaiyyətə çatdırmağa çalışır. Bu yolla o cəmiyyətdə sosial, ekoloji və bir sıra problemlərin həllində nə qədər çox maraqlı olduğunu göstərməyə, hətta bunun şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğuna ictimaiyyəti inandırmağa çalışır. Təbii ki, nə qədər biznes maraqlarına xidmət etsə də, belə təşəbbüslərin firmada əsaslı şəkildə həyata keçirilməsi təqdirə layiq bir haldır.  Elə şirkətlər də var ki, onlar da KSM üzrə fəaliyyəti marketinq, risklərin idarə edilməsi və ictimaiyyətlə əlaqələr kimi şöbələrin nəzdində təşkil edirlər. Fikrimizcə, KSM üzrə işin şirkət daxilində qurulmasının səviyyəsi onun həcmindən, maliyyə imkanlarından və fəaliyyət sahəsindən çox asılıdır. Belə ki, KSM üzrə işlərin həyata keçirilməsi üçün şirkətin özündə bir sıra islahatların həyata keçirilməsinə ehtiyac yaranır və həmçinin bu istiqamətdə olan tədbirlər gəlir gözləmədən pulların xərclənməsini tələb edir. Bu səbəbdən də maliyyə vəziyyəti zəif olan şirkətlər KSM sahəsində yüksək uğurları əldə etməkdə iri müəsisələrdən geri qalırlar.

Qeyd edək ki, Qərbdə geniş yayılmış KSM təcrübəsi artıq keçən əsrin 90-cı illərinin sonlarından başlayaraq, MDB məkanında da tətbiq olunmağa başlanmışdır. Belə ki, artıq 20 nəhəng Rusiya şirkəti KSM üzrə Beynəlxalq standartlara uyğun işi təşkil edəcəkləri və hər il bu sahədəki fəaliyyətləri barəsində ictimaiyyət üçün hesabatlar təqdim olunacağı barəsində öhdəlik götürmüşdülər. Bunlardan Lukoil, UralSib, Rusal kimi nəhəng şirkətləri göstərə bilərik.

Ümumiyyətlə, Qərbdə geniş tətbiq olunan və artıq MDB məkanında yayılmağa başlayan KSM təcrübəsinin Azərbaycanın yerli sahibkarları arasında da  tətbiq olunmasına maraq artmaqdadır. Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar, Transmilli Korporasiyaların ölkə nümayəndəlikəri və iri yerli şirkətlər artıq bir sıra tədbirlər həyata keçirirlər. Bu kimi qurumlara misal olaraq, Amerika-Azərbaycan Ticarət Palatasını, Azərbaycan İnvestisiyaların və Ticarətin təşviqi Fondunu, Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycan nümayəndələyini, BP Azərbaycan, Ata Holdinq, Statoil Hidro şirkətlərini göstərmək olar.[2]

Qeyd edək ki, Azərbaycanda KSM-in biznesdə tətbiqinin xarakterik xüsusiyyətləri mövcuddur. Belə ki, ölkəmizdə sahibkarlıq münasibətlərinin hələ yeni formalaşdığı bir dövrdə yerli şirkətlər ilə dünyanın qabaqcıl biznes təcrübələrinə yiyələnmiş rəqabətədavamlı müəssisələri arasında bu sahədə də böyük fərq vardır. Bu baxımdan, Azərbaycanda KSM-in tətbiqi imkanlarını təhlil edən zaman ilk növbədə mövcud biznes subyektlərini üç hissəyə ayırmaq və onlara ayrılıqda yanaşmaq daha məqsədəuyğun olardı. Bu səbəbdən Transmilli Korporasiyaları, Müştərək müəssisələri (yerli və xarici iş adamlarının birgə mülkiyyətinə əsaslanan) və yerli sahibkarları (milli sahibkarları) bir-birindən fərqləndiririk. Qeyd edildiyi kimi, KSM sahəsində Transmilli Korporasiyalar demək olar ki, ön sırada gedir və onların bu istiqamətdə böyük təcrübələri vardır. Müştərək müəssisələrə gəldikdə isə, onlarda ortaqların xarici vətəndaşlardan ibarət olması və həmin şəxslərin, qurumların özləri ilə Azərbaycana müasir biznes təcrübələrini gətirməsi KSM sahəsində də bu tip şirkətlərin bir sıra fəaliyyətlər həyata keçirmələrinə və müəssisə daxilində müxtəlif orqanlar formalaşdırmağına geniş imkan yaratmışdır.

Fikrimizcə, Azərbaycanda KSM fəaliyyətinin tətbiqi həm Azərbaycanın daxili bazarının yerli məhsullarla bollaşdırılması, həm də milli məhsulların dünya bazarında geniş yayılmasında böyük rola malikdir.

Atakişiyeva Sevinc Ağamirzə qızı

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədr müavini



[1] www.dis.ru/im/article.shtml?id=3735 - 60k – Корпоративная социальная ответственность и устойчивое развитие: мировой опыт и концепция для РФ. Костин А.Е.,. Опубликован: Менеджмент в России и за рубежом

[2] www.epfound.az csi_e-bulletin