Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
KİVDF Nizami Rayon İcra Hakimiyyəti ilə birgə konfrans keçirmişdir

İyunun 11-də Azərbaycan Respublikasının  Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi  Fondu və Nizami Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı  ilə “Yerli icra Hakimiyyəti orqanları ilə kütləvi informasiya  vasitələri arasında əməkdaşlığın inkişaf  etdirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə  Nizami rayon  ictimaiyyətinin  nümayəndələri və 30  yaxın tanınmış kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər.
Yığıncaq iştirakçılarını salamlayan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbir iştirakçılarına konfransın mahiyyəti barədə  məlumat vermişdir. Bu cür tədbirlərin ənənə halını aldığını söyləyən  icra başçısı artıq ötən il rayonda belə bir konfransın keçirildiyini diqqətə çatdırmışdır.
 Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun fəaliyyətindən söz açaraq bildirib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr icra edib.  Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov öz növbəsində Fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyətini  qeyd edib. Onun sözlərinə görə ölkədəki dinamik sosial-iqtisadi inkişaf  Nizami rayonundan da yan keçməyib. Eyni zamanda son illər aparılan işlərin nəticəsi olaraq rayonda bəzi problemləri aradan qaldırmaq mümkün olub. Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir. “525-ci qəzetin” baş redaktoru Rəşad  Məcid və digər iştirakçılar etdikləri çıxışlarda icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.
Fondun icraçı direktoru Vüqar Səfərli Fondun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında “Nizami rayonunun sosial-iqtisadi inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan etmişdir. Eyni zamanda, belə bir konfransın keçirilməsinə verdiyi dəstəyə görə Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, o cümlədən rayon ictimaiyyətinin nümayəndələrinə minnətdarlığını bildirmişdir.