Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 Daxili audit: reallıqlar və perspektivlər (Beynəlxalq konfrans)

Səbuhi GÜLMƏMMƏDOV,

Azərbaycan Respublikası Auditorlar

Palatasının Kadr hazırlığı, xarici

əlaqələr və nəşriyyat idarəsinin rəisi

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il  29 iyun tarixli Fərmanı ilə qüvvəyə minmiş “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə daxili auditin təşəkkülü və inkişafı sahəsində mühüm əhəmiyyət kəsb etməklə bərabər, xarici ölkələrdə dərin maraq doğurmuş və beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Şəffaflığın artırılması sahəsində möhtərəm Prezidentimizin kursuna dəstək məqsədilə, Azərbaycan İqtisadçılar İttifaqı, Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyası (ECIIA), Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Universiteti və “Audit-Azərbaycan İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2012-ci ilin 03-04 may tarixlərində “Daxili audit: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilmişdir. Konfransın işində iştirak etmək üçün Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyasının İdarə Heyətinin üzvü xanım Kristina Bernotayte 2012-ci il 02-05 may tarixlərində Bakıda işgüzar səfərdə olmuşdur.

Konfransa başlamamazdan əvvəl tədbir iştirakçıları mayın 3-də “Fəxri xiyaban”a gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülmüşdür.

Konfransı giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Universitetinin professoru Akif Musayev, Azərbaycan İqtisadçılar İttifaqının vitse-prezidenti Elşad Səmədzadə və Avropa İttifaqının Аzərbaycan Respublikasındakı nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəisi Federiko Berna araq, əvvəlcə iştirakçıları salamladılar və sonra “Daxili audit: reallıqlar və perspektivlər” mövzusunun əhəmiyyətindən və vacibliyindən danışdılar.

Tədbirdə xarici qonaqla yanaşı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Şirkətinin, Mərkəzi Bankın, Hesablama Palatasının, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, BP-nin (British Petroleum), “Azərenerji” ASC-nin, “Bakıelektrikşəbəkə” ASC-nin, “Azərbaycan Sənaye Sığorta” ASC-nin və “Unibank” ASC-nin nümayəndələri iştirak etmişr.

Konfransda daxili auditin iqtisadi inkişafda və şəffaflığın artırılmasında rolu, onun qarşısında duran problemlər, beynəlxalq təcrübə nəzərə alınmaqla daxili auditin genişləndirilməsi, maarifləndirmə və əməkdaşlıq üzrə 20-dən artıq məruzə dinlənilmiş və onların ətrafında müzakirələr aparılmışdır.

Tədbirin gedişi KİV-də geniş işıqlandırılmışdır.

Konfransın 2-ci günü mayın 4-ü Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyası (ECIIA), Azərbaycan Respublikasının Auditorlar Palatası və “Audit-Azərbaycan İnstitutu” İctimai Birliyi arasında daxili auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılmışdır.

Konfransın nəticələrinə dair hazırlanmış tövsiyələr yaxın vaxtlarda müvafiq qurumlara təqdim ediləcəkdir.

Hesab edirik ki, beynəlxalq və yerli tərəfdaşların təşkilatçılığı ilə belə tədbirlərin birgə keçirilməsi əlaqələrin daha da genişləndirilməsinə, problemlər və onların həlli yollarında peşəkar fəaliyyətimiz zamanı faydalı olacaqdır.

Sonda konfransda məruzə edilən çıxışların bir neçəsini tezis şəklində oxucularımıza təqdim edirik.