Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

ARDNŞ və onun struktur bölmələrində daxili auditin təşkili işi

 Əli-Heydər Süleymanov,

Azərbaycan Respublikası Dövlət

Neft Şirkətinin Audit departamentinin rəisi

Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanda daxili auditin tətbiqi zərurəti ilk dəfə olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş və 2007-ci il 22 may tarixdən qüvvəyə minmiş “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən və məcburi auditin obyekti olan təsərrüfat subyektlərində daxili auditin yaradılması ilə başlanılmışdır.

Müasir iqtisadi münasibətlər şəraitində istehsal proseslərinin daha da genişləndirilməsi, bu sahələrə nəzarətin artırılması, baş vermiş hər hansı bir çatışmazlığın aradan qaldırılmasına köməklik göstərilməsi, maliyyə sabitliyinin qorunub saxlanılması, idarəçiliyin keyfiyyətinin yüksəldilməsi, müəssisə və təşkilatın fəaliyyətində risklərin aradan qaldırılması, azaldılması və idarə olunması üzrə qərarların qəbul edilməsi üçün Şirkət rəhbərliyinin vaxtında məlumatlandırılması və işgüzar tərəfdaşların etibarının qazanılması ARDNŞ üçün böyük əhəmiyyət kəsb etdiyindən və “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində daxili audit siyasətini və strategiyasını müəyyən etmək, daxili audit planlarını təsdiq etmək, daxili audit fəaliyyətinə nəzarət etmək, nəzarət sisteminin təkmilləşdirilməsinə dair tövsiyələr vermək, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair Şirkətin müvafiq idarəetmə orqanına təkliflər vermək, şirkətdə və onun struktur bölmələrində maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirmək və s. məqsədlərlə Audit Komitəsi yaradılmışdır

  ARDNŞ-də daxili audit xidmətinin həyata keçirilməsi üçün Audit Departamenti yaradılmış və Departament öz fəaliyyətində “Daxili Audit” haqqında Azərbaycan Respublikası qanununu, ARDNŞ-nin nizamnaməsini, Audit Komitəsinin qərarlarını, ARDNŞ-nin Daxili Audit Siyasətini, Şirkətin digər normativ-hüquqi aktlarını və Audit Departamentinin Əsasnaməsini rəhbər tutur. Şirkətin daxili audit xidmətinin təşkil edilməsinə məsul olan və Şitkətin Prezidenti tərəfindən vəzifəyə təyin edilən Audit Departamentinin rəisi öz işinin təşkilinə görə Şirkətin Prezidenti və Audit Komitəsi qarşısında məsuliyyət daşıyır.

 ARDNŞ-də daxili audit funksiyasını təşkil etmək, daxili auditin tövsiyə olunan məzmununu və metodoloji əsaslarını göstərmək üçün “Pricewaterhouse Coopers“ Şirkəti tərəfindən ARDNŞ üçün “Daxili Audit Metodologiyası” işlənilib hazırlanmışdır.

Daxili Audit Departamentinin rəisi ARDNŞ-nin DAD-nin işçiləri sırasından risklərin qiymətləndirilməsinin keçirilməsinə və bütövlüklə Şirkət üzrə illik audit planının tərtib edilməsinə görə cavabdeh olan Kuratoru təyin edir.

 Daxili auditin illik risk- yönümlü planlaşdırılması prosesində hər bir audit obyektinin biznes prosesləri, fəaliyyətləri və onlarla bağlı ən əhəmiyyətli risklər qiymətləndirilməklə və Şirkət rəhbərliyinin müəyyən etdiyi vəzifələr və problemlər nəzərə alınmaqla tərtib edilir. Şirkətin strategiyasında və əməliyyat fəaliyyətində baş vermiş son dəyişiklikləri əks etdirmək üçün auditlərin illik planlaşdırılması prosesi risklərin qiymətləndirilməsinə və onların Şirkətin fəaliyyətinə və məqsədlərinə mümkün təsirinə əsaslanır. Auditlər planının keyfiyyətcə tərtib edilməsinin əsas məqamı Şirkət rəhbərliyinin müəyyən etdiyi məsələlərin və problemlərin metodikada nəzərdə tutulduğu kimi plana daxil edilməsidir.