Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərenerji ASC-də daxili auditin təşkili və problemlər

 Ramiz Qarayev,

Azərenerji” ASC-nin Maliyyə-

iqtisadiyyat idarəsinin rəisi

Son zamanlar baş verən proseslər həm dövlət, həm də xüsusi sektorda işləyən personalın işinə sivil nəzarətin təşkilini zəruri etmişdir. Azərbaycanda elmi-texniki nailiyyətlərin, texnoloji innovasiyaların tətbiqi sahəsində öndə gedən bir qurum kimi “Azərenerji“ ASC həm texniki-iqtisadi və ekoloji,  həm də idarəetmə sahəsində mövcud olan yenilikləri uğurla tətbiq etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 29 iyun tarixli Fərmanı ilə qüvvəyə minmiş “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərenerji ASC-də  daxili audit qurumu yaradılmış və fəaliyyət göstərməyə başlamışdır.

Bu əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatının inkişafı, dünyanın iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, müəssisə və təşkilatlarda idarəetmənin səmərəliliyinin yüksəldilməsi beynəlxalq standartlara əsasən müstəqil, obyektiv, təminatverici və məsləhətverici fəaliyyətin – daxili auditin təşkilinə və həyata keçirilməsinə tələbatı artırdı. Bununla əlaqədar olaraq, MDB məkanında ilk dəfə olaraq Auditorlar Palatasının təklifləri əsasında işlənib hazırlanmış “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin təqdimatı əsasında 2007-ci il mayın 22-də Milli Məclis tərəfindən qəbul edilmiş, Nazirlər Kabinetinin qərarı ilə “Daxili audit haqqında” Qanunun məcburi auditin obyektləri üzrə mərhələlərlə tətbiqi müddətləri müəyyənləşdirilmişdir.

Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 29 iyun 2007-ci il tarixli Fərman imzalanmışdır.

“Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi ilə əlaqədar “Azərenerji” ASC-nin strukturunda Audit şöbəsinin  yaradılması ilə bağlı “Azərenerji” ASC-nin prezidenti cənab Etibar Pirverdiyev tərəfindən 28.02.2008-ci il tarixli əmr imzalanmışdır.

Audit şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Respublika Prezidentinin və Nazirlər Kabinetinin qərarlarını, sərəncamlarını və digər qanunvericilik aktlarını, düzgünlük, obyektivlik, məxfilik və peşəkar səriştəlik kimi auditor fəaliyyətinin təməl prinsiplərini, Cəmiyyətin Nizamnaməsini, Səhmdar Cəmiyyətin prezidentinin əmr və göstərişlərini, təsdiq olunmuş Əsasnaməni rəhbər tutur.

“Azərenerji” ASC-nin prezidentinin əmri ilə “Regional Enerji Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin Audit şöbələri və Enerji Təchizat İdarəsinin İstehlaka və istismara nəzarət şöbəsi ləğv edilərək funksiyaları Səhmdar Cəmiyyətinin idarə aparatının Audit şöbəsinə verilmişdir.

“Elektrik enerjisinin istehsalının, ötürülməsinin, təchizatının təkmil­ləşdirilməsi və ötürülən enerjiyə pilləli nəzarətin gücləndirilməsi məqsədilə “Azərenerji” ASC-nin prezidentinin 20.05.2009-cu il tarixli, AÜ/111 saylı əmrinə əsasən  audit şöbəsi “Azərenerji” ASC üzrə audit funksiyasını həyata keçirən Enerjinəzarət İdarəsinin tərkibinə verilmişdir. Enerjinəzarət İdarəsi “Azərenerji” ASC-nin prezidentinin 05.01.2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən yaradılmışdır. Hal-hazırda “Azərenerji” ASC-nin Enerjinəzarət İdarəsi faktiki olaraq ASC-nin iqtisadi, texniki və idarəetmə sahələrinin daxili auditini həyata keçirən  audit qurumu kimi fəaliyyət göstərir. İdarənin tərkibində fəaliyyət göstərən maliyyə təsərrüfat fəaliyyətinin auditi şöbəsi isə bilavasitə müəssisələrimizin maliyyə təsərrüfat fəaliyyətinin daxili auditini aparır. Daxili audit şöbəsinin bu sahədə işi təkcə pozuntuların qeydə alınması və onların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi ilə məhdudlaşmır. O, aşkara çıxarılmış kənarlaşmaların səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, yoxlanılan obyektdə işlərin yaxşılaşdırılması üçün konkret təklif və tövsiyələr verir.

Müvəffəqiyyətlərlə yanaşı problemlər də vardır.

Son illərdə  “Azərenerji” ASC-nin beynəlxalq miqyasda işgüzar nüfuzunun artması ölkəmizin elektroenergetikasının müvəffəqiyyətlə yenidən qurulmasının və bu sahənin səmərəli idarə edilməsinin bilavasitə nəticəsidir.