Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Qaxda aqrar bölmədə yüksək dinamika qorunub saxlanılır
 
 
Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları həyatımızın  bütün sahələrində real təcəssümünü  tapmışdır.
Son 16 ildə qazanılan uğurların miqyası  çox böyükdür. Həm də bu illər ərzində bütün sahələrdə yüksək  dinamika qorunub saxlanılmışdır. Bu mənada 2019-cu ili də  uğurlu il saymaq olar. Belə ki, cari ilin  altı ayı ərzində kənd təsərrüfatında 13 faiz, bitkiçilik məhsullarının istehsalında 25 faiz artım əldə olunub, Cənab prezidentin təbirincə desək, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, texniki-innovatik yeniliklərin tətbiqi öz  nəticəsini verib. İqtisadi artım və  inkişaf dinamikası Qax rayonundan da  yan keçməyib. Belə ki, 2019-cu  ilin ötən  dövrü ərzində  bitkiçilik və  heyvandarlıq məhsullarının istehsalında yüksək dinamikanın təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilmiş, ötən müddət ərzində 4684 hektar sahədə yazlıq bitkilərin,  o cümlədən 999 hektar sahədə yonca, 392 hektar sahədə tərəvəz, 290 hektar sahədə vələmir, 191 hektar sahədə bostan, 321  hektar sahədə kartof, 1720 hektar  sahədə dinamik qarğıdalı əkini aparılmışdır.
Rayonun ərazisində ümumilikdə 165,6 hektar sahədə yeni fındıq bağları salınıb. Qax rayonu üçün ənənəvi  əkin növü sayılan tütünçülük və   baramaçılığın inkişafına xüsusi diqqət yetirilib, hər iki sahənin dirçəldilməsi üçün  davamlı zəruri tədbirlər həyata keçirilir.
Cari təsərrüfat ilində tütünçülüklə məşğul olan təsərrüfat subyektləri tərəfindən 455,6 hektar sahədə ətirli “Virciniya”, 19 hektar sahədə “Berley” və  17 hektar sahədə digər tünün  növləri olmaqla cəmi 181,6 hektar  bütün tikinti aparılır. İndiyədək  1000 tondan artıq yaşıl tütün yarpağı  tədarük olunaraq rayonun istehsal və emal müəssisələrinə göndərilib. Tütün tədarükü davam edir. Aqrar sahə üzrə müəyyən  olunan  strateji yol xəritəsində  baramaçılığın inkişafı da üstün mövqeyə çıxarılıb. Bu il Qax  rayonunda ötən ildəkinə nisbətən 4,5 ton çox  olmaqla 29,8 ton yüksək keyfiyyətli  barama istehsal olunub.
Cari ildən etibarən rayonda damazlıq barama istehsalına  başlanılıb ki,  nəticə etibarilə 2,5 ton elit məhsul tədarük edilib.  Kümçülərə damazlıq barama istehsalına görə 107,4 min manat vəsaitin ödənilməsi, istehsal təyinatlı baramanın hər  kiloqramına görə 5 manat olmaqla  134,3 min manat  subsidiyanın  verilməsi təmin olunub ki, bu da  fermerlərdə əlavə stimul yaradıb.
Məlumat üçün deyək ki, cari ildə respublika üzrə 1,2 milyon hektarda taxıl əkilib. Qax rayonunda da taxılçılığa diqqət xeyli artırılıb. Belə ki, bu il rayonda  payızlıq əkin sahələrinin 4991 hektarında  dəmirçilər və ambrioziyaya qarşı  kimyəvi mübarizə tədbirləri aparılıb, 758 hektar qarğıdalı sahəsində gövdə kəpənəyinə qarşı mübarizə tədbirləri görülüb. Nəticədə 2019-cu ilin məhsulu üçün  əkilmiş 13 min 815 hektar payızlıq taxıl,  o cümlədən 10 min 934 hektar buğda,  2881 hektar arpa sahələrində biçin  uğurla başa çatdırılıb, 33 min 622 ton  buğda, 7521 ton arpa məhsulu olmaqla cəmi 41 min 143 ton payızlıq dən istehsal olunub. Payızlıq  dənin orta məhsuldarlığı 29,8 sentner təşkil edib. Bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki, yazlıq və payızlıq  əkinə görə 2830 nəfər sahibkarlıq subyektinə 1 milyon 207 min manat yardım verilib.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişafının təmin edilməsinə zəmin yaradan və bu sahənin uzunmüddətli inkişafına gətirib çıxaran mühüm amillərdən  biri  cins  maldarlığın inkişafı və dirçəldilməsi ilə  bağlıdır. Qax rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Belə ki,  cari ilin altı ayı ərzində ötən ilin eyni  dövrü ilə müqayisədə ət istehlakı 2,9 ton   artaraq 13427,9 tona, süd istehsalı  38,1 tondan  7265,6 tona, yumurta istehsalı  26 min ədəddən 4 milyon 158 min ədədə  çatdırılıb. Rəqəmlərə  baxdıqda çox  ciddi artımın olduğu göz önünə gəlir. Müvafiq müddət ərzində 5 özəl  inqibatorda 400 mindən artıq cücə çıxarılaraq əhaliyə satılıb.
Mövcud mal-qaranın saymazlığının qorunması, əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin  olunması üçün epizoologiya tədbirləri vaxtında və uğurla icra olunub. Hazırda müalicə və profilaktika tədbirləri davam  etdirilir. Yuxarıda da deyildiyi kimi, Qax rayonu üçün ixracyönümlü kənd təsərrüfatı məhsulları sırasında  tütünçülük xüsusi yer tutur. Bu, hər şeydən əvvəl, onunla  faydalıdır ki,  tütünçülük gəlirli sahədir. Odur ki, tütün istehsalına maraq  ildən-ilə artır. Fermerlərin bugünkü  fəaliyyətinə və qazandıqları nəticələrə diqqət  yetirdikdə hər şey açıq-aydın görünür.   Rayonda 10-15 hektar sahədə tütün əkini aparan və bol məhsul götürən fermerlərin sayı  az deyil, lakin bəzi çətinliklər hələ də qalmaqdadır.  Tütünün becərilməsi və  qurudulması hələ tam yüksək texnoloji  vəziyyətə  gətirilməyib. Bu da  sovet  sistemi dağıldıqdan sonra bir çox digər  strateji sahələrə, o cümlədən tütünçülüyə  diqqətin azalması ilə izah olunmalıdır.
Fermerlər inanırlar ki, dövlətimizin diqqət və qayğısı nəticəsində qısa müddət ərzində bu problemlər aradan qaldırılacaq. Sözsüz ki, rayonda findıqçılıq da prioritet sırada özünə yer alıb. Son illər bağlar genişləndirilir, aqrotexniki qulluq tədbirlərinin keyfiyyəti yaxşılaşır ki, bütün bunlar da məhsul istehsalına müsbət təsir  göstərməyə bilməz.
Bundan başqa, taxılçılıqda, tərəvəzçilikdə, bostançılıqda yeni texnologiyaların tətbiqinə başlanılıb ki, bu da həm məhsuldarlığın yüksəldilməsinə, həm də  keyfiyyətin yaxşılaşdırılmasına öz təsirini göstərib.
Qax rayonunda, eləcə də respublikamızın hər bir bölgəsində həyata keçilən sosial-iqtisadi tədbirlər nəticədə Azərbaycan vətəndaşının sosial müdafiəsinə yönəldilib. Son bir ildə ölkəmizdə 2 milyon yeni iş yerinin yaradılması, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə müvafiq dövlət  proqramlarının icrası nəticəsində yoxsulluq səviyyəsinin 49 faizdən 4,9 faizə, işsizlik səviyyəsinin 5 faizə endirilməsi bunun bariz təcəssümüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə danışarkən demişdir: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri gündəlikdən çıxarmaqdır,  insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli  dövlət qurmaqdır.  Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət  aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də  regional əməkdaşlıq  təşəbbüsləri ilə çıxış edirik”. Göründüyü kimi, dövlətimizin başçısı Azərbaycan vətəndaşına daim diqqət və qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial probleminin  həllini hər zaman əsas vəzifə kimi görür və  bu istiqamətdə məqsədyönlü, davamlı tədbirlər həyata keçirir. Məhz bunun nəticəsidir ki, rayonların sosial-iqtisadi  inkişafına dair üç mərhələ dövlət proqramlarının icrası nəticəsində 15 min kilometr avtomobil yolu salınıb, 31 yeni elektrik stansiyası  inşa olunub, 4 böyük su anbarı tikilib, ölkə üzrə təbii qaz təminatı 95 faizə qaldırılıb, 15 “ASAN” xidmət mərkəzi,  minlərlə istehsal və emal müəssisəsi, 44 olimpiya kompleksi, 17 aqropark fəaliyyətə başlayib, 3200-dən çox məktəb əsaslı təmir olunub və ya yenidən  tikilib, 640 tibb məntəqəsi inşa edilib və yenidən qurulub. Cari ilin əvəlindən ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak  tələblərinə uyğun artırılması və identikləşdirilməsi, əhalinin gəlirlərinin bazar qiymətlərinə uyğunlaşdırılması, aztəminatlı insanların, xüsusi kateqoriyadan olan əhali qrupunun, minimum əməkhaqqının artırılması üzrə konkret və ünvanlı tədbirlərin görülməsi hər bir vətəndaşın  sosial vəziyyətinə öz müsbət təsirini göstərib. Əhalinin kredit borclarının silinməsi və yeni qaydalarda ödənişlərin təmin edilməsi az qala ölkə  əhalisinin 30 faizdən çoxunu əhatə edib, minlərlə insanın üzləşdiyi problemin çözülməsinə imkan yaradıb. Statistik rəqəmləri çəkməklə demək istədiyimiz budur ki,  həqiqi və yüksəliş dalğası respublikamızın  hər bir şəhərini, kəndini, qəsəbəsini, yaşayış məntəqəsini əhatə edib. Bu  həlqədə Qax  rayonunun yeri və rolu parlaq şəkildə görünür.
 
Zülfü İLYASOV,
bölgə müxbiri