Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

BDU 100 ilin  zirvəsində

 

100 illik tarixin zirvəsinə çata bilmək bir universitet üçün heç də asan iş deyil. Xüsusilə öz müstəqilliyinə gec qovuşmuş bir ölkədə. Lakin müstəqilliyə qovuşduğu andan təhsil meydanına atılmış ölkəmiz bu il 100-cü yaşını qeyd edəcək bu ali təhsil ocağı ilə də özünün təhsilə, elmə, fikir, düşüncə sahiblərinə nə qədər önəm verdiyini bir daha sübut etdi. Təbii ki, Bakı Dövlət Universitetinin də ölkədə həyata keçirilən bu işdə heç də az rolu olmadı. 100 il ərzində onun qazandığı nailiyyətlər, fəth etdiyi zirvələr bu gün bir əsrlik yaşını qeyd edən universitetin tarixində fəxrli günlər, anlar kimi qalır. 100 il ərzində BDU bir çox ilklərə imza atdı – 1919-cu il sentyabrın 1-də parlament tərəfindən ölkənin ilk universiteti olaraq fəaliyyətə başladı, açıldığı zaman 2 fakültədən - tibb və tarix-filologiya ibarət olan universitetdə 1922-ci il martın 30-da Şərq fakültəsi açıldı, sonra yeni fakültələr fəaliyyətə başladı, 1945-ci ildə universitetin bazası əsasında Azərbaycan Elmlər Akademiyası (indiki AMEA) yaradıldı...  Düşünürəm ki,  “100 ilin zirvəsində” başlığı altında yazılacaq bir çox məqalələrdə daha çox bu məsələlərə yer veriləcək, BDU-nun bu fəxr və qürur dolu səhifələri təkrar-təkrar vərəqlənəcək, 100 illik tarixi ərzində keçdiyi yola nəzər salınacaq. Ona görə də mən öz məqaləmdə qısa da olsa sırf 100 il ərzində tarix yazmağı bacarmış, zirvələr fəth etmiş fatehlərin, universitetin məzunu olmuş dahi şəxsiyyətlərin bu universitetlə əlaqələrindən, fikir və təəssüratlarından söz açmaq istərdim.
Təbii ki, Bakı Dövlət Universiteti deyildikdə, ilk olaraq ağıla universitetin dünya şöhrətli məzunu Heydər Əliyev gəlir. Böyük alimlər, ziyalılar yetirmiş universitetin ən görkəmli məzunu məhz Heydər Əliyevdir. Daim universitetlə sıx əlaqələr saxlayan, öz qayğı və diqqətini əsirgəməyən bu dahi şəxsiyyət hər zaman BDU məzunu olması ilə fəxr etdiyini də dilə gətirmişdir: “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”.
 Universitet tarixinin ən şanlı səhifələrinin yazılması, onun daha da zənginlənləşməsi, istər elmi, istərsə də maddi-texniki bazanın möhkəmləndirilməsi, professor-müəllim heyətinin sosial problemlərinin həll edilməsi, təhsilə daha çox diqqət göstərilməsi sahəsində ən böyük nailiyyətlər də elə ümummilli liderin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin öz fəaliyyəti dövründə 4 dəfə universitetin yubiley tədbrilərinin təşkilini həyata keçirməsi də onun bu ali təhsil ocağına dərin diqqət və qayğısından irəli gəlirdi. “Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Bakı Dövlət Universitetində inkişaf etdirilmişdir”, - deyən ümummilli lider, eyni zamanda, bildirmişdir ki, “Bakı Dövlət Universiteti Azərbaycanda ali təhsil sisteminin yaradılmasında, demək olar ki, liderlik etmiş və bu təhsil ocaqlarına, necə deyərlər, analıq, atalıq etmişdir”.
Universitetin görkəmli məzunlarından biri də kimya elminin sistemli inkişafında mühüm rol oynamış Yusif Məmmədəliyevdir.  BDU-nun məzunu olmuş bu görkəmli akademik Azərbaycan milli kimya məktəbinin yaranmasında çox mühüm rol oynamışdır. Ölkəmizdə çoxsaylı elmi mərkəz və laboratoriyaların, elmi-tədqiqat institutlarının və təhsil müəssisələrinin  yaradılması dərin elmi biliyə malik bu böyük şəxsiyyətin xidmətləri sayəsində mümkün olmuşdur.
Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində mühüm rol oynayan əməkdar elm xadimi, akademik Həsən Əliyev də Bakı Dövlət Universitetinin məzunlarındandır. Ali və orta ixtisas məktəblərində işləmək üçün ekoloq və ətraf mühiti mühafizə üzrə ixtisaslaşmış kadrların hazırlanmasına xüsusi diqqət ayıran akademik Azərbaycanda Ətraf mühiti mühafizəyə dair ilk kafedranın (1980) Bakı Dövlət Universitetində açılması ideyasını da irəli sürmüşdür. Bu istiqamətdə əsas təşəbbüs göstərənlərdən olan Həsən Əliyev həmin kafedrada xüsusi kurs üzrə mühazirələr oxumuş, hətta bu mühazirələrə görə verilən zəhmət haqqını da almamışdı.
Həyatının 50 ilini doğma BDU ilə bağlayan dahi şair Bəxtiyar Vahabzadə də universitetin görkəmli məzunları sırasındadır.  Xalqın dərin sevgisini qazanmağı bacaran şairə dərin sevginin təzahürü olaraq BDU-da Bəxtiyar Vahabzadə adına təqaüd də təsis olunub. 
BDU tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdən biri Azərbaycan milli-mətbuatında öz dəsti-xətti və fəaliyyəti ilə məktəb yaradan Nəsir İmanquliyevdir.  Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayan, milli mətbuat tarixində özünün jurnalistika məktəbini yaradan alim-publisist ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmişdir.  O, ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demiş, milli kadrların hazırlanmasında mühüm rol oynamış, bir sıra ixtisas kurslarının yaradıcısı olmuşdur.
Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev də onun görkəmli məzunlarındandır.  Düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən və qoruyan şəxsiyyət olan professoru hər kəs daha çox dillər əzbəri olan bu kəlamı ilə xatırlayır: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir".
Azərbaycanın görkəmli alimi və ictimai xadimi Şəfaət Mehdiyev isə BDU-nun məzunu olmaqla bərabər,   həm də vaxtilə onun rektoru olmuşdur. Onun rektor olduğu illər universitet tarixində milli kadrların yetişməsi mərhələsi kimi tarixə düşmüş, universitetdə təhsilin keyfiyyəti yüksəlmiş, elmə maraq artmış, tələbələrə qayğı çoxalmışdır.
Bakı Dövlət Universiteti məzunu olmaqla adını bu universitet ilə qoşa yazdıran daha bir çox görkəmli şəxsiyyətlər var ki, onlara Fərəməz Maqsudov, Abdulla Qarayev, Ziya Bünyadov, Aida İmanquliyeva, Həsən Abdullayev, Xudu Məmmədov, Əlisöhbət Sumbatzadə, Əşrəf Hüseynov, Murtuza Nağıyev, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mirəli Qaşqay, Cəfər Xəndan Hacıyev, Firudin Köçərli və başqalarını nümunə göstərmək olar. Lakin bu görkəmli BDU məzunlarının sonrakı fəaliyyəti sırf universitet ilə bağlı olmasa da, onlar elmin fərqli sahələrində  əsaslı nailiyyətlərə imza atmış, Azərbaycan elminin tarixinə öz adlarını yazdırmağı bacarmışlar.
    Bu gün minlərlə tələbənin təhsil aldığı Bakı Dövlət Universiteti öz nailiyyətlərini artırmağa, universitetin adını ucaldacaq yeniliklərə imza atmağa davam edir. Əminəm ki, daha bir əsri geridə qoyarkən bu gün universitetdə təhsil alan tələbələrin bir çoxunu bu gün görkəmli məzunlar olaraq adını yazdırmağı bacarmış dahi şəxsiyyətlərlə bir anacağıq. Çünki 100 ilin zirvəsinə çatmağı bacarmış bir universitetin daha neçə alimlər, akademiklər, professorlar yetişdirəcəyinə heç bir şübhə yoxdur.
 
Mətanət Hüseynova