Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanda iqtisadi-problemlərin həllinə yeni elmi yanaşma üsulu

 

İqtisadi problemlərin həlli ilk növbədə, ona elmi yanaşmanı tələb edir. Yaxşı işlənilmiş elmi yanaşma üsulu olmasa, istənilən problemin həlli təcrübi cəhətdən əhəmiyyətli ola bilməz.
Mövcud ədəbiyyatlarda elmi yanaşma üsulları adətən idarəetməyə aid edilir. Bu yanaşmalar eyni zamanda iqtisadi strateji problemlərin həllinə də aiddir. Odur ki, strateji problemlər həll edilərkən elmi yanaşmalardan geniş istifadə edilməlidir.
Strateji yanaşma üsullarının sayı 10-dan çoxdur.
İlk dəfə tanınmış alim R.A.Fatxutdinov tərəfindən 13 elmi yanaşmanın təsnifatı verilmişdir. Təsnifata aid olan elmi yanaşma üsulları aşağıdakılardır: sistemli yanaşma; marketinq yanaşması; funksional yanaşma; geniş təkrar istehsal baxımından yanaşma; normativ yanaşması; kompleks yanaşma; inzibati yanaşma, davranış yanaşması; situasiyalı (vəziyyət) yanaşma.
Yeri gəlmişkən qeyd edək ki, bu yanaşmaların 4-5-dən geniş istifadə olunur. Təcrübədə qeyd edilən yanaşmalardan fərqli olan elmi yanaşma üsullarından da istifadə edilir.
Buna misal olaraq – “bir strateji problemin həllinin digər strateji problemin (problemlərin) həllinə dəstək verməsi” yanaşmasını göstərmək olar.
Bu yanaşmadan Sumqayıt Karbamid Zavodunun yaradılmasının planlaşdırılmasında müvafiq plan təşkilatlarımız uğurla istifadə etmişlər. Burada biz qeyd edilən elmi yanaşmanın açıqlamasını verəcəyik.
Karbamid Zavodunun məhsulu kənd təsərrüfatında istifadə edilən gübrədir. Əvvəllər bu məhsul xaricdən idxal olunurdu. Zavod işə salındıqdan sonra artıq gübrə istehsalına olan tələbatımız öz yerli istehsalımız hesabına ödənilir. Yəni, ölkəmizə idxal olunan məhsul yerli istehsalla əzəv edilir.
Ölkəmiz regionda ən çox təbii qaz ixrac edəndir. Məlumdur ki, xammal hesab edilən qazın ixracına Azərbaycan hökuməti respublikamızın ağır günlərində məcbur olmuşdur.
Azərbaycanın strateji problemlərindən biri – “xammal-material ixrac edən ölkədən, bu xammalın emalı nəticəsində alınan məhsulların ixracatçısına keçməkdir”.
Karbamid istehsalının əsas xammalı təbii qazdır. Bu zavodun istehsalının xaricə ixracı təxminən onun istehsal gücünün 70%-dən çoxdur. Bu isə yuxarıda qeyd etdiyimiz problemin həllinə qismən dəstək verir.
Eyni zamanda respublikamızın idxal-ixrac balansı ölkəmizin xeyrinə yaxşılaşır.
Azərbaycanda həll edilən dünyəvi problemlərdən biri “ərzaq təhlükəsizliyi”dir. Məlumdur ki, ölkəmizdə tütünçülüyün, pambıqçılığın, üzümçülüyün və digər bitkiçilik sahələrinin inkişaf etdirilməsilə əlaqədar olaraq ərzaq məhsulları istehsalı altında olan torpaq sahələri nisbətən azalacaqdır. Yuxarıda qeyd etdiyimiz problemin həlli ərzaq məhsulları istehsalı altında olan torpaqların məhsuldarlığının yüksəldilməsidir. Buna dəstək isə Karbamid Zavodunun istehsal etdiyi gübrədir. Məhz bunun hesabına ölkəmizin ərzaq təhlükəsizliyi qismən həll ediləcəkdir.
Ölkəmizdə həll edilən strateji problemlərdən digəri “regionların qeyri-bərabər inkişafının aradan qaldırılması”dır.
İstifadəyə verilən Karbamid Zavodu Abşeron rayonunda bu problemin həllinə qismən dəstək verəcəkdir. Respublikamızda “işsizliyin aradan qaldırılması” ən vacib problemlərindəndir. Yuxarıda biz Sumqayıt Karbamid Zavodunun yaradılmasının planlaşdırılmasında – “bir strateji problemin həllinin digər strateji problemlərin həllinə dəstək verməsi” elmi yanaşmasından istifadə edilməsinin vacibliyini, üstünlüyünü və əhəmiyyətliliyini qeyd etdik.
Yüksək səviyyəli mühəndis-texniki işçilər öz sahələrində deyil, başqa sahələrdə işləməyə məcbur olmuşlar, bir qismi isə işsizliyə məruz qalmışlar. Onların əksər hissəsinin işlə təmin olunmasına Karbamid Zavodunun işə salınması dəstək vermişdir.Sumqayıt şəhərində yerləşən zavodların əksəriyyəti sabiq SSRİ dağıldığı dövrdə fəaliyyətlərini dayandırmışlar. Zavodların bağlanması ilə əlaqədar olaraq Sumqayıt şəhərində yaşayan əhalinin işsizlik problemi yaranmışdır.
Azərbaycanda öz həllini gözləyən olduqca əhəmiyyətli, tərəfimizdən təklif edilən dörd problemin həllində qeyd edilən elmi yanaşmadan istifadənin üstünlüklərini göstərək:
1. Kür çayı yağmurlu mövsümdə öz məcrasından çıxaraq bir sıra fəsadlar törədir: ətrafındakı tarlaları məhv edir, körpüləri dağıdır, bataqlıqlar yaradır və s. Fəsadlar əsasən ölkəmizin Aran rayonlarını tutur. Bu fəsadların qarşısını almaq üçün Aran rayonlarında Kür çayı boyunca müəyyən su anbarları tikmək lazımdır. Çayın daşmasının baş verməsi proqnozlarına uyğun olaraq çayın su tutumundan artıq ola biləcək suları həmin su anbarlarına yönəltmək lazımdır. Bu problemin həlli eyni bir mərkəzdən idarə edilməlidir.
Fəsadların qarşısının alınması başqa bir problemin həllinə - Aran rayonlarında suvarmaya olan ehtiyacın ödənilməsinə dəstək verəcəkdir.
2. Respublikamızda alternativ enerji mənbələrindən istifadə edilməsi ən vacib problemlərdəndir.
Xəzər dənizi ətrafında külək və günəş enerjisindən istifadə etməyə geniş imkanlar vardır. İqlim şəraiti də buna yol verir. Eyni zamanda Xəzərətrafı yerlərdə istifadə edilməyən torpaq sahələri kifayət qədər çoxdur və kənd təsərrüfatı üçün yararlı deyildir. Bu torpaqların kənd təsərrüfatı üçün yararlı olmamasının əsas səbəbləri torpaq sahələrinin şoran olması və su təchizatının aşağı səviyyədə olmasıdır.
Torpağın şoransızlaşdırılması (deqradasiyası) olduqca investisiya tutumludur. Bu əməliyyatı aparmadan belə Xəzəryanı torpaq sahələrindən istifadə etmək olar. Bağçılıq sahəsində nisbətən şoranlığı olan torpaqlarda zeytun bağlarının salınması mümkün ola bilər. Yeni salınmış bağlar təxminən beş ildən sonra meyvə verir. Bu meyvələrdən isə Azərbaycanda zeytun yağının istehsalının genişləndirilməsində istifadə edilə bilər. Zeytun yağı dünya bazarlarına çıxarılaraq ölkəmizin ixrac məhsullarının artırılmasına səbəb olar. Digər tərəfdən, ölkəmizin ərzaq probleminin həllinə qismən dəstək verə bilər.
Burada verilən ideyanın zəncirvari təsviri aşağıdakı sxemdə göstərilmişdir (sxem 1).

Qeyd edilən ideyanın mərhələlərinin həyata keçirilməsinin bəzi məqamlarını izah edək.
Xəzəryanı torpaqların müəyyən hissəsində günəş və külək enerjisindən elektrik enerjisi istehsal etmək üçün xüsusi qurğuların, günəş batareyalarının və küləklə işləyən mühərriklərin yerləşdirilməsi; bu məntəqələrə yaxın yerlərdə su quyularının qazılması və suyun kənd təsərrüfatında suvarmaya yararlı olmasının yoxlanılması; quyulardan suyun üzə çıxarılması üçün su nasoslarının qurulması və alınmış enerjidən bu nasosların işləməsi üçün istifadə edilməsi; üzə çıxarılan suların xüsusi su tutarlarında (çənlərdə) yerləşdirilməsi; yığılmış su ehtiyatlarından zeytun bağlarının becərilməsində istifadə edilməsi.
Suvarma işi İsraildə geniş tətbiq edilən damcı üsulu ilə aparılmalı və bu iş avtomatlaşdırılmalıdır.
Biz burada ideyanın konturlarını izah etdik.
3. İri zavodların çirkab suları və texnologiyadan çıxan sular qismən təmizlənir və su hövzələrinə axıdılır. Bu isə ətraf mühitin mühafizəsinə ciddi ziyan vurur. Bu ekoloji problemin həlli üçün zavodlarda çirkli suların su tutarlarına (çay, dəniz və s.) axıdılmaması üçün dövrü axınları təşkil edilməlidir.
Qabaqcıl dünya ölkələrində (məsələn, Almaniyada) zavodlardan kənara çıxan sular işlənilmiş yüksək innovasiya texnologiyaları əsasında içməli su səviyyəsində təmizlənir.
Bəzi kimya məhsullarının istehsal texnologiyasından kənara atılan sularda texnoloji prosesdə istifadə edilən inqrediyentlərin müəyyən hissəsi qalır. Məsələn, yuyucu toz istehsalını götürək. Onun təkrar texnologiyaya qaytarılması texnoloji prosesdə istifadə olunan xammal-materiala qənaət etməyə, nəticədə məhsulun maya dəyərinin aşağı salınmasına səbəb olur. Deməli, ekoloji problemin həlli müəssisənin səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına dəstək verir.
İkinci bir tərəfdən, dövrü suların kənara buraxılan hissəsi təmizlənərək kənd təsərrüfatında suvarma işlərinin genişləndirilməsinə dəstək verir.
4. Azərbaycanda şəkər istehsalının artırılması ölkənin iqtisadiyyatı üçün olduqca əhəmiyyətlidir.
Şəkər istehsalının əsas xammalı şəkər çuğundurudur. Şəkər çuğunduru nisbətən şoran torpaqlarda becərilə bilir. Bu bitkinin elə xüsusiyyəti vardır ki, torpağın şoransızlaşdırılmasına təsir edir. Bu isə növbəli əkin sisteminin səmərəliliyinin yüksəldilməsinə ciddi təsir edəcəkdir. Deməli, ölkədə şəkər istehsalının genişləndirilməsi aqrar sahədə torpağın şoransızlaşdırılmasına dəstək verir.
Bu məsələlərin sayını artırmaq da olar. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən yeni elmi yanaşmadan Azərbaycanın plan təşkilatları müvəffəqiyyətlə istifadə etmişlər.

 

Tağıyev Albert Həmid oğlu
Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki