Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Orucun təməli və hədəfi
 
Orucun təməli və hədəfi insanları təqvaya çağırmaqdır. Allah Qurani-Kərimdə oruc və təqva haqqında belə demişdir: ”Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz” (Bəqərə surəsi, 183-cü ayə).Təqva dedikdə tək libas nəzərdə tutulmur, insanın gözü, qulağı, nəfsi, qəlbi təqvalı olmalıdır. “Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır”. (Həcc surəsi, 32-ci ayə).
Oruc tutan adam öz nəfsinin zəncirini qıraraq, Allahın ipinə sarılır və bununla da ictimai bir varlıq olduğunu hiss edir. Oruc öz nəfsinə sahib çıxmaq, aclıq və susuzluğun törətdiyi  çətinliyə dözmək tərbiyəsini verir. Nəfs isə insanı eqoistləşdirib təkəbbürlü edərək təkliyə aparır.
Lakin elə insanlar da var ki,  oruc tutur, aclığa və susuzluğa səbir edir, amma söyüş söyür, yalan danışır, lənət edir, göstəriş üçün namaz qılır, gündüzləri oruc tutur, amma təklikdə öz şeytanı ilə qalır. “Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”, – deyirlər, öz şeytanları ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”, – deyirlər (Bəqərə surəsi, 14-cü ayə).
Bəziləri deyər: “Namaz qılan, oruc tutanam, məndə yalan, fitnə-fəsad olmaz”. Onda belə çıxır ki, insan namaz qılmasa, oruc tutmasa yalan, fitnə-fəsad edə bilər? Bunların hamısı gözdən pərdə asmaqdır. Lakin unutmayaq ki, Allah hər şeyi görən və biləndir. Bəzən biz insanların kiçik saydığı günah Allah dərgahında böyük olar, bəzən böyük saydığımız günah kiçik olar.
İnsanların çox az  qismi, bu böyük günahlardan və onların haram olmasından xəbərsizdir. Çünki onları bu əməllərdən çəkindirən və bu haramların cəzasını xəbər verən olmayıb. Lakin ona deyildiyi halda, “bu, günahdır və bunun Allah qarşısında cəzası var”, o yenə bilərəkdən davam etsə, bu insanın artıq qəlbi möhürlü, qulağı və gözü bağlıdır. Ona desəndə, deməsən də nə fayda? “Şübhəsiz ki, sən nə ölülərə (haqqı,) nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən” (Rum surəsi, 52-ci ayə).
Oruc bir ibadətdir, oruc ibadəti ilə ruzi insanın təkrar qapısından içəri girər. Aclıq çəkən insan yoxsulun, möhtac olanın vəziyyətini başa düşər və qənaətin mənasını daha yaxşı anlayar,  israfa çox yol verməz. Allah Rəsulunun “Qənaət bitməyən bir xəzinədir (Beyhaki, Zühd, 2/88)” sözü gərək insanların qulağında sırğa olsun. Nemətin köhnəsinin daha çox qədrini bilən insan, Allaha olan şükrünü artırar. “Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur” (İsra surəsi, 27-ci ayə).
Oruc kimlərə fərzdir?
Ağıllı, yetkinlik çağına çatmış və oruc tutmasına maneə olacaq bir bəhanəsi olmayan hər müsəlmanın Ramazan ayının orucunu tutması fərzdir (vacibdir).
Hansı hallarda oruc tutulmaya bilər?
Səfər əsnasında tutulmayan oruclar, daha sonra qəza edilə bilər. Allah Quranda “Müəyyən sayda olan günləri (oruc tutmalısınız). Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu, onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir” (Bəqərə surəsi, 184-cü ayə), - deyə buyurmuşdur.
Çətin işdə işləmək
Oruc tutduğu təqdirdə sağlamlığına bir zərər gələcəksə, orucunu tutmaya bilər. Məsələn, ağır işlərdə işləmək məcburiyyətində olan şəxslərin oruclu olaraq işlədikləri halda, sağlamlıqları risk altında qalacaqsa, Ramazan ayında tuta bilmədikləri oruclarının uyğun bir zamanda qəzasını tutarlar.
Allah Quranda bu vəziyyəti bir ayəsində belə açıqlayır: “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz  (Bəqərə surəsi, 185-ci ayə).
Xəstəlik və yaşlılıq
“Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər”. Bəqərə surəsinin 184-cü ayəsində bu şəkildə Oruc tutmağa gücü çatmayanların fidyə vermələri Allahın hökmüdür.
İnsan xəstə olduğu halda oruc tutarsa və xəstəliyinin daha da şiddətlənməsi ona  narahatlıq verərsə, Ramazan ayında oruc tutmayıb, sağaldıqdan sonra Orucun qəzasını tuta bilər. Lakin ömürünün axırına kimi bu xəstəliklə yaşayacaqsa, o zaman əgər maddi imkanı buna yol verərsə, bir yetimi doyuzdurması müstəhəbdir.
Hamiləlik və uşaq əmizdirmə: Dünyaya sağlam körpə gətirmək baxımından hamilə qadınların qida maddələrinə xüsusi ehtiyacı var. Bu səbəbdən onlar oruc tutmaya bilərlər. Uşağını öz südü ilə bəsləyən qadın, südünün kəsilməsi və uşaqlarının zərər görə biləcəyi vəziyyətlərdə oruc tutmaya bilər.
Fidyə nədir?
Bəzi qüsurların işlənməsi halında ödənilən dini-maliyyə öhdəçilikdir. Qocalıq və şəfa ümidi olmayan bir xəstəlik səbəbindən oruc tuta bilməyən kimsə qəza orucunu yerinə yetirə bilmədiyi halda, hər günə qarşılıq bir fidyə ödəyər. “Oruc tutmağa güc çatdıra bilməyənlər bir kasıb doyumu qədər fidyə ödəyər” (Bəqərə surəsi, 184-cü ayə).
Fidyə miqdarı nə qədər olmalıdır?
Bir yoxsulu doyuracaq qədər fidyə miqdarı buğdadan yarım “sa”, arpa, xurma və ya quru üzümdən bir “sa”dır. Bir “sa” 3,333 kiloqrama bərabərdir. Günümüzdə arpanın qiyməti çox olmasa da, quru üzümün, kişmiş və xurmanın dəyərinə görə hesab aparıla bilər. Onu da vurğulamaq lazımdır ki, bir yoxsulu bir gün ərzində doyura biləcək ərzaq və ya nağd pul  cəmiyyətimizin sosial-iqtisadi durumu nəzərə alınaraq, ən az miqdarda  müəyyən edilməlidir.  Bundan çox miqdarda fidyə verilməsi isə şəxsin  imkanına və gəlirinə bağlıdır ki, bu mənada o, tam  sərbəstdir.
Oruc kəffarəsi nə deməkdir?
Ramazan orucunun bəhanəsiz olaraq pozulması vəziyyətində həm kəffarə, həm də pozulan orucun qəza edilməsi lazımdır.
Oruc kəffarəsi iki qəməri ay və ya 60 gün ara vermədən oruc tutmaqdır. Buna gücü çatmayan, 60 kasıbı bir gün ya da bir kasıbı 60 gün doyurar.
Allahın əmri və Qurani-Kərimdə qeyd etdiyi qadağalar, əlbəttə ki, biz insanların yaxşılığı üçündür. Allahın əmr etdiyi əməllərdə qullar üçün çox böyük faydalar, qadağan etdiyi əməllərdə isə insana böyük zərər gətirəcək həqiqətlər vardır. Ramazan ayı ümidsiz insanların bağışlanma ümidlərini cücərdən bir aydır. Oruc səbri, gələcək çətinliklərə qarşı dayanıqlı olmağı öyrədən bir müəllimdir. Allah tutulan oruclarınızı və pak niyyətlərinizi qəbul etsin. İnşaAllah!
 
Nəbiyeva Lamiyə