Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
İslam bankçılığı davamlı inkişaf amili kimi
 
Avstriya iqtisadi məktəbinin görkəmli nümayəndəsi Lüdviq Fon Mizes deyib: “Görəsən, iqtisadiyyatın əsas sualı nədir? Erkən dövrlərdə insanlar fikirləşiblər ki, iqtisadiyyatın əsas sualı odur ki, görəsən, Allah bizdən nə istəyir? Sonrakı dövrlərdə, yəni XIX əsrin sonu - XX əsrin əvvəlində düşünüblər ki, yox əsas sual odur ki, görəsən, dövlət bizdən nə istəyir? Sonra, artıq XXəsrin ikinci yarısından fikirləşiblər ki, yox, əsas sual odur ki, görəsən, insan bizdən nə istəyir?” Mən düşünürəm ki, sistem o vaxt təkmil və  davamlı ola bilər ki, o Allahın, dövlətin, insanın vətəndaşın mənafeyinə uyğun olsun. İslam bankçılığıda məhz belə bir sistemdir.
İslam bankçılığının yaranması
Dünyada İslam bankçılığı daha çox "faizsiz bankçılıq" kimi xarakterizə olunmaqdadır. İlk dəfə bu sistemə uyğun bank  1950-ci illərin sonunda Pakistan kəndində işə başlayıb. 1963-1966-cı illərdə Misirli iqtisadçı alim Əhməd Elnaqarın modeli əsasında İslam bankı bu ölkənin kəndində fəaliyyət göstərmişdir. Bəzi mənbələr başqa misallar da çəkir. Hazırda İslam bankçılığının həcmi 2 trilyon ABŞ dollarını üstələmişdir. Faizli bankçılığa nəzərən onun aktivləri daha tez artır.
İslam bankçılığının əsas alətləri:
- satışa əlavə edilən xərc və ya nağd satış (moharaba-qısamüddətli), lizinq (icara), etibarlı maliyyələşmə, yəni pulu tam həcmdə bank qoyur, müştəri isə idarə edir (modaraba), səhmdar payçılıq-şəriklik (musharika)  daxildir.
İslam banklarının faizli banklardan fərqli cəhətləri:
İstehlak və ipoteka kreditləri
Müştəri faizli bankdan aldığı krediti əsas məbləğ və faizlə birgə qaytarır. İslam bankı isə əvvəlcədən malı alır, üzərinə mənfəətini qoyur və müştəriyə kreditə satır. Prinsipcə mexanizmlər bir-birinə uyğundur.  Nəticə etibarı ilə "faiz" sözündən qaçılmış olur.
Biznes kreditləri
İslam bankı ilə faizli bankın əsas fərqi biznes kreditlərindədir. Faizli bank kredit verdikdən sonra əsas məbləği və faizləri almağı nəzərdə tutur. İslam bankı isə bu halda layihəyəşərik olur. İslam bankının biznes kreditlərindəki əlverişlilik ondadır ki, layihə müsbət nəticəəldə etməsə və pul qaytarılmasa, bank kredit-layihə obyektindən başqa heç nə istəmir. Lakin müştərinin layihəsi proqnozdan çox mənfəətli olsa,  İslam bankına daha böyük məbləğödəməli olur. Faizli bank isə pulunu qaytarmaq üçün bəzi hallarda müştərinin yaşadığı evi belə satdırmağa çalışır. İslam bankı müştərinin girovuna yox, layihənin dəqiq təhlilinə arxalanır. Qeyd edək ki, faizli bankların köçürmə haqqı və sair əməliyyatlarına görə alınan haqq islam qaydalarını pozmaya bilər, verilən pulun şişməsi nəticəsində alınan faiz islam qaydalarına ziddir.
Əmanətlər
Müştəri faizli banka əmanət qoyarkən sabit ödənişlər alacağından arxayın olur. İslam bankına əmanət qoyarkən isə müştəri bankın şəriki olur. Müştəri bankın mənfəət  və zərərlərini bölüşür. Bankın mənfəəti çox olduqca müştəri də əmanətinə görə yüksək gəlir qazanır. Əksinə, bank mənfəət qazanmadıqda müştəri dəəmanətinə görə heç nəqazanmır. Bank zərərlə qarşılaşanda isə müxtəlif  İslam banklarının müxtəlif yanaşmaları olur (bəzi hallarda əmanət azala bilər).
Yəni, İslam bankı ümumi fond prinsipi ilə fəaliyyət göstərir. Yüz minlərlə əmanətçi  ona pul yatırır, minlərlə iş adamı ondan kredit götürür. Bir neçəmüştərinin layihəsindəki uğursuzluq bank və onun əmanətçiləri üçün təhlükə yaratmır. Sistem böyüdükcə onun dayanıqlığı artır.
Ümumiləşdirərək deyə bilərik ki, İslam bankçılığında hamı: yəni, əmanətçi, bank, borc götürən iş adamı eyni maraqda olur. Layihənin uğurlu olmasını çox adam Allahdan arzulayır. Yeri gəlmişkən, arzuların gerçəkləşməsinin mexanizmi haqqında maraqlı bir fikri nəzərinizə çatdırmaq istəyirəm. Onu italyan yazıçısı Covanni Bokkaçço bildirib. Ədibin fikrincə, arzular ox şəklində Allahın dərgahına gedir. Əgər bu arzuya qarşı başqa arzu yoxdursa, onda o, müqəddəs təbəqəyə çatır. Əks halda arzu-oxlar toqquşur və arzu məqsədə çatmayaraq xəyal olaraq qalır. 
Şəriətə zidd fəaliyyət riski
İslam bankları əməliyyatlarının şəriətə müvafiq olmalarını (shariah – compliant)  müəyyən etməli və ondan sonra fəaliyyətlərini həyata keçirməlidir. Bunun üçün İslam banklarında xüsusi təsisat - şəriət şurası (shariah board) olur. Bu şurada yüksək səviyyəli İslam alimləri və ekspertləri toplanır.
İslam bankçılığında icazə verilməyən sahələr 4-dür:qumar biznesi və şərab, tütün, silah istehsalı. Yeri gəlmişkən, deyim ki, bəzən İslamı terror dini adlandırırlar. Amma islam ideologiyasında olan bir bank silahın istehsalına kredit vermirsə, belə bir din terror dini ola bilərmi?
İslam bançılığının  əsasında Quranın Əl-Bəqərə surəsi, 275, 276-cı ayələr dayanır.
275-ci ayə: “...Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir...”. 276-cıayə: “Allah sələmi puç edir, sədəqələri isə artırır...”.
Bəs, islamdan əvvəlki dövrdə faizsiz maliyyə haqqında fikirlər olubmu? Olub. Bu barədəRusiyanın “Voprosı ekonomiki” (“İqtisadiyyat sualları”) jurnalında “Ssuda faizi dini münasibətlər kontekstində” məqaləsində geniş bəhs edilir.
Aristotel deyib ki,pulun balası olmamalıdır. Əvvəlki müqəddəs mənbələrdə də faizə qismən qadağalar var.
Bəs, faizli iqtisadiyyatın mahiyyəti nədədir?
Faiz  nəzəriyyəsinə baxaq. Avstriya marjinal məktəbinin nümayəndəsi Oygen fon Bem-Baverk (1851-1914) “Gözləmə” nəzəriyyəsini əsaslandırıb. Bu nəzəriyyə kapitala olan faizin mənşəyi, səviyyə və dinamikasının mahiyyətini açıqlayır. Nəzəriyyənin mərkəzi ideyası ondan ibarətdir ki, istehsal vasitələrinin öz dəyərini yeni yaradılan əmtəənin üzərinə keçirməsi müəyyən vaxt tələb edir. Faiz də bu vaxta görə alınır. Bəzi subyektlər maddi dəyərləri dərhal əldə etmək istəyir, bəziləri isə gözləyə bilir. Bem-Baverkə görə isə, faiz kapitalın gəliridir. Faiz bu günkü nemətlərin sabahkı nemətlərə artım nəzərə alınmaqla dəyişilməsidir.
C.Stüart buna “Məhrumiyyət nəzəriyyəsi” deyir. Ona görə bu gün nemətlərdən imtina sabah mükafatla təmin olunmalıdır. Marşal, Kessel nəzəriyyəsinə görə, kapital sahibini mükafat gözləyir və bu da borc götürəni mənfəət əldə etməyə sövq edir. Yəni, sistem elementləri bir-birini qıcıqlandırır və səmərəli hərəkətə sövq edir. Hətta belə bir fikir var ki, faizin başqa ifadəsi olan inflyasiyanın mülayim növü iqtisadi artıma kömək edir.
Bəs, İslam bankçılığında stimul nədədir?
- vicdanda;
- Allaha etiqadda;
- İnsana və onun uğur tarixinə inamda.
Faizli bankçılığın yaratdığı problemlər:
italyan rəssamının bu barədə əsəri var. Şəklin mahiyyətini izah etmək istəyirəm. Bank nümayəndəsi borcu qaytara bilməyən şəxsin evinə gəlir və əşyaları yığıb aparmaq istəyir. Görür ki, əşyalar, hətta piano hamilə qadının çarpayısıüzərinə yığılıb. İtaliya qanununa görə, bank hamilə qadının çarpayısının üstündəki əşyalara toxuna bilməz. Görün, bu nə qədər sosial problemlərə yol açıb ki, qanunvericiliyə də bununla bağlı müddəalar salınıb vəhadisələr rəsm əsərlərində təsvir olunub.
Bu gün Azərbaycanda da bununla bağlı problemlər var. Vətəndaşların məhkəmələrdə 616 milyon manat həcmində vəsaiti əhatə edən 311 mindən çox işi var (mənbə:https://www.kommersant.az/news/bank/12714.html.).
Bu, əsasən 2015-ci ildə manatın devalvasiyalarından sonra iqtisadi şəraitin əhəmiyyətli dəyişməsi nəticəsində olmuşdur.
Ona görə də bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 fevral 2019-cu ildə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman”ı imzaladı.
Amma burada bir məqam da var. Bu fərmanla əlaqədar insanlar sevinir və elə düşünürlər ki, bu pul sanki kənardan bizə hədiyyə gəlir. Amma elə deyil, bu vəsait dövlət büdcəsinin hesabına ödənilir. Bəs, dövlət büdcəsi kimin hesabına formalaşır? Vaxtilə banka müraciət etməyən, bəzi hallarda deyə bilərik ki, nəfsini saxlamış insanların ödədiyi vergilər hesabına. Demək, əhalinin bir hissəsi o biri hissəsinin pulunu ödəyir.Bu gün, əlbəttə, çətin vəziyyətə düşmüş vətəndaşlara kömək etmək lazımdır.Amma məsələnin kökünü də axtarmaq lazımdır. Burada başqa səbəblər olsa da, nəticə etibarı ilə bu faizli bankçılığın fəsadıdır. Faizli bankçılıq iqtisadiyyatın dayanıqlığına mənfi təsir edir, riskləri artırır. Ona görə İslam bankçılığını inkişaf etdirmək lazımdır. Sabiq Roma papası XVI-cı Benedikt 2007-2008-ci illər Dünya maliyyə böhranı ilə əlaqədar demişdir: “Bizim banklarımız da İslam bankları kimi çalışsaydı, dünya  maliyyə böhranı zamanı iflaslar olmazdı”.
İslam banklarında insanpərvərlik prinsipi hökm sürür
Müştərinin faizli bankçılıqda ödəmələrini zamanında etməsi üçün gecikməyə görə cərimələr var. İslam bankçılığında cərimələr müştərinin  ödənişləri gecikdirməməsinə yönəldilib və bank cəriməni Mənfəət və Zərər Hesabatına (indiki İFRS terminologiyasına uyğun Maliyyə Vəziyyəti Haqqında Hesabat) yazmır, yəni cərimələri mənfəət saymır. Çünki borcun həcminin çoxaldılması İslamda riba sayıldığından qadağandır. Banklar bu cəriməni xeyriyyə fondlarına bağışlayır. Bu, bankın likvidliyini artırır. 
"The Financial Times" bildirir ki, Beynəlxalq Valyuta Fondunun son tədqiqatına əsasən, İslam prinsipləri (şəriət) əsasında çalışan maliyyə-kredit təsisatlarına olan maraq çox sürətlə artır. Mütəxəssis hesablamalarına əsasən, yaxın vaxtlarda dünyadakı 1,6 milyard müsəlman əhalinin pullarının yarısı bu cür banklardakı hesablarda olacaq.
Dünyanın bir sıra iri bankları islam qaydaları ilə işləyən xüsusi şöbələrə malikdir:
1. Sitibank
2. UBS
3. HSBC
 4. Commerzbank
5. Europe Arab Bank Plc,London
6. İslamic Bank of Britain
7. ABS İnternational Bank, London
8. BADR bank, Russia
9. Deutsche Bank və s.
Faizsiz bankçılıq dünyada maraqlı addımlarla inkişaf edir
Sberbank (SSRİ Əmanət Bankının Rusiya təsisatının varisi) Rusiyada İslam Bankçılığının İnkişafının Yol Xəritəsini hazırlayıb.  Rusiya əhalisinin təqribən 15%-ə qədəri  müsəlmandır və onun xüsusi çəkisi təbii artım və miqrantlar hesabına artır. Sberbank müasir meyli (trendi) qaçırmaq istəmir. Qeyd edim ki, bu bankın sədrinin İslam bankçılığıüzrə köməkçisi həmyerlimiz, Azərbaycan Beynəlxalq Bankının sabiq İslam bankçılığı departamentinin rəhbəridir. Moskva və Ümumrusiya patriarxı Kiril isəpravoslav bankçılığın yaradılması təklifi ilə çıxış edir.
İslam İnkişaf Bankı hal-hazırda Azərbaycanın 5 kommersiya bankına öz dəs­təyini davam etdirir:
1. Azərbaycan Beynəlxalq Bankı
2. Unibank
 3. Turanbank
4. Rabitəbank
5. Əmrahbank
Düşünürəm, Azərbaycanda İslam bankçılığının inkişafında əsas problemlər bunlardır:
1. İnam indeksi
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda inam indeksi aşağı səviyyədədir. Mütəxəssislər bunun təqribən 30 faiz olduğunu bildirir. Yəni, insanların banklara, bankların insanlara inam səviyyəsi aşağıdır.
2.Faiz əhali və  hüquqi şəxslərin tutarlı gəlir mənbəyidir
28 fevral 2019-cu il tarixə qeyri-maliyyə institutlarının müddətli depozitləri 7.0575 milyard manat təşkil edir (fiziki şəxslərin 5,330.0 milyard manat,  hüquqi şəxslərin 1,727.5 milyard manat ekvivalenti).
Orta faiz dərəcəsininin milli valyutada 10.01%, xarici valyutada  2.66% olmasını nəzərə alaraq hesablaya bilərik ki, fiziki və hüquqi şəxslərin banklardan aldıqları illik faiz gəliri təqribən 400 milyon manat həcmindədir. Bankdan kənar qeyri-leqal sələmçiliyi də bu rəqəmə əlavə etsək göstəricilər artacaq.
Mənbə 1: Maliyyə Bazarlarına Nəzarət Palatası.
3. İnstitusional problemlər, qanunvericilik problemləri
İslam maliyyəsinin inkişafı üçün nə etməli?
Zənnimcə, bununüçün  3 səviyyədə iş aparılmalıdır:
1.Dövlət səviyyəsi;
2.Bank səviyyəsi;
3.Əhali səviyyəsi.
Tərtib etdiyim sxemlər  dövlət, ictimai qurumlar və bankların bu istiqamətdə birgə fəaliyyətini təmin edə bilər (sxem 1, 2).
 

1. Dövlət səviyyəsi. Sərmayə mühitinin yaxşılaşması və mənfəətə əsaslanan maliyyə alətlərinin səmərəliliyinin artırılması mənəvi əsaslara iqtisadi dəstək verə bilər. Sxem 1-də Maliyyə Nazirliyi çərçivəsində yazdığım sukuk faizi bilinməyən istiqrazdır. O, dövlətin qazancından pay, büdcədəki profisitdə payı təsdiqləyən qiymətli kağız kimi dövriyyəyə buraxıla bilər.
2. Bank səviyyəsi. Azərbaycan Banklar Assosiasiyası  banklara bu sahədə dəstək verə bilər. Onlar da islam şöbələri yarada və pulun qarışmaması prinsipinin gözlənilməsini öyrənə, tətbiq edə bilər.
3. Əhali səviyyəsi. Bu səviyyədə iş apararkən yaponları misal göstərmək olar. Belə bir yapon məntiqi var. Yaponlar fikirləşir ki, banka 0 faizlə (faizsiz) pul qoysun ki, onu sahibkar aşağı faizlə bankdan götürsün, istehsal müəssisəsi yaratsın və əmanətçi də həmin müəssisədə çalışsın. Çünki yapon düşünür ki, sahibkar pulu bankdan yüksək faizlə götürsə, bu pula istehsal qura bilməyəcək və aşağı kredit faizli ölkədən malların idxalı ilə məşğul olacaq. Bu həm də ictimai maraqla şəxsi marağın dostluğunun təcəssümüdür. Demək, tək Allahı tanımayan yapon tək Allahın qaydasına çox müsəlmandan daha sadiqdir. Bəlkə bu da Gündoğar ölkə sakinlərinin yüksək rifahının səbəblərindən biridir?
Ümumiləşdirərək deyim ki, əlbəttə, birdən-birə əsrlərlə formalaşmış faizli bankçılığı islam prinsiplərinə gətirmək olmaz. Bu təkamül tələb edən prosesdir. Lakin daha böyük iradə ilə bu işi sürətləndirmək zamanın çoxdankı tələbi və müqəddəs borcumuzdur. Sokratdan soruşdular ki, fəlsəfə ona nə öyrədib? Dahi filosof dedi: “Fəlsəfə mənə öyrətdi ki, başqalarının qanundan qorxaraq etmədiklərini mən dərk edərək etmirəm”.
Sonda belə bir nəticəyə gəlmək olar ki, İslam bankçılığının Azərbaycanda tətbiqi nəticəsində ilk növbədə iqtisadiyyatın halallaşması baş verəcək,dini baxışlara görə faizli banklara yatırılmayan pullar dövriyyəyə gələcək. Sonra isə trilyonlarla dollara sahib  İslam bankları və fondlarının Azərbaycan iqtisadiyyatının inkişafına fəal cəlbi olacaq.
Azərbaycanda İslam iqtisadiyyatı elmi istiqamətinin banisi, i.e.d., professor Məhəmmədhəsən Meybullayev öz əsərlərində görkəmli islam alimlərinin adını çəkir. Əbu Yusif, İbn Rəşt, müasir iqtisadiyyatın atası sayılan və sosial birliyi sivilizasiyaların inkişafı - tənəzzülünün əsası kimi qiymətləndirən İbn Xəldun və başqaları sistemin formalaşmasında əvəzsiz xidmətlərə sahibdir. Amma mən düşünürəm ki, bu alimlərin başında Həzrəti Məhəmməd dayanır. Ona görə Peyğəmbərə olan ehtiramımı ifadə etmək üçün yazdığım  bir bəndlə fikirlərimi tamamlayıram:
 
Tarix peyğəmbəri çoxlu görübdür,
Hərəyçün inamdan heykəl hörübdür.
Fəqət Məhəmmədə çatanı olmaz,
Onun yolun tutsaq şeytan ölübdür!
 
 
Elşad Səmədzadə, i.f.d, ADİU-nun dosenti,
Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini,
Beynəlxalq MenecmentAkademiyasının müxbir üzvü