Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Tərtər rayonu: Davamlı və dayanıqlı inkişafın yeni ünvanı

 

Azərbaycanın bütün bölgələri kimi, Tərtər rayonu da gözəlləşir, abadlaşır, müasirləşir. Sərhəd bölgəsində yerləşməsinə baxmayaraq, son illər rayonda bütün sahələrdə yüksək inkişaf dinamikası özünü göstərmiş, istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində Tərtər rayonunda indiki miqyasda tərəqqi baş verməmişdir.
2013-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası Tərtər rayonunu keyfiyyətcə yeni inkişaf dövrünə gətirib çıxartdı. Cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən sistemli və ardıcıl tədbirlər, rayonun bütün resurs və imkanlarının hərəkətə gətirilməsi, azad sahibkarlığın və özəl bölmənin inkişafına yönəldilən hərtərəfli dövlət dəstəyi və yardımı bu yüksəlişi şərtləndirən mühüm amillərdir. Digər vacib amil rayonda idarəetmə mexanizminin yüksək peşəkarlıqla qurulması, yerli təşəbbüslərin dəstəklənməsi, təsərrüfat fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması və şəffaflığın təmin edilməsi ilə bağlıdır.
Rayonda son beş ildə ümumi məhsul buraxılışının həcmi 53,9 faiz, adambaşına düşən məhsul istehsalı 48,2 faiz, əhalinin gəlirləri 24,9 faiz artmışdır. 2013-2018-ci illərdə iqtisadiyyata və sosial sahələrə 315 milyon 745,7 min manat investisiya qoyulmuş, 180,3 milyon manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Təkcə keçən il 4380 nəfər işlə təmin olunmuşdur ki, bunun da 563-ü daimidir. Əgər 2013-cü ildə rayon əhalisinin yalnız 33 faizi təbii qazla təmin olunmuşdusa, indi qazlaşdırmanın səviyyəsi 100 faizidir. Qaz, elektrik enerjisi, su təminatının yaxşılaşdırılması digər sahələrin dirçəldilməsinə geniş yol açmışdır.
Respublikamızın bütün bölgə­lərini bürüyən tikinti-quruculuq işləri Tərtər rayonundan da yan keçməmişdir. Burada son beş il ərzində çox geniş abadlıq-quruculuq və təmir-bərpa işləri aparılmışdır. Belə ki, rayonunun Borsunlu, Qaradağlı, Hüsənli, Şıxarx kənd 2 saylı, şəhər 6 saylı tam orta, Quzayan, Kəbərli kənd ümumi orta məktəb binaları əsaslı təmir olunmuş, Poladlı, Şıxarx və Bayandur kəndlərində modul tipli məktəb binaları tikilib istifadəyə verilmişdir. Qapanlı kəndində yeni tibb məntəqəsi tikilmiş, rayon mərkəzi və Bəyimsarov kənd xəstəxanaları əsaslı təmir olunmuşdur.
Tərtər şəhərinin Nizami Gəncəvi və Elman Səfərov küçələrində hər biri 100 yerlik, Şıxarx qəsəbəsində 280 yerlik müasir tipli körpələr evi-uşaq bağçası, YAP Rayon Təşkilatı, Regional Qaz İdarəsi, Statistika İdarəsi, Dövlət Aqrar İnkişaf Mərkəzi, Elektrik Şəbəkəsi İnzibati binası, Tarix Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər şahmat məktəbi və Xalça İstehsalı emalatxanası tikilib istifadəyə verilmişdir.
Tərtər rayon İcra Hakimiyyətinin, Şəhər icra nümayəndəliyinin, təhsil şöbəsinin və gənclər mərkəzinin inzibati binaları əsaslı təmir olunmuşdur.
Tərtər şəhərində yerləşən 112 ictimai yaşayış binasının dam örtüyü, fasad və giriş hissəsi əsaslı təmir olunmuş, həyət-bacalarda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Bundan başqa, 4 yaşayış massivində abad məhəllə yaradılmış, futbol meydançaları quraşdırılmışdır.
Torpaqlarımızın azadlığı uğ­run­da şəhid olmuş Milli Qəh­rəman Vəzir Orucovun, "Azər­baycan Bayrağı" ordenli Meh­rac Mahmudovun, Ədalət Paşa­yevin, İlqar Həsənovun və Nicat İsgəndərovun adlarına verilmiş küçələrin girişində onların barelyefi quraşdırılmış və həmin küçələrdə əsaslı təmir işləri görülmüşdür.
Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulmuş, 21 kənd içməli su ilə təchiz olunmuşdur. Tərtər rayon İcra Hakimiyyətinin qarşı tərəfindəki Mərkəzi Meydan və ərazisi 2 hektara yaxın olan Heydər Əliyev Parkı yenidən qurulmuşdur. Təmas xəttində yerləşən Qapanlı, Borsunlu, Qazayan, Hüsənli və Dəmirçilər kəndlərində ümumi uzunluğu 8,5 kilometr olan gecə işıqlandırma sistemi qurulmuşdur. Tərtər şəhərinin 36 küçə və meydanında abadlıq-yenidənqurma işləri aparılmış, küçələrə və səkilərə asfalt örtüyü vurulmuş, istinad divarları bəzək daşları ilə üzlənmiş, yaşıllıq zolaqları yaradılmış, rabitə-kommunikasiya xətləri əsaslı təmir olunmuşdur.
Qıraqdan baxanda hər şey adi görünə bilər. Lakin illərdir düş­mənlə üz-üzə dayanasan, bütün təhlükələrə rəğmən ruhdan düşməyəsən, doğma yurd yerlərinin hər qarışını laləzara çevirəsən, bax, bu, əsl qəhrəmanlıqdır!
Bu gün Tərtər nə inkişaf tempinə, nə də infrastruktur imkanlarına görə  cəbhədən uzaq olan rayonlardan geri qalmır, hətta bəzi göstəricilərinə görə onları qabaqlayır. Rayonda, necə deyərlər, bir qarış da olsa əkilməyən, səpilməyən torpaq sahələri qalmayıb.
Tərtər çayı üzərində Sarıcalı-Zolgəran kəndlərini birləş­di­rən üçaşırımlı, İncə çayı üzə­rində biraşırımlı körpülər tiki­lib. Azərbaycan Avtomobil Yol­ları Dövlət Agentliyi tərəfindən uzunluğu 18 kilometr olan Tərtər-Goranboy yolu, 18 kilometrlik Tərtər-Hindarx yolu, 23,2 kilometrlik Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası yolu əsaslı təmir olunub. Rayonun Şıxarx qəsəbəsi ərazisində hər cür şəraiti və infrastrukturu olan 1176 məcburi köçkün ailəsi üçün qəsəbə salınıb. Şıxarax, Həsənqaya və Çaylı kəndlərində yaşayan məcburi köçkünlər üçün 78 fərdi yaşayış evi tikilib istifadəyə verilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Rayonda bu kateqoriyadan olan ailələr üçün 54 mənzilli yaşayış binası və 14 fərdi yaşayış evi inşa edilib. 2016-cı ilin Aprel döyüşləri ilə əlaqədar Respublika Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə düşmən ilə üz-üzə yerləşən Qapanlı kəndinə gəlmiş, yerli sakinlərlə görüşmüş, 17 yaşayış məntəqəsində 256 yaşayış evinə dəyən ziyanın aradan qaldırılması məqsədilə vəsait ayırmışdır. Həmin vəsait hesabına bu evlər yüksək səviyyədə təmir olunaraq, sakinlərin istifadəsinə verilmişdir.
Tərtər rayonunda fərəh doğuran cəhətlərdən biri  də budur ki, illər keçdikcə inkişaf tempi artan dinamika üzrə gedir, heç bir sahədə geriləmə müşahidə olunmur.
Artım faizlə deyil, dəfələrlə ölçülür. Artıq Tərtər rayonu ölkəmizin yüksəliş və təbəddülat axarında öz layiqli yerini və mövqeyini müəyyən etmişdir.
Tərtər rayonu cəbhə bölgəsində yerləşir, burada təmas xəttinin uzunluğu 48 kilometrdir. Eyni vaxtda həm təsərrüfat işləri görmək, həm abadlıq-quruculuq işləri aparmaq, həm də müdafiə olunmaq o qədər də asan görünməsin, buna əsl hünər lazımdır. Elə bugünün özündə də tikinti-quruculuq və abadlıq işləri yeni vüsət alıb. Olimpiya İdman Kompleksinin, Bayraq Muzeyinin, Tərtər rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, 9 kilometrlik Sarov-Borsunlu kəndlərarası avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Tərtər, əsasən, kənd təsərrüfatı rayonudur. İnkişaf və artım dinamikası bu sahədə də özünü aydın şəkildə göstərir.
Kiçik statistikaya nəzər yetirək. Son beş il ərzində rayon üzrə pambıq istehsalı 4 dəfədən çox, şəkər çuğunduru istehsalı 3 dəfə, barama istehsalı 10,7 dəfə, ət istehsalı 116,4 faiz, süd istehsalı 155,2 faiz artmışdır. Ötən il Tərtər pambıqlıqları hər hektarın məhsuldarlığına görə respublika üzrə ön sıralarda olmuşlar. Cari ildə də rayon üçün prioritet seçilən bütün istiqamətlər üzrə artım nəzərdə tutulur. Rayonda əkin-səpin kampaniyası uğurla başa çatdırılıb, təsərrüfatlarda becərmə işlərinə start verilib.
Tərtərlilər yaxşı bilirlər ki, tez-gec torpaqlarımız işğaldan azad olunacaq, hər kəs öz yurd-yuvasına dönəcək. Bu, gün kimi aydın olan həqiqəti hər kəs, mənfur düşmənin özü də yaxşı dərk edir. Sadəcə olaraq zaman udmaq istəyirlər. Bu gün Azərbaycan qüdrətlənir, Ermə­nistan zəifləyir, öz iqtisadi və siyasi müstəqilliyini itirir. Sərhəd boyu bölgələrimiz bərq vurub aləmə işıq saçır. Bu coşqu və əzəmət hər gün düşməni çaşqınlıq, qorxu və ümidsizlik girdabına çəkib aparır.
 
Zülfü İLYASOV,
bölgə müxbiri