Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan Xalq Cümhuriyyəti - 101

 

28 may  Müsəlman şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı və Azərbaycan dövlətçiliyinin bərpa edildiyi gündür. 1918-ci ildə həmin gün Azərbaycan Milli Şurasının iclasında 6 bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul olundu. Azərbaycan dövlətçiliyi tarixində ilk konstitusiya aktı - İstiqlal bəyannaməsinin qəbulu ilə Azərbaycan dövlətçiliyi dünyəvi xalq cümhuriyyəti formasında elan olundu. Milli Şuranın elə həmin iclasında bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Xosrov Paşa bəy Sultanov, Məmməd Həsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınskidən ibarət ilk Azərbaycan Hökuməti yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu, bayrağı və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində mühüm rol oynamışdır.
Milli dövlət quruculuğu, həqiqi müstəqil iqtisadiyyat yaratmaq baxımından bütövlükdə Azərbaycan Demokratik Respublikasının tarixi təcrübəsinin ümumiləşdirilməsi böyük elmi maraq kəsb edir.
Azərbaycan Demokratik Respublikasının mülkiyyət münasibətləri, aqrar proqramı, maliyyə-valyuta siyasəti, vergi siyasəti, xarici iqtisadi münasibətləri, iqtisadi idarəetmə sistemi diqqəti cəlb edir. ADR öz iqtisadi platformasında  mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. ADR və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdi. Əksinə, belə hesab edirdilər ki, bu cür mülkiyyəti tamamilə aradan götürmək indiki vəziyyətdə insanlardan şəxsi təşəbbüs qüvvəsini zorakı olaraq aradan götürür. Eyni zamanda, ADR-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilir. Mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. Milli Şuranın sədri M.Ə.Rəsulzadə yazırdı: “Hər əkinçi özü əkib biçəcəyi miqdarda torpaq sahibliyini qəbul etməklə bərabər, Azərbaycan islahatçıları geniş torpaqları ölü halında buraxan torpaq sahiblərinin mülkiyyət haqqını rədd edirlər”. Bu cür torpaq sahələri əvvəlki sahiblərindən alınıb əkinçi vətəndaşlar arasında yenidən bölüşdürülürdü.
ADR-in iqtsadi mövqeyi belə idi ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparmamalıdır. Xüsusən, fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və “burada çalışan işçinin işdəki mövqeyi xüsusi hazırlanan əməkhaqqında qanunların tətbiqi ilə təmin olunub”.
ADR torpaqsız və aztorpaqlı əhalinin torpaqla təmin etmək məqsədini əks etdirən qanun layihəsini irəli sürürdü. ADR-in aqrar islahatlarının əsas məzmununu baş nazir F.X.Xoyskinin bu sözləri dəqiq ifadə edir: “Nə qədər ki, kəndlilər torpaqla təmin olunmamışdır, millət tərəqqi edə bilməz”.
ADR-in iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri maliyyə-valyuta və vergi siyasəti idi. Müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemini yaratmaq üçün 82-dən çox qanun layihəsi işlənib parlamentə təqdim olunmuşdur. Dövlətin maliyyə siyasətinin əsas məqsədi dövlətin gəlirlərini artırmaqdan, pozulmuş pul tədavülünü qaydaya salmaqdan ibarət idi. Bunun üçün xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə ixrac olunan xammalın dəyərinin (25%-i) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919) qəbul edilir, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxılır, daxili bazarı tənzimləmək məqsədi ilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük tariflərinin tərtib edilməsi haqqında qanun təsdiq olunur (9 fevral, 1920), çevik vergi siyasəti yeridilir, xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilir (bu siyahıya 200-dən çox məhsulun adı daxil edilir) və s.
ADR xarici iqtisadi-ticarət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində mühüm addımlar atmışdır. ADR-in liderləri Azərbaycan məsələsinə yalnız bir millət və xalqın məsələsi kimi deyil, beynəlxalq bir məsələ kimi baxırdılar. Azərbaycanın xaricdən müdafiəsi və hüquqi cəhətdən tanıdılması üçün iqtisadi əməkdaşlığa böyük əhəmiyyət vermək tələb olunurdu. Eyni zamanda, iqtisadi əməkdaşlığın iqtisad elminin mövcud prinsipləri əsasında qurulmasına xüsusi əhəmiyyət verilirdi. M.Ə.Rəsulzadə yazırdı: “Əsri təməddünün təcrübəsi, iqtisad elminin kəşfi... diyor ki, ticarət və sinaət milliyyət bilməz”.
M.Ə.Rəsulzadə dünyanın varlığını böyük bir kooperativə bənzədir, dünya inteqrasiya əlaqələrinin labüdlüyünü, bu əlaqələrdən kənarda iqtisadi fəaliyyətin mümkün olmadığını göstərir. Eyni zamanda, M.Ə.Rəsulzadə tam əminliklə yazır: “Dünyada edilən hər ticarət, qurulan hər bir kargah, açılan hər bir mağaza rəfi ehtiyac üçün deyil, cəlbi mənafe üçündür”.
ADR qonşuluğa mühüm bir faktor kimi baxır, qonşu respublikalar, o cümlədən Rusiya ilə əməkdaşlıq etmək üçün müqavilələr bağlayırdı. Bu müqavilələrin məzmunu iqtisadi fikir tarixindən maraq doğurur.
ADR-in iqtisadi siyasəti nə qədər mütərəqqi olsa da, onu respublikanın mövcud olduğu 23 ay ərzində ardıcıllıqla həyata keçirmək, şübhəsiz, mümkün olmamışdı.   
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev ilk demokratik dövlət  haqqında belə demişdir:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır.
Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Xalq Cümhuriyyətinin niyyəti ondan ibarət idi ki, güclü dövlət yaratsınlar və Azərbaycan xalqı azadlıq, əmin-amanlıq şəraitində yaşaya bilsin. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək.
XX əsrdə Azərbaycan iki dəfə müstəqilliyə qovuşmuşdur, ikinci dəfə 1991-ci ildə. Bu da tarixi şans idi və Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başlamışdır. Bu çətin şəraitdə ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxara bilmişdir, inkişaf yoluna qoya bilmişdir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir”.


“İQTİSADİYYAT”