Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

«Bir kəmər, bir yol» layihəsinin konfiqurasiyasına dair

 

“Bir kəmər, bir yol” 2010-cu ildə Çin Xalq Respublikası (ÇXR) tərəfindən irəli sürülən “İpək Yolunun İqtisadi Kəməri” və XXI əsrin Dəniz İpək Yolu layihələrinin təklifidir.
Bu təklif ilk dəfə 2013-cü ilin payızında ÇXR-in sədri Si Cinpin tərəfindən Qazaxıstana və İndoneziyaya səfəri zamanı irəli sürülmüşdür.
“2015-ci il üçün sosial-iqtisadi inkişaf planı” və “Hökumətin iş haqqında məruzəsi” kimi siyasi sənədlərdə “Bir kəmər, bir yol”un tikintisi Çinin yeni hökuməti qarşısında qoyulan mühüm vəzifələr siyahısına daxil edilmişdir. Çinin xarici işlər naziri Van İ. qeyd etmişdir ki, bu təşəbbüsün həyata keçirilməsi yaxın illərdə ÇXR-in xarici siyasət fəaliyyətinin “fokusuna” çevriləcəkdir. Təsdiq edilmişdir ki, bu iri layihə 2016-cı ildə qəbul edilmiş “13-cü beşillik” plana daxil edilmişdir. Çinin bu təşəbbüsünün mahiyyəti onun iştirakı ilə qarşılıqlı fəaliyyətin mövcud regional, ikitərəfli və çoxtərəfli mexanizmlərinin və strukturlarının möhkəmlənməsinin köməyilə yeni beynəlxalq əməkdaşlıq və inkişaf modelinin formalaşmasının və irəliləyişinin axtarışıdır. Qədim İpək Yolunun ruhunun davam etməsi və inkişaf etməsi əsasında “Bir kəmər, bir yol” regional iqtisadi tərəfdaşlığın yeni mexanizmlərinin işlənib hazırlanmasına, cəlb edilmiş ölkələrin iqtisadi cəhətdən çiçəklənməsinin stimullaşdırılmasına, müxtəlif sivilizasiyalar arasında bütün sahələrdə mədəni mübadilələrin və əlaqələrin möhkəmlənməsinə, eləcədə sülh və dayanıqlı inkişafa yardıma çağırış edir. Rəsmi məlumatlara görə, “Bir kəmər, bir yol” inkişaf etməkdə olan ölkələri, o cümlədən “yeni iqtisadiyyatları” və inkişaf etmiş ölkələri birləşdirərək, Avrasiyanın böyük hissəsini əhatə edir. Bu meqalayihənin ərazisində zəngin resurs ehtiyatları cəmlənmiş, burada planetin əhalisinin 63%-i yaşayır, təxmini iqtisadi miqyas 21 trilyon ABŞ dollarıdır.
Təşəbbüsün əmələ gəlmə konteksti
Dünya iqtisadiyyatının qlobal maliyyə-iqtisadi böhrandan zəif bərpa olunması fonunda dünya birliyinin qarşısında qarşılıqlı fəaliyyətin yeni modelinin tapılması və iqtisadi inkişafın yeni mexanizmlərinin yaradılması durur. Çin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya gedişində Çin öz qabiliyyətlərinə uyğun olaraq daha çox beynəlxalq nailiyyətin və öhdəliklərin öz üzərinə götürülməsinə, sülhün və ümumbəşəri inkişafın saxlanmasına böyük töhfə verilməsinə hazırdır. “Bir kəmər, bir yol” layihəsi iqtisadi amillərin sərbəst qaydaya salınmış hərəkətinin dəstəklənməsinə, resursların səmərəli bölgüsünə və bazar inteqrasiyasının dərinləşməsinə, “Bir kəmər, bir yol” marşrutları boyunca ölkənin iqtisadi siyasətinin koordinasiyasının həvəsləndirilməsinə, regional əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə, birgə səylərlə regional əməkdaşlığın açıq, inkluziv və balanslı arxitekturasının formalaşmasına yönəldilmişdir.
Boao-Asiya Forumu (ing. Boao Forum for Asia, BFA – Şərqi Davos kimi beynəlxalq qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır) – 2015-ci ildə müşavirənin açılışı mərasimində ÇXR-in sədri Si Cinpinin qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” Çinin solo ifası deyil, əksinə layihənin marşrutları boyunca bütün ölkələrin əsl xorudur”. Bir kəmər, bir yol” təşəbbüsü, həmçinin Çinin “İlk yüzilliklər” və çin millətinin dirçəlişi haqqında “Çin arzusu” məqsədlərinin həyata keçirilməsində qonşu ölkələrlə münasibətdə ÇXR-inxarici siyasətinin əsas rolunun yeni ölkə rəhbərliyi tərəfindən qeyd edilməsi nəticəsində meydana gəlmişdir. Si Cinpinin sözlərinə görə, qonşu ölkələrlə münasibətdə xarici siyasətin uğurla irəliləməsi Çinin inkişafı üçün əlverişli mühit yaradır. Çinin dinc inkişafı, öz növbəsində, qonşu dövlətlərə böyük fayda gətirəcək və onların birgə çiçəklənməsinə səbəb olacaqdır. Çinin bu təşəbbüsü qərb rayonlarının inkişafının stimullaşdırılmasının və Çinin qərb və şərq rayonlarında disproporsiya problemlərinin aradan qaldırılmasına, qərb istiqamətində açıqlığın genişlənməsi yolu ilə ölkədə artıq güclər probleminin həll edilməsinə, əmtəələrin və kapitalın ixracı üçün Avrasiyada ölkələrin yeni bazarlarının mənimsənilməsinə kömək edəcəkdir.
İpək Yolu iqtisadi Kəməri
“İpək Yolu İqtisadi Kəməri” layihəsi çərçivəsində üç transaviasiya iqtisadi dəhlizlərinin yaradılması nəzərdən keçirilir:
1) Şimal (Çin-Mərkəzi Asiya-Rusiya-Avropa); 2) Mərkəzi (Çin-Mərkəzi və Ön Asiya-Fars körfəzi-Aralıq dənizi; 3) Cənub (Çin-Cənub-Şərqi Asiya-Cənubi Asiya-Hind okeanı).
XXI əsrin Dəniz İpək Yolu
“XXI əsrin Dəniz İpək Yolu” layihəsi iki dəniz marşrutunun yaradılmasını özündə ehtiva edir:
1) bir marşrut Cənub-Çin dənizi vasitəsilə Çinin sahillərindən Cənub-Sakit okean regionuna aparıb çıxarar; 2) digər marşrut Cənub-Çin dənizi və Hind okeanı vasitəsilə Çinin və Avropanın dəniz sahili rayonlarının birləşdirilməsini nəzərdə tutur.
Yeni Avrasiya dəmir yolu magistrallarının tikintisi və köhnələrin modernləşməsi
İpək Yolu İqtisadi Kəməri (İYİK) çərçivəsində yeni Avrasiya dəmir yolu magistrallarının tikintisi və MDB ərazisində köhnələrin yenidən qurulması Avropa ilə Asiya-Sakit Okean Regionu (ASOR) arasında yüklərin quru yollarda Avrasiya İqtisadi İttifaqının (Aİİ) tranzit mövqelərini möhkəmləndirməyə kömək edəcəkdir (hazırda Avropa ilə ASOR ölkələri arasında yüklərin əksər hissəsinin nəql edilməsi texniki məhdudiyyətlərlə Süveyş kanalı vasitəsilə dəniz yolu üzrə həyata keçirilir). Avrasiya və Avropa vasitəsilə ASOR-dan ən qısa quru yolu məsafəni 50% azalda bilər və dəniz yoluna nisbətən daha etibarlıdır və bundan böyük mənfəət əldə edilə bilər. Qazaxıstan və Çin İYİK-in Qazaxıstanın “Nurlu yol” proqramı ilə birləşməsi haqqında razılığa gəlmişdir. Eyni zamanda, bu proseslərdə Rusiya hökumətinin də iştirakı gözlənilir. Birgə layihələrin təşkili zamanı Aİİ ölkələri maliyyə gəlirləri, investisiya və texnoloji dəstək əldə edə bilərlər. Çin öz növbəsində, İYİK Fondunu təsis etmiş və özü nizamnamə kapitalı kimi 40 milyard dollar qoymuşdur. Layihənin maliyyə əsasının təmin edilməsi üçün Asiya İnfrastrukturu İnvestisiyalar Bankı (AİİB) da iştirak edir.
Qazaxıstan və Belarusiya hökumətləri İYİK çərçivəsində Çinlə əməkdaşlığı yüksək qiy­mətləndirirlər. Belarusiya Çin mallarının Avropaya ixrac edilməsi üçün Çin-Qazaxıstan-Moskva, daha sonra Minsk-Qərbi Avropa; Sankt-Peterburq-Skandinaviya ölkələri tranzit yolunu göstərmək olar.
Yüksək sürətli sərnişin dəmir yolu magistralının tikintisi
Qazaxıstan vasitəsilə Pekindən Moskvaya yüksək sürətli sərnişin dəmir yolu magistralının tikintisi böyük gələcəyi olan layihədir. Nəzərdə tutulur ki, marşrut əhalinin sürətlə hərəkətetmə qabiliyyətini artıracaq və iri aqlomerasiyaların (kompleks interval infrastrukturunun) yaranmasına, həmçinin magistral boyu yeni iş yerlərinin açılmasına təkan verəcəkdir. Belə ki, Moskva ilə Pekin arasında yolu iki sutkaya, Alma-Atadan Moskvaya isə cəmi bir sutkaya getmək mümkün olacaq. Yüksək sürətli yerüstü nəqliyyatın əsası kimi yüksək texnologiyalar (qatarların sürəti 200-dən 400 km/saata çatacaqdır) tikintidə, maşınqayırmada innovativ texnologiyaların tətbiqinə, informasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə səbəb olacaqdır.
“Bir kəmər, bir yol” və Azərbaycan
Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olmuşdur və bu layihənin reallaşmasına öz töhfəsini verməyə hazırdır. Bu haqda 2018-ci ildə Tayxu gölünə dair Dünya mədəni forumunun beşinci illik konfransında baş nazirin müavini Əli Əhmədov çıxış edərək bildirmişdir. Əli Əhmədov Azərbaycan-Çin münasibətlərinin uzun tarixi köklərə malik olduğunu qeyd edərək bildirmişdir ki, Azərbaycan bütün sferalarda əlaqələrin inkişafına əhəmiyyət verir. Möhkəm əsasda qurulmuş, dostluq və qarşılıqlı etimada söykənən Azərbaycan-Çin əlaqələrini hazırda ciddi tərəfdaşlığın dinamik inkişaf edən çoxtərəfli münasibətləri kimi xarakterzə etmək olar. Baş nazirin müavini əlavə etmişdir ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir və onun reallaşmasına öz töhfəsini verməyə hazırdır.

F.M.Qarayev,
BDU-nun dosenti