Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Hər açılan səhər Neftçalanı yüksəlişə, zirvəyə çəkib aparır
 
 
Azərbaycan iqtisadiyyatı ilbəil möhkəmlənir, sənaye, kənd təsərrüfatı yüksək dinamika ilə inkişaf edir, ixrac potensialı güclənir. İnkişaf və yüksəliş dalğası respublikanın bütün bölgələrini bürüyüb. Neftçala rayonunda da sosial-iqtisadi həyatın hər bir sahəsində irəliləyiş meyilləri hiss olunur. Əsaslı təmir və yenidənqurmadan sonra 44 kilometrlik Salyan-Neftçala yoluna çıxdıqdan dərhal sonra "Khazar-Pougeot" avtomobil zavodu görünür, yeni modelli maşın karvanı qarşıya çıxır. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev İran Respublikasının Prezidenti Həsən Ruhani ilə birlikdə Neftçala Sənaye Məhəlləsində inşa olunan "Azərmaş" və "İran khodro" şirkətlərinin birgə istehsal müəssisəsi olan "Khazar" avtomobil zavodunun açılışını həyata keçiriblər. Bu zavod Neftçala Sənaye Məhəlləsində ən böyük müəssisədir, ildə 10 min ədəd avtomobil istehsal etmək gücünə malikdir.
Müasir texnologiyalar əsasında qurulmuş zavodda "Khazar", "Samand" və "Peogeot" modelli avtomobillər istehsal olunur. Ötən il zavodda 1000-dən artıq avtomobil buraxılıb və 95 faizdən çoxu satılıb. Yeni avtomobillər avro-5 və beynəlxalq təhlükəsizlik standartlarına uyğundur. Müəssisədə 200 nəfər işlə təmin olunub və istehsal genişləndirildikdən sonra işçilərin sayı 300-ə çatdırılacaq. "Khazar" avtomobilləri "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə ixrac olunacaq. Bu avtomobillər 2018-ci ilin avqust-sentyabr aylarında Moskvada keçirilən beynəlxalq sərgidə nümayiş etdirilib və maraqla qarşılanıb.
Neftçalada digər sahələrdə də yüksək inkişaf dinamikası qorunub saxlanılıb. Dövlət proqramları çərçivəsində, həmçinin digər maliyyə mənbələri hesabına rayonda genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri aparılır. Təkcə ötən il ərzində Neftçala şəhərinin Heydər Əliyev prospektində, Məmməd Əmin Rəsulzadə, 28 May, Abdulla Şaiq, Məhəmməd Füzuli, Asif Mütəllimov, Yusif Pirəliyev küçələrində asfalt örtüyü təzələnib, müasir işıq dirəkləri quraşdırılıb, Səməd Vurğun parkı əsaslı təmir edilib, Zakir Məcidov küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib.
Rayonun Həsənabad qəsəbəsində, Səngan və Ərəbqardaşbəyli kəndlərində qazlaşdırma işləri başa çatdırılıb, 13 yaşayış məntəqəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su qurğuları və bulaqlar tikilərək əhalinin istifadəsinə verilib. Şəhərin bir sıra küçələrində, həmçinin Xıllı, Həsənabad qəsəbələrində, Mirqurbanlı və Kürkənd kəndlərində su boruları yenisi ilə əvəz olunub. Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin sərəncamına əsasən Qaradaşlı, Qazaxbəyli, Aşağı Surra, Mirzəqurbanlı, Pirəbbə və Xol kəndlərində modul tipli məktəblərin tikintisi başa çatdırılıb. Neftçala şəhərində Olimpiya İdman Kompleksi tikilir. Rayonun qaz təchizatının ötürücülük qabiliyyətini tənzimləmək məqsədilə Aşağı Surra kəndində magistral qaz kəmərinə qoşulacaq yüksəktəzyiqli qaz paylayıcı stansiyasının tikintisinə başlanılıb və yaxın vaxtlarda istifadəyə veriləcək.
2018-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 317,3 milyon manata çatıb ki, bu da 2017-ci illə müqayisədə 40,6 milyon manat çoxdur. Ümumi məhsulun tərkibində sənaye məhsulu 15,4 faiz, kənd təsərrüfatı məhsulu 32 faiz təşkil edir.
Neftçala rayonunda qeyri-neft sektorunun payı 77,5 faizə çatıb. Bir il ərzində rayonda 16 yeni müəssisə işə salınıb, 881 fiziki şəxs fəaliyyətə başlayıb. Yeni yaradılmış müəssisələr hesabına keçən il 673 nəfərlik daimi iş yeri açılıb. Tikinti-quruculuq işlərinə və kənd təsərrüfatında mövsümi məşğulluğa 4185 nəfər cəlb olunub. Ümumilikdə, keçən il 5182 nəfər rayon sakini daimi və mövsümi işlə təmin edilib. Hazırda respublikamızda özünüməşğulluq proqramı üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət dəstəyi ilə əhatə olunan aztəminatlı vətəndaşların yeni əmək və peşə vərdişlərinə yiyələnməsi istiqamətində ardıcıl iş gedir.
Neftçala rayonunda 89 vətəndaş həmin proqrama cəlb olunmuş və öz biznes planlarını müdafiə edə bilmişlər. Onlardan 63 nəfəri müvafiq aktivlərlə təmin olunmuşlar. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondunun maliyyə vəsaiti hesabına Neftçala rayonunda 7 sahibkarlıq subyektinə 74 min manat məbləğində güzəştli kredit ayrılmışdır.
Son illər pambıqçılıq ölkənin aqrar bölməsi üçün prioritet elan edilmişdir. Gəlirli və ölkəyə valyuta gətirən fəaliyyət sahəsi olduğuna görə, həm də rayon üçün ənənəvi məhsul hesab olunduğu üçün əhalidə pambıqçılığa maraq böyükdür. 2018-ci ildə Neftçalada 7 min hektarda pambıq əkilib və 10,9 min ton məhsul toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Əvvəlki illərə nisbətən məhsuldarlıq 6,2 sentner artıb. Bu ilin məhsulu üçün 1000-dən çox mülkiyyətçi ilə müqavilə bağlanılıb, əkin-səpin kampaniyasına hazırlıq başa çatdırılıb, təsərrüfatçılara "Aqrolizinq" ASC-nin xətti ilə zəruri maşın və mexanizmlər verilib.
Rayonda 14 min 500 hektardan yuxarı əkin sahəsinin suvarma suyu ilə təminatında yaranan çətinliklərlə əlaqədar Kür çayından Xol kəndi istiqamətinə 25 kilometr uzunluğunda Neftçala Magistral Kanalının və nasos stansiyasının tikintisi tam başa çatdırılıb.
Neftçalada fəaliyyət göstərən 2 balıqartırma təsərrüfatı, Xıllı, Nərə Balıqartırma zavodu və Kür-ağzı Nərə Balıqartırma zavodu tərəfindən 6 milyon 640 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək, Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılıb.
Rayonun ictimai, mədəni və idman həyatında da canlanma özünü göstərib. Keçən il əməkdə fərqləndiyinə görə bir fermer "Əmək" ordeni ilə təltif edilib, üç pedaqoq "Əməkdar müəllim", bir tibb işçisi isə "Əməkdar həkim" fəxri adlarına layiq görülüb. Bundan başqa, Neftçala rayonunu təmsil edən 7 şagird respublika fənn olimpiadalarında qalib gələrək Təhsil Nazirliyinin medal və diplomları ilə təltif olunublar. Qədimkənd kənd orta məktəbinin şagirdi Fidan Ağayeva qadınlar arasında kikboks üzrə ölkə çempionu adını qazanıb, İtaliyanın Venesiya şəhərində isə yeniyetmələr arasında dünya üçüncüsü olub. O, Azərbaycan Kikboks Federasiyasının "İlin idmançısı" fəxri diplomuna layiq görülüb.
Rayonda əhalinin aztəminatlı təbəqəsi hərtərəfli qayğı ilə əhatə olunub. Ötən il 43 imtiyazlı şəxs müalicə üçün sanatoriyalara göndərilib, bir nəfər müharibə əlilinə nəqliyyat vasitəsi verilib.
Rayonda fəaliyyət göstərən M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya əsaslı təmir olunaraq şagirdlərin ixtiyarına verilib. Bu gimnaziya müasir tipli, modern təhsil müəssisəsi kimi rayonda təhsilin inkişafına mühüm töhfələr verəcək. Gimnaziyada 381 nəfər şagird təhsil alır ki, onlardan 63 nəfəri məktəb yataqxanasında yaşayır. Bu cür məktəblərin yaradılması Azərbaycanın təhsil sahəsində də müasir ölkələr sırasına qatılmasını təcəssüm etdirir.
Göründüyü kimi, son 15 ildə görülən ardıcıl və sistemli tədbirlər nəticəsində Neftçala rayonunun infrastrukturu köklü şəkildə dəyişdirilib, yaşayış məntəqələri abadlaşıb, gözəlləşib, müasirləşib. Doğrudan da, qısa zaman kəsiyində belə bir inkişaf səviyyəsinə gəlib çatmaq unikal hadisədir. Rayonun 15 il əvvəlki mənzərəsini əks etdirən fotoşəkillərə baxdıqda və onları bu günlə müqayisə etdikdə insan gözlərinə inanmır. Yollar, körpülər, suvarma kanalları, sosial obyektlər, onlarla sənaye və emal müəssisələri, təhsil, səhiyyə, idman obyektləri, parklar, xiyabanlar, yaşıllıq zolaqları, daha nələr-nələr... Saymaqla qurtarmaq olmur.
Neftçalada dünya standartlarına cavab verən məhsullar istehsal olunur, xarici bazarlara çıxarılır. Aqrar sektorda istehsal edilən bir sıra məhsullar elə rayonun özündəcə xammaldan hazır məhsula çevrilərək ixraca yönəldilir.
İstehsalın şaxələndirilməsi davamlı xarakter kəsb edir. Görülən işlər, həyata keçirilən tədbirlər insanların həyat səviyyəsini yüksəldib, sosial durumunu yaxşılaşdırıb. Hər açılan səhər Neftçalanı zirvələrə çəkib aparır.
 
 
Zülfü İLYASOV,
bölgə müxbiri