Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Muğam düzündə həyat qaynayır, hər yanda coğqu və izdiham yaşanır

 

Muğan düzündə Biləsuvar rayonunun özünəməxsus yeri və rolu var. Yüz min nəfərə yaxın əhalinin yaşadığı rayonun sosial tərəqqisi, iqtisadiyyatın bütün sahələrində özünü göstərən artım dinamikası, möhtəşəm abadlıq, quruculuq işləri göz qabağındadır. İndi bu diyarda yaşayan hər kəs öz doğma yurd-yuvası ilə qürur duyur, fərəh hissi keçirir.
Regionların sosial-iqtisadi inkişaf ilə bağlı Dövlət Proqramlarının icrası nəticəsində Biləsuvarda bir sıra iri infrastruktur layihələri yerinə yetirilib. Burada Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 4 yaşayış binası inşa edilib.
Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, 30 ümumtəhsil müəssisəsi istifadəyə verilib, Biləsuvar şəhərinin içməli su sistemi yenidən qurulub, iri emal və istehsal müəssisələri yaradılır, keyfiyyətcə yeni sahibkarlıq subyektləri zümrəsi formalaşıb, 25 mindən çox yeni iş yerləri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb...
2018-ci ildə rayon sosial-iqtisadi layihələrdə əlamətdar hadisələrlə tarixə düşüb. İlin ən yadda qalan hadisəsi sentyabr ayının 18-də cənab prezidentin Biləsuvar rayonuna səfəri olub. Həmin gün dövlət başçısı rayonda bir sıra sosial və yol infrastruktur layihələrinin açılışını həyata keçirib, rayonda görülməsi zəruri olan işlər barədə tapşırıq və tövsiyələrini verib. 81 km uzunluğunda Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun tikintisi və yenidənqurulması davam etdirilir. Bu yolun tam istifadəyə verilməsi nəticəsində bölgənin həyatında köklü dəyişikliklər baş verəcək. Həmçinin, cənab prezidentin xeyir-duası ilə 20 min əhalinin rahat gəliş-gedişini təmin edəcək 15,5 km uzunluğunda 4 yaşayış məntəqəsini birləşdirən yolun istifadəyə verilməsi rayon üçün ən əlamətdar hadisələrdəndir. Cənab prezident Biləsuvarda olarkən ictimaiyyət nümayəndələri ilə görüşü zamanı demişdir: “Bu, mənim prezident kimi Biləsuvar rayonuna altıncı səfərimdir. Əvvəlki səfərlər zamanı biz bir çox sosial infrastruktur obyektlərinin açılışında görüşmüşük. Biləsuvarda sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermişəm ki, gələn il Biləsuvarın qazlaşdırılması 100 faizə çatdırılsın, bu günə qədər həll olunmayan layihələr icra edilsin. Biləsuvar rayonunda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələr uğurla inkişaf edir, pambıqçılığa gəldikdə, deyə bilərəm ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artırılıb. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır!
Yuxarıda da qeyd edildiyi kimi, Ələt-Astara magistral avtomobil yolu regionun, necə deyərlər, şah damarıdır. Bu yol cənub zonasının iqtisadi həyatına, xüsusilə turizmin inkişafına böyük təkan verəcək, həm də burada yetişdirilən məhsulların tez və rahat şəkildə mərkəzi şəhərlərə çatdırılması imkanlarını birə-beş artıracaq.
Biləsuvarda aqrar sahələrin dayanıqlı inkişafına yaradılan hərtərəfli şərait və bu xüsusda mühüm dövlət tədbirlərinin görülməsi öz müsbət təsirini verib, rayon üçün prioritet sayılan pambıqçılığın sürətli inkişafını təmin edib. Təsərrüfatçılar 2018-ci ildə sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün böyük əzmkarlıq nümayiş etdirmiş, xalq qüvvələrini səfərbər etmişlər. Ötən il rayon üzrə 22700 ton xam pambıq istehsal edilərək, tədarük məntəqələrinə təhvil verilmişdir. Məhsulun becərilməsi və tədarükü zamanı 16 min nəfərin məşğulluğu təmin olunmuş, əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir. Biləsuvarda aqrar parkların yaradılması istiqamətində tədbirlər də uğurlu həyata keçirilir. Rayonda yaradılmış “Yaşıl ada” aqroparkında kçən il 519,5 hektar sahədə pərakəndə, 5 hektar sahədə qarğıdalı və 70 hektar sahədə şəkər çuğunduru əkilmiş, sahələrdən bol məhsul toplanmışdır.
Həmin aqroparkda xeyli buğda və arpa əkilib. Hazırda rayonda fəaliyyət göstərən digər iki aqroparkda sahələrin əkinə hazırlığı ilə bağlı aqrotexniki və meliorativ tədbirlərin görülməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Rayonda istehsal olunan təmiz və keyfiyyətli məhsul Türkiyəyə və digər ölkələrə ixrac edilir.
Biləsuvardan, həmçinin Rusiyaya, ərəb ölkələrinə nar, uzaq Yaponiyaya bal ixrac olunur.
Gələcəyin inkişafına dair Dövlət proqramına uyğun olaraq Biləsuvarda bu sahə üzrə müəyyən tədbirlər görülür, heyvandarlıqda irəliləyiş meyilləri davam edir.
2018-ci ildə rayonda abadlıq-quruculuq işlərində səngimə, geriləmə baş verməyib, nəzərdə tutulan bütün vəzifələr uğurla icra edilib.
Xırmandalı kəndində 40 yerlik uşaq bağçasının, Muğan kəndində 80 yerlik modul tipli ümumi məktəb binasının tikintisi başa çatdırılıb, şəhərin Ü.Hacıbəyov küçəsində dördmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib. Əsgərabad bələdiyyəsi tərəfindən ayrılmış 4 hektar torpaq sahəsində gücü 4000 ton olan pambıq tədarükü məntəqəsi tikilib, pambıq emalı müəssisəsinin tikintisi üçün əlavə 5 hektar torpaq sahəsi ayrılıb. Son illər Biləsuvarda məktəb binasının tikintisi də diqqət mərkəzində saxlanılır. Ötən il 7 məktəb binası yüksək səviyyədə əsaslı təmir edilib. Cənab prezidentin Biləsuvara son səfəri zamanı imzaladığı sərəncama uyğun olaraq Biləsuvar şəhərində 1171 şagird yerlik modul tipli məktəbin tikintisi nəzərdə tutulur. Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi isə ilbəil yaxşılaşır. Dövlət başçısının sərəncamlarına uyğun olaraq 134 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri tamamlanıb. Bu tibb ocağı müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Bütün görülən tədbirlərə baxmayaraq, rayonda həm təhsil, həm də səhiyyə sahəsində problemlər var və onların aradan qaldırılması sahəsində konkret proqramlar üzrə işlər davam etdirilir.
Rayonda əhalinin asudə vaxtının səmərəli təşkilində mədəni-maarif müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.
Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət evləri, klub və kitabxanalar əhaliyə dolğun xidmət göstərməyə çalışırlar. Tarix-Diyarşünaslıq Muzeyində mövcud eksponatların sayı artırılıb.
Muzeydə təşkil olunmuş tədbirlərdə rayon ziyalıları, məktəblər yaxından iştirak edirlər. Dövlət Rəsm Qalereyasının il ərzində təşkil etdiyi rəsm sərgiləri, respublikamızın görkəmli rəssamlarının rayonda ustad dərsləri keçməsi görülmüş müsbət işlər sırasındadır. Gənclər evinin və Bayraq Muzeyinin istifadəyə verilməsi regionun mədəni həyətində canlanma yaradıb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayıb.
Rayon İcra Hakimiyyəti və yeni yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşəbbüsü və təşkilatçılığı əsasında icra olunan “Şəhidlik milli dəyər kimi” layihəsi keçən ilin uğurlu işlərindən sayıla bilər. Mənəvi inkişafa həsr edilmiş konfrans və seminarların keçirilməsi də rayonun mədəni həyatında yadda qalan hadisələrdəndir. Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, sahibkarlıq subyektlərindən gələn təklif və təşəbbüslərin dəstəklənməsi rayonda münbit mənəvi-psixoloji şəraitin yaranmasına gətirib çıxarmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, keçən il ərzində yerlərdə 50-dək səyyar qəbul keçirilib, sakinləri narahat edən problemlər dinlənilib, çevik qərarlar qəbul edilib. Xüsusilə, mövsüm zamanı kənd təsərrüfatında baş verə biləcək problemlərin operativ şəkildə aradan qaldırılmasında belə görüş və təmasların müstəsna əhəmiyyəti vardır.
Yazın gəlişi doğma yurd yerlərinə bir təravət və gözəllik gətirib. Dağlar, dərələr, düzənliklər yaşıl don geyinib, çəmənlərin xoş rahiyəsi insanı bihuş edir.
Təsərrüfatlarda əkin-səpin işlərinə hazırlıq gedir. Kənd əməkçilərinin qayğıları bire-beş artıb. Dan yeri söküləndən toran qovuşanacan hər kəs iş başındadır. Biləsuvarın əvvəlki şöhrəti özünə qayıdır.
 
 
Zülfü İLYASOV,
bölgə müxbiri