Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

«Təqdim etdiyimiz yeni məhsullar ənənəvi
biznes kreditlərindən daha sərfəlidir»

 

Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. 

İlham Əliyev


 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlar sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin təməlini qoymuşdur. Əsas hədəfi iqtisadi səmərəlilik, sosial ədalətlilik və ekoloji təhlükəsizlik olan bu mərhələdə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sis­teminə səmərəli inteqrasiya mə­sə­lələri əsas amillərdəndir.
Bu baxımdan ölkədə sahibkarlı­ğın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir.
Xüsusilə, son dövrlərdə ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verilməsi və əsaslı şəkildə dəstək göstərilməsi, sahibkarların daha səmərəli və şəffaf işləmələri üçün bütün zəruri şəraitin yaradılması təbii olaraq sahibkarlığın inkişafına da əsaslı təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, sahibkarlığın inkişafı sahəsində əsas məsələlərdən olan maliyyələşmə kanalının mövcudluğuna xüsusilə böyük ehtiyac var. Bu səbəbdən də Kapital Bank sahibkarların maliyyələşməsi istiqamətində yeni məhsullar təqdim edir, həmçinin bir sıra aksiya və kampaniyalar həyata keçirir. Kapital Bank-ın təqdim etdiyi belə məhsullar, mövcud şərtlər və yeniliklər barədə daha ətraflı məlumat əldə etmək məqsədilə Bankın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə ilə müsahibəni sizə təqdim edirik.
- Fərid müəllim, Kapital Bank-ın yeni təqdim etdiyi Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsulları nələri əhatə edir və kimlər üçün nəzərdə tutulub?
- Əvvəlcə onu qeyd edim ki, Ticarət əməliyyatlarının maliyyələşdirilməsi – faktorinq, satışın maliyyələşdirilməsi və təchizat öncəsi maliyyələşdirmə olmaqla üç məhsuldan ibarətdir. Bu məhsullardan hüquqi şəxs və fərdi sahibkarlar rahatlıqla istifadə edə bilərlər. Xüsusən də, əsas hədəfimiz olan kiçik və orta sahibkarlıqla (KOS) məşğul olan müştəriləri nəzərə alaraq, bu məhsullar üzrə bazara əlverişli şərtlər təqdim edirik.
Biz geridə qoyduğumuz 2018-ci il ərzində ilkin faktorinq məhsulunu test etdik. Nəticələrin uğurlu alındığını və bu növ məhsullara bazarda yetərincə tələbat olduğunu nəzərə alaraq, kütləvi satışlara start verdik.
- Az öncə qeyd etdiyiniz, faktorinq, satışın maliyyələşdirilməsi və təchizat öncəsi maliyyələşdirmə məhsullarının mahiyyəti və üstünlükləri nələrdən ibarətdir?
- Öncə onu qeyd etmək istərdim ki, bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir. Beləki, faktorinq və satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı satdığı malın dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış dəyərinin 90%-ə qədərini Kapital Bank tərəfindən dərhal əldə edə bilir. Təchizat öncəsi maliyyələşdirmə məhsulundan istifadə zamanı isə satıcı alıcı ilə bağladığı müqavilə və ya ondan qəbul etdiyi alış sifarişi əsasında Kapital Bank-a müraciət etməklə, təchiz ediləcək mallar və ya görüləcək işlər üzrə öncədən maliyyələşmə əldə edə bilir.
Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının üstünlüklərinə gəldikdə isə, əsas olaraq girov tələbinin olmadığını qeyd etmək olar. Bundan başqa, satıcı biznesini davam etdirmək üçün satış dəyərinin 90%-ə qədərini Kapital Bank-dan əvvəlcədən alıb, rəqabətə daha davamlı məhsullar təklif etmək imkanına malik olur. Həmçinin, bu məhsulun alıcıdan avans tələb etməməsi, məzənnə dəyişikliyi, inflyasiya və likvidlik risklərinin olmaması kimi üstünlükləri də vardır.
Daha anlaşıqlı olması üçün bir neçə sadə nümunə üzərindən davam etmək istərdim. Misal üçün, sahibkar 10000 manatlıq satış edib. Amma müştəri ilə malın dəyərinin 90 gün sonra ödənilməsini haqqında razılıq var. Bu halda sahibkar bu satışı təsdiq edən sənədlərlə Kapital Bank-a müraciət edərək, faktorinq və ya satışın maliyyələşdirilməsi məhsullarından istifadə edə bilər. Nəticədə, o, 90 gün gözləmədən 10000 manatın 90%-ə qədərini, yəni 9000 manatını dərhal alacaq. Qalan hissəni isə alıcı, ödənişi edən zaman əldə edəcək.
Yaxud təsəvvür edin ki, sahibkar çox önəmli bir müştəridən dəyəri 50000 manat olan sifariş qəbul edib. Amma həmin sifarişi icra etmək üçün hazırda kifayət qədər vəsaiti yoxdur. Bu zaman sahibkar, bu sifarişi təsdiq edən sənədlərlə birgə Kapital Bank-a müraciət edib, təchizat öncəsi maliyyələşdirmə məhsulunu götürə bilər. Sifariş dəyərinin 90%-ə qədərini, yəni 45000 manatını öncədən əldə edib, sifarişi rahatlıqla icra etmək olar. Alıcı isə öz növbəsində əvvəlcədən avans ödənişi etmədən, sifariş icra olunduqdan sonra onun tam dəyərini ödəyir.
- Bəs, nəyə görə müştərilər onlara daha yaxşı məlum olan biznes kreditindən deyil, bu məhsullardan istifadə etməlidirlər?
- Təbii ki, müştərilər biznes kreditlərindən də istifadə edə bilərlər. Lakin bu zaman kredit rəsmiləşdirilməsi üçün müştəri haqqında daha çox məlumat və daha çox sənəd tələb olunur. Maliyyə vəziyyətinin qiymətlənidirilməsi ilə birgə kreditin rəsmiləşdirilməsi prosesi bir qədər vaxt aparır. Vaxt isə, bildiyimiz kimi, biznesdə ən dəyərli resursdur. Bunlarla yanaşı, girov tələbinin olmaması məhsula əlavə üstünlük qazandırır.
- Ümumiyyətlə, Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarını hansı müştərilər üçün daha münasib hesab edirsiniz?
- Bu məhsulları daha çox KOS seqmentinə aid müştərilər üçün münasib hesab edirəm. Çünki KOS seqmentində olan müştərilər üçün çeviklik və yeni etibarlı ticarət partnyorlarının tapılması əsas amillərdəndir. Bu maliyyələşmə alətləri də müştərilərimizə çevikliyi və etibarlı ticarət əlaqələri qurmağı təmin edə bilir. Eyni zamanda, nisbətən kiçik bizneslər üçün maliyyə resursu axtaran zaman əsas problemlərdən biri olan girov tələbi Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarında yoxdur.
- Bu məhsullar üzrə Kapital Bank olaraq müştərilərdən olan gözləntiləriniz nələrdən ibarətdir?
- Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının tətbiq edilməsi müştərilərin rəsmi şəkildə apardıqları əməliyyatlar üzrə mümkündür. Bunun üçün müştərilərdən olan gözləntilərimizdən biri şəffaf mühasibatlıq sistemlərinə malik olmaları və onu səmərəli şəkildə tətbiq etmələridir. Şəffaf mühasibatlıq sisteminin mövcudluğu müştərilərimiz üçün bu məhsulları daha əlçatan edəcək. Eyni zamanda, ölkəmizin vergi sistemində aparılan islahatlar sahibkarların şəffaf mühasibatlığa keçməyini təşviq edəcək və ümumilikdə ölkə iqtisadiyyatına müsbət töhfə verəcək.
- Ölkədə son dövrlərdə prioritet olaraq önə çıxan KOS seqmenti üzrə Kapital Bank daha hansı məhsulları təklif edir?
- Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Artıq KOS seqmentinə aid müştərilərə daha keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün Kapital Bank-ın bir sıra filiallarında xüsusi mərkəzlər yaradılıb. Bundan əlavə, KOS müştərilərinə hesablaşma və xəzinə xidmətləri, məsafədən bankçılıq, biznes krediti, əməkhaqqı layihələri, biznes kartlar, inkassasiya və sənədli əməliyyatlar hesab edilən – qarantiya və akkreditivlər üzrə xidmətlər də sərfəli şərtlərə təqdim olunmaqdadır.
Onu da qeyd edim ki, 2019-cu ilin fevral və mart ayları ərzində Kapital Bank-la yeni əməkdaşlıq etməyə başlayan sahibkarlar üçün aksiyamız var. Şərtlərə görə, filiallarımıza müraciət edən sahibkarlara hesabın açılması, sahibkar kartının verilməsi, həmçinin POS terminal quraşdırılması tam olaraq pulsuz həyata keçirilir. Üstəlik, bizə müraciət edən hər 100-cü sahibkara 100 manat məbləğində hədiyyə kuponu da verilir.
Son olaraq onu da qeyd edim ki, yaxın zamanlarda Biznes Overdraft məhsulunun da kütləvi satışına başlayacağıq. Bu məhsul isə öz növbəsində müştərilərimizə aparmaq istədikləri əməliyyat üzrə hesablarında kifayət qədər məbləğ olmadıqda belə, ödənişləri həyata keçirməyi mümkün edəcək.
 
Mətanət Hüseynova