Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Milli sərvət davamlı inkişafın dayağıdır

 

İqtisadi potensialla milli sərvət arasındakı bağlılıqdan danışılır. Tutaq ki, bir idmançının hər cür idman etmək və nəticə göstərmək üçün şəraiti var. O, müəyyən standartlara malikdir, məşqçisi, idman zalı, təminatı var və s. Nəhayət, idmançıçempionatda 6 metrlik bir hündürlüyün qarşısında dayanır. İndi o, hündürlükdən tullana bilsə, demək, potensialını reallaşdıracaq və sərvətini artıracaq - yeni medal qazanacaq. Əks halda, potensialı reallaşdıra və sərvətini artıra bilməyəcək. Yəni, milli sərvət var; baza kimi, fiziki olaraq, intellektual olaraq, toplum olaraq və həmin sərvətdən törəyən enerji-potensial var. O potensial reallaşa bilər.Bu vəhdətin vacib hissəsi milli sərvətdir və mən istərdim ki, onun haqqında danışım.

Bəzən prosesləri öyrənmək üçün makroiqtisadiyyatdan mikroiqtisadiyyata keçirlər, bəzən isəəksinə. Mən bu dəfə ikinci variantdan istifadə etmək niyyətindəyəm. Fikirlərimi isə“milli sərvət davamlı inkişafın dayağıdır” ifadəsi ilə cəm etmək istəyirəm.

Dahi Arximed deyir: “Mənə dayaq nöqtəsi verin, yeri qaldırım”. Sahibkarlara deyilən məsləhətlərdən biri isə belədir: “Aktivlərinizə söykənin”. Yəni, sahibkar fəaliyyətini qurarkən, inkişaf etdirərkən sahib olduğu aktivlərdən dayaq kimi istifadə etsin.Bu, ona rəqabətdəüstünlük gətirər və hədəfəçatmaqda yolu qısaldar.Məsələn yük avtomobilinə sahib olanın başqasına nəzərən daşımaçılıq üstünlüyü var, yəni o, öz aktivi olan yük maşınına əsaslanaraq fəaliyyət göstərərsə, mənfəət qazanma ehtimalıçoxdur. Sahibkar səviyyəsində deyilən uğur açarı, zənnimcə, ölkəyə də aid edilə bilər. Ölkə müstəvisində məcmu aktivləri ölçən beynəlxalq makroiqtisadi kateqoriya milli sərvət kateqoriyasıdır. Milli sərvət anlayışı Birləşmiş Millətlər Təşkilatının statistikasında istifadə edilən ümumi millli məhsul , milli gəlir səviyyəsində olan beynəlxalq makroiqtisadi göstəricidir. Yəni əvvəlcə milli sərvət olmalıdır ki, onun əsaqsında ümumi millli məhsul yaransın, ondan isə milli gəlir formalaşsın.

Azərbaycan dilində sözün kökü “sərv”-dir (kiparis). Sərv həmişəyaşıl, yaraşıqlı, göyə ucalan, ehtimala görə insanlığı xilas etmiş Nuh gəmisinin hazırlandığı, Plutarxın bütün qanunların üzərində yazılmasını tövsiyə etdiyi, əbədilik rəmzi sayılan ağacdır.

Əsrlərlə nəyin sərvət sayılması, onun necə hesablanması, onun mənbəyinin nə olması iqtisadi nəzəriyyədəəsas suallardan biri olub. Merkantilistlər sərvət kimi qızılı sayır və onun mənbəyini ticarətdə görürdülər. Fiziokratlar həqiqi sərvət kimi torpağı, mənbə kimi kəndli əməyini görürdülər. Klassiklər sərvət kimi təbii, insan resurslarını, istehsal olunmuş və toplanmış nemətləri, mənbə kimi isə bütün sahələrdəəməyi görürdülər.

Bəs, biz milli sərvət deyəndə nəyi nəzərdə tutaq?

Azərbaycan mediasında milli sərvət anlayışına cavablar ( 1 halda mədəni sərvət):
"Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir", - demişdir ümummilli lider Heydər Əliyev.
Məsələyə münasibət bildirən millət vəkili Nizami Cəfərovun fikrincə, multikulturalizm Azərbaycanın ən böyük milli sərvətidir və bəşəriyyət gec-tez dünyaya səadət, xoşbəxtlik gətirəcək, sivil inkişafın, demokratiyanın, bəşəri humanizmin ana xəttinə, onun mayasına çevriləcək multikulturalizm, tolerantlıq modelimizdən həvəslə istifadə edəcək və ya bunu tətbiq etməyə məcbur olacaqlar.
Azərbaycanın milli sərvəti Milli Kitabxanasıdır.
Bu layihələrdən biri də YUNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə hazırladığı “Azərbaycanın mədəni sərvəti” layihəsidir.
Aşıq Şəmşir Mədəniyyət Ocağıİctimai Birliyi milli sərvətlərimizin qorunması və təbliği sahəsində yeni bir layihəyə start verib. “Müasir Azərbaycanın milli sərvəti – AŞIQ SƏNƏTİ” adlı layihə mütəmadi olaraq davam etdiriləcək.
Şirməmməd Hüseynov.

Azərbaycan ədəbiyyatında sərvət məfhumuna dair nümunələr:
“Biz təsərrüfatı maşınlaşdırmaqla təbiətin əlində olan bütün sərvəti ancaq sinifsiz cəmiyyətin ixtiyarına verməliyik.” Cəfər Cabbarlı. “Şairin vətənindən hər yana, dünyanın hər yerinə axan sərvət aşıb-daşırdı.” Mir Cəlal. “Kluba və bələdiyyəyəüzv olmaq sərvətdarlar arasında da böyük bir şərəf sayılırdı.”
Abdulla Şaiq.

Mövcud nəzəriyyə və ictimai fikri təhlil edərək bu kateqoriyaya belə tərif deməyəçalışaq: milli sərvət milli-mənəvi sərvətin və maddi milli sərvətin məcmusudur.
Milli mənəvi sərvət milli-mənəvi dəyərlər, mədəni abidələr, milli xarakter, milli ideologiyadır.
 Maddi milli sərvət ölkənin, onun rezidentlərinin həmin ölkədə, ondan kənarda sahib olduğu məcmu xalis aktivlər cəminin müəyyən tarixə pulla ifadəsidir. Bura qeyri-rezidentlərə olan xalis maliyyə tələbləri də aiddir. Ölkənin maddi milli sərvətinin həcmi onun iqtisadiyyatına real inamı formalaşdıraraq yatırılan sərmayə, kredit həcmi vəşərtlərinə təsir edir

Milli sərvətin tərkibinə müxtəlif yanaşmalar mövcuddur: toplanmış sərvət, xalq təsərrüfatı balansı və milli hesablar sistemi üzrə. Mən toplanmış sərvət üzrə bölgünün təhlil üçün daha rahat olduğundan onu təkmilləşdirməyi təklif edirəm:

- təbii sərvət (tükənən, tükənməyən, qismən tükənən);
- insan əməyi ilə yaradılan sərvət (fiziki: əsas vəsait, dövriyyə vəsaiti, mal-material qiymətliləri; intellektual: incəsənət inciləri, elmi-tədqiqat nəticələri, patentlər-lisenziyalar);
- maliyyə: (qızıl, nağd pul, bank krediti, qiymətli kağızlar, digər maliyyə tələbləri);
- insanın özü.

Milli sərvət məfhumunun öyrənilməsində görkəmli iqtisadçı Raymond Qoldsmitin tədqiqatları xüsusi yer alır. O, II Dünya müharibəsindən sonra BirləşmişŞtatların milli sərvəti problemləri ilə, maliyyə sisteminin struktur məsələləri ilə məşğul olub.
Qoldsmitəəsaslansaq, manat milli sərvətə aid deyil. Manat şəxsi sərvətə aiddir - maliyyə tələbi kimi.Azərbaycan vətəndaşının saxladığı manat Azərbaycan dövlətinə verdiyi kreditdir. Əməyi ya aktivi iləəvəzləşdirdiyi vasitədir. Yəni, vətəndaşın manatı onun aktividir- tələbidir, amma Mərkəzi Bankın passividir - öhdəliyidir. Ona görə tələb vəöhdəlik sıfırlaşır və milli sərvətin artıb-azalmasına təsiri olmur. Bəs, Azərbaycan vətəndaşının dolları necə? Dollar maddi milli sərvətin tərifində yazdığımız qeyri-rezidentlərə xalis maliyyə tələblərinə aiddir. Əgər biz dünyanın məcmu maddi milli sərvətini hesablamağa çalışsaq, onda ölkələrin bir-birinə olan tələbi sayılmayacaq. Beləliklə, dünya səviyyəsində kağız pul avtomatik sərvət məfhumundan kənara çıxacaq. Ona görə də Qoldsmitəəsaslanaraq deyə bilərik ki, qiymətli metallar və rezidentlərimizin öhdəliyinə cavabdehliyi məlum olan qeyri-rezidentlərə qarşı maliyyə tələbləri milli sərvətimizə aiddir. Yəni, dollar aiddir, bitkoin yox. Bank kreditinin yaranma sxemi. Əvvəl insanlar əməyini, torpağını və s. sataraq Mərkəzi Bankın öhdəliyi olan manatı alaraq bank yaradır. Sonra topladığı puldan bir hissəsini kreditə verir. Krediti götürən şəxs bu pula istehsal avadanlığı alır. Həmin avadanlıq milli sərvətə aid olur. Pul, kredit isə vasitəçi alət rolunda çıxış edir. Kreditin əvəzinə xarici valyuta alınarsa, o da milli sərvətimizə aid olacaq. Lakin bu halda milli sərvətimiz milli iqtisadiyyatımıza yox, xarici ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək. Demək, milli sərvətimizin milli iqtisadiyyatımıza xidmət edən vəəsasən digər iqtisadiyyatlara xidmət edən hissəsi var.


Metodologiya barədə:
Təbii sərvət:
Tükənən təbii sərvətin dəyəri onun dünya bazarındakı dəyərindən idarəetmə: hasilat və satış nöqtəsinəçatdırılma məcmu xərcləri çıxılmaqla tapılır. Demək, dünya bazarında qiymətlər çox, idarəetmə: hasilat və nəqliyyat xərcləri az olduqca tükənən sərvətimizin yerin təkindəki dəyəri çox olur.

Tükənməyən: İqlim ehtiyyatları:

- Günəş. İllik temperatur cəmi. Günəş enerjisinin elektrik enerjisinəçevrilmə potensialı və onun qiymətləndirilməsi.

- Külək. İllik külək sürəti cəmi.
- Atmosfer. Çirklənmə nəzərə alınmaqla nreal vəziyyəti. Dalğa enerjisi.
Qismən tükənən/qismən bərpa olunan:
- torpaq, sahə, relyef tükənir.
Münbit qat isə bərpa olunur;
- su;
- meşə dəyəri - xidmət xərci;
- digər nəbatət və heyvanat aləmi. Bərpa üsullarından biri - Qırmızı kitab.


İnsan sərvəti.

Vəsait o vaxt kapitala çevrilir ki, o, gəlir gətirir. İnsan sərvəti cəmiyyətin tələbatlarınıödəmək üçün bilik, bacarıq, qabiliyyətin məcmusudur. Belə hesab olunur ki, ilk dəfə bu termini 1961-ci ildə amerikan alimi Teodor Şults istifadə edib. Onun davamçısı olan Harri Bekker 1965-ci ildən insan kapitalına yatırımlarıəsaslandıraraq və insan davranışına iqtisadi yanaşma formalaşdıraraq bu fikri inkişaf etdirmişdir. O, nəzəriyyəsinə görə 1992-ci ildə Nobel mükafatı almışdır.

Əvvəllər insan kapitalı deyəndə insana yatırılmış və onun əmək qabiliyyətini- təhsil və peşəkar xüsusiyyətlərini artıran sərmayələr başa düşülürdü. Sonralar bu məfhumun mahiyyəti böyüdü. Dünya Bankı bura istehlak xərclərini: ailə və dövlətin ərzağa, geyimə, mənzilə, təhsilə, səhiyyəyə, mədəniyyətə xərclərini aid edir. İnsan kapitalı nəzəriyyəsinin kökü ХVIII əsrə Adam Smitin tədqiqatlarına gedib çıxır. O, cəmiyyətin bütün üzvlərinin qazanılmış və faydalı bacarıqlarını vacib sayırdı. Fərd qabiliyyətlərin qazanılmasına pul xərcləyir, nəticədə bu onun şəxsində reallaşan kapitala çevrilir.

Şultsun insan kapitalı konsepsiyasıölkələr arasında məhsul istehsalı həcmindəki fərqləri və buna sərf olunan sərvətlər həcminin fərqini izah edir. Şults və bəzi iqtisadçılar fikir söylədilər ki, insan kapitalına sərmayələr bu fərqin əsasıdır (Şults, 1961). (İnsan kapitalının ölçülməsi üzrə təlimat. EEC, UN, Nyu-York, Cenevrə, 2016 )
Milli sərvətin hesablanmasında ən çətin hissə insan sərvəti ilə bağlıdır.“İnsanın dəyəri əlaqələrinin dəyəri qədərdir” - Çin atalar sözü. Sığorta şirkəti həyatı qiymətləndirərək sığortalayır. Lakin dünyada insan sərvətinin hesablanmasına qəbul olunmuş vahid yanaşma yoxdur. Bunun etik, intellektual, sair səbəbləri var. Demək, elmi ictimaiyyət bu problemlə məşğul olacaqdır.

Hazırda dünyada milli sərvətin strukturunda insan kapitalı artır.İnkişaf etmişölkələrdə onun xüsusi çəkisi yüksəkdir. Əsas səbəb onlarda 1990-cı illərin sonlarından sərmayələrin 70%-nin insan kapitalına, yalnız 30%-nin fiziki kapitala qoyulmasıdır. Bu sərmayələrin əsas hissəsini dövlət qoyur.

İnkişaf insan kapitalının milli sərvət içərisində xüsusi çəkisini artırmağa sövq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Neft kapitalını insan kapitalına çevirək” fikrini bildirmişdir və mütərəqqi beynəlxalq təhsildən yararlanmaq üçün azərbaycanlıların xarici təhsilinin maddi dəstəklənməsi üçün şərait yaratmışdır.
Milli sərvət kateqoriyasının hesablanması metodologiyası təkmilləşdirilməlidir. Belə ki, əmlak tam, ya qalıq dəyəri ilə hesablanmalıdır? Qalıq dəyəri üzrə hesablandıqda müxtəlif ölkələrin qanunvericiliyində amortizasiya ayırmalarına fərqli yanaşma mövcuddur. Bu qəbildən başqa suallar da var...

Davamlı inkişaf başqa amillərlə yanaşı, milli sərvətin strukturunun əsas və alt elementlər üzrə səmərəli olmasını zəruri edir. Bunun üçün ona yatırılan sərmayə də səmərəlilik baxımından istiqamətləndirilməlidir. Beləliklə, ölkəmizin milli sərvəti nə qədərdir? – sualına cavab tapmağa çalışaq.

Milli sərvəti hesablamaq üçün bəzi məlumatları diqqətəçatdıraq. OPEC-in hesabatına görə, Azərbaycanın təsdiqlənmış neft ehtiyatları 7 milyard barreldir. Azərbaycanın neft brendi Azerilightın 1 barreli 66,48 ABŞ dollarıdır (4.3.2019). SOCAR-ın məlumatlarına əsasən hesabladıq ki, 1 barrelin istehsal xərci 10,4, Bakıdan İtaliyanın Auqusto limanına daşıma xərci 0.8 ABŞ dollarıdır. 66,48-10,4-0.8=55,28*7 milyard= 386,96 milyard ABŞ dolları. Bundan xarici tərəfdaşlarımızın pay mənfəəti çıxılır. Dövlət Neft Şirkətinin(ARDNŞ) rəhbəri Rövnəq Abdullayev bildirdiyinə görə qaz ehtiyatları 2.5 trilyon m3-dir (OPEC məlumatlarına əsasən 1.3 trilyon m3).Azərbaycan qazının 1m3-inin satış qiyməti ortalama 0,155 ABŞ dollarıdır. ARDNŞ-ın məlumatlarına əsasən hesabladıq ki, 1 m3 qazın istehsal xərci 0,036 ABŞ dollarıdır.Tarif Şurasınin təsdiqlədiyi tariflərə görə 1000 m3 qazın 100 km məsafəyə nəql xərci 2 manatdır. Demək sərhədə nəql xərci ortalama 0,0047 ABŞ dolları təşkil edir.0,155- 0,036- 0.0047= 0,1143*2.5 trilyon m3= 285,75 milyard ABŞ dolları. Ölkəmizin hazırki karbohidrogen ehtiyatlarının həcmi 4.2 milyard ton şərti yanacaq təşkil edir. Proqnozlaşdırılan karbohidrogen ehtiyatlarının həcmi isə 10 milyard ton şərti yanacaq təşkil edir. Çaylarımızın hidroenerji ehtiyatı 37 mlrd. Kvt. təşkil edir. Əsas fondların dəyəri 99,5 milyard ABŞ dollarıdır (AzStat). Azərbaycan Mərkəzi Bankının rəsmi qızıl-valyuta ehtiyatları 5,534 milyard ABŞ dolları həcmindədir (28.09.2018).Dövlət Neft Fondunun aktivləri 38,987 milyard ABŞ dollardır (01.09.2018). MDB-də adambaşına ortalama milli sərvət 275 000 ABŞ dollarıtəşkiledir (Mənbə: Nesterov L. Milli sərvət və insan kapitalı.// İqtisadiyyat Sualları jurnalı, Moskva, 2003,№ 2.). Bunu 10 milyon əhalisi olan Azərbaycana tətbiq etsək, vətənimizin milli sərvəti 2,75 trilyon ABŞ dolları təşkil edir.
 Milli sərvətin hesablanması həm metodoloji, həm də gərəkli məlumatları toplamaq baxımından çətin prosesdir. Gələcək tədqiqatlarda onun detallaşmasına diqqət yetiriləcək və yəqin ki, bu da reallığa daha yaxın göstəricilərin tapılması ilə nəticələnəcəkdir.

P.S. Əvvəldə insan kapitalı termininin ilk dəfə 1961-ci ildə Teodor Şults tərəfindən istifadə olunmasının hesab olunduğunu bildirdim. Onun tədqiqatlarına böyük hörmətlə yanaşmağımla yanaşı, bir tarixi ədalətin də bərpasını arzulayıram.

Bir neçə gün əvvəl dəyirmi masaya hazırlaşarkən bildim ki, Mikayıl Müşfiqin Heydər Əliyev Sarayında yaradıcılıq gecəsi keçirilir və tədbirə getdim. Azərbaycan Televiziyası tərəfindən yüksək səviyyədə hazırlanmış xatirə konserti idi. Aparıcı Ayşən Şakirqızı da gözəl nitqləşeirlər dedi. Bir şeiri deyəndə mən çox təəccübləndim və sevindim. Ertəsi gün bir gənc iqtisadçıya dedim ki, Azərbaycan Televiziyası iləəlaqə saxlasın və o şeiri tapıb mənəçatdırsın. İndi bu sənət incisinin iki bəndini diqqətinizəçatdırmaq istəyirəm:

 

Göy bir məhəbbətə açıq qucaqdır,
Sanasan ulduzlar körpə uşaqdır,
Bizim gənc analar öz qucağında
Çox böylə ulduzlar parladacaqdır.

******
Kim yanılıb deyir: ömür masaldır,
Bir şirin uyğudur, bir xoş xəyaldır?
Hər an təbiəti gözəlləndirən
Bu insan tükənməz bir kapitaldır!

 

Mikayıl Müşfiqin 1937-ci ildə yazdığı

“Duyğu yarpaqları” şeiri.

 

Dünya inkişafının başlanğıcıŞərqdir. Qərbin kəşflərinə hörmətimizi bildirərək biz görürük ki, ən böyük məsələlərdən biri- insan kapitalı ifadəsinin və onun tükənməzliyinin kəşfi mənbəyi dəŞərqdir, Azərbaycandır, Mikayıl Müşfiqdir!

 

Elşad Səməzadə,

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini,

Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü,

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, i.f.d.

 

İqtisadiyyat qazetinin 2019- cu il 3 cü nömrəsində

dərc olunmuş dəyirmi masa materialından