Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Kənd təsərrüfatının inkişafı sahəsində ciddi işlər görülür

 

“Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq.”

İlham Əliyev

 

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi hazırda dövlətin qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyənləşdirdiyi  əsas prioritetlərdəndir. Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə artmışdır.
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan,  qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatının da inkişafı  ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və görülmüş işlər nəticəsində ölkədə bu sektorun inkişafı üçün əlverişli şərait yaradılmışdır. Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə bu sahə ilə məşğul olan sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərilir, onların ölkənin iqtisadi həyatında rolu getdikcə daha da artır.  Kənd təsərrüfatı sahəsində öz fəaliyyəti ilə fərqlənən və mühüm iqtisadi rola malik şirkətlərdən biri də «Smart Agro» MMC-dir.
«Smart Agro» MMC şirkəti Azərbaycanın suvarma sistemləri və istixana kompleksləri bazarında fəal iştirakçılardandır. Şirkət gənc olmasına baxmayaraq, öz fəaliyyətində səriştəlilik, çeviklik, keyfiyyət, sürətlilik, innovasiya və fərdi yanaşma kimi məsələləri əsas götürərək, başlıca məqsədlər olaraq müəyyənləşdirmişdir.
Suvarma sisteminin seçilməsi fermerlərin fəaliyyətində bəlkə də ən çətin məsələlərdən biridir. Suvarma sistemlərinin növləri olduqca çoxdur və onların hər birinin üstünlükləri, mənfi cəhətləri və tətbiq sahəsi vardır. Onun hər hansı bir  növünü seçərkən bir çox amillərin nəzərə alınması vacibdir. Bu səbəbdən mütəxəssislərlə məsləhətləşmədən düzgün qərar qəbul etmək, demək olar ki, mümkün deyil: sahələrin ölçüsü və relyefi, yetişdirilən bitkilərin xüsusiyyətləri, torpağın tərkibi, su verilişinin xüsusiyyətləri, iqlim parametrləri və s. mütləq nəzərə alınmalıdır. Suvarma sisteminin səhv seçilməsi, habelə qeyri-peşəkar quraşdırılması və sazlanması mənfi nəticələrə gətirib çıxara bilər. Ən yaxşı halda torpaq sahənizin resurslarından daha səmərəli istifadə edə bilməyəcəyinizdən daha az mənfəət qazanacaqsınız. Ən pis halda isə suvarma sisteminin quraşdırılmasına sərf etdiyiniz pul vəsaitini itirəcəksiniz. Ən dramatik ssenari baş verdikdə isə (təəssüf ki, bu, qeyri-adi hal deyil), torpağınız bataqlaşmış sahəyə çevrilə bilər və siz onun bərpası üçün çoxlu vaxt, səy və pul vəsaiti sərf etmək məcburiyyətində qalacaqsınız. 
Düzgün suvarma sisteminin tətbiq edilməsi sayəsində yığılan məhsulun həcmini iki dəfə və hətta daha çox artıra bilərsiniz. Suvarma maşınlarının köməyi ilə torpağın nəmliyini yoxlamaqla yanaşı, bir sıra kənd təsərrüfatı tədbirlərinin də həyata keçirilməsi mümkündür: bitkilərin gübrələnməsi, isidilməsi, kimyəvi preparatların tətbiq edilməsi və s.
«Smart Agro» MMC şirkəti sadəcə suvarma avadanlıqları ilə təchiz etmir, habelə hər hansı bir sahə üçün yüksək dərəcədə avtomatlaşdırmaya malik suvarma sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyi üzrə xidmətlər də göstərir.
MMC-nin xüsusi önəm verdiyi əsas fəaliyyət istiqamətlərinə gəldikdə isə bunlar  aşağıdakı kimi müəyyənləşdirilmişdir:
- suvarma sistemləri:
- geniş əhatəli çiləmə maşınları;
- damla suvarma sistemləri;
- sprinkler suvarma sistemləri.
- sənaye istixana kompleksləri;
- nasos və süzgəcləmə stansiyaları;
- suvarma sistemləri üçün su anbarları;
- suvarma sistemləri və istixana kompleksləri üçün avtomatlaşdırma sistemləri;
- yarımavtomat və avtonom enerji sistemləri;
- təhlükəsizlik və rabitə sistemləri;
- boyük suvarma sahələri və istixana təsərrüfatları üçün monitorinq sistemləri.
«Smart Agro» MMC şirkətinin əsas strategiyası müştərilərin tələblərini əhatəli şəkildə qavramaqla onları mümkün qədər qısa zamanda keyfiyyətli məhsulla təmin etməyə istiqamətlənmişdir. Şirkət fəaliyyətində bir sıra istehsalçılara üstünlük verərək, onlarla strateji tərəfdaşlıq münasibətləri qurur. Belə istehsalçılara dünyada məşhur olan bir sıra şirkətlər aiddir:
- Netafim – damla suvarma sa­həsində ixtisaslaşmış və istixana həllərinin aparıcı tədarükçüsü olan İsrail şirkəti;
-Nelson  – suvarma üçün sprinkler istehsalında lider şirkət (ABŞ);
-T-L Irrigation Co – geniş əhatəli çiləmə maşınları istehsalı üzrə aparıcı şirkətlərdən biri (ABŞ);
- RKD – geniş əhatəli çiləmə maşınları istehsalı üzrə aparıcı İspaniya şirkətlərindən biri;
- OCMIS IRRIGAZIONE – baraban tipli suvarma maşınları istehsalında lider və genişəhatəli çiləmə maşınları istehsalı üzrə aparıcı istehsalçı (İtaliya);
- Scova Engineering – suvarma sistemləri üçün nasos dizel stansiyalarının istehsalında aparıcı şirkət. İstənilən təlabatı təmin edə bilən geniş modellər sırasına malikdir (İtaliya);
- Dahua Technology – qlobal videomüşahidə sənayəsində texnologiyaların yaradıcısı və məhsulların əsas istehsalçısı (Çin);
- R.I.D. GmbH - dizel-generator elektrostansiyaları, portativ benzin və dizel generatorları, enerji qurğularının monitorinqi və nəzarəti sistemləri və kiçik istilik elektrik stansiyalarını layihələndirir və istehsal edir (Almaniya).
 «Smart Agro» MMC-nin göstərdiyi əsas xidmətlərə gəldikdə isə bunlar əsas olaraq 4 qrupa bölünür:
- Layihələndirmə - şirkət fiziki şəxslərə, kommersiya müəssisələri və dövlət təşkilatlarına “açar-təslim” layihələrinin işlənib hazırlanması sahəsində xidmətlər göstərir. Xidmətlər təfsilatlı layihə sənədləri və smetanın hazırlanması ilə yanaşı, təsdiq edilmiş büdcə əsasında məhsulların seçilməsində dəstəyin göstərilməsini də ehtiva edir. Şirkət tərəfindən müxtəlif miqyas və mürəkkəbliyə malik istixana təsərrüfatları, habelə bütün suvarma sistemi növləri üzrə layihələr işlənib hazırlanır. Bundan başqa, enerji sistemləri, kənd təsərrüfatı üçün təhlükəsizlik sistemləri və su anbarlarının layihələndirilməsi işləri də həyata keçirilir. Layihələndirmə prosesi ərzində Azərbaycan Respublikasının mövcud qanunvericilik tələbləri də  sənədlərdə öz əksini tapır.
-Tətbiq - Smart Agro şirkətinin mütəxəssisləri layihələndirilən sistem (suvarma sistemləri, istixana təsərrüfatının bütün sistemləri, təhlükəsizlik sistemləri, enerji sistemləri) və konstruksiyaların (müxtəlif örtüyü olan istixanalar) sifarişçinin obyektində keyfiyyətlə quraşdırılmasını həyata keçirir. İşlər əvvəlcədən razılaşdırılmış montaj qrafikinə əsasən yerinə yetirilir. Montaj işlərinin başa çatdırılmasından sonra quraşdırılmış sistem və avadanlıqlar sınaq rejimində işə salınır. Sınaq işlərinin müvəffəqiyyətlə yekunlaşdırılmasından sonra sifarişçi ilə layihənin təhvil-təslim aktı imzalanır. Bundan başqa, şirkət texniki montaj işləri üzərində peşəkar nəzarət və ya müəllif nəzarəti xidmətlərini, habelə sifarişçi tərəfindən görülən işlər üçün məsləhət dəstəyini də göstərir.
-Təlim və texniki dəstək - şirkətin mütəxəssisləri müştərilərin sahələrində quraşdırılmış avadanlıq, suvarma sistemləri və istixanaların planlı profilaktik, cari və əsaslı təmiri xidmətlərini də göstərir. Buraya konstruksiyaların və istixana örtüklərinin təmiri, habelə istixana təsərrüfatları, suvarma, enerji və təhlükəsizlik sistemləri avadanlığının müxtəlif komponentlərinin dəyişdirilməsi və təmiri daxildir. Yuxarıda qeyd edilmiş sistemlərin optimallaşdırılması və müəyyən qədər genişləndirilməsi məqsədilə mütəxəssislərin sahələrə ezam edilməsi də mümkündür. İşlənib hazırlanmış həllərin tətbiq edilməsi məqsədilə müştərilərin texniki heyəti üçün təlimlər keçirilir. Bundan başqa, zəruri olduğu hallarda müştərilərin sahələrində də texniki heyət üçün operativ təlimlər təşkil olunur.
-Aqronomik dəstək - heyətində dünyanın müxtəlif ölkələrindən 130 peşəkar aqronom işləyən “Netafim” şirkəti ilə tərəfdaşlıq «Smart Agro» MMC şirkətinin tükənməz aktividir. Beş qitədə, bütün iqlim zonalarında, bütün torpaq növlərində yetişdirilən kənd təsərrüfatı bitkilərinin çox geniş çeşidi və müxtəlif su fondları ilə iş təcrübəsinə sahib olan ən yaxşı mütəxəssislərin nəzəri və praktiki təcrübəsinə əsaslanmaq imkanından faydalanılır.
Şirkət, həmçinin istixanaları quraşdırandan sonra qarşılıqlı əlverişli şərtlər ilə müştərilərini bütün əkin mövsümü ərzində yüksəkixtisaslı aqronomların xidmətləri ilə təmin etmək imkanına da malikdir.
Şirkət tərəfindən həyata keçirilən bütün layihələrə zəmanət verilir və hətta zəmanət müddəti bitdikdən sonra da texniki dəstək xidmətləri göstərilir.


Mətanət Hüseynova