Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Müasir inkişafın qiymətləndirilməsində sosial indikatorların rolu

 

Hər bir ölkənin davamlı inkişafının əsas mahiyyəti ilk növbədə insanların zəruri ehtiyac və istəklərini qanunla müəyyən olunmuş qaydada təmin edən uzunmüddətli artım meyilli iqtisadi siyasətin formalaşdırılmasıdır ki, bu da planetimizin ekoloji imkanlarına uyğun olmalıdır. Milli səviyyədə sürətlə inkişaf edən iqtisadiyyata nail olmaq, onun qlobal qeyri-müəyyən şəraitdə baş verən hərbi münaqişələr, siyasi gərginliklər, habelə ciddi iqlim dəyişikliyinə adekvat şərtlərlə adaptasiya qabiliyyətini artırmaq üçün müəyyən amillər mövcud olmalıdır. Müasir dünyada baş verən belə problemlər təhlükəli və dağıdıcı prosesləri aktivləşdirməklə ağır iqtisadi və sosial fəsadlara yol açan fəlakət mənbəyinə çevirilmişdir. Belə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün optimal həll variantı dünyada tüğyan edən gərginliyi azaltmaq, beynəlxalq və ölkədaxili münaqişələri" söndürmək", insanlığın birgə səylərini cə­miy­yətin, elmin, sənayenin və mədəniyyətin inkişafına yönəltməkdir. Bu xüsusda əldə olunun irəliləyişlərin qiymətləndirilməsi iqtisadi göstəricilərlə yanaşı, sosial göstəricilərin rolunu da aktuallaşdırır.
Dövlətin kəmiyyət və keyfiyyət xüsusiyyətləri, faktiki vəziyyətin elmi əsaslı tələblərə uyğunluğunu qiymətləndirmək üçün planlaşdırmada istifadə olunan sosial inkişafın tendensiyaları və istiqamətləri sosial göstəricilər adlanır. Ən ümumi formada göstəricilər statistik məlumatlar əsasında müəyyən edilir və hesablanır. Sosial prosesləri daha dərindən öyrənmək üçün onların vəziyyətini insanların ehtiyaclarına, münasibətlərinə və dəyərləndirmələrinə görə qiymətləndirmək üçün xüsusi işlər aparılır.
Sosial göstəricilərin inkişafı tədqiq olunan hadisələrin mahiyyətinin nəzəri anlayışını əhatə edir, sosial göstəricilər sisteminin yaradılması isə sosial sahələrdəki inkişafın obyektiv nümunələrinin müəyyənləşdirilməsinə və müvafiq sosial obyektlərin strukturunun aydın şəkildə başa düşülməsinə əsaslanır. Beləliklə, sosial göstəricilər ictimai hadisələrin dərin öyrənilməsinin nəticəsidir ki, bununla əlaqədar bəzi xüsusiyyətlər əsasən sosial obyektin və ya prosesin tərkib hissəsinin sübutu kimi qəbul edilə bilər. Geniş mənada sosial göstəricilər əhalinin ümumilikdə və onun müxtəlif qruplarının siyasi, mədəni və mənəvi inkişafını, həmçinin həyat tərzini (həyat şəraiti və fəaliyyəti), demoqrafik, iqtisadi və sosial strukturunu xarakterizə edən göstəriciləri əhatə edir. Məsələn, ümumi daxili məhsul (ÜDM), milli gəlir, əmək məhsuldarlığı, malların istehsalı və istehlakı, vaxtdanistifadə edilməsi və s. göstəriciləri nümunə göstərmək olar. Sosial inkişaf səviyyəsini müəyyən etmək üçün iki göstərici qrupu istifadə olunur. Ümumilikdə, tədqiq olunan prosesin və ya fenomenin qurulmasına, arxasında qalmasına, inkişafına, yaxud qənaətbəxş səviyyədə olmasına imkan verən təsir tədbirlərini gücləndirmək və ya dayandırmaq üçün tədbirlər görülür. Bu göstəricilər adətən ölkədə və regionda mövcud olanlarla eyni deyil, lakin tənzimlənən fenomenin inkişafı və ya təkmilləşdirilməsi dərəcəsini xarakterizə edir. Bəzən oxşar obyektlərin sosial inkişafının real həyat göstəriciləri müqayisə üçün götürülür. Göstəricilərin istifadəsi və müqayisəsi daha böyük icmalar çərçivəsində tədqiq olunan prosesin mövcud vəziyyəti və ya yeni fenomen kimi davamlı inkişafa nail olma vəziyyətinin qiymətləndrilməsinə imkan verir.
Davamlı inkişaf konsepsiyası iqtisadi və ekoloji problemlərlə bərabər, əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması, ölkənin mədəni həyatında sabitliyin qorunması, sülhün təbliğ edilməsi ilə dağıdıcı münaqişələrin sayının azaldılması yönündə sosial mahiyyət daşıyan məsələlərin həllinə hesablanmış uzunmüddətli, kompleks tədbirlərdən ibarətdir. Belə ki, davamlı inkişaf anlayışının ortaya çıxmasına təkan verən amil sosial problemlərin həllinin vacibliyini dərk etmək idi.
Qeyd olunmalıdır ki, insan cəmiyyətinin bütün üzvləri arasında resursların və imkanların bərabər paylanması olmadan davamlı inkişafa nail olmaq mümkün deyildir. Bütün dünya əhalisi üçün layiqli həyat və rifaha nail olmaq dünya ictimaiyyətinin əsas məqsədi olmalıdır. Davamlı inkişafı təmin etmək üçün ilk növbədə insan yaranışının bütün səviyyələrində daha inklüziv və bərabərhüquqlu bir cəmiyyət qurmaq lazımdır. Əks təqdirdə qeyri-bərabər və ədalətsiz maddi zənginlik sosial problem kimi daha çox yoxsul cəmiyyətin yaranması ilə nəticələnə bilər. Bu mənada zəmanətli minimum yaşayış səviyyəsinə nail olmaq hər bir vətəndaşın fundamental hüququdur. Ən vacibi isə bu və ya digər sahələrdə müəyyən artım templəri əldə etmək deyil, qazanılan gəlirlərin ədalətli və bərabər paylanmasıdır. Belə ki, “təbii ehtiyatlar bugünkü və gələcək nəsillərin ümumi irsidir” fikri davamlı inkişaf konsepsiyasının sosial komponenti kimi gələcək nəsillərin hüquqlarına hörmətlə yanaşmaq üçün zəmin yaratmışdır.
Cəmiyyətin davamlı inkişaf istiqamətlərini xarakterizə edən sosial göstəricilər əlverişli meyilləri və ya əksinə, mənfi amillərin təsirini ölçməyə imkan verir. Bu göstəricilərdən istifadə etməkləmilli inkişaf hədəflərini beşillik, onillik və ya daha uzun müddət üçün müəyyən etmək çox vacibdir. Bu baxımdan ölkənin inkişaf xüsusiyyətlərinə əsaslanaraq cəmiyyətdə maraq doğuran prosesləri stimullaşdıran, narahatlığa səbəb olan hadisələri məhdudlaşdıran, ümumiyyətlə, ən zəruri sosial ehtiyacların ödənilməsinə şərait yaradan prioritetlər üzrə konkret tədbirlərdən ibarət sosial proqramlar hazırlanır. Belə proqramlar hazırlanarkən regional inkişaf hədəflərinə uyğun göstəricilər sistemi müəyyən edilir.
Milli və regional səviyyədə olan bəzi fərqlərə baxmayaraq, beynəlxalq təşkilatlar bir sıra ümumiləşdirici göstəricilər vasitəsi ilə milli və regional inkişaf səviyyəsini qiymətləndirir. Bu göstəricilərdən biri də BMT İnkişaf Proqramı çərçivəsində hazırlanan İnsan İnkişafı İndeksidir. Bu göstərici 0-dan 1-ə qədər artan qaydada qiymət alan ölkələrin sıralanmasını göstərir. Eyni zamanda, bu göstərici çərçivəsində iqtisadi inkişafın aşağıdakı üç göstəricisi də hesablanır:
•doğulanda gözlənilən ömür uzunluğu;
•intellektual potensial (böyüklər üçün savadlılıq və orta təhsil müddəti);
•valyutaların alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla adambaşına düşən gəlirlər.
Beynəlxalq müqayisələrin aparılması üçün İnsan İnkişafı İndeksindən və digər oxşar göstəricilərdən istifadə edilə bilər. Ümumiləşdirici göstəricilərlə yanaşı, bölgənin inkişafını səciyyələndirən aşağıdakı bəzi konkret statistik göstəricilərindən də istifadə etmək mümkündür:
• adambaşına düşən milli gəlir;
• müəyyən maddi malların istehlak səviyyəsi;
• gəlir fərqinin dərəcəsi;
• ömür uzunluğu;
• fiziki sağlamlıq səviyyəsi;
• təhsil səviyyəsi;
• əhalinin xoşbəxtlik səviyyəsi.
Ölkənin iqtisadi inkişafı üçün uzunmüddətli və qısamüddətli hədəfləri və müvafiq meyarları müəyyən etmək məsləhətdir. Uzunmüddətli hədəflərə post-sənaye cəmiyyətinin yaradılması və inkişafı, gələcək nəsillər üçün yüksəkixtisaslı iş yerlərinin yaradılması və ölkənin bütün vətəndaşlarının, o cümlədən səhiyyə, təhsil və mədəniyyət səviyyəsinin yüksəldilməsi daxildir. Qısamüddətli hədəflər olaraq, il, kvartal ay və s. götürmək olar. Böhranı aradan qaldırmaq və ÜDM-in artımına nail olmaq üçün düşünmək mümkündür. Uzunmüddətli və qısamüddətli məqsədlər məzmunca fərqlidir və onlara nail olmaq üçün tədbirlər də müxtəlifdir. Bu məqsədlərdən bəziləri bir-birinə bənzəyir, ancaq müəyyən şərtlər altında əhəmiyyətli fərqlər də ola bilər. Beləliklə, məhdud fondlar sağlamlığın inkişafına və ya ətraf mühitin qorunmasına yönəldilə bilər. Ətraf mühitin daha təmiz, əhalinin daha sağlam olması son məqsəddir. 
İqtisadi inkişaf meyarları həmişə hədəf rolunu oynayır və ya əksinə. Çox vaxt müvəffəqiyyətli inkişaf üçün lazımi şəraitin rolu regional inkişafın taktik məqsədləri kimi qəbul edilir. Bir bölgənin və ya şəhərin inkişafı üçün belə taktik məqsədlərə aiddir:
• biznesin yeni növlərini cəlb etmək;
• mövcud biznesin genişləndirilməsi;
• kiçik biznesin inkişafı;
• şəhər mərkəzinin inkişafı;
• sənayenin inkişafı;
• xidmətlərin inkişafı;
• regionda məşğulluq səviyyəsinin artırılması.
İnkişaf dinamikasını qiymətləndirmək üçün a) adambaşına düşən gəlirlərin artım sürətləri; b) əmək məhsuldarlığı; c) istehsalın və cəmiyyətin struktur dəyişmələrinin dərəcələri kimi göstəriciləri istifadə etmək məqsədəuyğundur.
İqtisadi artım tempinə təsir bütöv bir ölkə və bölgənin iqtisadi siyasəti üçün vacib məsələdir. Sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil.
Azərbaycan Respublikası bu gün öz inkişaf tempinə görə dünyada birincilər sırasında yer alıb. Ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi böyük uğurlar dünya ictimaiyyəti tərəfindən heyranlıqla qarşılanır. Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Müstəqilliyini gündən-günə möhkəmləndirən Azərbaycan böyük tarixi sınaqlardan uğurla çıxaraq, nəinki regionda, eləcə də dünyada iqtisadi cəhətdən güclü və qüdrətli bir dövlət kimi özünü təsdiq etmiş, çətin və mürəkkəb keçid dövrünü uğurla başa vuraraq, sabit və hərtərəfli inkişaf modelini yaratmış ölkəyə çevrilmişdir. Bu nailiyyətlər Azərbaycan xalqının səyləri və tariximizin ən çətin məqamlarında bütün iqtisadi, siyasi və insan resurslarını səfərbər edərək, yeni Azərbaycan quran ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini ardıcıl və dönməz şəkildə davam etdirən hörmətli Prezidentimiz İlham Əliyevin gördüyü misilsiz işlər sayəsində əldə edilmişdir. İlham Əliyevin həyata keçirdiyi siyasi kursun cəmi bir neçə aspektinə diqqət yetirməklə onun dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşdırılmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar.
Sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə olunan son 15 il Azərbaycan iqtisadiyyatı üçün son dərəcə uğurlu olmuşdur. Əldə edilən uğurlara əsasən, ölkə rəhbərliyinin siyasi iradəsi və həlledici addımları sosial və siyasi sabitliyin qorunması, hökumətin işinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, islahatların davamlılığı, dövlət proqramlarının həyata keçirilməsi ilə təmin edilmişdir. Həmin dövrdə Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücünün, həyat standartlarının artmasının, iqtisadi sahədə müşahidə olunan mütərəqqi dəyişikliklərin şahidi olmuşlar. Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi və sosial islahatlar yoxsulluq səviyyəsi 44,7 faizdən 6,9 dəfə azalaraq 2017-ci ildə 5,4 faizə düşmüşdür (diaqram 1).

Diaqram 1. Azərbaycanda yoxsulluq səviyyəsi, %-lə

 

Vətəndaşlarının həyat səviyyəsi və keyfiyyətinin yüksəldilməsi hər bir dövlətin sosial siyasətinin əsas məqsədidir. Bu siyasət, əsasən, məşğulluğun təmin edilməsi, tibbi xidmətlərin yüksək səviyyədə olması, təqaüdçülərin, çoxuşaqlı ailələrin və əlil insanların hüquqlarının qorunması vasitəsilə həyata keçirilir. Azərbaycanda əhalinin sosial müdafiəsi, onun inkişaf etmiş ölkələrin standartlarına uyğunlaşdırılması məsələləri dövlət siyasətinin əsas prioritetlərindən biridir. Hazırda islahatlar texnologiyası da təkmilləşdirilir. Bu yanaşma, iqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişikliklərinin və institusional islahatların paralel həyata keçirilməsi və müəyyən məqsədlərə, habelə maliyyə mənbələrinə əsasən proqramların idarə olunmasını bir daha təsdiqləyir. Son 15 ildə 201 proqram sənədi, o cümlədən 12 konsepsiya, 12 milli strategiya, 12 strateji yol xəritəsi, 94 dövlət proqramı, 10 milli fəaliyyət planı, 23 tədbir planı, 21 fəaliyyət proqramı, 17 milli plan və proqram qəbul edilmişdir.


(davamı gələn sayda)


Reyhanə Əhmədova,
Azərbaycan Respublikasının Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyasının magistrı