Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan innovasiya layihələrinin ekspertizası:

Mövcud vəziyyət və təkmilləşdirmə

 

Ölkəmiz innovasiya iqtisadiyyatına keçid strategiyasının reallaşdırılması ərəfəsində olduğundan yeni-yeni layihələrin həyata keçirilməsinə geniş meydan veriləcəkdir. Layihələrin həyata keçirilməsində ən vacib problem layihənin qiymətləndirilməsidir. Bu məqsədlə layihə ekspertizadan keçirilir. Layihənin ekspertizası isə onun həyata keçirilməsi üzrə qərar qəbul etməyi təmin edir. Burada buraxılan cüzi səhv çox böyük itkilərə səbəb ola bilər. Bu məsələləri açıqlamağı Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının dosenti, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki Albert Tağıyevdən xahiş etdik.
- Albert müəllim, mövzumuz innovasiya layihələri ilə bağlı olduğundan istərdik innovasiya layihəsi barədə yığcam məlumat verəsiniz.
- Bəri başdan qeyd edək ki, layihələr əsas təyinatına görə innovasiya layihəsi, investisiya layihəsi, biznes layihəsi kimi adlandırılır. Hər bir layihədə yenilik ideyası olduğundan o, innovasiya layihəsi, layihənin həyata keçirilməsinə investisiya tələb edildiyindən o, eyni zamanda, investisiya layihəsi adlandırılır. Sahibkarlıq layihələrinin həyata keçirilməsində əsas məqsəd sahibkarlıq mənfəətinin qazanılması olduğundan o, həmçinin biznes layihə adlandırılır.
Layihənin adlarında olan bu müxtəlifliyə baxmayaraq, onların işlənilməsi və idarə edilməsi eyni qaydalarla aparılır. İri layihələri hazırlamaq və idarə etmək üçün müəssisələrdə müvəqqəti qurum, məsələn, layihə komandası yaradılır. Layihə komandasının əsas üzvləri müəssisənin aparıcı mütəxəssisləri olur. Kənar təşkilatlardan da buraya üzv qəbul oluna bilər. Layihə işi başa çatdıqdan sonra bu qurum ləğv edilir.
Sual: Layihə və onun hazırlanması barədə nə deyə bilərsiniz?
İstənilən yeniliyin həyata keçirilməsi üçün onun layihəsi hazırlanmalıdır. Layihənin mövcud olmasının ən əsas şərti isə yeni ideyanın olmasıdır. İdeya  özü-özlüyündə yenilikşünaslıq xüsusiyyəti kəsb edən irəli sürülmüş müəyyən fikirdir. Layihə dedikdə ideyanın həyata keçirilməsinin sənədləşdirilməsi nəzərdə tutulur.
Layihənin hazırlanması müxtəlif mərhələlərdən keçir. Bunlar yenilik ideyasının formalaşdırılması; layihənin təsviri (identifikasiyası); layihənin işlənilməsi; layihənin ekspertizadan keçirilməsi; layihənin həyata keçirilməsi; alınmış innovasiya məhsulunun bazara çıxarılması və satılmasıdır. Son zamanlar sonuncu mərhələ ideyanın maddiləşdirilməsi, yaxud da kapitallaşdırılması adlanır.
Bu mərhələlərin içərisində ən məsuliyyətli iş layihənin ekspertdən keçirilməsidir. Azərbaycanda texnoparklara qəbul ediləcək təsərrüfatçılıq subyektlərinin seçiminin zəruri şərti onların fəaliyyətinin yüksək texnologiyalar əsasında olması və elmtutumlu məhsul istehsal etmələridir.
- Layihənin ekspertdən keçirilməsi (ekspertizası) barədə nə deyə bilərsiniz?
Layihə ekspertdən keçirilərkən o, aşağıdakı istiqamətlərdə təhlil edilir:
- layihə tətbiq ediləcək müəssisənin mənsub olduğu sahədə vəziyyətinin təhlili;
- layihənin kommersiya cəhətdən yerinə yetirilə bilən olmasının təhlili;
- layihənin texniki-texnoloji cə­hətdən yerinə yetirilə bilən olmasının təhlili;
- layihənin iqtisadi və maliyyə təhlili;
- layihənin ekoloji təhlili;
- layihə ilə bağlı risklərin təhlili;
- layihənin institusional təhlili.
Layihə tətbiq ediləcək müəssisənin mənsub olduğu sahədə tutduğu yeri müəyyən etmək üçün aparılan təhlil iki meyara əsaslanır: müəssisənin sahədə tutduğu səviyyə və rəqabətlilik qabiliyyəti.
Müəssisənin mənsub olduğu sahədə tutduğu səviyyəsi: embrional (yeni yaranacaq); inkişaf edən; yetkin; tənəzzülə gedən vəziyyətlərdən birinə aid edilir.
Müəssisənin sahədə rəqabətlilik səviyyəsinə görə tutduğu yer: hökmranlıq edən; güclü; əlverişli; qeyri-dayanıqlı; zəif kimi səviyyələrdən birinə aid edilir.
Müəssisənin sahədə tutduğu yerə və rəqabətlilik səviyyəsinə uyğun olaraq matris qurulur. Bu, strateji matris adlanır və ölçüsü 5×4-dür. Tədqiq edilən müəssisənin vəziyyəti bu matrisin bir elementinə uygun gəlir. Məsələn, a13 elementinə uyğun gələn vəziyyət onu göstərir ki, müəssisə sahədə hökmranlıq edir və yetkinlik səviyyəsindədir. Strateji matris əsasında layihənin tətbiq ediləcəyi müəssisənin sahədə vəziyyətinə əsaslanaraq qərar qəbul edilir. Bəzi hallarda bu təhlillə yanaşı, layihə tətbiq olunacaq müəssisənin sahədə rəqabətlilik qabiliyyəti sahənin orta səviyyəli müəssisəsilə müqayisə edilir və müvafiq qərar qəbul edilir. Bu göstəricilər mütəxəssislər tərəfindən müəyyən edilir və bal sistemi ilə qiymətləndirilir. Layihə tətbiq ediləcək müəssisənin göstəricilərinin ballarının toplanılması nəticəsində alınan yekun bal sahənin orta səviyyəli müəssisəsinin müvafiq yekun balı ilə müqayisə edilir və əgər, müəssisənin topladığı bal orta səviyyəli müəssisənin balından aşağı olarsa, layihənin həyata keçirilməsinin məqsəduyğun olmaması qərarı qəbul edilir.
Layihənin iqtisadi, maliyyə, ekoloji və risk səviyyəsinin təhlili layihə üçün hazırlanmış biznes-planda əhatə edilir. Biznes-plan haqqında vaxtı ilə geniş məlumat verdiyimizdən, onlar barədə söhbət açmayacağıq. Yeri gəlmişkən, qeyd edək ki, müəssisənin biznes planı təkcə layihə tətbiq edildikdə deyil, həmişə qarşıdakı 3 il üçün hazırlanmalıdır. Eləcə də, müəssisənin - Güclü-Zəif-İmkanlar-Təhlükələr (GZİT) təhlili müəssisədə mütəmadi olaraq hazırlanmalıdır. Müəssisədə müəyyən dəyişikliklər aparıldıqda, o cümlədən innovasiya layihəsi tətbiq edildikdə bunlar nəzərə alınmalıdır.
Layihənin kommersiya cəhətdən yerinə yetirilə bilən olması müvafiq biznes-planın “Marketinq” bölməsində  əhatə edilir.
Layihənin texniki-texnoloji təhlilinə aşağıdakı məsələlər daxildir:
- layihənin məqsədi nöqteyi-­nə­zərindən ən uyğun gələn texnoloji variantın müəyyən edilməsi;
- yeni şəraitin təhlili, o cümlədən xammal və enerjinin əldə edilməsi imkanlarının olması;
- layihənin yaxşılaşdırılması­nın potensial imkanlarının mü­əyyən edilməsi.
Texniki-texnoloji təhlil aparılarkən əsas diqqət texnologiyanın yaxşı cəhətdən özünü göstərməsinə və texnologiyanın yalnız xarici avadanlıqlara və xammal-materiala əsaslanan olmamasına yetirilməlidir.
Layihələrin ekspertizası zamanı onların kəmiyyət və keyfiyyət üzrə özünü doğrultmasına baxmayaraq, təkcə bunu demək kifayətdir ki, layihələrin 85%-ə yaxın hissəsi son nəticəyə nail ola bilmir.
ABŞ-ın Stenford texnoparkına təqdim olunan layihələri qiymətləndirən Vençur təşkilatı bu işə o qədər ciddi yanaşır ki, ekspertizaya təqdim olunan 100 layihədən yalnız 7-ni ekspertizadan keçirərək qəbul etmişdir. Bunun əsas səbəbi layihələrin ekspertizası zamanı institusional təhlilin aparılmamasıdır.
İnstitutsional təhlilin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu təhlil nə kəmiyyət, nə də maliyyə baxımından deyildir. İnstitusional təhlildə, əsasən, layihənin daxili və xarici amilləri nəzərə alınır.
Daxili amillərin qiymətləndirilməsi aşağıdakı istiqamətlərdə həyata keçirilir: istehsal menecmentinin imkanlarının təhlili; menecerlərin layihənin həyata keçirilməsində maddi maraqlarının təmin edilməsinin təhlili; layihənin məqsədi, əsas etik və mədəni dəyərlərlə menecerlərin uyğun gəlməsinin təhlili; bütün resursların səviyyəsinin layihədə nəzərdə tutulmuş texnologiyalara uyğun gəlməsinin təhlili. Xarici amillərin təhlili zamanı xammal və əmtəənin idxalı və ixracı şərtləri; xarici investorların investisiya qoymaq və idxal etmək imkanları; əməkhaqqı qanunları; maliyyə və bank tənzimləməsinin əsasları; vergiyə cəlb olunma qanunları əhatə edilir. Yaxşı olar ki, layihədə tətbiq edilən texnika və texnologiya müvafiq texnika-texnologiyaların son nəslinə aid edilsin. Bu məqsədlə layihədə nəzərdə tutulmuş texnologiya xarici ölkələrin müvafiq yüksək texnologiyaları ilə müqayisə edilməlidir.
- Hal-hazırda ölkəmizdə innovasiya layihələrinin ekspertizası ilə məşğul olan qurumlar varmı?
- Bəli, belə qurumlar var. Onların əsas missiyası bir-birindən fərqlənsə də, hər biri innovasiya layihələrini dolayı yolla qiymətləndirirlər. Onlar müxtəlif adlarla layihə müsabiqəsi aparırlar və müsabiqəyə təqdim olunan layihələri qiymətləndirirlər. Bunlara misal olaraq: Bakı Mühəndislik Universitetinin texnoparkı tərəfindən aparılan “Yeni fikir” və “Startap Azərbaycan” müsabiqəsi; Azercell-in tərkibində yaradılmış “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin apardığı Barama layihələr müsabiqəsi; Next Step İnnovasiya Mərkəzinin təşkil etdiyi “Öz ideyanı gerçəkləşdir” müsabiqəsini göstərmək olar.
Qeyd edilən təşkilatların təşəbbüskarlıqları və apardığı işlər yüksək qiymətləndirilməyə layiqdir. Lakin onların apardıqları işə kölgə salmadan demək olar ki, müsabiqəyə təqdim olunan layihələrin əksəriyyəti kiçik sahibkarlıq layihələridir. İri layihələrin ekspertizadan keçirilməsi işi daha mürəkkəbdir.
- Azərbaycanın texnoparklarında məskunlaşmaq istəyən gələcək rezidentlərin iri layihələri ekspertizadan necə keçirilir və onu necə təkmilləşdirmək olar?
- Ölkəmizin hər bir texnoparkı özünün ekspertlər şurasını yaradır. Belə ekspert qrupunun tərkibinə iqtisadçılar, texnoloqlar, menecerlər, marketoloqlar, ekoloqlar və texnoparkların əsas fəaliyyət istiqamətlərini dərindən bilən mütəxəssislər və alimlər cəlb edilir.
Etiraf edək ki, bu sahədə təcrübəmiz az olduğundan ölkəmizdə fəaliyyət göstərən hər bir texnoparkda ekspert qrupunun yaradılması bir o qədər səmərəli olmayacaqdır. Fikrimizcə, hə­ləlik bu işi mərkəzləşdirilmiş şəkildə təşkil etmək lazımdır. Belə ki, bütün texnoparklara xidmət göstərən ekspert qrupu ya İnnovasiya Agentliyinin, yaxud da Azərbaycan Sənaye Nazirliyinin tabeliyində olan Azərbaycan İnvestisiya Şirkətinin nəzdində yaradılmalıdır. Ekspertlərin seçimi üçün geniş informasiya bazası təşkil edilməlidir. Qiymətləndirilən layihələrin xüsusiyyətlərindən və sahə mənsubiyyətlərindən asılı olaraq hər bir layihəni qiymətləndirmək üçün ayrı-ayrılıqda ekspert qrupu təşkil edilməlidir.


“İqtisadiyyat”