Prezident İlham Əliyevin çıxışı
- Hörmətli şəhid ailələrinin nümayəndələri.
Mən sizi bu gün görüşə dəvət etmişəm. İlk növbədə, sizə öz dərin hörmətimi ifadə etmək istəyirəm. Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi. |