Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
İlham Əliyev: Ölkəmizin inkişafı sahibkarlığın sahibkarlığın inkişafından asılıdır
 
 
Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.
İlham Əliyev

 
Azərbaycan ən qədim zamanlardan neft ölkəsi olaraq tanınmış, bu isə bir çox dünya dövlətlərinin diqqətini çox yaxından cəlb etmişdir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar sinfi formalaşmışdır. Bu sahibkarlar sinfi isə ölkəmizin iqtisadi inkişafında mühüm rol oynamış, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyyətli mövqeyə malik olmuşlar. Beləliklə də, qədim tarixə malik olmaqla bərabər, böyük inkişaf yolu keçən sahibkarlıq fəaliyyəti ölkədə yerli sahibkarlığın inkişafına əsaslı zəmin yaratmışdır.
XX əsrin əvvəllərindən başlayaraq ölkəyə xarici investorlar tərəfindən investisiyalar qoyulmasına başlanıldı. Neft sənayesi ilə məşğul olan 167 müəssisənin 29%-i milli kapitala, 71%-i isə xarici kapitala məxsus idi. Bakı fəhlələrinin 44%-dən çoxu azərbaycanlılardan, qalanı isə gəlmələrdən təşkil olunmuşdu. 1901-ci ildə dünya üzrə neft hasilatının yarıdan çoxu Azərbaycana məxsus idi. Ölkəmizdə istehsal edilən sənaye məhsullarının 70-80%-i neftin payına düşürdü. Sənaye istehsalı tamamilə Bakıda yerləşmişdi. Təsadüfü deyildir ki, Bakı şəhərində 1912-ci ildə 462, 1915-ci ildə 549 sənaye müəssisəsi fəaliyyət göstərirdi. 1910-cu ildə təkcə neftçıxarma ilə 177 böyük firma məşğul idi.
Həmin dövrdə “Royal Döyçe Şell”, “Standart oyl”, “Xəzər-Qara dəniz” və “Mazut”,  “Nobel qardaşları” kimi iri investorlar ölkəmizə əsaslı kapital yönəltməyə başladılar. Məhz xarici sərmayəçilərin Azərbaycan iqtisadiyyatına yönəltdiyi 213 milyon manat kapitalın 8%-i Almaniyaya, 30,5%-i Fransaya, 53,3%-i İngiltərəyə məxsus idi. Burada isə əsas diqqət çəkən məqamlardan biri investorların  fərqli sahələrə sərmayə qoymaqla müxtəlif sahələrin inkişafına zəmin yaratması idi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı artıq sahibkarlığın inkişafı sahəsində böyük nüfuza malik iri sənaye mərkəzinə çevrilmişdi. Bu dövrdə kapitalın və istehsalın mərkəzləşməsi və təmərküzləşməsi prosesi xeyli sürətlənmişdi.Sənayenin sürətli inkişafı Azərbaycanda bank fəaliyyətinin də inkişafına əsaslı zəmin  yaratmışdı. Belə ki, artıq 1913-cü ildə Bakıda 15 iri bank fəaliyyət göstərirdi ki, onlar idxal-ixrac əməliyyatlarında, kreditləşmə proseslərində mühüm rol oynayırdılar.
Həmin dövr ölkədə kənd təsərrüfatının dinamik inkişafı ilə də səciyyənirdi. İnkişaf edən əsas sahələrdən biri isə pambıqçılıq idi. 1914-cü ilin statistikasına əsasən, Azərbaycanda yığılan pambıq Zaqafqaziyada istehsal edilən pambığın 70%-ni təşkil edirdi. Kənd təsərrüfatındakı inkişaf təbii olaraq sənayenin digər sahələrinin də inkişafına təkan verirdi.
Həmin dövr, həmçinin ipəkçiliyin inkişafı ilə də xarakterizə olunur. XIX əsrdə Zaqatala, Füzuli, Naxçıvan, Ordubad, Şuşa, Şəki şəhərlərində, qəza mərkəzlərində və onlara yaxın yerlərdə 400-dən çox iri və xırda ipəksalma, ipəkburma müəssisəsi fəaliyyət göstərirdi. Azərbaycanda ipəkçiliyin geniş vüsət alması, ipək istehsalının artması inkişaf etmiş baramaçılığa əsaslanırdı. Həmçinin, tut plantasiyalarının çoxluğu da bu inkişafı sürətləndirən mühüm amillərdən idi. Dünya miqyasında məşhurlaşan Azərbaycan ipəyi elə bazarlarda da bu məhsul adı ilə tanınırdı. O  dövrdə Zaqafqaziyada mövcud olan 120 ipək emalı fabrikinin 114-ü, hasil olunan baramanın 50%-dən çoxu, istehsal edilən ipəyin 2/3 hissəsindən çoxu Azərbaycanın payına düşürdü.
Ölkədə üzümçülüyün inkişafı da mühüm yer tuturdu. O dövrdə üzüm və şərab istehsalına görə ön sıralarda olan Azərbaycan 1901-ci ildə Zaqafqaziyadakı üzüm bağlarının 30%-nə, 1913-cü ildə 33,2%-nə malik idi. Müvafiq illərdə istehsal olunan üzüm məhsulunun 44,8% və 27,5%-i ölkəmizin payına düşürdü. XX əsrin əvvəllərində Azərbaycanda 1300-dən artıq irili-xırdalı ilkin şərab emalı, araq, konyak zavodları fəaliyyət göstərirdi.
Sahibkarlığın o dövr üçün geniş inkişaf etmiş sahələrindən biri də balıqçılıq idi. Bütün vətəgələr mükəmməl texnika ilə təchiz edilmiş və bütövlükdə iri şirkətlərin, səhmdar cəmiyyətlərin nəzarəti altında birləşdirilmişdi. Həmin dövrdə Azərbaycanın iri sahibkarlıq fəaliyyətinə aid sindikat tipli 4 balıqçılıq firması dünya bazarına ixrac edilən və valyuta ilə satılan ağ balıq kürüsünün 45%-ni verirdi. Təkcə balıqçılıqdan dövlət xəzinəsinə ildə orta hesabla 2 milyon manatdan çox vəsait daxil olurdu. Azərbaycanın balıq sənayesi mənfəət baxımından neft və şərab istehsalından sonra 3-cü yeri tuturdu.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə digər sahələr kimi sahibkarlığın inkişafı  da yeni mərhələyə qədəm qoydu. Düzdür, müstəqilliyin ilk illərində vəziyyətin qənaətbəxş olmaması bir sıra obyektiv və subyektiv amillərlə bağlı idi.  1993-cü ilə kimi iqtisadiyyatda baş verən ləngimə prosesləri tənəzzülün daha da sürətlənməsinə, iqtisadiyyatın dağılmasına ciddi təsir göstərdi, xeyli vəsait itkisinə səbəb oldu. 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu, iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsaslar formalaşdırıldı.
Ölkədə sahibkarlığın əsaslı inkişafına isə 1996-cı ildən nail olundu: inflyasiya cilovlandı, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirildi. 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil etmişdir.
Neft sektorunun uğurlu inkişafı öz növbəsində ənənəvi qeyri-neft sektoru sahələrinin inkişafına da təkan verdi. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil edirdi. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılmışdır. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmış, sahibkarlara zəruri texniki yardım göstərən strukturlar formalaşmışdır. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində də dövlət səviyyəsində müəyyən addımlar atılmışdır. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılmışdır.
Ulu öndər Heydər Əliyev tərəfindən iqtisadi müstəqilliyimizin bərpa olunmasından sonra qəbul olunmuş fərman və sərəncamlar sahibkarlığın inkişafında mühüm hüquqi baza rolunu oynamışdır. Bu baxımdan 1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramı, “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli və “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli fərmanlar, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)” xüsusi yer tutur.
30 aprel 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyinin yaradılması da sahibkarlığın inkişafı sahəsində mühüm addımlardan olmuşdur. 27 avqust 2002-ci il tarixində İqtisadi İnkişaf Nazirliyi tabeliyində Sahibkarlığa Kömək Milli Fondunun əsasnaməsi qəbul olundu. 2002-2005-ci illər üzrə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı qəbul edildi. Dövlət başçısının Sərəncamına əsasən 2004-cü ildə “Aqrolizinq” ASC-nin yaradılması nəticəsində güzəştli kreditlərlə kənd təsərrüfatı təyinatlı texnika və texnoloji avadanlıqların fermerlərə verilməsi, istifadə olunan yanacağın  50 faiz endirimlə satışı, mineral gübrələrin dəyərinin 50 faizinin ödənilməsi də sahibkarlıq sahəsində həyata keçirilən uğurlu tədbirlərdəndir.
Hazırda ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi cənab İlham Əliyevin  2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilib. Strateji Yol Xəritəsində Azərbaycanda mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq (KOS) agentliyinin yaradılması da nəzərdə tutulmuşdur ki, onun da əsas məqsədi Azərbaycanda KOS fəaliyyətinin inkişafında uğur qazanmaq üçün aparıcı qüvvə rolunu oynamaq, Azərbaycanda fəaliyyət göstərən KOS subyektlərinin sayını, eləcə də bu sahibkarlıq subyektlərinin ümumi daxili məhsulda (ÜDM) payını 2020-ci ilədək qoyulan hədəflərə uyğun artırmaqdan ibarətdir.  Qeyd edək ki, agentlik Prezident İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli fərmanına əsasən yaradılmışdır.  Bu prioritetin tərkib hissəsi olaraq, Azərbaycanın real ÜDM-inin 2020-ci ildə 140 milyon manat birbaşa, 60 milyon manat dolayı olmaqla, ümumilikdə 200 milyon artacağı proqnozlaşdırılır. Prioritet çərçivəsində 2020-ci ildə 240 yeni iş yerinin yaradılacağı gözlənilir.
 
Mətanət Hüseynova