Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Gələcək keyfiyyətli iqtisadi-sosial inkişafa xidmət edən dövlət büdcəsi

 

Məlum olduğu kimi, uzun müzakirələrdən sonra Milli Məclis ölkənin ali maliyyə sənədi olan 2019-cu ilin “Dövlət büdcəsi haqqında” qanun layihəsini qəbul etdi. Bəs, büdcədə hansı istiqamətlər prioritet vəzifə kimi qarşıya qoyulur? Büdcə gələn ildə görüləcək işləri necə xarakterizə edir və hansı istiqamətlər üzrə maliyyə vəsaiti ayrılacaq? Dekabrın 4-də AzTv kanalında efirə gedən “Günün nəbzi” verilişində maliyyə naziri Samir Şərifov və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə  ilə məhz bu məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Bunu oxuculara təqdim edirik:
Aparıcı (Rövşən Raqifoğlu): Samir müəllim, istərdim ilk sualı sizə ünvanlayım. Büdcə faktiki olaraq gələn ilin fəaliyyət xəritəsidir, strateji vəzifələri özündə ehtiva edən mühüm sənəddir. Odur ki, məsələyə öncə ümumi yanaşaq. Gələn ilin dövlət büdcəsi postneft dövründə ölkə iqtisadiyyatının inkişafını necə xarakterizə edir, qarşıya hansı vəzifələri qoyur, büdcədə hansı istiqamətlər prioritet vəzifələr olaraq qaldırılır?
Samir Şərifov: İlk növbədə, onu qeyd etməliyəm ki, hər oxunuş zamanı qaldırılan məsələlər hökumət tərəfindən öyrənilib və bunun əsasında qaldırılan məsələlərin həlli yolları da tapılıb. Bütün bunlar isə məhz bu sənəddə öz əksini tapmışdır. Ona görə də ilkin təqdim olunmuş büdcə sənədinə nisbətən biz daha irihəcmli büdcə qəbul etmişik.
Ümumiyyətlə, qeyd etməliyəm ki, növbəti il üçün hazırlanmış dövlət büdcəsi Azərbaycan dövlətinin həyata keçirdiyi əsas vəzifə və funksiyaların tam maliyyə təminatını yaradır və bununla da Azərbaycan dövlətinin öz vətəndaşlarına dair həyata keçirdiyi əksər proqramlar, sosial təminatlar, sosial imtiyazlar öz həllini dövlət büdcəsində tapmışdır.
Bu, onunla bağlıdır ki, biz öz neft gəlirlərimizi daha intizamlı qaydada xərcləmək niyyətindəyik. Digər tərəfdən, biz onu qeyd etməliyik ki, neft gəlirləri artan zaman istər-istəməz müəyyən əlavə ehtiyaclar yaranır, dövlət xərcləri artır. Büdcə üçün ən böyük üstünlük ondan ibarətdir ki, biz artıq həm xərclərimizi, həm də gəlirlərimizi uzunmüddətli proqnozlaşdırırıq və bu çərçivədə öz proqramlarımızı bunlara uyğunlaşdıra bilirik.
Digər tərəfdən bu, makroiqtisadi sabitlik üçün vacib amildir, çünki istər-istəməz dövlətin xərclədiyi vəsait və yaxud dövlətin iqtisadiyyata təklif etdiyi pul vəsaitləri maliyyə bazarlarında müəyyən proseslərə səbəb olur. Bu proseslər hansılardır? İlk növbədə, neft gəlirlərimiz – bunlar, əsasən, xarici valyutada, yəni dollarla mədaxil olur və şübhəsiz ki, hökumət öz neft dollarını bazarda sataraq, bunun müqabilində manat alır və öz xərclərini maliyyələşdirir. Amma xarici valyutanın bazara təklifi məsələsi də çox vacib göstəricidir. Çünki bazara daha çox valyuta təklif etdiyi təqdirdə, orada onun alıcıları olmaya bilər və nəticə etibarilə manat möhkəmlənməyə başlayır. Alıcı olmadığı təqdirdə həmin valyutanın, yəni dolların qiyməti düşür və manatın da məzənnəsi artır. Burada xarici valyuta artıq bir əmtəə növüdür. Digər tərəfdən bu valyutanı, məsələn, ölkənin Mərkəzi Bankı aldığı təqdirdə o, bazara daha çox pul kütləsi təklif edir. Çünki Mərkəzi Bank faktiki olaraq valyutanı alaraq, əlavə manat emissiyasını həyata keçirir və bu manat emissiyası da Mərkəzi Bank tərəfindən tənzimlənməlidir, yəni bazarda artıq izafi likvidlik olmasın və balans yaransın. . Son illər ərzində aparılan siyasət məhz həmin makroiqtisadi balansın qorunması, saxlanması, eyni zamanda, iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulur.
Aparıcı: Gəlin, biz qarşıdan gələn il üçün büdcənin prioritet vəzifələrini ayrı-ayrı istiqamətlər üzrə nəzərdən keçirək. Ziyad müəllim, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, qeyri-neft sektoru bizim üçün prioritet vəzifədir və biz bu gün postneft dövründə yaşayırıq. Bu gün qeyri-neft iqtisadiyyatının çəkisi büdcə portfelində kifayət qədər böyükdür. Qeyri-neft sektoruna gələn il nə qədər vəsait ayrılacaq və həmin vəsait bu sektorun inkişafına nə dərəcədə təsir edəcək?
Ziyad Səmədzadə: Əvvəla, mən AzTV-yə təşəkkürümü bildirirəm ki, ölkənin ali maliyyə sənədi ilə əlaqədar tamaşaçılara kifayət qədər məlumat verir.
 Həqiqətən, Milli Məclisdə büdcə müzakirələri çox yüksək səviyyədə keçdi, millət vəkilləri dəyərli təkliflərlə çıxış etdilər və birmənalı şəkildə bildirdilər ki, müstəqil respublikamızın tarixində bu, manatla ifadə olunan ən irihəcmli büdcədir. Müqayisə üçün deyək ki, bizim 90-cı illərin ortalarında büdcəmiz 1-2 milyard manatla ifadə olunurdu. 2019-cu ilin isə 2,5 milyard manatlıq büdcəsi isə ölkədə həyata keçirilən iqtisadi tədbirlərin uğurla reallaşmasının nəticəsidir.
Bu gün qeyri-neft sektorunun payı artıq 70 faizi ötür. Bu, çox böyük göstəricidir. Təbii ki, bu, heç vaxt 100 faiz olmayacaq, çünki ulu tanrı Azərbaycana təbii resurslar bəxş edib və bu təbii resurslar hələ uzun illər istifadə olunacaqdır. Hər iki amildən səmərəli istifadə bizim respublikamız üçün güclü, dinamik inkişaf təmin edəcəkdir.
Büdcə xərcləri cari və əsaslı xərclərə bölünür və zaman keçdikcə bunlar arasında optimal nisbətin formalaşması üçün əsaslar yaradılır. Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də sənayenin diversifikasiyası, kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq irimiqyaslı tədbirlər həyata keçirilir və bu tədbirlərin xeyli hissəsi dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Bu yaxınlarda Milli Məclis Ələt İqtisadi Zonası ilə əlaqədar xüsusi qanun qəbul etmişdir. Ələt İqtisadi Zonasının yaradılması, Azərbaycan Dəmir Yolunun modernizasiyası, Xəzər Dəniz Gəmiçiliyinin inkişafı və digər layihələr birmənalı şəkildə Azərbaycanın iqtisadi potensialının güclənməsinə, qeyri-neft sektorunun ixracının artmasına imkan verəcəkdir. Artıq qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar da artmağa meyil edir.
Aparıcı: Daxilolmalar nə qədər proqnozlaşdırılır?
Ziyad Səmədzadə: Daxilolmalar, məncə, burada 44-45 faizdir, amma bu daxilolmalarda da bir cəhəti vurğulamaq lazımdır. Dövlətin dəstəyi ilə bu gün kənd təsərrüfatı vergilərdən azaddır. Dövlətin dəstəyi ilə tikilib istifadəyə verilən texnoparklar, sənaye məhəllələri 7 il müddətinə vergi güzəştləri ilə təqdim edilir. Dövlətin dəstəyi ilə aqrar sektora xeyli miqdarda subsidiyalar ayrılır və bütün bu güzəştlər ona görə edilir ki, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyi artsın. Nə üçün? Çünki hələ də biz adambaşına düşən, yaradılan yeni dəyərin miqdarına görə inkişaf etmiş ölkələrdən geri qalırıq. Ona görə də bir sıra sahələrdə, o cümlədən pambıqçılıq, baramaçılıq, çayçılığın digər sahələrin daha sürətli inkişafı, iri təsərrüfatların yaradılması istiqamətində görülən işlərin genişləndirilməsi vacibdir. Bununla yanaşı, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir. Təbii ki, bir müddətdən sonra əsaslı xərclərin xüsusi çəkisi azalacaq. Çünki çəkilən yollar, modernizasiya edilən dəmir yolu sistemi hesabına daxil olan dividendlər artacaq, qeyri-neft sektorundan daha yüksək səviyyəli nəticələr əldə olunacaq.
Samir müəllimin də qeyd etdiyi kimi, Azərbaycan hökuməti - Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - büdcənin formalaşmasında bilavasitə iştirak edən strukturlar büdcənin hazırlanmasına məhsuldar əmək sərf ediblər, yüksək professionallıqla yanaşıblar. Bir cəhəti də qeyd etmək istərdim ki, dövlət büdcəsinin şəffaflığının artırılması istiqamətində geniş işlər görülür.
Samir müəllim bir az təvazökarlıq etdi, amma, sözün əsl mənasında, “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklər büdcənin tərtibi sisteminə yeni elmi yanaşmadır. Yeni büdcə qaydaları neft qiymətlərinin aşağı düşdüyü şəraitdə belə bizim üçün şok vəziyyət yaratmayacaq, çünki biz Neft Fondundan istədiyimiz qədər vəsait götürməyəcəyik. Ona görə hesab edirəm ki, 2019-cu ilin dövlət büdcəsi bütün parametrlərinə görə əvvəlki büdcələrdən xeyli fərqlənir. Bizim ortamüddətli proqnozlarımızın səviyyəsi yüksəlir. Biz bu məsələyə diqqəti daha da artırmalıyıq, yəni ortamüddətli illər üçün proqnozlar daha real olmalıdır. Daxil olan maliyyə vəsaitləri ilə real iqtisadi inkişaf arasında əlaqə daha da təkmil xarakter daşımalıdır.
Aparıcı: Əlbəttə ki, güclü iqtisadiyyat güclü dövlət, güclü dövlət də güclü vətəndaş deməkdir. Cənab prezidentin bu gün qarşıya qoyduğu əsas vəzifələrdən biri və birincisi vətəndaşların sosial müdafiəsini gücləndirmək, sosial rifahını daha da yaxşılaşdırmaqdır. Ona görə də istərdik ki, ümumiyyətlə, büdcənin sosial çəkisinə nəzər salaq.
Samir Şərifov: Sözsüz ki, müsbət təsirlər olacaq. Cənab prezident tərəfindən ənənəvi olaraq sosial sahəyə, sosial təminat məsələlərinə xüsusi diqqət yetirilir və 2019-cu ilin dövlət büdcəsi də bu baxımdan istisna deyil. Bu büdcədə sosialyönümlü xərclər xüsusi çəkiyə malikdir. Həm sosialyönümlü, həm də prinsip etibarilə sosial tədbirlər hesab oluna bilən xərclər dedikdə, təxminən 7,5 milyard manatlıq xərclər nəzərdə tutulur.
Aparıcı: Pensiyalar.
Samir Şərifov: Pensiyaların indeksasiyası gözlənilir, artıq bu məqsədlər üçün vəsait nəzərdə tutulub, yəni artıq cari il ərzində bu məsələlərin həlli üçün kifayət qədər böyük həcmdə vəsait ayrılmışdır. Təkcə onu qeyd edim ki, 2019-cu ilin dövlət büdcəsində həmin xərclərin davam etdirilməsi üçün biz təxminən 600 milyon manata qədər əlavə vəsaiti təmin etməliyik və buna nail olmuşuq. Burada, həmçinin pensiyaların indeksasiyası məsələsi var. Yəni, bu məsələ də gündəmdədir və öz həllini 2019-cu ilin dövlət büdcəsində tapır. Amma, ümumiyyətlə, həmin sosialyönümlü xərclərin tərkibinə baxsaq, görərik ki, səhiyyə xərcləri bizdə 42,4 faiz artır.
Ziyad müəllim qeyd etdi ki, dövlət büdcəsinin tərkib hissəsindən biri əsaslı xərclər və investisiya proqramıdır. Bu investisiyaların bir hissəsi də sosial sahəni əhatə edir. Yəni, buraya həm məktəblərin, xəstəxanaların tikintisi, həm də müəyyən sosial təminat məsələləri, mənzil problemlərinin maliyyələşdirilməsi daxildir. Şəhid ailələrinin mənzillərlə təmin olunması istiqamətində böyük tədbirlər görülür.
Mədəniyyət, incəsənət xərcləri təxminən 10 faizə yaxın artacaq, elm xərclərində də 6 faizdən çox artım gözləyirik. Onu da qeyd etmək istərdim ki, məcburi köçkünlər üçün yeni xərclərin ayrılması da gündəmdədir, eyni zamanda, məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillərlə, yaxud evlərlə təmin edilməsi məqsədlərinə Dövlət Neft Fondu vasitəsilə həmişə olduğu kimi, 200 milyon manat ayrılacaqdır.
Səhiyyə sahəsinə gəldikdə, xüsusi olaraq mən icbari tibbi sığortanı qeyd etmək istərdim. Bilirsiniz ki, bu, vacib bir layihədir, amma bunu, şübhəsiz ki, bir günə həll etmək qeyri-mümkündür, mürəkkəb bir işdir. Söhbət prinsip etibarilə təkcə puldan getmir, söhbət bu sahədə irimiqyaslı islahatın aparılmasından gedir.
Üç rayonda artıq ölkə prezidentinin fərmanına uyğun olaraq, pilot layihələr həyata keçirilməkdədir. Növbəti il də bu proseslər davam edəcək və daha da geniş vüsət alacaq. Hədəf ondan ibarətdir ki, 2020-ci ildən başlayaraq, artıq icbari tibbi sığorta sistemi bütün ölkəni əhatə etsin.
Aparıcı: Samir müəllim, 2019-cu ildə ödənişsiz təhsil alan tələbələrin sayının daha da çoxaldılması planlaşdırılıb, bu məqama bir az aydınlıq gətirək.
Samir Şərifov: Doğrudan da, müəyyən səbəblərə görə belə bir vəziyyət yaranmışdı ki, ödənişli, yəni öz vəsaiti hesabına oxuyan tələbələrin sayı dövlət sifarişi ilə, yəni dövlət tərəfindən maliyyələşməklə oxuyanların sayını üstələmişdi. İndi biz bu natarazlığı aradan qaldırmalıyıq və qaldıracağıq. Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı da var. Gələn ildən biz dövlət sifarişi ilə oxuyanların sayını 20 faiz artıracağıq. Növbəti illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Burada da müəyyən zərif bir balansın saxlanılmasına ehtiyac var. Bir tərəfdən çalışmalıyıq ki, dövlət sifarişi proqramları olsun, amma digər tərəfdən də biz elə etməliyik ki, ödənişli təhsildə də müəyyən proseslər baş versin.
Mən mənzil məsələsinə də toxunmaq istərdim. Cənab prezidentin xüsusi tapşırığı əsasında, bilirsiniz ki, Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir və bu agentlik tərəfindən güzəştli mənzil proqramı həyata keçirilir. Bu proqramın növbəti ildə də davam etdirilməsi üçün vəsait ayrılır, eyni zamanda, İpoteka Fondu ucuz, yəni bazardakı faiz dərəcələrindən xeyli aşağı faiz dərəcəsinə sosial ipotekanı kreditləşdirir. Bazarda olan faiz dərəcələri ilə bu, kəskin surətdə fərqlənir. Buna tələbat da çoxdur. Sosial ipoteka ilə əhatə olunan əhali tərəfindən və ümumiyyətlə, bu məqsədlərə gələn il 162 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, sosial sahədə hökumət öz qarşısına bir neçə hədəf qoyub.
Aparıcı: Nədir o hədəflər?
Samir Şərifov: Bunların birincisi, əsasən, əməkhaqqı sisteminin şəffaflaşdırılması, leqallaşdırılması, yəni kölgədən çıxarılmasıdır. Bu məqsədlə hesab edirəm ki, Vergi Məcəlləsinə inqilabi dəyişikliklər edilib. Bunlar, düzdür, müvəqqəti xarakter daşıyır, yeddi il ərzində xüsusi güzəşt verilib. Yəni, bu güzəşt ondan ibarətdir ki, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışanlar və 8 minədək əməkhaqqı alan vətəndaşlar gəlir vergisi ödəməyəcəklər.
Biz isə istəyirik ki, sahibkar maaşını ödəsin və həmin maaş hesabına da Pensiya Fonduna, doğrudan da, layiqli ödənişlər edilsin ki, bu adamlar pensiyaya çıxdıqda yüksək pensiya almaq imkanı qazansınlar. Belə tədbirlər bu büdcə zərfində öz əksini tapmışdır.
Aparıcı: Üstəlik, Samir müəllim, vergi qanunvericiliyində sosial və vergi ödənişləri Bakıda qeydiyyatdan keçən sahibkarlar üçün 4 faizdən 2 faizə enib. Bunun özü də böyük addımdır.
Samir Şərifov: Hökumət çox böyük bir addım atıb və sahibkarları dəvət edir ki, şəffaflaşın, kölgədən çıxın, leqal maaşlar ödəyin və işçiləri də bu prosesə dəvət edir ki, siz də sahibkarlardan, yəni sizi işə götürənlərdən bunu tələb etməlisiniz. Nəticə etibarilə sizin pensiyalarınız sual altında olmasın.
Aparıcı: Ziyad müəllim, Samir müəllim iki mühüm istiqamətə toxundu. Mən istərdim ki, həmin istiqamətlər barədə sizin təhlillərinizi eşidək. Bu, sosial xarakterli addımlardır, büdcədə kifayət qədər - 14 faiz artım var. Atılan bu addımın sosial mahiyyəti və vətəndaş üçün yaradacağı imkanlar nələrdir?
İkinci istiqamət isə kiçik və orta sahibkarlığın inkişafı baxımından dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və ümumiyyətlə, qarşıya qoyulan hədəflərin reallaşması, bu istiqamətə gətiriləcək dinamik inkişafdır. Bu iki istiqamət barədə sizin fikirlərinizi eşitmək çox maraqlı olardı.
Ziyad Səmədzadə: Çox maraqlı məsələlərdir. Belə bir göstərici var: dövlət büdcəsinin ümumi daxili məhsulda xüsusi çəkisi. Bu rəqəm XXI əsrin əvvəllərində, 2003-cü ildə Azərbaycanda 16-17 faiz olub. 90-cı illərin ikinci yarısında daha da aşağı idi. 2019-cu ildə Azərbaycanın dövlət büdcəsi ümumi daxili məhsulun 30 faizindən çoxunu təşkil edəcək. Bu, adi məsələ deyil. Bu, bütövlükdə, dövlət büdcəsinin Azərbaycan dövlətinin iqtisadi, sosial inkişafda rolunu göstərən bir rəqəmdir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində bu rəqəm daha da yüksəkdir. Biz hələ o səviyyəyə çatmamışıq. Amma müsbət dinamika var. Bəzən mətbuatda professional olmayan iqtisadçılar, ekspertlər qeyd edirlər ki, Azərbaycanın büdcə xərclərində sosialyönümlü xərclər azlıq təşkil edir. Amma bu rəqəmlərin mahiyyətini açmırlar və ona görə də düzgün olmayan fikirlər söyləyirlər. XXI əsrin əvvəllərində bizim sosial xərclərimizdə büdcə xərclərinin 86-87 faizi cari xərclər idi. Cari xərclərin tərkibində isə əsas yeri əməkhaqqı tuturdu.
Bu rəqəmləri təhlil edəndə, həqiqətən, həyəcan keçirməmək mümkün deyil. Biz son 20 ildə, görün, nə qədər inkişaf yolu keçmişik. Dövlət büdcəsinin həcmi 1 milyarddan bir az çox idi, onun da 85-86 faizini sosial xərclər təşkil edirdi. Sosial sahələrin maddi-texniki bazası çox aşağı səviyyədə idi. Bu gün dövlət büdcəsinin xərcləri 25 milyard, cari xərclər isə dövlət büdcəsində 50 faiz təşkil edir. Amma sosial xərclər 30%-dir. Bu o deməkdirmi ki, inkişaf aşağı düşüb? Qətiyyən yox. Bu gün Azərbaycanın sosial sferasının inkişaf səviyyəsi əvvəlki on ildəkindən nisbətən dəfələrlə yüksəlib.
Bu gün adambaşına düşən büdcə xərcləri 25 milyarddırsa, bu, hər nəfərə 2500 manat təşkil edir. Bu, kiçik rəqəm deyil. Vaxt var idi bu rəqəm 180 manat, 190 manat idi.
Aparıcı: Bu nəyin göstəricisidir, Ziyad müəllim?
Ziyad Səmədzadə: Bu, ilk növbədə dinamik, sosial, iqtisadi inkişafın nəticəsidir. Ona görə bu gün Azərbaycan dövlət büdcəsinin sosial xərclərinə ayrılan hissəsinin, təbii ki, təkmilləşməyə, artmağa ehtiyacı var. Mən cənab prezidentin 2006-da, 2008-də, 2014-də dediyi sözlərin mahiyyətini istərdim açıqlayam: “Bazar iqtisadiyyatının sərt qanunları var. Bazar iqtisadiyyatı prinsipləri imkan vermir ki, sosial məsələlər istənilən formada həll olunsun. Ona görə biz bazar iqtisadiyyatının sərt şərtlərini inkar edirik və ona sosialyönümlülük xarakteri veririk. Amma bizim iqtisadiyyatımızın inkişafı elə bir mərhələdədir ki, biz iqtisadiyyata pul qoymalıyıq, iqtisadiyyatı qaldırmalıyıq, sahibkarlara kömək etməliyik və s. Bir müddətdən sonra sahibkarın da sosial məsuliyyəti artacaq.”
Dövlətin dəstəyi ilə təkcə kənd təsərrüfatına 800 milyon manatdan çox vəsait ayrılır. O da dövlət büdcəsinin 3,4 faizini təşkil edir. Amma biz onu da nəzərə almalıyıq ki, kənd təsərrüfatında əmək məhsuldarlığı, məhsuldarlıq hələ aşağıdır. Kənd təsərrüfatında adambaşına düşən dəyər bir çox ölkələrdən bir neçə dəfə azdır. Kənd təsərrüfatına dövlət dəstəyi olmasa, biz heçnə edə bilmərik.
Kiçik sahibkarlıq, orta sahibkarlıq barədə Milli Məclisdə qanun qəbul etdik və sahibkarlığın növləri aşağıdakı kimi təsnifləşdirildi: mikrosahibkarlar, kiçik, orta sahibkarlıq.
Samir Şərifov: Büdcədə də bu məqsədlər üçün kiçik və orta sahibkarlığın Azərbaycanda inkişaf etdirilməsi proqramlarının həyata keçirilməsi üçün məqsədli olaraq vəsait nəzərdə tutulub.
Ziyad Səmədzadə: Tamamilə doğrudur. Sahibkarlığın inkişafı üçün yoxlamalar azaldılır, sadələşdirilmiş vergilər 4%-dən 2 faizə endirilir. Biz Milli Məclisin komitəsində Vergi Məcəlləsində edilən dəyişiklikləri ətraflı müzakirə etdik. Həqiqətən, dərin dəyişikliklərdir. Dünyanın hər bir ölkəsində, ən inkişaf etmiş ölkələrdə də kölgə iqtisadiyyatı var. Azərbaycanda da bu var, biz bunu etiraf edirik. Səbəb nədir? Səbəb odur ki, həddindən artıq vergi yükləri, yoxlamalar olub, insanlar çəkiniblər və s. İndi sürətlə şəffaflaşdırma işləri görülür. Ona görə də biz bunları azaltmalıyıq. Bu gün biz kiçik sahibkarlar üçün əlverişli şərait yaratmalıyıq. Bu şəraiti yaratmaq üçün isə Vergi Məcəlləsində edilən dəyişikliklər sayəsində vətəndaşların gəlirləri artacaq. Necə ola bilər ki, 1 milyondan yuxarı insan müqaviləsiz işləyir.
Samir Şərifov: Bu il biz bu işlərin artıq bir qismini görmüşük. Yəni, bu ilin dövlət büdcəsinə edilən dəyişiklik, faktiki olaraq, qeyri-neft sektorundan gözlənilən vergi daxilolmalarını kifayət qədər əhəmiyyətli səviyyədə azaltmışdır.
Digər tərəfdən, vergi yükünü azaltdıq, bu, 2018-ci ildən artıq öz əksini tapıb. 2019-cu ildə artıq qeyd etdiyim kimi, dövlət başçısının tapşırığı əsasında şəffaflaşdırma tədbirləri həyata keçirilir, bu da vergi yükünün azaldılması ilə bağlıdır. Bu tədbirlər görülməkdədir və sahibkarlara xüsusi imtiyazlar yaradılır.
Biz maraqlıyıq ki, bizdə qeyri-neft ixracı artsın. Cənab prezident bu barədə xüsusi tapşırıqlar verib, bu istiqamətdə aidiyyəti orqanlar - ilk növbədə İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Bununla yanaşı, dövlət tərəfindən xüsusi bir mexanizm - təşviq mexanizmi təbliğ olunub.
Aparıcı: Üstəlik, Samir müəllim, sahibkarların xarici ölkələrdə keçirilən sərgilərdə iştirakı da məhz dövlət büdcəsindən maliyyələşir.
Samir Şərifov: Bəli. Burada xüsusi proqram keçirilir. Bu proqram “Made in Azerbaijan” brendinin təşviq edilməsi, xaricdə tanıtım tədbirlərinin həyata keçirilməsini təmin edir. Mən təkcə ixracın təşviqi proqramını qeyd etmək istərdim. Növbəti ildə biz bunu 80 faiz artırmışıq. Biz maraqlıyıq ki, bizim ixracımız artsın. Təkcə neft və neft məhsullarının ixracından asılı olmayaq.
Ziyad Səmədzadə: Belarusda “Ticarət Evi”nin fəaliyyətə başlaması, dünyanın bir çox ölkələrində Azərbaycanın ticarət evlərinin açılması, ticarət nümayəndəlikləri və sahibkarlığın inkişafı ilə bağlı təkmil qanunvericilik bazasının, təşviq mexanizminin formalaşması, Vergi Məcəlləsində edilən dəyişikliklər, nağdsız hesablaşmaların artması istiqamətində atılan addımlar, yoxlamaların minimuma endirilməsi, uçotun təkmilləşməsi prosesinin nəzarətə götürülməsi - bütün bunlar sahibkarlar üçün kifayət qədər münbit şərait yaradır.
Samir Şərifov: Bu, təkcə bizim qiymətimiz deyil, artıq Dünya Bankı da bunu təsdiq edir. Son qiymətləndirmə, son hesabat göstərdi ki, Azərbaycan inqilabi irəliləyişə nail oldu, dünya üzrə 25-ci yeri tutdu. Biz indi ixracdan danışırıq, turizm sahəsi o da ixracın müəyyən bir formasıdır. Ona görə bu sahəyə də xüsusi diqqət var və 2019-cu ilin dövlət büdcəsində turizmin inkişaf etdirilməsi üçün də əlavə vəsaitlər ayrılıb.
Aparıcı: Ümumiyyətlə, biz büdcədən danışırıq. Ziyad müəllim, bu gün Azərbaycan nəinki xarici borcu az olan ölkələrdəndir, eyni zamanda, özü digər bir ölkəyə maliyyə baxımından kömək edir, kapital qoyur. Məsələnin, gəlin, bu tərəfini açaq.
Ziyad Səmədzadə: Bu məsələ, doğrudan da, hamını maraqlandırır və bu gün cəsarətlə demək olar ki, Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyevin xarici borclanma ilə əlaqədar düşünülmüş baxışları var və bu yaxınlarda xarici borcun idarə edilməsi ilə əlaqədar strategiya imzalandı. Bir neçə gün bundan öncə isə biz Milli Məclisdə dövlət borcu ilə əlaqədar qanuna dəyişiklik etdik. Yəni, bu gün Azərbaycanın borclanma siyasətini dünyanın ən aparıcı ölkələri ilə müqayisə etmək olar. Bizim xarici borclanma ÜDM-in 21 faizini təşkil edir. Valyuta ehtiyatlarımız 45 milyarddır.
Samir Şərifov: Ümumi dövlət borcumuz - həm daxili, həm də xarici - 9,7 milyard dollar təşkil edir. Bu da ÜDM-in 21,5 faizini təşkil edir. Yəni, artıq o strategiyanın, Ziyad müəllimin də qeyd etdiyi kimi, qəbul edilməsi konkret olaraq bu sahədə fəaliyyət göstərən orqanlar üçün konkret hədəflər qoyur və biz bu hədəflərin həyata keçirilməsində, onlara nail olunmasında hesab edirəm ki, öz səylərimizi əsirgəməyəcəyik.
Ziyad Səmədzadə: Onu da qeyd edim ki, Ermənistanın Azərbaycanla müqayisədə sırf xarici borcu 7 milyarddan çoxdur. Ukraynanın 47 milyarddır, Qazaxıstanın xarici borcu isə 41 milyard təşkil edir. Azərbaycan düşünülmüş siyasət aparır və mən bir neçə maraqlı rəqəm də qeyd edim. Ulu öndər Heydər Əliyev 1995-ci ildə deyirdi ki, bizim valyuta ehtiyatlarımız cəmi 2 milyon dollardır, bir ildən sonra bu, 100 milyon dollar oldu. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyarddır, onun həcmi xarici borcumuzu beş dəfə ötür. Bundan başqa, xarici borcun ümumi daxili məhsula nisbəti 21 faiz təşkil edir, biz bu gün borc alan ölkədən borc verən ölkəyə çevrilmişik. Bu gün Azərbaycanın vəsaitləri hesabına Türkiyədə böyük bir Neft-Kimya Kompleksi açıldı. Cənab Prezident bildirir ki, borc almaq bütün dünyada qəbul olunan bir meyildir. Qloballaşan dünyada əgər bu və ya digər ölkələrlə əməkdaşlıq edirsənsə, borc almaq və ya borc vermək obyektiv bir prosesdir. Amma biz cari xərclər üçün borc almırıq. Biz borcları ən müasir texnologiyalara, ən qabaqcıl layihələrə görə alırıq. Azərbaycan dünyanın trans-nəqliyyat sisteminə layiqli töhfə verən bir dövlətdir. Azərbaycan özünün nəqliyyat sistemi vasitəsilə Avropa ilə Asiya qitəsini birləşdirdi. Bu layihələr həm də bizim iqtisadi müstəqilliyimiz üçün lazımdır. Qədim İpək Yolu da, Şimal-Cənub da, bizim digər ölkələrə çıxışımız da, ilk növbədə ölkənin müstəqilliyi üçün lazımdır, müstəqil dövlətin alternativ marşrutları olmalıdır. İqtisadi müstəqilliyini qoruyan ölkənin bir neçə nəqliyyat yolları olmalıdır ki, çətin anlarda, dəstək olsun. Xatırlayırıq, ötən əsrin 94-95-ci illərində şimal yolu bağlanmışdı, biz nə qədər əziyyət çəkdik və Qədim İpək Yolu layihəsinin reallaşması üçün Avropa da, Qərb də, dünyanın aparıcı təşkilatları bizə dəstək verdilər ki, ölkələrin müstəqilliyi qorunsun. Ona görə bu gün Azərbaycan dövlətinin büdcəsindən danışarkən, birmənalı şəkildə hökumətin borclanma siyasətini müsbət qiymətləndirməliyik. Biz hər şeyə görə borc almırıq. Borcu ona görə alırıq ki, bizə müasir texnologiyalar lazımdır. İldən-ilə artacaq büdcənin cari xərcləri tamamilə büdcə gəlirləri hesabına təmin ediləcəkdir. Mən buna şübhə etmirəm. Amma vaxt var idi ki, büdcənin cari xərclərini Neft Fondu nəzərə alınmadan daxil olan gəlirlər hesabına ödəmək mümkün deyildi. İndi vəziyyət əhəmiyyətli dərəcədə dəyişilmişdir. Bununla yanaşı, Vergi Məcəlləsində edilən dəyişikliklər, kölgə iqtisadiyyatının xüsusi çəkisinin azalması, regionlarda istifadəyə verilmiş müəssisələrin tam gücü ilə işləməsinə şərait yaratmaq istiqamətində görülən tədbirlər yeni yaradılan əlavə dəyərin, məhsuldarlığın, əmək məhsuldarlığının, əsas fondlardan istifadənin səmərəliliyinin artırılması keyfiyyətli iqtisadi inkişafın sürətli olmasını təmin edəcək. Başqa sözlə, əmək, kapital resurslarından istifadə yaxşılaşdırılmalı, büdcə vəsaitlərindən istifadəyə nəzarət, şəffaflıq olmalıdır. Ümumiyyətlə, 2019-cu ilin büdcəsi bir çox göstəricilərin səviyyəsinə görə əvvəlki illərdəkinə nisbətən xeyli fərqlənəcək.
Samir Şərifov: Xarici dövlət borcuna münasibətdə biz çox konservativ, mühafizəkar siyasət həyata keçirəcəyik. Siyasət çox sadədir. Az borc cəlb edirik, amma o demək deyil ki, ümumiyyətlə cəlb etməməliyik. Bütün dövlətlər borc cəlb edirlər. Lakin əsas yanaşma belədir ki, biz hər il çalışmalıyıq ki, xaricə verdiyimiz borc xaricdən cəlb etdiyimiz borcdan yuxarı olsun. Biz həmin o xarici dövlət borcunun ümumi daxili məhsula olan nisbətini daha da endirəcəyik, daha da optimal səviyyələrə çatdıracağıq.

Daxili borca gəldikdə isə fərz edək ki, vəsait tələb olunmadığı təqdirdə, süni də olsa, dövlət borclanmalıdır. Nəyə görə? Çünki daxili maliyyə bazarlarımızın, bank sisteminin, sığorta sisteminin, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üçün dövlət ən böyük, ən etibarlı emitet kimi daxili borc bazarında iştirak etməlidir və bununla əlaqədar bizim növbəti ildə də həm xarici, həm daxili borc üzrə dövlət borclanma limitimiz var. Burada məqsəd bazar iştirakçılarının bu borcda iştirak etməsini təşviq etməkdir, çünki bundan sonra həmin bu borc alətlərindən istifadə edərək, banklararası bazarın formalaşması üçün şərait yaratmış olacağıq.
Ziyad Səmədzadə: Samir müəllimin dediyi məsələ çox maraqlı və vacibdir. Mən xatırlayıram: 15 il bundan qabaq bu fikirlə, yəni daxili borclanmaya getmək fikrilə bəziləri razılaşmırdılar. Bu, hazırda indünyada özünü doğrultmuş meyarlardan biridir. 2019-cu il dövlət büdcəsində büdcə kəsiri barədə fikirlər təqdirəlayiqdir. Büdcə kəsirinin səviyyəsi məqbuldur və iqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcək. Onu bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti özünün maliyyə sabitliyini qorumaq, özünün maliyyə imkanlarını iqtisadiyyatın inkişafına yönəltmək üçün bütün mütərəqqi üsullardan istifadə edib.
Aparıcı: Ümumiyyətlə, prezidentin tapşırığı da budur ki, nəticə əsaslı büdcəyə keçid olmalıdır.
Ziyad Səmədzadə: Mən bir hesablama aparmışdım və bunu ona görə etmişdim ki, bəzən mətbuatda Neft Fondundan ayırmalar barədə əsası olmayan fikirlər söylənilir.
Maliyyə Nazirliyi 2017-2019-cu illərdə Neft Fondundan dollar ifadəsində az vəsait götürmüşdür. Bu, çox düzgün meyildir. Manat hesabı ilə nisbətən artım görünür, amma Neft Fondunda vəsaitlər dollarla hesablanır: cəmi 16,7 milyard dollar. Amma əvvəlki illərdə, 2012-2016-cı illərdə bu rəqəm üç dəfə çox olub. Yəni, Azərbaycan dövlətinin qeyri-neft sektorunun üstün inkişafı, dövlət büdcə daxilolmalarının yerli imkanlar hesabına genişləndirilməsi istiqamətində görülən tədbirlər Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edilməsinə konkret bir misaldır.
Samir Şərifov: 2017-2019-da daxil olmaqla üç il.
Ziyad Səmədzadə: Bəli, üç ildə cəmi 16,7 milyard. Azərbaycan dövləti Neft Fondunu yaradıb ki, vəsaitlərin bir hissəsi gələcək nəsillər üçün toplansın, digər bir hissəsi ölkənin strateji məsələlərinin həllini təmin etmək üçün istifadə edilsin. Bu barədə kifayət qədər müsbət işlər görülmüşdür.
Aparıcı: Ümumiyyətlə, büdcə ilə bağlı saatlarla danışmaq olar. İstərdim bəzi strateji məsələlərlə də bağlı sizin fikirlərinizi eşidək. Yəni, birinci ondan başlayaq ki, büdcədə neftin bir barrelinin qiyməti 60 dollardan götürülür. Amma, eyni zamanda, müəyyən hesablamalara görə, bu rəqəm 60-70 dollar arasında dəyişəcək. Yəni, əgər neftin qiymətində müəyyən bir dəyişiklik olarsa, xüsusən də azalma baş verərsə, büdcəyə yenidən baxıla bilərmi və yaxud da bu çalxalanmalar, dəyişikliklər büdcə ilə bağlı siyasətdə müəyyən risklər yarada bilərmi?
Samir Şərifov: Mən yenə də büdcə qaydasına istinad etmək istəyirəm. Bu qaydanın qəbul edilməsində əsas məqsədlərdən biri də məhz o qeyri-müəyyənliyin və dəyişkənliyin aradan qaldırılmasıdır. Yəni, burada söhbət nədən gedir? Şübhəsiz ki, biz 60 dollarla öz gəlirlərimizi hesablayırıq. Yəni, təbii ki, neftin qiyməti aşağı endiyi təqdirdə biz daha az mənfəət vergisi ala bilərik. Digər hallarda bizim büdcəmiz faktiki olaraq sığortalanıb. Bu, bir məsələ. Amma burada digər parametr də var, bu, icmal büdcədir. İcmal büdcə nədir? İcmal büdcə, ilk növbədə Dövlət Neft Fondunun gəlirləridir. Yəni, bizim qəbul etdiyimiz büdcədə Dövlət Neft Fondu 60 dollardan aşağı olmadığı təqdirdə, Dövlət Neft Fondunun cari ilin sonuna olan aktivləri 2,5 milyard dollar yenə də artacaq. Son on ay ərzində ortalama neft qiyməti 75-76 dollar səviyyəsindədir. 45 dollarlıq ssenaridə Neft Fondunun gəlirləri azalmayacaq, yəni eyni səviyyədə qalacaq. İlin sonuna olan aktivlər növbəti ilin sonuna eyni səviyyədə qalacaq. 45 milyardlıq aktivlərdən danışırıq ki, ilin sonuna onun bir qədər də artması gözlənilir. Yəni, bu baxımdan da biz özümüzü qorumuş hesab edirik.
Digər məsələ. Şübhəsiz ki, proqnozlar ediləndə, həm İqtisadiyyat Nazirliyi, həm digər bizim iqtisadi qurumlar bu prosesdə iştirak edirlər, dünyada baş verən proseslərə nəzər salırlar. Burada aydın məsələdir ki, dünya neft bazarına başqa faktorların da təsir göstərməkdə olduğunu görürsünüz. Ən vacib faktor nəticə etibarilə sonda tələb-təklifdir. Amma hansısa müvəqqəti faktorlar, siyasi söz müdaxilələri, bunlar da bu bazara həm müsbət, həm də mənfi təsir göstərə bilərlər. Amma bu təsirlər müvəqqəti xarakter daşıyır.
Ziyad Səmədzadə: 1999-cu ildə dünya bazarında neftin qiyməti 13 dollara düşmüşdü. Azərbaycan iqtisadiyyatına onun təsiri hiss edilmədi. Sonrakı illərdə neftin kəskin dəyişməsi büdcədə müəyyən korrektələr edilməsini zəruri etmişdir. Amma bu gün oturuşmuş iqtisadiyyatımız formalaşıb, stabil daxilolmalar var. Son on il ərzində nə qədər sarsıntılar baş veribsə, onların heç biri Azərbaycan iqtisadiyyatının dövlət büdcəsinə, sosial proqramlarına təsir etməyib.
Dövlət büdcəsinə yenidən baxılarkən sosial proqramların azalması nəzərdə tutulmamışdır. Büdcə sistemində edilən bu dəyişikliklər, eyni zamanda, Azərbaycan maliyyə sistemini təhlükələrdən, risklərdən qoruyur. Azərbaycan dövlətinin apardığı müstəqil, milli maraqlara cavab verən siyasət tam əsas verir ki, qlobal sarsıntılar şəraitində də Azərbaycan o siyasətini davam etdirəcəkdir və 2019-cu ilin dövlət büdcəsi də bu baxımdan istisna deyil.
Aparıcı: Hansı strateji istiqamətlər büdcə daxilolmalarında mühüm önəm kəsb edəcəkdir?
Samir Şərifov: Ümumiyyətlə, 2019-cu ildə bizim daxilolmalar üzrə, yəni dövlət büdcəsinin gəlirləri üzrə proqnozumuz 23 milyard 168 milyondur. Cari illə müqayisədə, şübhəsiz ki, kifayət qədər əhəmiyyətli bir artımdır. Həmin vəsaitlərin daxil edilməsinə biz nəzər salsaq, bunun bir qismini, şübhəsiz ki, Dövlət Neft Fondunun transferti təşkil edir. Biz onu da nəzərə almalıyıq ki, 2019-cu ildə böyük vergi islahatına da getmişik. İslahatın da məqsədi ondan ibarətdir ki, şəffaflıq artırılsın, Sosial Müdafiə Fondunun gəlirləri artsın.
Daxilolmalar azalır. Buna baxmayaraq, Dövlət Neft Fondundan transfert çox cüzi artır, praktiki olaraq cari ilin səviyyəsindədir, 11 milyard manatdır, Yəni, böyük bir artım yoxdur. Lakin mən bir daha ona toxunuram ki, biz faktiki olaraq əhəmiyyətli səviyyədə öz daxilolmalarımızdan imtina etmişik. Həmçinin, uçot təkmilləşəcək, bunun nəticəsində digər müəssisələrdən daha çox vergi toplamaq imkanları əldə ediləcəkdir.
Gömrük sahəsində də bu il kifayət qədər böyük artımlar mövcuddur, gələn il də bunu biz gözləyirik. Eyni zamanda, bizim sair daxilolmalarımız da var. Bunlar nədir? Burada biz borcdan danışdıq, o cümlədən xaricə bizim verdiyimiz borc və bizim xarici ölkələrdən aldığımız, qaytarılan borclarımız da var. Büdcə təşkilatlarının göstərdiyi xidmətlərdən əldə etdiyi müəyyən gəlirlər var, bu gəlirlər dövlət büdcəsinə daxil edilir, təsdiq olunur və digər tərəfdən dövlət büdcəsinə bu təşkilatların xərclərini təmin edir. Şübhəsiz ki, bizim məqsədimiz ildən-ilə qeyri-neft sektorunda mədaxilimizi artırmaqdır. Hədəflərimiz var və mərhələli şəkildə biz bu məqsədlərə nail olmalıyıq.