Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Beynəlxalq ekspertlərin 2019-cu il üçün dünyada və Azərbaycanda iqtisadi gözləntiləri

 

Dünya iqtisadiyyatında artıq, demək olar ki, on ildir qlobal sarsıntılar yaşanmır - sonuncu maliyyə böhranı 2009-cu ildə baş vermişdir. Fundamental göstəricilər artım trendinin davam etdiyini nümayiş etdirir, lakin iqtisadçılar siklik amili qeyd edirlər. Bu amilə görə maliyyə böhranı təxminən on ildən bir baş verir. Bəzən milyarder Corc Soros daxil olmaqla, top (ali) səviyyəli şəxslər tamamilə qeyri-iqtisadi səbəblərlə əlaqədar yeni təhlükənin olmasını deyirlər. C.Sorosun fikrincə, Avropanı miqrantlar səbəbindən iflas, uğursuzluq gözləyir. Bu təhlükənin nə qədər real olması və yeni dünya böhranının baş verməsi haqqında şayiələr təbiidir ki, şişirdilmişdir.
Dünya institutları arasında yeni dünya böhranının gözlənilməsinin qlobal diskussiyasına Dünya Bankı da qoşulmuşdur. Dünya Bankının analitikləri “Dünya iqtisadiyyatının perspektivləri” adlı növbəti məruzəsini kifayət qədər nikbin əhvali-ruhiyyədə başlayır: “Dünya iqtisadiyyatının artımı azalmış, lakin stabildir və proqnozlara görə ümumi daxili məhsulun (ÜDM) 2018-ci ildə 3,1% artımına nail olunacaqdır. Lakin müəlliflər dərhal təshih (düzəliş) edirlər ki, sonrakı iki ildə bizi çətinliklər gözlənilir. Səbəblər arasında artan ticarət proteksionizmini, geosiyasi gərginliyi, inkişaf etmiş ölkələrdə monetar siyasətin sərtləşməsini göstərmək olar.
Belə ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES – Mərkəzi Bank) ikinci ildir dalbadal baza uçot dərəcəsini qaldırır və dayanmağı planlaşdırmır. Baza dərəcəsinin artımı, şübhəsiz, digər dərəcələrə - ABŞ-ın dövlət borcunun gəlirliyinə, kreditlərin əlçatanlığına təsir göstərəcək, eləcə də dolların məzənnəsini möhkəmləndirəcəkdir. ABŞ-ın dövlət borcu iri investorlar üçün etibarlı alətdir, dərəcənin artması isə yalnız onun cəlbediciliyini yüksəldir. Dərəcənin artmasına görə analoji kursu, ehtimal ki, Avropa da götürmüşdür: vahid Avropa tənzimləyicisindən 2019-cu ilin yayına qədər dərəcənin cari sıfır səviyyəsindən yüksəlməsi gözlənilir. Dünya Bankının qiymətləndirməsinə görə, investorlar inkişaf etməkdə olan ölkələrdə əlavə riskləri güdür, çünki onun analitikləri bir sıra ölkələrdə defolt gözləyirlər.
Lakin varlı dövlətlər üzülməməlidir – onlara qarşı fond bazarlarının olduqca sürətli artımı mühüm rol oynaya bilər. İlin əvvəli əksər dünya ticarət meydanları üçün son onillik ərzində yaxşı olmuşdur. Boeing, Facebook, Amazon kimi iri şirkətlərin səhmləri fevral çökməsi nəzərə alınmaqla il ərzində bir neçə faiz bahalaşmışdır. İqtisadçılar “köpüklərin” səbəb olduğu əsassız yüksəldilmiş qiymətləri qeyd edirlər. Əgər ABŞ, Çin və Avropa arasında ticarət müharibəsi davam edərsə, şirkətin gömrük vergilərinə və rüsumlarına daha çox vəsait sərf ediləcəkdir. Bu zaman mənfəət aşağı enəcək, bunlarla birlikdə qiymətlər – “köpüklər” partlayacaq.
Nəhayət, gələcək problemlərin səbəblərindən biri hamı üçün aktual olan iqtisadi proseslərin siklliyidir. Məruzədə deyilir ki, “Son yarım əsrdə qlobal iqtisadiyyat resessiya (yəni tənəzzül) ilə təxminən 10 ildə bir dəfə (1975, 1982, 1991 və 2009-cu illərdə) rastlaşmışdır”. Müəlliflər qeyd edirlər ki, əvvəlki böhranı da kimsə gözləmirdi – hamı optimist proqnozlara köklənmişdi. Oxşar vəziyyət indi də müşayiət olunur.
Əgər Dünya Bankının təşvişləri özünü doğrultsa, qlobal iqtisadi böhranın artım sürətinin (2020-ci ildə 2,9%-ə qədər) tədricən azalmasını nəzərdə tutan baza proqnozu güclü dərəcədə yerinə yetirilməyə bilər. 2019-cu ildə dünyada ÜDM-in 2%-dən aşağı olması ehtimal edilir, bu isə qlobal resessiya hesab olunur. Dünya Bankı öz proqnozlarında tək deyil. Beynəlxalq Valyuta Fondu (BVF) bir qədər ehtiyatlı danışır. Onun versiyasına görə, dünya iqtisadiy­yatını əksərən məhz inkişaf etməkdə olan ölkələr sayəsində hələ ki, heç nə qorxutmur. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artım 2018-2019-cu illərdə ÜDM-in müvafiq olaraq 4,5% və 5,1% artımını təşkil edəcəkdir. Yekun olaraq, dünyada 2018-ci ildə ÜDM-in artım sürəti 3,9% gözlənilir. Bu isə Dünya Bankının proqnozundan 0,8% bənd çoxdur.
Eyni zamanda, BVF-nin rəhbəri Kristin Laqard Peterburq İqtisad Forumunda çıxış edərkən demişdir ki, qlobal iqtisadiyyat üzərində “üç bulud” var: 1) borc yükünün yüksək səviyyəsi (162 trilyon dollar və ya dünya ÜDM-inin 220%-i həcmində); 2) inkişaf etməkdə olan bazarlardan kapital axını; 3) ABŞ prezidenti tərəfindən başlanan “ticarət müharibələri”.
Reuters agentliyinin 2018-ci ilin may ayında apardığı sorğuya əsasən, maliyyəçilər ABŞ iqtisadiyyatı üçün ticarət müharibəsindən əldə olunan müsbət effektə inanmırlar. Yaxın illər ərzində resessiya ehtimalını onlar cəmi 15%, iki illik məsafədə isə artıq iki dəfə çox – 31% qiymətləndirirlər.
Neft ixracatçı ölkələrinin təşkilatı olan OPEK 2018-2019-cu illərdə dünyada neftə olan tələbatın artımına görə proqnozu bu qədər azaltmışdır. Belə ki, OPEK netfə olan tələbatın artım proqnozunu 2017-ci ildə sutka ərzində 1,5 milyon barreldən 2018-ci ildə sutkada 40 min barrel qədər azaltmışdır. 2018-ci ildə dünyada neftə olan tələbat 98,79 milyon barrel səviy­yəsində gözlənilir ki, bu da əvvəlki qiymətləndirməyə uyğun gəlir.
OPEK, həmçinin keçmiş proqnozlarla müqayisədə 2019-cu ildə dünyada neftə olan tələbatın proqnozunu sutkada 1,29 milyon barrelə qədər azaltmışdır. Qlobal miqyasda bu, dünya iqtisadiy­yatının qeyri-müəyyən inkişafı ilə izah olunur. Beləliklə, 2019-cu ildə neftə olan orta illik tələbat OPEK-in gözləntilərinə görə 100,08 milyon barrel təşkil edəcəkdir.
Bəs, Azərbaycanı 2019-cu ildə nə gözləyir?
BVF analitiklərinin Müstəqil Dövlətlər Birliyinin (MDB) bütün region üçün proqnozu 2018 və 2019-cu illərdə müvafiq olaraq 2,3% və 2,4% təşkil etmişdir. Dünya iqtisadiyyatı üçün BVF 2018-2019-cu illərdə iqtisadiyyatın 3,7 artımını proqnozlaşdırmışdır. Fondun analitikləri qeyd edirlər ki, 2016-cı ilin ortalarından başlayan dayanıqlı artım davam edir və 2018-ci illərdə dünya iqtisadiyyatının artım sürəti proqnozlara görə 2017-ci il səviyyəsində olacaqdır. Eyni zamanda, Fondun analitikləri hesab edirlər ki, iqtisadi cəhətdən bir sıra aparıcı ölkələrdə artım daha tarazlı olacaq, görünür, bu dövlətlər özünün pik həddinə nail olmuşlar.
BVF 2018-ci ildə Azərbaycanda ÜDM-in artım sürətini 1,8%, proqnozlaşdırmışdır. 2019 və 2023-cü illərdə Fondun ÜDM üzrə proqnozlaşdırdığı artım müvafiq olaraq 3,6% və 2% təşkil edir.
Bu məlumatlar World Economic Outbook-un yenilənmiş hesabatında deyilir. Qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti ÜDM-in artım sürətini 2018-ci ildə 2%, 2019-cu ildə 3,1%, 2020-ci ildə 3,5% proqnozlaşdırmışdır. BVF-nin proqnozlarına görə, Azərbaycanda 2018-ci ildə birrəqəmli inflyasiya göstəricisi 7%, 2019-cu ildə isə 6% gözlənilir və bu rəqəmlər Azərbaycan hökumətinin proqnozlarına uyğun gəlir.
BVF-nin hesabatından məlum olur ki, MDB üzvü olan neft ixracatçıları ölkələri arasında Azərbaycanda inflyasiyanın səviyyəsi ən ağaşı rəqəmlərdən biri olacaqdır. BVF Azərbaycanın tədiyyə balansının cari əməliyyatlarının hesabı üzrə proqnozları xeyli yaxşılaşdırmışdır. Belə ki, Fond ölkədə cari əməliyyatların hesabının profisitini 2018-ci ildə 5,6%, 2019-cu ildə isə 7% proqnozlaşdırır.
 
F.M.Qarayev,
BDU-nun dosenti