Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas istiqamətlərindən olan sənayenin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən çoxsaylı layihələr hazırlanır. Belə layihələrdən biri də ölkədə sənaye parklarının yaradılmasıdır. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək. Hazırda ölkəmizdə 5 sənaye parkı fəaliyyət göstərir:
• Sumqayıt Kimya Sənaye Parkı;
• Balaxanı Sənaye Parkı;
• Mingəçevir Sənaye Parkı;
• Qaradağ Sənaye Parkı;
• Pirallahı Sənaye Parkı.
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə Sumqayıt şəhərində yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisi hazırda 505,64 hektar təşkil edir. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 2,8 milyard ABŞ dollarından çox olan 18 müəssisəyə rezident statusu verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektar təşkil edir. Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. Balaxanı Sənaye Parkında hazırda 14 rezident qeydiyyatdan keçmişdir.
Qaradağ Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yaradılmışdır. Müəyyən edilmişdir ki, Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir. Hazırda parkın ərazisi 72 hektar təşkil edir. Qaradağ Sənaye Parkında bir rezident - “Bakı Gəmiqayırma Zavodu” MMC fəaliyyət göstərir.
Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, о cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində yaradılmışdır. Pirallahı Sənaye Parkında 4 rezident qeydiyyata alınmışdır.
Haqqında danışacağımız Mingəçevir Sənaye Parkı isə Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli Sərəncamı ilə Mingəçevir şəhərində yaradılmışdır. Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli yüngül sənaye məhsulları istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Təməli Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 21 sentyabr 2016-cı il tarixində qoyulan Mingəçevir Sənaye Parkının ərazisi hazırda 14,8 hektar təşkil edir. Mingəçevir Sənaye Parkınin rezidenti kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində istifadəyə verilmişdir.
“Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev hələ 2 il əvvəl Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdi. 2 il sonra isə artıq “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışı həyata keçdi. Həmin tarixi xatırlayaraq cənab prezident özü də 2 il sonra əldə olunan nailiyyətlə bağlı demişdir: “Xatırlayıram, 2016-cı ilin sentyabr ayında biz bu ərazidə Mingəçevir Sənaye Parkının təməlini qoyduq. O vaxt bu ərazidə heç nə yox idi, boş bir ərazi idi. Xatırlayıram o vaxt təqdimat edildi və göstərildi ki, yaxın gələcəkdə burada bir neçə iplik fabriki və digər fabriklər yaradılacaqdır. Əlbəttə, bu, çox böyük layihədir. Bu layihə həm Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir”.
Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisənin inşası nəzərdə tutulur. Pambıq iplik fabrikində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Hazırda Azərbaycanda ildə 17 min ton pambıq iplik istehsal olunur. Sənaye Parkı nəzdində açılacaq yeni iplik fabriki Azərbaycanda pambıq iplik üzrə istehsalı 115 faiz artırmaqla yanaşı, idxaldan asılılığı tam aradan qaldıracaq və böyük ixrac imkanları yaradacaq. İstehsal olunan 10 min tona qədər iplik ixrac edilməklə ölkəmizə ildə 25 milyon ABŞ dollarından çox xarici valyuta gətirəcək. Bu fabrikdə 460 yeni iş yeri açılacaq. Fabrik Avropa və Yaponiya ölkələrinin qabaqcıl texnologiyaları əsasında tam avtomatlaşdırılmış müasir avadanlıqlarla təchiz olunacaq.
Sənaye Parkı nəzdində pambıq ipliklə yanaşı, Azərbaycanda böyük tələbat olan akril iplik və yun iplik fabrikləri də inşa ediləcək. Akril İplik Fabrikinin ilkin mərhələdə istehsal gücü 3 min ton olacaq və bu fabrik fəaliyyətə başladıqdan sonra akril iplik üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq. Fabrikin Avropanın qabaqcıl texnologiyaları - Fransanın NSC Schlumberger, Almaniyanın Zinser, İtaliyanın Savio şirkətlərinin ən müasir avadanlıqları ilə təchiz olunması nəzərdə tutulub.
Yun iplik fabrikində ildə 3 min ton məhsul istehsal ediləcək. Yunun ilkin emalı Azərbaycanın Aran bölgəsində, emal olunmuş yundan iplik istehsalı isə Mingəçevir Sənaye Parkının Yun İplik Fabrikində həyata keçiriləcək. Akril və yun iplik fabriklərində 800-dən çox iş yerinin açılması nəzərdə tutulur.
Mingəçevir Sənaye Parkı nəzdində inşa ediləcək Corab Məhsulları Fabriki ilkin mərhələdə Azərbaycanın corab məhsulları üzrə tələbatının 50 faizini təmin edəcək, illik 35 milyon cüt corab istehsal olunacaq, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. 533 toxuma dəzgahı quraşdırılacaq həmin fabrikdə Avropanın ən qabaqcıl texnologiyaları tətbiq olunmaqla, dünyada yeganə tikişsiz corab hörgü avadanlığının istehsalçısı İtaliyanın Lonatti və Technopea şirkətlərinin dəzgahları quraşdırılacaq. İlkin mərhələdə 500 corab hörgü dəzgahı gətiriləcək, növbəti mərhələdə isə dəzgahların sayı ikiqat artırılaraq minə çatdırılmaqla illik 70 milyon cüt corab istehsal olunacaq. Bu sahə üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq, Corab Məhsulları Fabrikində 650 yeni iş yeri açılacaq.
Park nəzdində inşa ediləcək Ayaqqabı fabriki illik 1,5 milyon cüt dəri ayaqqabı və xüsusi təyinatlı işçi ayaqqabıları istehsal edərək, idxaldan asılılığı qismən azaldacaq. Fabrikdə ayaqqabı istehsalında ən yeni texnologiyalar tətbiq olunmaqla, Avropanın qabaqcıl şirkətlərinin avadanlığı quraşdırılacaq. Fabrikə 300 işçinin işə qəbul edilməsi nəzərdə tutulub.
Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisədə, həmçinin Tibbi kosmetika fabrikinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı da nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq. Fabrikdə illik 55 milyon ədəd hazır məhsul buraxılacaq. Burada 270 yeni iş yerinin açılması planlaşdırılır.
Azərbaycanda növbəti 5 il ərzində xam pambıq istehsalının 700 min tona çatdırılması nəzərə alınaraq, Sənaye Parkı nəzdində fəaliyyət göstərəcək İplik Fabrikində istehsal olunan pambıq ipliyin hazır məhsula çevrilib dəyərinin artırılması məqsədilə müxtəlif təyinatlı və geniş çeşidli 100 faiz pambıq toxuma məhsulları istehsal ediləcək. Toxuculuq fabrikinin illik istehsal gücü 15 milyon metr toxuma məhsulları təşkil edəcək. Toxuma fabrikində Avropanın aparıcı şirkətlərinin çözgü və toxuma avadanlığı quraşdırılacaq. Fabrikdə 450 yeni iş yerinin açılması nəzərdə tutulub.
Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan Parça boyama fabriki inşa ediləcək. Müəssisə tam fəaliyyətə başladıqdan sonra Azərbaycanda boyalı toxuma məhsulları üzrə ümumi istehsal həcmi 100 faiz artırılmaqla yanaşı, idxaldan asılılıq tam aradan qalxacaq və böyük ixracat imkanları yaranacaq. İldə 10 milyon metrə qədər toxuma məhsulları MDB ölkələri və Türkiyə Respublikasına ixrac edilməklə ölkəyə ixracatdan və satışdan xarici valyuta cəlb olunacaq. Parça boyama fabrikində 260 yeni iş yerinin açılması gözlənilir.
Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng Tikiş fabriki də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni iş yeri açılacaq, Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq və ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq. Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq ən azı 30 faiz azalacaq.
Qeyd edək ki, ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər uğurla həyata keçirilməkdədir. Sənaye parklarının işinin yüksək səviyyədə qurulması məqsədilə böyük təcrübəyə malik məsləhətçi şirkətlər cəlb edilib. Məsləhətçi şirkət tərəfindən təhlillər aparılmış, rəqabətqabiliyyətli yeni məhsulların istehsalı, xarici və yerli investorların cəlb edilməsi üçün təkliflər hazırlanmış, texniki tapşırığa uyğun olaraq xüsusi plan tərtib edilmiş, nəzərdə tutulan infrastruktur şəbəkəsi, sosial təyinatlı obyektlərin konseptual dizaynı hazırlanmışdır.


Mətanət Hüseynova