Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

NOBEL MÜKAFATI VƏ AZƏRBAYCAN

 10 dekabr Nobel mükafatının təqdimatı günüdür (Alfred Nobel – 185)

 

Alfred Bernhard Nobel 1833-cü il oktyabr ayının 27-də İsveçin paytaxtı Stokholmda dünyaya gəlmişdir. 1842-ci ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa getmiş, professor N.N.Zinindən kimya elmini öyrənməyə başlamışdır. 1849-cu ildə təhsilini davam etdirmək üçün Alfred Avropa və Amerikaya getmişdir. 2 illik səyahətdən sonra Rusiyaya qayıtmış və çar ordusu üçün silah istehsal edən ailə fabriklərini idarə etməyə başlamışdır. 1853-cü ildə Krım müharibəsinin başlaması “Nobel” şirkətinin çiçəklənməsinə səbəb olmuşdur. Lakin ailə biznesinin iflasa uğramasından sonra atası ilə İsveçə qayıtmış, həyatını partlayıcı maddələrin tədqiqinə həsr etmiş, tüstüsüz barıtın, uğultulu-civəli kapsul detonatorun, dinamitin ixtiraçısı olmuş və 1868-ci ildə ixtirasının patentini almışdır. 1875-ci ildə Nobel qardaşları Bakıda “Товарищество Бранобель” adlı “Nobel Qardaşları” şirkətini yaratmışdır. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olmuş, zavodlar almış və xeyli kapitala yiyələnmişdilər. O, 1889-cu ildə Ümumdünya konqresində iştirak etmişdir. Lakin Rusiyada proletar inqilabından sonra 1920-ci ilin aprel ayında bolşeviklər Bakıya daxil olmuş və neft sənayesini milliləşdirmişlər. Lakin Nobellərin milyonları batmamış, pullar xarici banklara yatırılmışdır. İndi həmin pullar “Nobel mükafatı” formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur. Nobel mükafatının məbləği təxminən 1 mln. 450 min dollara bərabərdir. Alfred Nobel dramaturq kimi fəaliyyət göstərmişdir. Onun yeganə əsəri 4 hissəli “Nemezida” faciəsidir. Pyesin 1896-cı ildə Parisdə çap olunmuş bütün tirajı (3 nüsxədən başqa) Nobelin ölümündən sonra məhv edilmişdir. Görkəmli ixtiraçı-alim Alfred Nobel 1896-cı il dekabr ayının 10-da vəfat etmiş, Stokholmda dəfn edilmişdir.
Nobel mükafatı böyük ixtiraçı alim Alfred Nobelin vəsiyyətnaməsi əsasında 5 bərabər hissəyə bölünür. İsveç Bankının 300 illiyi ilə əlaqədar olaraq 1969-cu ildə sayca altıncı iqtisadiyyat üzrə Nobel mükafatı təsis edilmişdir. Alfred Nobelin 150-yə yaxın ixtirası, kəşfi olmuşdur. Bu günə kimi bu böyük mükafata 856 adam layiq görülmüşdür. Bunlardan 25-i qadındır. Bunların arasında 14 nəfər müsəlman var. Nobel mükafatına layiq görülən ilk müsəlman qadın Cənubi Azərbaycandan olan Şirin Ədabidir. Ümumiyyətlə, 4 nəfərə 2 dəfə Nobel mükafatı verilmişdir. Bir ailədən 2 nəfərə - ata və oğul olan Borlara verilmişdir.
Məlumat üçün bildirək ki, dünyada sayca 5-ci olan (ABŞ, Almaniya, İngiltərə, Rusiya) Nobel İnformasiya Mərkəzi məhz Azərbaycanda 3 iyun 1996-cı il 70 saylı nazirlər kabinetinin qərarı əsasında yaradılmışdır. Bu təşkilatın yaradılmasının təşəbbüskarı və yaradıcısı Beynəlxalq Nobel İnformasiya Mərkəzinin üzvü 1996-cı ildə həqiqi üzv seçilmiş ilk Azərbaycanlı olan Bəybala Ələsgərovdur. O, 2005-ci ildə Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndə, 2013-cü ildə isə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti seçilmişdir, tarix elmləri doktorudur.
Tarixi faktlar göstərir ki, Nobel mükafatına təqdim olunmuş ilk Azərbaycanlı göz həkimi Sona Vəlixanlıdır. O, 1940-cı ildə təqdim olunmuş, lakin II Dünya müharibəsinin başlanması ilə əlaqədar mükafat verilməmişdir.
Azərbaycanda Nobel İnformasiya Mərkəzi yaradıldıqdan sonra ölkənin bir çox görkəmli alimləri Mərkəz vasitəsilə No­bel mükafatına təqdim olun­muşdur. Onlar Nemət Qasımov, Ofeliya Abakarova, Tel­man Əliyev, Solmaz Qasımova, Pərviz Yəhyalı, akademik Adil Qəribov və Şeyxülislam Allahşükür Paşazadədir.
Qeyd edək ki, akademik Adil Qəribov və Şeyxülislam Allahşükür Paşazadə bütün ekspertlərdən keçmiş, yalnız gizli səsvermədən çıxa bilməmişdir. Şeyx Həzrətlərinə Nobel mükafatının verilməməsi texniki səbəblər üzündən olmuşdur.
Bütün Azərbaycan alimlərinə bildirək ki, Azərbaycan Nobel İnformasiya Mərkəzi nəzdində Nobel mükafatı üzrə bütün istiqamətlərdə xüsusi ekspert qrupları yaradılmışdır.

 

Bəybala Ələsgərov,
tarix elmləri doktoru
Elnarə Mehbalıyeva, dosent