Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Məhsul istehsalı və satışının proqnozlaşdırılması: yeni

yanaşmalar və gələcəyə baxış

 

Dünyada iqtisadi münasibətlər dəyişərək, istehsal və satış münasibətlərinə də təsir göstərir. Hazırda vərdişlər, biliklər, təcrübə və intuisiya kimi amillər önə çıxır. Gələcəyin xəritəsi yeni trendlər üzərindən çəkilir. Gələcək, yəqin ki, bizim gözləntilərimiz kimi olmayacaqdır. Bu, həmin o gələcəkdir ki, artıq mövcud olmaq ərəfəsindədir və iqtisadiyyatda, istehlakçı davranışlarında, biznes və marketinqdə baş verən sürətli dəyişiklikləri özündə əks etdirir.
Müasir biznesin qərarlar meydanı həll edilməzlik, amillər qarışığının mövcudluğu, amillərin gizliliyi, həmçinin iki və daha artıq seçimin mövcudluğu ilə xarakterizə olunur. Bununla belə, qərarların dəyəri hər il artmaqdadır, bu da “həyat risk altında” trendi ilə əlaqədardır.
Yeni yanaşmalar strateji qərarların qəbul edilməsinə və şirkətin gələcəyi haqqında düşüncələrə uyğunlaşmağa imkan verir. Yeni fikirlər vermək, strateji fasilələri aydınlaşdırmaq və nəhayət, yeni imkanları açmaq kreativ innovasiyaları və uduşlu strategiyaları əsaslandırır. Bu əsaslanma şaquli müstəvidə yerləşən 5 əsas iqtisadi amili əks etdirir:
- bazarlar/iqtisadiyyat;
- istehlakçılar;
- biznes;
- marketinq;
- uğurun açar amilləri.
Üfüqi müstəvidə isə əsas hərəkətverici mexanizmlər aşağıdakılardır:
- texnologiyalaşma;
- qloballaşma;
- sürətlənmə;
- böyük seçim;
- x insanlar;
- risk altında həyat.
Dünyada və müasir bazarda baş verən, gələcəkdə iqtisadiyyatın inkişafına təsir göstərəcək hadisələri, rəqabətqabiliyyətlilik, bazar tələbatını genişləndirmək və əldə saxlamaq kimi amilləri nəzərə alaraq mühüm istiqamətlər əhatə olunmalıdır. Bu baxımdan:
• bazar strategiyasının formalaşdırılması və onun tətbiqi;
• unikal mövqeləşdirmənin axtarılması;
• brendin və bazar imkanlarının təhlili;
• brendin gücləndirilməsi və gəncləşdirilməsi;
• yeni brendin işlənib hazırlanması, inkişafı və irəlilədilməsi kimi istiqamətlər diqqəti cəlb edir.
Texnologiyalaşma son onillliyin ən güclü hərəkətverici mexanizmlərindən biri hesab edilir. O, tamamilə hər şeyi dəyişmişdir: biznesi, insanları, medianı, istehsalı, elmi, sosial institutları və s. O, zamanı sürətləndirmişdir və proqnozları yumşaq etmişdir və bazarlar hissələrə ayrılmışdır. Məsələn, əgər alimlər insan orqanlarının yetişdirilməsi texnologiyalarını genişmiqyaslı və əlçatan edə bilsələr və ya xəstəlikləri hüceyrə səviyyəsində aradan qaldıracaq nanitlər (nanorobotlar) hazırlasalar, “sağlam qida” bazarı 20 ildən sonra necə olacaq?
Beləliklə, nanotexnologiyaların mənimsənilməsinin artması ilə bazar dəyişikliklərinin sürəti və dərinliyi artacaq; internet texnologiyaları ilə yeni distribusiya modelləri yaradılacaq ki, bu da:
1) minimum xərcləri;
2) spesifik və digər növ məhsullarla ticarət imkanını təmin edəcəkdir.
Virtual iqtisadiyyatın dövriyyəsi daim artacaqdır, yeni materiallar, enerji mənbələri və texnologiyalar genişmiqyaslı xarakter daşıyacaqdır.
Bilik bazarı informasiyaya cəld çıxış bazarı ilə əvəzlənmişdir və bu iş davam etməkdədir. Online həyat günün reallığına çevrilmişdir. “İnternet ailədə” əlaqələr və münasibətlər müəyyən edilməkdədir.
Videotexnologiyaların inkişafı istehlakçıların informasiyaların əldə olunması və mübadiləsi vərdişlərini müəyyən edir və şirkətlər üçün “şəxsi” kontaktlar prosesini asanlaşdırır. Möhtəşəm təəssüratların yaranması üçün yeni imkanlar açılır.
İstehlakçı bazarların və rəqabətqabiliyyətlilik amillərinin çevik şəkildə yeniliklərə əsaslanan dəyişikliklərə məruz qalması görünür və bu daha artıq hiss edilməkdədir.
İstehlakçılar dünyanın hər yerində hansısa məhsul haqqında fikir mübadiləsi etmək imkanına malikdirlər və bu, müəyyən seçim etməyə ciddi təsir göstərir.
Hazırki dövrdə pul vəsaitlərinin elektron dövriyyəsi və internet-distribusiya xərclərin azladılmasının və müştərilərin dəyişkən tələbatlarının ödənilməsinin əlverişli həlli kimi çıxış edir.
Bir sözlə, idarəetmənin yeni alətləri, elastik qiymətlər, neyromarketinq və genişmiqyaslı marketinq simulyasiyaları kimi elementlər diqqəti cəlb edir.
Mobil əlaqə xəttli digər əlaqələri sıradan çıxarır. Aparılan sorğulara əsasən aydın olur ki, stasionar istifadəçilərin payı 30%-dən aşağı düşmüşdür, xətsiz əlaqə istifadəçiləri operatora 40% gəlir gətirmişdir.
Məsələn, virtual kazino nəticə etibarilə Avstraliyanın ÜDM-inin 1,5%-ni təmin etmişdir. İtaliyada Semi Litçi və Marsel Rot corabların internet vasitəsilə satılması qərarına gəlmişdilər. İki cür - qara rəngdə gödək və uzun corabların satışı ilə şirkətin dövriyyəsi 1 000 000 frankı keçmişdir və s.
2020-ci ilə külək enerjisinin inkişafı dünyada enerji istifadəsinin 12%-ni təmin edə bilər və karbon qazlarının emissiyasını 10 mlrd. ton azalda bilər. Günəş enerjisinin artımı isə ildə 50% proqnozlaşdırılır. Bütün bu rəqəmlər hadisələrin sürətlə dəyişdiyini göstərir.
ABŞ-da nanokatalizatorların istifadəsi ÜDM-in 20 faizini təmin edir. Bəzi nano alətlərin faydalılıq əmsalı 98%-ə qədər çatır.
Yeni texnologiyalar əsasında ümumdünya maliyyə-iqtisadi ərazisinin formalaşması prosesi davam etməkdədir. Qlobal iqtisadiyyat kapital və texnologiyalarla sıx əlaqədə olaraq onu göstərir ki, xammal, təchizat və ilkin emal sənaye məhsulları hər hansı bir ölkəni onun iştirakçısı kimi xarakterizə edə bilməz. Qlobal iqtisadiyyatda ölkənin yeri, çəkisi yüksək texnologiyalı və informasiyayönümlü texnologiyalar və ya məhsullar ilə formalaşır ki, bu məhsullar da bazarda üstünlük təşkil edir və ya burada inhisarçı kimi çıxış edir.
Qloballaşma şirkətlərdə və cəmiyyətdə qlobal rəqabət şəraiti yaradır: bazarlar, şirkətlər, dillər və mədəniyyətlər artıq divarlarla, sərhədlərlə, məsafələr və dil məhdudiyyətləri ilə qorunmur. Məhsul və şirkətlər hədsiz dərəcədə daha az məşğul bazarları ələ keçirməkdədirlər. Qloballaşma təbii resurslardan texnoloji və intellektual resurslara kimi bütün dünya resurslarını əlçatan edir. İnkişafı bir neçə dəfə sürətləndirir və istənilən səviyyədə olan şirkətin imkanlarını artırır.
Araşdırmalar göstərir ki, biznesdə orta təbəqə aradan çıxır, ümumqalaktik və aşağı lokal şirkətlərin sahələndirilməsi baş verir.
Avropa Birliyinin 71% əhalisi hər il səyahət edir. Bu proses qlobal brendlərə münasibəti dəyişir, yeni tələbat formalaşdırır və stereotipləri aradan qaldırır.
Qloballaşma aşağı bazarlarda istehsal, yüksək bazarlarda isə satış strategiyasının reallaşmasına imkan yaradır. Qlobal bazarlara aktiv daxilolma şirkətləri öz brendləri üçün mədəniyyət və ərazidən asılı olmayaraq, universal qlobal metaforalar axtarmağa məcbur edir.
Bu gun insanlıq bir deyil, eyni anda iki dünyada yaşayır: gələcək və indiki dövrdə. Gələcək dövr indiki dövrü qeyri-stabilləşdirir və indiki dövr gələcək dövrə qarşı çıxır. Əgər şirkət neft sənayesi sahəsində biznes fəaliyyəti ilə məşğul olursa, mühüm sual ortaya çıxır: gələcəkdə tələbatın olmamasına necə hazırlaşaq? Daxili yanacaq mexanizmi tələbatın əsas mənbəyi kimi 100 illik texnologiya əsasında hazırlanıb və ətraf mühiti çirkləndirir.
Müasir dünyada pul vəsaitini kompüter mausunun 2 dəfə kliklənməsi ilə əldə etmək mümkündür. Bu gün biz 5 il əvvələ nisbətən 5 dəfə daha sürətli işləməliyik. Bu gün iş ritmi yeni texnologiyaların köməyi ilə ölçülə bilməyəcək dərəcədə sürətlə inkişaf edir, buna görə də hər bir subyekt sürətin artırılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə və intellektual kapitalın artırılmasına cəhd göstərməlidir.
Müasir dünya böyük seçimlər dünyasıdır. Yalnız insan qarşısında imkanlar okeanı açıldığı üçün deyil, həm də ona görə ki, onun qərarına bir çox siqnallar təsir edir. Dünya sadəcə qara və ağa bölünməyi dayandırmışdır, eyni zamanda, düzgün seçim üçün 1 variantdan daha çox variant ola bilər. Qərarların qəbul edilməsi məsələləri ilə məşğul olan bir sıra elm və biznes sahələri meydana gəlmişdir.
Dünya populyarlaşır, eyni zamanda, düz və tərs mütənasib, bir-birlərini istisna edən tendensiyalar da inkişaf etməkdədir. Bazar qeyri-stabil koordinatlar sistemi ilə çoxşaxəli matrisi əks etdirir.
Mobil telefonlar bazarı miqrasiya edir, “bazarın tektonik dağılmaları” artmaqdadır. İstehlakçı dəyərləri miqrasiya edir, təkliflər, istehlakçı davranışlarının variantları və motivləri çoxluğun arxasınca gedərək, inkişaf edir və bu məsələ şirkətlər tərəfindən daha dərin öyrənilir. Hər bir əmtəə qrupu daxilində bütöv əmtəə kontingentləri və mövqeləşdirmə yaranmaqdadır.
Müşahidələr göstərir ki, biznesin və idarəetmənin bütün sahələrində ideya tapan və insanları ruhlandırmağı bacaran insanların rolu artmaqdadır. Neotayfalar yaratmaqla ideya ətrafında insanları toplamaq və ruhlandırmaq gələcəkdə bazarda uğur qazanmağın əsas amillərindən hesab edilir.
Şirkətlərin bir çoxu sürətlə artan bazarlarla qarşılaşmalı olurlar və tez bir zamanda yetkinlik (sürətli inkişaf) mərhələsinə çatırlar. Belə olduğu halda isə, pilotlaşmaya fəqli yanaşmalar tələb olunur, çünki artıq keçmiş qərarların müvəffəqiyyət gətirməyəcəyi bəlli olur. Bazarda qələbə mövqeyini formalaşdırmaq üçün hansısa bir anlayışın olmaması şirkəti kəskin dəyişikliklər uğrunda hərəkətlərə boşuna zaman ayırmağa məcbur edir. Komanda üzdən idarəetmə qərarları verir ki, bu da gündən-günə sıxlaşan bazara hər hansısa bir üstünlük vermir. Bazar dəyişir, istehlakçı dəyərləri ötürülür, şirkətlər yaşlanır və öz formasını itirir. Bazarın dalğasında qalaraq, bazardan maksimum qazanmaq istəyənlər bazara yeni baxışla baxmalı, biznesin mahiyyətini və artım faktorlarını yenidən nəzərdən keçirməli, məqsədlərə nail olmaq üçün yeni bir sistem qurmalı və komandanı yenidən birləşdirməli və ruhlandırmalıdılar.

 

Asif HƏSƏNOV,

Azərbaycan Dövlət Aqrar Universitetinin

Menecment və aqrar marketinq kafedrasının müdiri, i.f.d.

Vüqar VƏLİYEV, doktorant