Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Rəsmi xronika

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə olublar.

AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Mətanət Rzayeva burada sonuncu dəfə 1988-ci ildə cari təmir işlərinin aparıldığını və hazırda bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyacı olduğunu bildirdi. 1965-ci ildən istismarda olan məktəbdə tədris Azərbaycan və rus bölmələrində aparılır. 39 sinifdən 28-i Azərbaycan, 11-i isə rus bölməsinə aiddir. 640 yerlik məktəbdə hazırda 795 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 56 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 61 məzun bitirib və onlardan 20-si Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 4 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı bal toplayıb.

Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya məlumat verildi ki, əsaslı təmir işlərindən sonra bu təhsil ocağında tədrisin keyfiyyəti daha da yüksələcək və məktəb birnövbəli iş rejiminə keçəcək.

Şagirdlərlə söhbət edən Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:

-Sizə uğurlar arzulayıram. Gələn dəfə sizinlə yeni məktəbdə görüşəcəyik. Sizin üçün burada ən yaxşı şərait yaradılacaq. Əsas odur ki, siz yaxşı oxuyun, bilikli, güclü, vətənpərvər olun. Məktəbinizdə hər cür şərait olacaq. Sizə uğurlar, cansağlığı arzulayıram, sağ olun.

Şagird: Biz Sizi görməyimizə çox şadıq.

Mehriban Əliyeva: Sağ ol, əziz balam. Mən də sizi görməyimə çox şadam. Çox sevinirəm ki, belə gözəl balalarımız var.

Şagird: Arzu edirəm ki, nankor ermənilərin tapdağı altında olan torpaqlarımız tezliklə azad edilsin və belə gözəl məktəblər həmin rayonlarda da tikilsin.

Mehriban Əliyeva: Əhsən, inşallah.

Birinci vitse-prezident məktəbdəki mövcud vəziyyətin araşdırılması və təcili surətdə yenidən qurulması üçün tapşırıqlarını verdi.