Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Azərbaycan və Türkiyə əsgərləri Vəfa konserti ilə anıldı **** Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin görüşü olub **** «Nəsimi»dən başlayan uğur **** “Nar”dan Türkiyəyə səfər edənlər üçün sərfəli rouminq paketi **** Ziyad Səmədzadə: Xəzər sülh, təhlükəsizlik dənizi olacaq **** “Nar”dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri **** “Rabitəbank”dan dövlət qulluqçularına 0 faiz komissiya ilə kredit ****
Qəzetin çap variantları
20-26 sentyabr 2018-ci il
38 (1033)
14-19 sentyabr 2018-ci il
37 (1032)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Rəsmi xronika
 
18.09.2018
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib

Bildirildi ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

daha ətraflı......
 
20.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin Alyansın müxtəlif tədbirlərində iştirak etdiyini bildirdi. Qeyd etdi ki, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edir, 2018-ci ilin yanvar ayından Qətiyyətli Dəstək Missiyasında Azərbaycan hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Ölkəmiz, həmçinin Əfqanıstanın milli ordusuna maliyyə yardımı göstərir, logistika və nəqliyyat problemlərinin həllinə kömək edir, Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edir.

daha ətraflı......
 
18.09.2018
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib

Bildirildi ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

daha ətraflı......
 
18.09.2018
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsinin açılışında iştirak edib.

Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının çəkisi və rolu artmaqdadır. Bölgələrimizdə bu sahənin inkişafı istiqamətində icra olunan layihələr Azərbaycanda həm də ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məsələsinə böyük dərəcədə töhfə verir. Son illərdə yaradılan müasir müəssisələrdən biri də “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsidir. Bu cür müəssisələrin yaradılması ölkəmizin ümumi iqtisadi inkişafına da töhfə verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ümumi daxili məhsulunun böyük hissəsini qeyri-neft sektoru təmin edir ki, bu da ölkədə aparılan iqtisadi şaxələndirmə siyasətinin nəticəsidir. Qeyri-neft sektorunun inkişafında şübhəsiz ki, son illərdə həyata keçirilən aqrar islahatlar mühüm rol oynayır. Bu da Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi önəmi bir daha təsdiqləyir.

daha ətraflı......
 
15.09.2018
Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər
Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli qonaqlar.

Əziz hərbçilər, xanımlar və cənablar.

İlk növbədə, mənim dəvətimi qəbul edib Azərbaycana gəlmiş əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram.

daha ətraflı......
 
14.09.2018
Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olundu ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.

daha ətraflı......
 
12.09.2018
Prezident İlham Əliyev 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Məktəbin direktoru Sevinc Hüseynova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

daha ətraflı......
 
06.09.2018
Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident Kolinda Qrabar-Kitaroviçin bəyanatı

- Xanımlar və cənablar.

Sizin hamınızı, xüsusən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun nümayəndə heyətini Xorvatiya Respublikasında səmimi qəlbdən salamlayıram. Cənab Prezident, ümidvaram ki, Siz özünüzü burada öz evinizdəki kimi rahat hiss edirsiniz. Bu gün Sizin səfəriniz başlayıb və apardığımız danışıqlar bu axşam da davam edəcəkdir. Əminəm ki, Sizin səfəriniz həm xoş, həm də məhsuldar olacaqdır. Beləliklə, Sizə və nümayəndə heyətinizə səmimi qəlbdən “Xoş gəlmisiniz!” deyirəm. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizi təbrik etmək istərdim.

Xorvatiyaya Sizin 2013-cü ildəki rəsmi səfərinizdən sonra və mənim 2016-cı ilin oktyabrında Azərbaycana rəsmi səfərimdən etibarən, - mən bu səfəri çox yaxşı xatırlayıram, - biz dost ölkələrimiz arasında bir çox birgə işlər görmüşük. Xorvatiya Azərbaycanı strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında özünün mühüm strateji tərəfdaşı hesab edir. Bu Bəyannamə iki ölkə arasında 2013-cü ildə Zaqrebdə Sizin rəsmi səfəriniz çərçivəsində imzalanmışdır.

daha ətraflı......
 
03.09.2018
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub

Qırğız Respublikasının Prezidenti Sooronbay JEENBEKOV dedi:

- Hörmətli İlham Heydər oğlu.

Sizi və nümayəndə heyətinin üzvlərini Qırğızıstanın mirvarisi – İssık-Kulun sahilində səmimi qəlbdən salamlayıram. Mən şadam ki, bu gün bizə ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün belə gözəl imkan yaranıb. Sizin bildiyiniz kimi, Qırğız Respublikası bizim ölkələrimiz arasında, qardaş Azərbaycan ilə qarşılıqlı etimad və hörmət əsasında dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir. Biz həmişə dostlarımızla məsələlərin bütün spektri üzrə məzmunlu söhbətə açığıq və hazırıq. Mən Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Bu il ölkəniz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edir. Mən bu milli bayram münasibətilə Sizi təbrik edirəm və vaxt tapıb gəldiyinizə görə çox sağ olun

daha ətraflı......
 
01.09.2018
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sentyabrın 1-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bəyanatla çıxış etdi.

Prezident Vladimir Putinin bəyanatı

-Hörmətli xanımlar və cənablar.

Yadınızdadırsa, avqustun ortalarında Azərbaycan Prezidenti İlham Əliyevlə Xəzər Sammitində iştirak edirdik. Həmin Sammitin yekununa görə Xəzər dənizinin hüquqi statusu ilə bağlı mühüm Konvensiya imzalandı. Bu gün isə ölkəmizə səfərə gələn Azərbaycan Respublikasının Prezidentini böyük məmnuniyyətlə qəbul edirik.

daha ətraflı......
 
01.09.2018
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin görüşü olub

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri başlayıb.

daha ətraflı......
 
03.09.2018
Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib

 

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

daha ətraflı......
 
01.09.2018
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Prezident Vladimir Putinin
bəyanatı

-Hörmətli xanımlar və cənablar.

Yadınızdadırsa, avqustun ortalarında Azərbaycan Prezidenti İlham Əliyevlə Xəzər Sammitində iştirak edirdik. Həmin Sammitin yekununa görə Xəzər dənizinin hüquqi statusu ilə bağlı mühüm Konvensiya imzalandı. Bu gün isə ölkəmizə səfərə gələn Azərbaycan Respublikasının Prezidentini böyük məmnuniyyətlə qəbul edirik.

Bir qədər əvvəl konstruktiv və işgüzar şəraitdə keçən danışıqlar başa çatdı. Qeyd edim ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Əminəm ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib. İlk növbədə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir.

daha ətraflı......
 
01.09.2018
Azərbaycan-Rusiya sənədləri imzalanıb

Sentyabrın 1-də Soçidə geniş tərkibdə görüş və işçi nahar başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”ı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzaladılar.

daha ətraflı......
 
26.08.2018
Prezident İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib

Dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:

- Mən sizi salamlayıram. Çox şadam ki, Lahıc qəsəbəsinə gəlmişəm. Uzun illərdir ki, istəyirdim gəlim. Amma Prezident kimi ilk səfərimdir. Əvvəllər dəfələrlə olmuşam, siz də bunu yaxşı bilirsiniz. İstəyirdim əliboş gəlməyim. Ona görə bir az vaxt apardı. Ancaq bu səfər ərəfəsində Lahıc qəsəbəsində çox önəmli hadisələr baş vermişdir. Birincisi, biz bu gün Dəmirçi-Lahıc avtomobil yolunun açılışını qeyd etdik. Bu, hesab edirəm ki, tarixi bir layihədir. Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirir. Əvvəlki yol keçilməz idi. Heç yük maşını ilə getmək mümkün deyildi. İndi isə mən özüm bu yolla gəlmişəm. Çox rahat, gözəl yoldur, təhlükəsiz yoldur. Bakıdan Lahıca gələn turistlər üçün də, vətəndaşlar üçün də çox rahat bir yoldur. Həm daha qısadır, həm də təhlükəsiz getmək mümkündür.

daha ətraflı......
 
26.08.2018
İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan məktəb binası istifadəyə verilib

Lahıc qəsəbəsi ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Tarixi erkən orta əsrlərə gedib çıxan bu qəsəbə nadir arxitekturası ilə diqqəti cəlb edir. Bu gün Lahıc Tarix-Mədəniyyət Qoruğunda 90-dan çox tarixi abidə, o cümlədən 5 məscid, 3 hamam, 60-dan artıq yaşayış evi, həmçinin körpü və su dəyirmanı, qəbirüstü daşlar, bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar qorunur. Lahıcda 100-dən çox sənət növü və peşələr yaşadılır və inkişaf etdirilir. Bütün bunlar da turistlərin diqqətini çəkir. Bu ilin 8 ayında qəsəbəyə 45 min turist gəlib. Son illərdə qəsəbənin inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb, sosial layihələr icra olunub. Bu layihələrdən biri də 400 şagird yerlik Lahıc qəsəbə tam orta məktəb binasının inşasıdır.

daha ətraflı......
 
24.08.2018
Prezident İlham Əliyev Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olub

İdman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə salınıb.

Görülən işlərlə tanışlıq zamanı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan idman-əyləncə park kompleksi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, yeni park kompleksinin ümumi sahəsi 36833 kvadratmetrdir. Parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, torpaq münbitləşdirilib, yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir. Buradakı heykəllər xüsusi dizayn və üslubu ilə fərqlənir. Parkda müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər və “Love” kompozisiyası quraşdırılıb. Park kompleksinin ərazisində örtülü şahmat pavilyonu da var. Bundan başqa, iki futbol meydançası, voleybol, həndbol və basketbol oyunları üçün universal idman meydançası və trenajor meydançası qurulub. Burada kafe də fəaliyyət göstərəcək.

daha ətraflı......
 
23.08.2018
Prezident İlham Əliyev Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Nqo Duk Manh fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Nqo Duk Manh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd etdi. Əlaqələrimizin zəngin ənənələrə malik olduğunu bildirən Prezident İlham Əliyev hələ sovetlər dövründə Vyetnamdan xeyli sayda tələbənin Azərbaycanda təhsil aldığını və özünün Vyetnama uğurlu səfəri zamanı həmin insanlarla görüşməsini məmnunluqla xatırladı. Dövlətimizin başçısı siyasi sahədə, beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyərək, iqtisadi-ticarət sahəsində də əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

daha ətraflı......
 
23.08.2018
Prezident İlham Əliyev Beninin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradjou Gomina İbrahimin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir İssiradjou Gomina İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.

İssiradjou Gomina İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Benin arasında münasibətlərin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini qeyd edərək səfir İssiradjou Gomina İbrahimin Azərbaycanda bununla bağlı səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə etdi və bildirdi ki, bu baxımdan xalqlarımızın bir-birinə daha da yaxınlaşması, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi önəmlidir.

daha ətraflı......
 
23.08.2018
Prezident İlham Əliyev İslandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.

daha ətraflı......
 
13.08.2018
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.

daha ətraflı......
 
12.08.2018
Xəzəryanı dövlətlərin başçıları Aktau Zirvə toplantısında mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Nursultan Abişeviç. 

Hörmətli dövlət başçıları.

İlk növbədə, göstərilən qonaqpərvərliyə, səmimi qəbula və Sammitin yüksək səviyyədə təşkilinə görə Nursultan Abişoviç Nazarbayevə bir daha təşəkkürümü bildirmək istərdim.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim.

daha ətraflı......
 
12.08.2018
Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib
Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Nursultan Abişoviç, 

Hörmətli dövlət başçıları,

Hörmətli Sammit iştirakçıları!

İlk növbədə, göstərilən qonaqpərvərliyə və V Xəzər Sammitinin yüksək səviyyədə təşkilinə görə Nursultan Abişoviç Nazarbayevə təşəkkürümü bildirirəm.

Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

daha ətraflı......
 
12.07.2018
Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib

İyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Prezident İlham Əliyev Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak etmək üçün NATO-nun yeni mənzil-qərargahına gəldi.

daha ətraflı......
 
11.07.2018
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub

İyulun 11-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərlərini və indiyədək keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Prezident İlham Əliyev Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının çox uğurla keçirildiyini və yaxşı müzakirələrin aparıldığını bildirdi.

daha ətraflı......
 
11.07.2018
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk birgə foto çəkdirdilər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşü oldu.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verdi.

daha ətraflı......
 
10.07.2018
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevinbəyanatı

-Əziz Qardaşım, hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram, ölkəmizə, öz Vətəninizə xoş gəlmisiniz.

Fürsətdən istifadə edərək, ilk növbədə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Biz çox şadıq ki, Siz seçkilərdən sonra ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Dünən Türkiyədə Sizin andiçmə mərasiminiz keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir.

daha ətraflı......
 
09.07.2018
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Prezident İlham Əliyevin giriş nitqi

-Bu gün biz ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq.

Deyə bilərəm ki, ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir.

Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.

daha ətraflı......
 
09.07.2018
Prezident İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammann ölkəmizə səfərindən məmnunluğunu bildirərək dedi ki, gəlişlərində məqsəd Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış olmaqdan və ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı məsələləri müəyyənləşdirməkdən ibarətdir. Eyni zamanda, qonaq səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində iştirakı ilə bağlı daha ətraflı məlumat almaqdan maraqlı olduğunu dedi. Yohan N.Şnayder-Ammann İsveçrə ilə Azərbaycan arasında Dünya Bankı və Beynəlxalq Valyuta Fondu çərçivəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi.

daha ətraflı......
 
04.07.2018
Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirəni açan Prezident İlham ƏLİYEV dedi:

-Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdır. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Səhər mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.

daha ətraflı......
 
26.06.2018
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilib

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyiblər.

Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.

daha ətraflı......
 
12.06.2018
Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi bu möhtəşəm layihə haqqında videoçarxın nümayişi ilə başladı.

Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

daha ətraflı......
 
12.06.2018
Prezident İlham Əliyevin Əskişəhərdə Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

daha ətraflı......
 
12.06.2018
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun Əskişəhərdə görüşü olub

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb.

daha ətraflı......
 
06.05.2018
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Prezident İlham Əliyevin nitqi

-Hörmətli şeyx həzrətləri.Hörmətli din xadimləri.Xanımlar və cənablar.

Hər il olduğu kimi, biz bu il də mübarək Ramazan ayında iftar məclisində görüşürük. Bu gözəl ənənə yaşayır və yaşamalıdır. Bu, Azərbaycanda dövlət-din əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Dövlət-din münasibətlərinin formalaşmasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Azərbaycanın inkişaf konsepsiyasının müəllifidir. İnkişaf istiqamətlərini müəyyən edərkən o, çox böyük uzaqgörənlik göstərmişdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz bu konsepsiyanın icrası nəticəsində mümkün olmuşdur. O cümlədən dövlət-din münasibətlərinin qurulması, yaradılması işində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, hakimiyyətə gələnə qədər Azərbaycanda bu münasibətlər tənzimlənmirdi və böyük boşluq yaranmışdı. 

daha ətraflı......
 
05.05.2018
Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş şəhərciklə tanış olub

Məlumat verildi ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb və 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə yaşayış və qeyri-yaşayış binaları, hərbi texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb. Otaqların hamısı lazımi avadanlıqla təchiz olunub. Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Yataqxanalarda əsgərlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Burada 14 mənzilli yaşayış binası da inşa olunub. Əsgər yeməkxanası da yüksək səviyyədə qurulub. Burada hərbi qulluqçuların qidalanmaları üçün geniş imkanlar var. Hərbi şəhərcikdə çörəkbişirmə məntəqəsi də fəaliyyət göstərir. Hərbi qulluqçuların istirahəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərcikdə bütün tədbirlər görülüb. Ərazidə inşa olunan trenajor binasında atış və sürücülük məşqlərinin keçirilməsi üçün 4 tank və 6 piyada döyüş maşını təlim-məşq qurğusu quraşdırılıb.

daha ətraflı......
 
05.05.2018
Naftalan Şəhər Mərkəzi Xəstəxanası istifadəyə verilib
Prezident İlham Əliyevinçıxışı

-Sizi salamlayıram. Naftalan Şəhər Xəstəxanasının açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl xəstəxanadır. İndi xəstəxana ilə tanış oldum. Görürəm ki, bütün işlər yüksək səviyyədə təşkil edilib. Şadam ki, bu xəstəxana istifadəyə verilir. Bu xəstəxananın tikintisi mənim təşəbbüsümlə həyata keçirildi. Naftalan şəhərinin müasir tibb ocağı olmalı idi və şadam ki, biz buna nail olduq. Həm xarici görünüşü, həm də daxili tərtibatı gözəldir və əlbəttə ki, şərait də yaxşıdır. Bütün lazımi avadanlıqlar var, ən yüksək standartlar tətbiq olunur, ölkəmizin hər bir yerində belə gözəl xəstəxanalar tikilir. Burada yüksək tibbi xidmət göstərmək üçün bütün şərait yaradılıb. On iki şöbə var. Demək olar ki, bütün şöbələr fəaliyyət göstərəcək. Həm şəhər sakinlərinə, həm də Naftalana gələn qonaqlara yüksək xidmət göstəriləcəkdir.

daha ətraflı......
 
05.05.2018
Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 kilometrlik hissəsinin açılışı olub

Bu gün dünyada su ehtiyatlarının rolu və əhəmiyyəti getdikcə artır. Bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsində özünü daha qabarıq büruzə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu istiqamətdə çox mühüm layihələr icra olunub, böyük uğurlar qazanılıb. Bu gün Azərbaycanda bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir.

daha ətraflı......
 
05.06.2018
Prezident İlham Əliyev Goranboyda Dəliməmmədli-QuşçulPrezident İlham Əliyev Goranboyda Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib ar-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonuna səfəri çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.

Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişafın mühüm elementlərindən birini təşkil edən yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində tarixi layihələr icra olunub. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən son illərdə kənd yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Bu cür layihələrdən biri də Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yoludur. Bu yolun inşasına Prezident İlham Əliyevin bu il aprelin 30-da imzaladığı Sərəncamla başlanılıb.

daha ətraflı......
 
29.05.2018
Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

-Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün ölkəmizin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılışı günüdür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Biz bu günü burada – Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Eyni zamanda, onu da qeyd etməliyəm ki, bu gün Bakı Ekspo Mərkəzində XXV Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayır və sərgidə iştirak edən yoldaşlar bu gün bu mərasimdə də iştirak etmiş kimi sayıla bilərlər. Mən onları da salamlayıram. Bildirmək istəyirəm ki, 25 il ərzində ilk dəfədir ki, Xəzər Neft-Qaz Sərgisinin açılışı sərgi yerində yox, Səngəçal terminalında baş verir.

daha ətraflı......
 
29.05.2018
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

daha ətraflı......
 
28.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub
Prezident İlham Əliyevinnitqi

-Hörmətli xanımlar və cənablar.

Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi. Bu il isə Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur və həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə bu yubileyi qeyd edərək biz böyük tədbirlər keçirmişik, keçiririk və ilin sonuna qədər bu tədbirlər keçiriləcəkdir.

daha ətraflı......
 
26.05.2018
Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev dövlətimizin başçısına bu təhsil ocağının fəaliyyətinin genişləndirilməsi layihəsi ilə bağlı məlumat verdi.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ingilisdilli dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə daha bir tədris ilinin uğurla başa çatdığını deyərək bildirdi ki, bu gün universitetin məzunlarının nailiyyətləri, vətənpərvərlik ruhu təntənə ilə qeyd edilir.

daha ətraflı......
 
24.05.2018
Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib və bu ilin may ayında başa çatdırılıb.

daha ətraflı......
 
22.05.2018
Prezident İlham Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında iştirak edib

Mayın 22-də Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev şirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, “ATEF Şirkətlər Qrupu” innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edən müəssisələrdən biridir və son illərdə ölkədə sənayenin inkişafı sahəsində görülən işləri təcəssüm etdirir.

daha ətraflı......
 
21.05.2018
Azərbaycan-Serbiya sənədləri imzalanıb

Mayın 21-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzaladılar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycan Respublikasın

daha ətraflı......
 
21.05.2018
Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq.

Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var.

daha ətraflı......
 
16.05.2018
Prezident İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 6 saylı tam orta məktəbin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” deyimi yeni yüzillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində başqa bir modeldə həqiqətə çevrildi. Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə ünvanladığı “Qara qızılı insan kapitalına çevirmək” mesajı 2003-cü ildən başlayaraq dövlət siyasətinin mühüm tərkib hissəsi oldu. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür.

daha ətraflı......
 
15.05.2018
Prezident İlham ƏIiyev Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışında iştirak edib

Mayın 15-də Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, 2001-ci ildən fəaliyyət göstərən Müasir Təhsil Kompleksi Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Son illərdə bu təhsil ocağına maraq artıb və nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Buna görə də məktəb üçün əvvəlkindən daha böyük, müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib.

Kompleksdə müasir tələblərə cavab verən yüksəkkeyfiyyətli maddi-texniki baza yaradılıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi indi paytaxtımızın memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir.

daha ətraflı......
 
16.05.2018
Prezident İlham Əliyev Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

Son illərdə ölkəmizin ərazisində yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində bu sahədə də əhəmiyyətli nəticələr əldə olunub. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Son illərdə Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin yaradılması istiqamətində görülən işlər bunu deməyə əsas verir. Bu layihə bir tərəfdən ekoloji sahədə görülən tədbirləri əks etdirir, digər tərəfdən də yeni infrastruktur layihələrinin səmərəli istifadəsi üçün geniş imkanlar açır.

daha ətraflı......
 
09.04.2018
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

 

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

-Hər il olduğu kimi, bu il də aprel ayının birinci ongünlüyündə biz ilin birinci rübünün sosial-iqtisadi yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. Mən ilin əvvəlində demişdim, əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun.

Bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunu artırır, Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edir. Mən bu tədbirlər arasında VI Bakı Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forum qısa müddət ərzində dünya miqyasında böyük hörmət qazanmış bir beynəlxalq platformadır. Dünyada keçirilən aparıcı forumlar arasında Bakı Beynəlxalq Forumu qısa müddət ərzində öz layiqli yerini tuta bilmişdir.

daha ətraflı......
 
05.04.2018
Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.

Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.

daha ətraflı......
 
26.03.2018
Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib
Prezident İlham Əliyevin girişnitqi

- Biz bugünkü müşavirədə Azərbaycanda pambıqçılığın gələcək inkişafı ilə bağlı danışacağıq. Bildiyiniz kimi, 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik.

2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirilmişdir. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik. Bu gün isə pambıqçılığa dair üçüncü müşavirə Bərdə şəhərində keçirilir. Bərdənin pambıqçılıqda çox böyük ənənələri vardır. 1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı bilirlər ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi və dəfələrlə Bərdədə olmuşdur. Bərdədə pambıqçılıqla bağlı dəfələrlə zona müşavirələri keçirilmişdir. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdır.

daha ətraflı......
 
27.03.2018
Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, bina stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir. Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək. Hospital 206 çarpayılıqdır. Təcili tibbi yardım şöbəsi isə 12 yerlikdir.

Dövlətimizin başçısı və xanımı burada çalışan xarici həkimlərlə görüşdülər, onlarla söhbət etdilər.

Hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləyəcəyi nəzərdə tutulur. Onlardan 22 həkim və 30 orta tibb heyəti Avropadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərdir. Bu mütəxəssislər dünyada öz sahələri üzrə məşhur olan tanınmış tibb işçiləridir. Burada çalışan tibb mütəxəssisləri arasında ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan yüksək peşəkar həkimlər var.

daha ətraflı......
 
28.03.2018
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək, bütün İran xalqını bu yaxınlarda qeyd etdiyimiz Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm, qardaş İran xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.

Novruz bayramı bizim müştərək bayramımızdır. Həm İranda, həm Azərbaycanda bu bayram geniş qeyd edilir. Bu, bir daha onu göstərir ki, xalqlarımız bir-birinə nə qədər bağlıdır, bir-birinə nə qədər yaxındır. Bizi tarix, ortaq mədəniyyət birləşdirir. Bu gün İran-Azərbaycan dövlətlərarası münasibətlər bu möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir.

daha ətraflı......
 
28.03.2018
Azərbaycan-İran sənədləri imzalanıb

Martın 28-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

 “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında İcra Proqramı”nı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Məsumə İbtikar imzaladılar.

daha ətraflı......
 
29.03.2018
Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Memarlar İttifaqının prezidenti Bakıda gördükləri inkişaf və gözəlliyin onlarda dərin təəssürat hissi yaratdığını dedi və ilk növbədə, paytaxtımızın arxitekturasını uğurla himayə etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını və təbriklərini çatdırdı. Tomas Vonier bildirdi ki, səfərin əsas məqsədi Beynəlxalq Memarlar İttifaqının Bakıda keçirilən büro iclasında iştirak etməkdir. O dedi ki, Beynəlxalq Memarlar İttifaqının bu tədbirin Bakıda təşkili ilə bağlı 134 üzv ölkə içərisindən Azərbaycanı seçməsi rəhbərlik etdiyi qurumun ölkəmizə verdiyi böyük önəmin göstəricisidir.

daha ətraflı......
 
29.03.2018
Bakıda Azərbaycan-İran biznes forumu keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhanini qarşıladı.

Biznes forumdan əvvəl Neftçala Sənaye Məhəlləsi və burada yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə layihəsi olan avtomobil zavodu barədə videoçarx nümayiş olundu.

Avtomobil zavodu ilə videobağlantıda “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov dedi:

-Möhtərəm cənab prezidentlər.

Sizi Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı “Xəzər” avtomobil zavodundan salamlamaqdan böyük şərəf hissi duyuruq.

Dəyəri 15 milyon ABŞ dolları və səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsus olan avtomobil zavodunda İran İslam Respublikasının və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunacaq. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.

daha ətraflı......
 
25.03.2018
Prezident İlham Əliyev Bərdə türbəsində və Torpaqqala kompleksində əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.

Azərbaycandakı tarixi-dini abidələr ölkəmizin tarixinin zənginliyini sübut edir. Belə abidələrdən biri də Bərdə rayonundakı Bərdə türbəsi və Torpaqqala kompleksidir. Bu məkanın əsaslı şəkildə yenidən qurulması Azərbaycan dövlətinin mədəni irsimizə qayğıkeş münasibətinin bariz nümunəsidir. Tarixi kompleksin əsaslı yenidən qurulması, ilk növbədə, zəngin mədəni irsimizin qorunması, inkişafı və bərpası istiqamətində atılan addımların ardıcıl olduğunu göstərir. Bu layihənin icrası, eyni zamanda, bölgələrimizin qədimliyini, tarixi, dini, mədəni abidələrlə zənginliyini dünyaya çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır, turistləri ölkəmizə cəlb etmək nöqteyi-nəzərindən mühüm rol oynayır.

daha ətraflı......
 
25.03.2018
Prezident İlham Əliyev bərdəli fermer Musa Quliyevin pambıq tarlası ilə tanış olub

Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.

daha ətraflı......
 
19.03.2018
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevinnitqi

-Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bayramı bizim sevimli bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır. Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan dövləti müasir dövlətdir, ancaq, eyni zamanda, bizim dövlətimiz dərin milli-mənəvi dəyərlər, köklər üzərində qurulubdur. Elə etməliyik ki, gənc nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Onlar da bizim kimi Vətənə bağlı olsunlar, milli maraqlarımızı hər şeydən üstün tutsunlar.

Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar.

daha ətraflı......
 
18.03.2018
Prezident İlham Əliyev OPEC-in baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

daha ətraflı......
 
15.03.2018
Prezident İlham Əliyev VI Qlobal Bakı Forumunun açılışında iştirak edib

Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

daha ətraflı......
 
07.03.2018
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binası Azərbaycan Prezidentinin 2012-ci ildə imzaladığı Sərəncamla təsdiq edilən “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən inşa edilib.

Dövlətimizin başçısına Bakı Şəhər Statistika İdarəsinin rayon şöbələrinin mövcud vəziyyəti ilə bağlı məlumat verildi. Bildirildi ki, yeni inzibati binanın istifadəyə verilməsi Bakı Şəhər Statistika İdarəsinin icarə əsasında müxtəlif ünvanlarda müasir tələblərə cavab verməyən binalarda yerləşən rayon şöbələrinin vahid təşkilati-struktur formasında fəaliyyət göstərməsinə və əməkdaşların iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, bu, son illər statistika sistemində aparılan islahatların sürətləndirilməsinə də imkan yaradacaq.

daha ətraflı......
 
05.03.2018
Paytaxtın Nərimanov rayonundakı 80 saylı körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə verilib

Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidən qurulan 80 saylı körpələr evi-uşaq bağçasının martın 6-da açılışı olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva 80 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1963-cü ildə istifadəyə verilən bağça 115 uşaq yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb. Əsaslı yenidənqurmadan sonra burada qrupların sayı 8-ə çatdırılıb və müəssisə 150 yerlik olub. Körpələr evi-uşaq bağçasında Azərbaycan və rus bölmələri ilə yanaşı, pilot layihə kimi ingilisdilli qrup da yaradılıb. Burada yaş yarımdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar var.

daha ətraflı......
 
05.03.2018
Bakının Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva yeni binanın rəmzi açılışını bildirən lenti kəsdi, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanıldı. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edəcək.

daha ətraflı......
 
05.03.2018
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışında iştirak edib

Martın 5-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni tədris korpusunun açılışı olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsdi.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında və formalaşdırılmasında Heydər Əliyev Fondunun mühüm dəstəyi var. Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilənədək oğlanlar üçün açıq tipli xüsusi məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı Fondun təşəbbüsü ilə əsaslı təmir edilərək, zəruri tədris bazası ilə təchiz olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ildə DSX-nin Xüsusi Məktəbinin açılış mərasimində iştirak edib.

daha ətraflı......
 
05.03.2018
Mərdəkandakı “İnci” körpələr evi-uşaq bağçasının binasının əsaslı təmirdən sonra açılışı olub

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən “İnci” körpələr evi-uşaq bağçasının binası martın 5-də istifadəyə verilib.

daha ətraflı......
 
02.03.2018
Prezident İlham Əliyev yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub

Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verib.

daha ətraflı......
 
27.02.2018
“Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi işə salınıb

Yeni fabriklərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün Mingəçevir şəhərinin həyatında çox əlamətdar bir gündür. Biz Mingəçevir Sənaye Parkının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. 

Xatırlayıram, 2016-cı ilin sentyabr ayında biz bu ərazidə Mingəçevir Sənaye Parkının təməlini qoyduq. O vaxt bu ərazidə heç nə yox idi, boş bir ərazi idi. Xatırlayıram o vaxt təqdimat edildi və göstərildi ki, yaxın gələcəkdə burada bir neçə iplik fabriki və digər fabriklər yaradılacaqdır. Əlbəttə, bu, çox böyük layihədir. Bu layihə həm Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir.

Şadam ki, verilən bütün vədlər yerinə yetirildi. Hazırda Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı.

daha ətraflı......
 
27.02.2018
Mingəçevirin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verdi.

Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir.

daha ətraflı......
 
27.02.2018
Mingəçevir şəhərinin su təchizatı sistemi yenidənqurmadan sonra istifadəyə verilib

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

daha ətraflı......
 
26.02.2018
Prezident İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib

Müxbir: İlham Heydər oğlu, ağır səhərdir. Hansı düşüncələrlə buraya gəlmisiniz, hansı fikirlərlə yuxudan oyanmısınız? Deməliyəm ki, Rusiyada rusiyalılar bu faciəni xatırlayırlar və bu günü ehtiramla yad edirlər. Hansı düşüncələrlə bu gün buraya gəlmisiniz?

Prezident İlham Əliyev: İlk növbədə, belə bir gündə bizimlə birlikdə olmaq və Azərbaycan xalqının faciəsinə münasibət bildirmək üçün Bakıya gəldiyinizə görə sizin telekanala təşəkkür etmək istəyirəm. Mən bunu çox yüksək qiymətləndirirəm və buna görə sizə minnətdaram. Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq. Ermənistan 26 il əvvəl azərbaycanlılara qarşı soyqırımı törədib. Bunun nəticəsində 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150 dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur. Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi.

daha ətraflı......
 
15.02.2018
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib
Prezident İlham Əliyevin nitqi

-Əziz xanımlar və cənablar. 

Əziz dostlar.

Azərbaycana xoş gəlmisiniz. Şadam ki, təklifimizi qəbul etmisiniz və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirak edirsiniz. Bu gün biz ötən il ərzində görülən işləri nəzərdən keçirəcəyik və əlbəttə ki, gələcək planlarımız barədə danışacağıq. Şadam ki, qonaqlarımız arasında köhnə və yeni dostlarımız var. Mən, xüsusilə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər bir toplantısında iştirak edən Avropa Komissiyasının vitse-prezidenti cənab Şefçoviçi salamlamaq istərdim. Avropa Komissiyasının bu layihənin həyata keçirilməsinə dəstəyi çox mühümdür.

Bu gün mən, həmçinin yüksək səviyyəli nümayəndələri - burada bizimlə birlikdə olan ABŞ və Birləşmiş Krallıq hökumətlərinə təkcə “Cənub Qaz Dəhlizi” layihəsinə deyil, 1990-cı illərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji təhlükəsizliyi ilə bağlı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığımı ifadə etmək istərdim. Xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri ABŞ və Birləşmiş Krallıq hökumətləri tərəfindən güclü şəkildə dəstəklənib. Bu dəstək davam edir və onu göstərir ki, bu ölkələrlə yaxın tərəfdaşlığımız, əlaqələrimiz bizim hamımıza öz məqsədlərimizə çatmağa kömək edir. 

daha ətraflı......
 
08.02.2018
Prezident İlham Əliyev beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib.

Qonaqları ölkəmizdə salamlayan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak etdiklərinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu, beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları arasında sıx qarşılıqlı fəaliyyəti, həmrəyliyi göstərir. Qurultay həmişə müəyyən işin nəticəsidir, görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq imkanıdır. Dövlətimizin başçısı bu sahədə qarşıda duran məsələlərin hamı üçün eyni olduğunu bildirərək əminliyini ifadə etdi ki, qurultayda müzakirə ediləcək məsələlər və qəbul olunacaq qərarlar ölkəmizin uğurlu inkişafına öz töhfəsini verəcək. Prezident İlham Əliyev dedi: “Hər bir cəmiyyətdə, əlbəttə, o cümlədən Azərbaycanda da həmkarlar ittifaqının rolu artır.

daha ətraflı......
 
08.02.2018
Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib

YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söylədi.

Dövlətimizin başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs etdi.

Sonra çıxış edən işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva, Milli Məclisin deputatı Rəşad Mahmudov, Gəncə şəhərindən olan iş adamı Elnur Camalxanov, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, ADA Universitetinin tələbəsi Emil Aslanlı dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən bəhs etdilər. Çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklif olundu.

daha ətraflı......
 
08.02.2018
Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilir

YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söylədi.

Dövlətimizin başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs etdi.

Sonra çıxış edən işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva, Milli Məclisin deputatı Rəşad Mahmudov, Gəncə şəhərindən olan iş adamı Elnur Camalxanov, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, ADA Universitetinin tələbəsi Emil Aslanlı dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən bəhs etdilər. Çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklif olundu.

daha ətraflı......
 
30.01.2018
Prezident İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verdi. Qeyd edildi ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.

Həmçinin dövlətimizin başçısına məlumat verildi ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada “Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək.

daha ətraflı......
 
29.01.2018
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib
Prezident İlham Əliyevin giriş nitqi

 - Bu gün biz Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Bu il üçüncü Dövlət Proqramının icrası başa çatır və biz bu il dördüncü proqramın hazırlanması ilə bağlı işlərə başlamalıyıq.

Bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Üçüncü proqram da uğurla icra edilir, qarşımızda duran bütün vəzifələr icra edilir və artıqlaması ilə icra edilir.

Deməliyəm ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi.

Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi.

daha ətraflı......
 
23.01.2018
Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Tədbirin aparıcısı: Prezident Əliyev, bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaqdır?

Prezident İlham ƏLİYEV: Sözsüz ki, qonşuluq problem də ola bilər, üstünlük də. Bu, sizin siyasətinizdən və qonşularla əlaqələrdən asılıdır. Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda. Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir.

daha ətraflı......
 
22.01.2017
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

daha ətraflı......
 
20.01.2017
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Qanlı Yanvar hadisələrindən 28 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 28 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

daha ətraflı......
 
17.01.2018
Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib

“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, hazırda “Azərişıq”ın balansındakı bütün energetika qurğularının binaları, eləcə də ofis və yardımçı texniki binalar ən müasir standartlara uyğun inşa edilir. Qeyd edilib ki, əlavə torpaq sahəsi ayrılmadan, sıxlığa səbəb olmadan istismar müddətini keçmiş açıq paylayıcı quruluşlu yarımstansiyaların yerində əsasən qapalı tipli yarımstansiyalar və ərazidən səmərəli istifadə etməklə inzibati binalar tikilir. Yenidənqurmadan sonra istifadəyə verilən 220 saylı yarımstansiyanın ərazisində paralel olaraq meqapolislərin şəhərsalma prinsiplərinə müvafiq qaydada modern memarlıq üslubunda “Azərişıq” ASC-nin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Ofis binası ən müasir standartlara uyğundur. Yeni inzibati binada milli və beynəlxalq memarlıq ənənələri üzvi şəkildə bir-birini tamamlayır.

daha ətraflı......
 
15.01.2018
Prezident İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü

Mən sizi səmimi qəlbdən salamlayıram. Xoş gəlmisiniz. Sizi yenidən görməyimə çox şadam. Cənab Baş nazir, siz artıq birinci dəfə deyil ki, ölkəmizə səfər edirsiniz. Mən də Bolqarıstanda tez-tez olmuşam. Ölkələrimiz arasında bizim səylərimizlə də möhkəmlənən çox sıx dostluq münasibətləri qurulub. Biz bu gün artıq həm siyasi, həm enerji sahələrində ikitərəfli qarşılıqlı fəaliyyətin bir çox vacib məsələlərini müzakirə etdik. Mən cənab Baş naziri Bolqarıstanın Avropa İttifaqına sədrliyi münasibətilə təbrik etdim. Bu, sizin ölkənizin böyük uğurudur, böyük məsuliyyətidir. Əminəm ki, siz bu vacib vəzifənin öhdəsindən şərəflə gələcəksiniz. Əlbəttə ki, bu gün həm də nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi, enerji siyasətinə dair vacib məsələləri müzakirə edəcəyik. Bizi bir çox cəhətlər, əsasən də xalqlarımız arasında dostluq əlaqələri və ölkələrimizin rəhbərləri arasındakı dostluq münasibətləri birləşdirir. Mən çox şadam ki, 2018-ci il bizim üçün dostumuzun səfəri ilə başlayır. Xoş gəlmisiniz.

daha ətraflı......
 
10.01.2018
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Prezident İlham Əliyevin giriş nitqi

-Nazirlər Kabinetinin bugünkü iclasında biz 2017-ci ilin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq.

2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.

daha ətraflı......
 
09.01.2018
Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

Iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.

daha ətraflı......
 
29.01.2017
Prezident İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Qeyd edildi ki, Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Digah–Məmmədli avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2017-ci il 9 iyun tarixli Sərəncamına əsasən 2,5 milyon manat vəsait ayrılıb. Tikinti işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib.

daha ətraflı......
 
27.01.2017
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.

Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.

Rusiya Prezidenti Vladimir PUTİN bu görüşün MDB çərçivəsində il ərzində görülən işlərə yekun vurmaq, perspektivdə olan planlar haqqında danışmaq, regional və beynəlxalq əhəmiyyətli aktual məsələləri müzakirə etmək baxımından gözəl imkan olduğunu bildirdi. Vladimir Putin MDB-yə sədrliyi dövründə Rusiyanın səylərinin qurumun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, birlik orqanlarının işinin səmərəliliyinə yönəldildiyini diqqətə çatdıraraq dedi:

daha ətraflı......
 
01.01.2018
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

- Əziz həmvətənlər. 

2017-ci il arxada qalır. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi xalq-iqtidar birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır.

daha ətraflı......
 
25.12.2017
Dünya azərbaycanlılarına

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram.

Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir.

daha ətraflı......
 
24.12.2017
Prezident İlham Əliyev MİDA-nın Hövsan Yaşayış Kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev əvvəlcə Agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisinin hazırkı vəziyyəti barədə məlumat verdi. Bildirildi ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir. 

daha ətraflı......
 
24.12.2017
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış parkın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə paytaxtdakı “Qara şəhər” öz yerini əzəmətli “Bakı Ağ Şəhər”ə verməkdədir. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu mükəmməl layihə reallığa çevrilir, miqyası və keyfiyyətinə görə diqqəti cəlb edir. “Bakı Ağ Şəhər”də böyük həcmdə tikinti-quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb.

daha ətraflı......
 
14.12.2017
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət etdiyini bildirdi. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Böyük Britaniya ilə bir sıra sahələrdə əməkdaşlıq qurduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti neft-qaz sahəsində əlaqələri xüsusi vurğuladı və bu əlaqələrdə Böyük Britaniyanın BP şirkəti ilə əməkdaşlığı qeyd etdi.

daha ətraflı......
 
13.12.2017
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.

“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Əvvəlcə birgə foto çəkdirildi.

Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbası, digər dövlət və hökumət başçılarını salamladı.

daha ətraflı......
 
07.12.2017
Qubada 12 kəndin əhalisi yeni avtomobil yollarından istifadə edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak edib.

Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr icra edilir. Əsas məqam isə odur ki, son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması geniş vüsət alıb. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında xüsusi yer tutan bu layihələr ölkəmizin bütün bölgələrini əhatə edir.

daha ətraflı......
 
01.12.2017
Prezident İlham Əliyev: Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün dəyərli mexanizm hesab edir

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

-Hörmətli cənab Prezident Əşrəf Qani.

Nümayəndə heyətlərinin rəhbərləri.

Xanımlar və cənablar.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”nin iştirakçı və dəstəkləyici ölkələrini və təşkilatlarını Bakıda keçirilən 7-ci nazirlər toplantısında salamlayıram.

Zati-aliləri, möhtərəm Prezident Məhəmməd Əşrəf Qaniyə nazirlərin Bakı toplantısının açılışında iştirak üçün mənim dəvətimi qəbul etdiyinə görə minnətdarlığımı ifadə edirəm.

Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik.

daha ətraflı......
 
25.11.2017
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Dövlətimizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə demək istərdim ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır.

daha ətraflı......
 
23.11.2017
Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Şimali Atlantika Şurasının iclasında əvvəlcə NATO-nun baş katibi Yens Stoltenberq çıxış etdi. Sonra o, sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.

Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi. Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirdi. Qeyd olundu ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.

Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxundu, əməkdaşlığın uğurla inkişaf etdiyini və onun müxtəlif sahələri əhatə etdiyini bildirdi.

daha ətraflı......
 
23.11.2017
Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər

Noyabrın 23-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatı

-Prezident Əliyev, NATO mənzil-qərargahına yenidən xoş gəlmisiniz. Sizi burada görməyə çox şadam. Çox konstruktiv görüşə görə Sizə təşəkkürümü bildirirəm. Mən, həmçinin Şimal Atlantika Şurası çərçivəsində görüşü də səbirsizliklə gözləyirəm. Siz bu Şurada bütün 29 müttəfiq ölkənin nümayəndələri ilə görüşəcəksiniz.

Bu gün biz aramızda olan uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq. Həmçinin Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunların artırılması ilə bağlı qərarınıza görə Sizə təşəkkürümü bildirirəm.

daha ətraflı......
 
16.11.2017
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub.

Iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonu üzrə maliyyələşdirilmiş investisiya layihələri, o cümlədən müasir texnologiyalara əsaslanan investisiya layihələrinə ayrılan güzəştli kreditlər, istifadəyə verilən, tikilməkdə olan və inşası nəzərdə tutulan istehsal və emal müəssisələri barədə dövlətimizin başçısına məlumat verdi.

Qeyd olundu ki, son illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 8700 yeni iş yeri açılıb. Müasir texnologiyalara əsaslanan, ümumi dəyəri 261 milyon manat olan 39 investisiya layihəsinə isə 140,5 milyon manat güzəştli kredit ayrılıb. 

daha ətraflı......
 
16.11.2017
Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Bildirildi ki, kompleksdə inşaat işləri ən yüksək səviyyədə aparılıb və bu ilin oktyabrında başa çatdırılıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. İdmanın bu növünə də ölkəmizdə yeniyetmə və gənclərin marağı ilbəil artır. Bu zalda üzgüçülük yarışlarını 150 nəfər izləyə biləcək. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 150 tamaşaçı yeri var. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Ağır atletika və trenajor salonunda idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir.

daha ətraflı......
 
14.11.2017
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilib Prezident İlham Əliyev yubiley mərasimində iştirak edib

Noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

-Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri.

Əziz dostlar.

Mən sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini partiyamızın qarşıdan gələn 25-ci ildönümü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Partiyamızın bütün üzvlərinə cansağlığı, yeni uğurlar arzulayıram.

İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. 

daha ətraflı......
 
10.11.2017
Prezident İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət dolabları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və rəfləri yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətlərinin 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. 

daha ətraflı......
 
10.11.2017
Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verdi.

Bildirildi ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Layihənin həyata keçirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5,0 milyon manat güzəştli kredit ayrılıb.

Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.

daha ətraflı......
 
10.11.2017
Prezident İlham Əliyev Gəncə şəhər 1 saylı tam orta məktəbdə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Sövlətimizin başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var.

daha ətraflı......
 
08.11.2017
Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib
Prezident İlham Əliyevin nitqi

-Hörmətli neftçilər.

Xanımlar və cənablar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycanda 2 milyardıncı ton neft hasil edilibdir. Bu münasibətlə Azərbaycan neftçilərini və bütün Azərbaycan xalqını təbrik edirəm.

Bu, tarixi bir hadisədir. Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət etmişlər. Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilmişdir. Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir, həmişə belə olub, bu gün də belədir. Mən Azərbaycan neftçilərinin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirəm.

daha ətraflı......
 
07.11.2017
Prezident İlham Əliyev Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Estoniya Respublikasının Baş naziri Yuri Ratasın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Avropa İttifaqı rəhbərliyi və qəbulda iştirak edən bütün səfirlər adından bildirdi ki, təmsil etdiyi qurum Azərbaycanla əlaqələrə xüsusi diqqət göstərir və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox müsbət şəkildə inkişaf edir. Yaan Reynhold dedi ki, yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib və Avropa İttifaqı bu istiqamətdə səylərini bundan sonra da əsirgəməyəcək. Yaxın vaxtlarda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə toxunan səfir qeyd etdi ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığına və bu tərəfdaşlıqla bağlı olan layihələrə tam sadiqdir və bu əməkdaşlığı yüksək qiymətləndirir. Diplomat bir daha vurğuladı ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri pozitiv və dinamik şəkildə inkişaf edir.

daha ətraflı......
 
06.11.2017
Prezident İlham Əliyev Bakı Metropoliteninin retro vaqonları ilə tanış olub

Noyabrın 6-da metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev retro vaqonlarla tanış olub.

Xatırladaq ki, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu 10 kilometrdən bir qədər az olan xətt üzrə hərəkətə başlayıb. “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları həmin xəttin üzərində yerləşirdi. Ulu öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, metro da sürətli inkişaf yolu keçib, istismara buraxılan stansiyaların sayı 14-ə, xətlərin ümumi uzunluğu isə 22 kilometrə çatdırılıb.

daha ətraflı......
 
03.11.2017
“Yevronyus” telekanalı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı reportaj yayımlayıb

Noyabrın 2-də “Yevronyus” telekanalının “Fokus” verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb. Telekanalın müxbiri Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.

“Yevronyus”un müxbiri: Azərbaycan, Türkiyə prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın Baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini yekunlaşdırdılar. Onun təntənəli açılışı oktyabrın 30-da baş tutdu. 846 kilometr nəqliyyat yolları. Bu, qədim İpək Yolunun ən uzun sahəsidir. Yolun tikintisi praktiki olaraq 4 milyard dollara başa gəldi. Proqnozlara əsasən, 2034-cü ilədək bu relslərlə ildə 17 milyon tonadək yük daşınacaq.

daha ətraflı......
 
02.11.2017
Prezident İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavinini və Dağıstan Respublikası Xalq Məclisinin sədrini qəbul edib

Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizi yenidən görməyimə çox şadam. Bu il həm İlyas Maqomedsalamoviç, həm də Xizri İsayeviç Azərbaycan dövlətinin ali ordeni - “Dostluq” ordeni ilə mükafatlandırılıblar. Müvafiq sərəncamlar mənim tərəfimdən bu ilin martında və iyulunda imzalanıb. Demək istəyirəm ki, Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizin fəaliyyətiniz Rusiya Federasiyası ilə Azərbaycanın, Dağıstanla Azərbaycanın qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlib. Siz Dağıstanın nümayəndələrisiniz. Dağıstanı Azərbaycan ilə çoxəsrlik dostluq, qardaşlıq, əməkdaşlıq telləri bağlayır. O cümlədən Siz Rusiya dövlətinin, Rusiya hökumətinin nümayəndələrisiniz. Siz Moskvada və Dağıstanda Rusiya Federasiyasının inkişafı işində çox mühüm rolu yerinə yetirirsiniz. Həmçinin çox uğurla tərəqqi edən Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayırsınız. Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizi tanıyırlar, bizim xalqımızın, ölkəmizin böyük dostları kimi tanıyırlar.

daha ətraflı......
 
01.11.2017
Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirildi.

İran, Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər.

daha ətraflı......
 
01.11.2017
Azərbaycan, İran və Rusiya prezidentlərinin mətbuata bəyanatları

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü başa çatdıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

İran Prezidenti Həsən Ruhaninin  bəyanatı

-Hörmətli qonaqlar.

Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mənim dəvətimi qəbul edib Tehrana gəliblər ki, ikinci üçtərəfli görüşümüzü keçirə bilək. Bu görüş üç ölkənin dostluğuna və qonşuluğuna əsaslanır. Bu dostluq, səmimiyyət və coğrafi qonşuluğumuz, mədəni əlaqələr bu üç ölkə arasında səbəb olub ki, biz əlaqələrin genişləndirilməsi üçün daha əzmkar olaq və mövcud imkanlardan istifadə edək.

daha ətraflı......
 
01.11.2017
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir PUTİN dedi:

-Hörmətli İlham Heydər oğlu.

Sizi görməyimə çox şadam - bu dəfə Tehranda. Biz müntəzəm görüşürük və telefonla danışırıq, daimi əlaqədəyik. Bu, təbiidir, çünki bizim ölkələrimiz arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Sözsüz ki, bu, strateji tərəfdaşlıq xarakteridir.

daha ətraflı......
 
01.11.2017
Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin görüşü olub

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

Görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirildi, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirildi.

daha ətraflı......
 
31.10.2017
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 31-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz dünən tarixi Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında birlikdə iştirak etmişik və bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısını keçirmişik. Toplantıda müzakirə olunan məsələlər demək olar ki, həyatımızın əsas sahələrini əhatə edir. Həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə bir daha biz gördük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən ikinci ölkələr yoxdur. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Təbii ki, müzakirə olunan məsələlərlə bağlı bizim aramızda fikir birliyi var. Bütün məsələlər öz həllini tapır. Müzakirə olunan məsələlər həyatda öz əksini tapır.

daha ətraflı......
 
31.10.2017
Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Oktyabrın 31-də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzaladılar.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ali Təhsil Şurasının rəhbəri Yekta Saraç imzaladılar.

daha ətraflı......
 
30.10.2017
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

daha ətraflı......
 
31.10.2017
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

Azərbaycan Prezidenti İlham ƏLİYEV iclasda çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Cənab Prezident, biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu gün biz təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Bir daha görürük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Əlaqələrimizin inkişafı ilə bağlı bizim fikirlərimiz üst-üstə düşür.

daha ətraflı......
 
27.10.2017
Azərbaycan Prezidenti İlham Əliyev İranın iqtisadi işlər və maliyyə nazirini qəbul edib

Dövlətimizin başçısı Məsud Kərbasianı İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Hökumətlərarası birgə komissiyanın işinə toxunan Prezident İlham Əliyev komissiyanın bundan sonra da uğurla və səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox sürətlə və uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin xüsusi önəm daşıdığını vurğuladı. Əməkdaşlığımızın gözəl nəticələr verdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən il 70 faiz, bu il isə 30 faiz artdığını bildirərək, əldə edilən bütün razılaşmaların icra olunduğunu dedi. Birgə önəmli transmilli layihələrin uğurla həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı bundan sonrakı illərdə də bu istiqamətdə səmərəli əməkdaşlığımızın davam etdiriləcəyini əminliklə söylədi.

daha ətraflı......
 
19.10.2017
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib

Oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının - D-8-in baş katibi Seyid Ali-Mohammad Musəvi Zirvə görüşünü açıq elan edərək tədbirin əhəmiyyətindən danışdı.

D-8 təşkilatının hazırkı sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasi qurumun müasir dövrdə fəaliyyətinin daha da genişləndirilməsində üzv ölkələrin səylərinin gücləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, Pakistan D-8 təşkilatına sədrliyi dövründə bu qurumun möhkəmlənməsinə və inkişafına çalışıb. Məhz bu dövrdə D-8 BMT-də müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Pakistanın Baş naziri dedi ki, qurumun üzvləri 20 il ərzində iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və digər sahələrdə əlaqələri inkişaf etdiriblər.

daha ətraflı......
 
18.10.2017
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əbdüllətif bin Raşid Əl-Zəyyəni Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinin salamlarını dövlətimizin başçısına çatdırdı. O dedi: “Biz mövcud əlaqələrin səviyyəsini yüksək qiymətləndiririk və əlaqələrimizin daha da möhkəmləndirilməsində maraqlıyıq. Bu münasibətlərin inkişafında Sizin rəhbərliyinizə görə minnətdarıq”.

daha ətraflı......
 
18.10.2017
Prezident İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasının iştirakçılarını qəbul edib

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçılarını qəbul edib.

Görüşün iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz. Sizi Azərbaycanda salamlamağa məmnunam. Şadam ki, MDB ölkələrinin sərhəd xidmətləri rəhbərlərinin iclası bizim ölkəmizdə keçirilir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi birinci dəfə deyil. Biz sizinlə görüşmüşük, ola bilsin ki, tamamilə indiki tərkibdə olmayıb, amma sizin çoxunuz artıq bizim ölkəmizdə olub. Bu, çox yaxşı tədbirdir. Bu, təkcə sərhəd xidmətlərinin rəhbərləri arasında deyil, həm də ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirir.

daha ətraflı......
 
13.10.2017
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü
daha ətraflı......
 
12.10.2017
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Mən çox şadam ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz. Səfərin çox böyük əhəmiyyəti var və əminəm ki, çox gözəl nəticələri də olacaq.

Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə biz Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir.

daha ətraflı......
 
12.10.2017
Prezident İlham Əliyev: Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər.

Dövlət başçıları birgə foto çəkdirdikdən sonra iclas öz işinə başladı.

İclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirdi ki, burada MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə möhkəmləndirilməsi yolları müzakirə olunacaq, əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Rusiya Prezidenti vurğuladı ki, iclasda əsas diqqət ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində, həmçinin humanitar sahədə əlaqələrin inkişafına yönələcək. Prezident Vladimir Putin qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğuladı, görüşün mədəniyyət, təhsil, elm, turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.

daha ətraflı......
 
11.10.2017
Soçidə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib

Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

daha ətraflı......
 
09.10.2017
Azərbaycan ötən doqquz ayda xarici və daxili siyasətin bütün istiqamətlərində çox gözəl nəticələr qazanıb
Prezident İlham Əliyevin giriş nitqi

-İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur.

Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. 

daha ətraflı......
 
04.10.2017
Məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimi keçirilib Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verdi.

Bildirildi ki, bu binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış etdi.

daha ətraflı......
 
04.10.2017
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyevin giriş nitqi

-Əziz qonaqlar, xoş gəlmisiniz. Düşünürəm ki, bu, Avropa Komissiyasından indiyədək Azərbaycana səfər etmiş ən böyük nümayəndə heyətidir. Şadam ki, bu otaqda kifayət qədər yerimiz var. Bir daha Azərbaycana xoş gəlmisiniz. 

Bilirəm, səfəriniz qısadır, lakin ümidvaram ki, çox məhsuldar olacaq. Siz Azərbaycan haqqında daha çox məlumat əldə edəcək, daha çox görəcəksiniz. Əlbəttə ki, uğurlu əməkdaşlığımızı necə davam etdirə biləcəyimizlə bağlı qərara gələcəksiniz. Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bildiyiniz kimi, bizim cəmi 25 yaşımız var. Bu ay biz müstəqilliyimizin bərpa olunmasının 26-cı ildönümünü qeyd edəcəyik. Lakin düşünürəm ki, bu müddət ərzində biz müxtəlif sahələrdə yaxşı irəliləyişə nail olmuşuq. Bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan çox sabit, müasir, inkişaf edən ölkədir.

daha ətraflı......
 
03.10.2017
Azərbaycan Prezidenti İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.

Prezident İlham Əliyev layiqli çıxış etmələri münasibətilə qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini təbrik etdi. Bildirdi ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş etdi. Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə, qadınlar arasında voleybol üzrə Avropa çempionatı çox uğurla keçdi və təşkilatçılıq yüksək səviyyədə oldu. Avropa federasiyalarının rəhbərləri və digər qonaqlar da bunu qeyd ediblər.

daha ətraflı......
 
03.10.2017
Prezident İlham Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib

Nümayəndə heyətinə Ümumdünya Boks Şurasının rəhbəri Maurisio Süleymanın başçılığı altında Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları Evander Holifild, Kostya Dzyu, Yuri Arbaçkov, Vitali Kliçko, Nino Benvenuti, Karlos Zarate, Azumah Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu Jelena Mrdjenoviç daxildir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

-Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, Azərbaycan sizin Konvensiyanın iclasına ev sahibliyi edir. Kiyev meri Vitali Kliçko ilə görüşdükdə qeyd etdiyim kimi, biz bu məsələni müzakirə etdik və dedik ki, bu Konvensiyanın Bakıda keçirilməsi yaxşı ideya olardı. O, sizinlə əlaqə saxladı, siz qərar verdiniz. Azərbaycanın bu qədər məşhur insanların iştirakı ilə bu cür mötəbər tədbirə ev sahibliyi etməsi bizi çox şad edir və fərəhləndirir. Dünya idman əfsanələri Azərbaycandadır. Düşünürəm ki, çoxlarınız üçün bu, ölkəmizə ilk səfərdir. Siz burada bir neçə gün qalacaqsınız, beləliklə, xalqımız, ölkəmiz haqqında daha çox məlumat əldə edəcəksiniz. Əlbəttə ki, ölkəmizdə keçirilən bu Konvensiya Azərbaycan üçün, sizi tanıyanlar, sizin döyüşlərinizi, qələbələrinizi televiziyada izləyənlər üçün mühüm tədbirdir. Bir daha xoş gəlmisiniz və Konvensiyanın işinə uğurlar arzulayıram.

daha ətraflı......
 
02.10.2017
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. “Safari” sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə “sakit ov” da adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bununla bağlı məsələlər yer alıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq. Yaradılacaq marşrutlar üzrə əlverişli fəaliyyət cədvəli tərtib ediləcək. Buraya milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəuyğun hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər. Qeyd edək ki, sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunmuşdu. Artıq Şamaxı Safari Parkı hazırdır. Parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədilə 2014-cü ildə yaradılan “Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. “Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Bununla da “Azər Ekov” MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən “Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub. Bildirildi ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var. Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub. İnzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılıb.

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. “Safari” sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə “sakit ov” da adlandırırlar.

daha ətraflı......
 
02.10.2017
Prezident İlham Əliyev Şamaxının Dəmirçi kəndində görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.

Turizm sahəsi ölkəmizdə böyük perspektivlərə malikdir. Bu gün Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, otellərin və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının dayanıqlı, səmərəli və rəqabətədavamlı sahəsinə çevrilməsindən ibarətdir.

daha ətraflı......
 
02.10.2017
Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

daha ətraflı......
 
02.10.2017
Prezident İlham Əliyev Şamaxıda “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.

Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın yüksəldilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani təsdiqidir.

daha ətraflı......
 
02.10.2017
Şamaxı-Çöl Göylər-Padar avtomobil yolu istifadəyə verilib

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Yolun uzunluğu 53 kilometrdir. Görülən işlər nəticəsində avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Bundan başqa, yol boyunca müxtəlif diametrli 53 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 795 metrdir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 363 yol nişanı quraşdırılıb, 132,5 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.

daha ətraflı......
 
02.10.2017
Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Yenidən Qobustan rayonunda olmağımdan çox məmnunam. Bu, mənim rayona dördüncü səfərimdir. Əlbəttə rayonda olanda önəmli tədbirlər, açılışlar nəzərdə tutulur. 

Bu gün biz şəhərə içməli suyun verilməsini rəsmən qeyd edirik. Bir neçə aydır ki, bu layihə başa çatıb və Qobustan şəhərinin içməli su problemi artıq öz həllini tapıb. Bu, çox əlamətdar hadisədir, tarixi hadisədir. Çünki içməli su problemi həmişə burada insanları çox ciddi narahat edirdi. İndi isə bu problem birdəfəlik həll olunub. Artıq şəhər sakinləri və bir neçə kəndin əhalisi təmiz, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunurlar. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, böyük layihədir, böyük sosial təşəbbüsdür, böyük vəsait tələb edən məsələdir. Biz bu vəsaiti təşkil etdik, dövlət büdcəsində vəsait nəzərdə tutuldu ki, bu məsələ də öz həllini tapsın. Çünki içməli su insanın sağlamlığına çox ciddi təsir edən amildir. Təmiz içməli su insanın sağlamlığını daha da yaxşılaşdırır.

daha ətraflı......
 
02.10.2017
Qobustanda 100 yerlik uşaq bağçasının açılışı olub

Dövlətimizin başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, bu istiqamətdə çox mühüm sənədlər imzalayıb, layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün bu gün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Bu tədbirlər müasir körpələr evi-uşaq bağçalarının tikintisini, həmçinin mövcudlarının əsaslı şəkildə yenidən qurulmasını əhatə edir. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Qobustan şəhər 100 yerlik uşaq bağçasının inşası da bu baxımdan böyük əhəmiyyət daşıyır. 

daha ətraflı......
 
24.09.2017
Prezident İlham Əliyev Neftçala rayonunda pambıq sahəsi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.

 Azərbaycan Prezidenti İlham Əliyev fermer Əlihüseyn Hacıyevlə söhbət etdi.

Prezident İlham Əliyev: Xoş gördük, işləriniz necə gedir? Texnikanız da var.

Fermer Əlihüseyn Hacıyev: Çox sağ olun, cənab Prezident, Siz inqilabi dönüş etmisiniz. Sovet dövründə köhnə texnikalardan əzab-əziyyət çəkirdik. Bunlar hamısı təzə texnikadır. Gözəl şərait yaradılıb. Üç yüz hektar sahənin 150 hektarının məhsulunu maşınla yığacağıq, qalan 150 hektarın məhsulunu isə əllə toplayacağıq. Yüz nəfər işçimiz var. Bizim iş yerimiz pambıqçılıq olub. Siz bizi yenidən həyata qaytardınız. Kolxoz, sovxoz ləğv olunandan sonra işsiz qalmışdıq.

daha ətraflı......
 
20.09.2017
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib
Prezident İlham Əliyevin çıxışı

-Cənab sədr.

Xanımlar və cənablar,

25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır.

Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.

daha ətraflı......
 
19.09.2017
Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quttereş hazırda dünyada bir çox problemlərin olduğunu vurğuladı, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirdi. Qaçqınların sayının artması, miqrasiyanın çağırışları, insan alveri, iqlim dəyişikliyi və digər mövcud qlobal problemlərə toxunan BMT-nin Baş katibi əminliyini ifadə etdi ki, yalnız birlikdə sülhə nail olmaq və qarşılıqlı etimadı bərpa etmək mümkündür.

daha ətraflı......
 
18.09.2017
Prezident İlham Əliyev Nyu-Yorkda Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Nyu-Yorkda Amerika Yəhudi Təşkilatının...

daha ətraflı......
 
14.09.2017
Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir.

Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. 

daha ətraflı......
 
11.09.2017
Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası balaca sakinlərini qəbul etməyə hazırdır

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası balaca sakinlərini qəbul etməyə hazırdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən bu körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verərək bildirdi ki, bu bağça 1968-ci ildən fəaliyyət göstərir. 2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb.

daha ətraflı......
 
10.09.2017
Azərbaycan Prezidenti İlham Əliyev Astanada İƏT-in elm və texnologiya üzrə birinci Sammitində iştirak edib

Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.

İƏT-in elm və texnologiya üzrə birinci Sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edir.

daha ətraflı......
 
10.09.2017
Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin Astanada görüşü olub

Sentyabrın 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

Prezident İlham Əliyev Həsən Ruhanini yenidən İran Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. Bildirdi ki, bu, İran xalqının Prezident Həsən Ruhaninin həyata keçirdiyi siyasəti dəstəklədiyini göstərir. Prezident İlham Əliyev qeyd etdi ki, biz dost ölkə olaraq İranın uğurlarına sevinirik.

Dövlətimizin başçısı İran Prezidenti ilə xeyli sayda keçirdiyi görüşləri məmnunluqla xatırladaraq həmin görüşlər zamanı səmərəli danışıqların aparıldığını vurğuladı. Ölkələrimiz arasında imzalanan sənədlərin uğurla icra olunduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycan-İran dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.

daha ətraflı......
 
09.09.2017
Prezident İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

“EXPO 2017 Astana” milli şirkətinin rəhbəri Axmetjan Yessimov Prezident İlham Əliyevə sərgi barədə məlumat verdi.

Bildirildi ki, iyunun 10-da açılan sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil edilir. “EXPO 2017 Astana” beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradır. Ümumi sahəsi 174 hektar olan sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş etdirilir.

daha ətraflı......
 
07.09.2017
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə mütəmadi olaraq ölkəmizdə və Davosda keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq Suma Çakrabartinin Azərbaycana müntəzəm səfərlərinin əhəmiyyətini vurğuladı, bu səfərlərin həyata keçirilən işlər və gələcək planlarla bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığının səviyyəsinin məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə kredit portfelinin həcminin 3 milyard dollara yaxın olduğunu vurğulayaraq onun böyük hissəsinin özəl sektora yönləndirilməsinin razılıq doğurduğunu dedi və bunun iqtisadiyyatımızın özəl sektorunun genişlənməsinin yaxşı göstəricisi olduğunu bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, həmçinin iqtisadiyyata olan etimadın artmasını nümayiş etdirir və əlavə maliyyə vəsaiti hesabına sahibkarlığa dəstək verməyə kömək edir.

daha ətraflı......
 
07.09.2017
Prezident İlham Əliyev Bakının Nərimanov rayonundakı 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bu təhsil ocağının 51 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, idman və akt zallarından, yeməkxanadan, həmçinin hərbi otaqdan ibarət 1320 şagird yerlik mövcud korpusu 1963-cü ildən fəaliyyət göstərir. Məktəbin binası Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar olaraq yüksək səviyyədə əsaslı təmir edilib. Təhsil müəssisəsi internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün geniş imkanlar var.

daha ətraflı......
 
05.09.2017
Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib

Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “BP-Azərbaycan” şirkətinin prezidenti Qəri Counz, “Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Bakı gəmiqayırma zavodu fəaliyyətdə olduğu qısa müddətdə kifayət qədər uğurlu layihələr həyata keçirib. Bu layihələrə 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən doku, 50 ton dartıcı qüvvəyə malik olan “SOCAR 1” yedək gəmisini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və yuxarı bloklarını, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini misal göstərmək olar. Bundan başqa, Bakı gəmiqayırma zavodu 2015-ci ildə “Şahdəniz mərhələ 2” layihəsi çərçivəsində bir neçə gəminin təmir və yenilənmə layihələrini həyata keçirib. Bunlardan “İsrafil Hüseynov” borudüzən gəmisini, “Tofiq İsmayılov” dalğıc gəmisini, “Azərbaycan” kran gəmisini, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu və “Gilavar” tədqiqat gəmisini qeyd etmək olar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, hazırda tikintisi uğurla davam edən iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır.

daha ətraflı......
 
05.09.2017
Prezident İlham Əliyev MDB dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasının iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçılarını qəbul edib.

Dövlətimizin başçısı MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında maliyyə nəzarəti sahəsində təcrübə mübadiləsinin zəruriliyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, bizim ölkələr keçid və islahatlar dövründə demək olar, eyni problemlərlə üzləşiblər. Ölkələrimizin qarşısında maliyyə nəzarəti sahəsində duran problemlərin həlli baxımından sessiyada aparılacaq müzakirələr önəmlidir və əlbəttə ki, dövlət nəzarəti mexanizminin daha da təkmilləşdirilməsi sıx koordinasiya tələb edir. Eyni zamanda, bu tədbir qonaqların Azərbaycanda maliyyə nəzarəti sahəsində son illər həyata keçirilən işlərlə yaxından tanış olması üçün yaxşı imkan yaradır.

daha ətraflı......
 
05.09.2017
Nizami rayonundakı 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 5-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin binasında bu günədək əsaslı təmir işləri aparılmamışdı. Burada da əsaslı yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir. Yenidən qurulan məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

daha ətraflı......
 
05.09.2017
Prezident İlham Əliyev Nizami rayonundakı 62 saylı məktəb-liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, 41 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, hərbi təlim sinfindən, idman və akt zallarından, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1964-cü ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrdir. 984 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Tədris müəssisəsi lazımi avadanlıqla tam təchiz olunub.

daha ətraflı......
 
04.09.2017
Prezident İlham Əliyev Bakıdakı 74 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 38 sinif, 2 informatika, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.

daha ətraflı......
 
03.09.2017
Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Prezident İlham Əliyevin giriş nitqi

- Biz bugünkü müşavirədə ölkəmizdə çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələlərini müzakirə edəcəyik. Şadam ki, son vaxtlar ölkəmizdə bu sahələrə dövlətin dəstəyi hesabına diqqət artır. Bu, çox sevindirici haldır. Ümumiyyətlə kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir.

Əlbəttə, ilk növbədə, biz ərzaq təhlükəsizliyi məsələlərini həll etməli idik və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bununla bərabər, biz kənd təsərrüfatının bütün ənənəvi sahələrini inkişaf etdirməli idik. Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir.

daha ətraflı......
 
02.09.2017
“Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub.

Ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatının dinamik inkişafı üçün etibarlı zəmin yaradılıb. Bütövlükdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etməsi də dövlətin aqrar sahəyə diqqətinin növbəti əyani göstəricisi idi. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə artıq ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə yeni sitrus bağlarının salınması xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, hazırda Lənkəranda 680 hektarda “Hallabonq” növlü yeni sitrus bağları salınıb.

daha ətraflı......
 
02.09.2017
Lənkəranda “Xəzər Palace” otel kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Xəzər Palace” otel kompleksinin açılışında iştirak edib.

Lənkəranda inşası yeni başa çatan “Xəzər Palace” otel kompleksi ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə bölgələrdə istifadəyə verilən müasir mehmanxana kompleksləri böyük əhəmiyyət kəsb edir. Bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Bu kompleks təkcə Lənkəran üçün deyil, bütün bölgə üçün əhəmiyyətli turizm obyektidir.

Dövlətimizin başçısı “Xəzər Palace” otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

daha ətraflı......
 
02.09.2017
Prezident İlham Əliyev Lənkəranda “Yaşıl Çay” plantasiyası ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkərana səfəri çərçivəsində fermer Araz Yaqubovun “Yaşıl Çay” MMC-nin plantasiyasında görülən işlərlə tanış olub.

Dövlətimizin başçısına plantasiya barədə ətraflı məlumat verildi. Bildirildi ki, sovetlər dönəmində Lənkəranın İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda Prezident İlham Əliyevin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. “Yaşıl Çay” MMC də yaradılan bu şəraitdən səmərəli istifadə edir. Fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” sortundan ibarət çay plantasiyaları salınıb. 2015-ci ildə - ölkədə elan edilən “Kənd təsərrüfatı ili”ndə ilk dəfə seçmə üsulu ilə yığım aparan “Yaşıl Çay” fermer təsərrüfatının sahələrindən bu il daha bol məhsul gözlənilir. Təsərrüfatın ümumi çay əkini sahəsi 61 hektardır. 

daha ətraflı......
 
02.09.2017
Prezident İlham Əliyev Lənkəranda “Astaraçay” MMC-nin çay plantasiyalarına baxıb

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin plantasiyalarına baxıb.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq. Təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb. Bundan başqa, çayçılığın inkişafı ilə bağlı sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər də verilir. Belə ki, bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub.

daha ətraflı......
 
02.09.2017
Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da mühüm uğurlar əldə edilib. Dövlətimizin başçısının bu sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, imzaladığı sənədlər və verdiyi tapşırıqlar İKT sektorunun müasir tələblər səviyyəsinə çatmasına hərtərəfli zəmin yaradıb. Bu inkişaf özünü telekommunikasiya qovşaqlarının binalarının əsaslı şəkildə yenidən qurulmasında, ən müasir avadanlıqla təchiz olunmasında da aydın büruzə verir. Cəlilabadda Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasının əsaslı şəkildə yenidən qurulması bu işlərin coğrafiyasının ölkənin hər yerini əhatə etdiyini göstərir. Son dövrlərdə bu sahədə bir sıra mühüm layihələr icra olunub ki, bunlar da, ilk növbədə, əhaliyə yüksək səviyyədə İKT xidmətləri göstərmək üçün hərtərəfli şərait yaradıb. Bu baxımdan “Şəbəkə” xidmət mərkəzlərinin də böyük rolu var. “Şəbəkə” müxtəlif xidmətlərin vahid məkanda cəmlənməsinə şərait yaradıb. Bu isə, ilk növbədə, vətəndaşların vaxt itkisini aradan qaldırmağa, onların vahid məkanda bir neçə əməliyyatı yerinə yetirməsinə geniş imkan verir. Bundan başqa, bu xidmət həm də nağdsız ödənişlər üçün əlverişli zəmin yaradır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sektorunun inkişafı prioritet sahələrdən biri kimi qəbul edilib və bu istiqamətdə olduqca əhəmiyyətli addımlar atılıb.

daha ətraflı......
 
02.09.2017
Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı olub

 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə “Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bu layihə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.

daha ətraflı......
 
02.09.2017
Əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi istifadəyə verilib

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələridir. Yolun Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə qaya-daş parçaları gətirilib. Ümumilikdə magistral yolun 55 kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri gələn il yekunlaşdırılacaq.

daha ətraflı......
 
02.08.2017
Prezident İlham Əliyev Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad və Lənkəran rayonlarına səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.

 “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.

daha ətraflı......
 
25.08.2017
Prezident İlham Əliyev “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub.

Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin əsas prioritet sahələrindən biridir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə turizm obyektlərinin yaradılması ilə yanaşı, nəqliyyat infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Buta Airways” aviaşirkətinin lou-kosterinin yaradılması da dövlətimizin başçısının Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətinin aşağı salınması ilə bağlı verdiyi müvafiq tapşırığına əsasən görülən işlərdəndir.

daha ətraflı......
 
24.08.2017
Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul edib.

- Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılmışdır. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir.

Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.

daha ətraflı......
 
24.08.2017
Prezident, Ali Baş Komandan İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub və növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Gəmi İnşası və Təmiri Mərkəzində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək “Şahdağ” tipli 6, “Tufan” tipli 4 sərhəd gözətçi gəmisi inşa olunub. 2016-cı ilin avqustunda DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmilərindən biri Rusiya Federasiyasının Həştərxan şəhərinə dostluq səfəri edib, “Dənizdə qanunsuz tədbirlərə qarşı əks-tədbirlər, həmçinin Xəzər dənizi hövzəsində yaranmış müxtəlif şəraitlərdə reaksiya göstərilməsi üzrə birgə hərəkətlərin işlənilməsi” mövzusunda sərhəd təliminə qatılıb.

daha ətraflı......
 
24.07.2017
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib.

Auqusto Massari etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə İtaliya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə tərəfdaş olduğunu qeyd etdi. Prezident İlham Əliyev 2014-cü ildə Roma şəhərində qəbul olunmuş iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələrimizin səviyyəsini əks etdirdiyini bildirdi, bunu əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi. Bununla belə, dövlətimizin başçısı tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün bir çox imkanların mövcud olduğunu qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi üzrə də işlərin uğurla davam etdirildiyini bildirdi. Əməkdaşlığımızda balansın gözlənilməsi, həmçinin ticarət dövriyyəsinin daha da artırılması üçün iqtisadi əməkdaşlığın şaxələndirilməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı buna təkcə neft təchizatının artırılması yolu ilə deyil, ticarət əlaqələrini daha da inkişaf etdirməklə nail olmağın əhəmiyyətini vurğuladı. Azərbaycanda çoxlu sayda İtaliya şirkətlərinin müxtəlif sahələr üzrə fəaliyyət göstərdiklərini deyən dövlətimizin başçısı ölkəmizdə investor şirkətlərin sayının artırılması üçün də yaxşı imkanların mövcud olduğunu bildirdi, bunun hər iki istiqamət üzrə ixrac məhsullarının həcminin artırılmasına xidmət edəcəyini vurğuladı. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzuladı.

daha ətraflı......
 
23.08.2017
Prezident İlham Əliyev Bakıdakı 257 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin əsaslı təmir edilən və yenidən qurulan mövcud binasında, həmçinin yeni tikilən korpusunda yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni korpusda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Məktəbdə 38 sinif, 3 informatika, 3 laboratoriya, idman və akt zalları, yeməkxana var. Bu təhsil ocağının mövcud korpusu Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.

daha ətraflı......
 
20.08.2017
Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında iştirak edib

Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin avqustun 20-də açılışı olub.

Prezident İlham Əliyev Logistika Mərkəzini işə saldı.

Məlumat verildi ki, ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.

Mərkəzin inzibati binasında hüquq, maliyyə, biznesin inkişafı departamenti yerləşir. Burada tibb otağı və mətbəx də var.

Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır.

daha ətraflı......
 
20.08.2017
Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub.

Bu gün artıq hamıya məlumdur ki, Azərbaycan ordusu nəinki regionun, eləcə də dünyanın ən peşəkar ordularından biridir. Şübhəsiz ki, peşəkar ordu xalqın müstəqilliyinin əbədi olmasını şərtləndirən mühüm amillərdəndir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünü daha da artırır. Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının alınması da son illərdə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə 2013-cü ildə Türkiyə Respublikasının “Turmaks” firmasından ən müasir tibbi avadanlıqla təchiz edilmiş Mobil Səhra Cərrahiyyə Hospitalı alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib. Əsas hissəsi 8 konteynerdən və 9 çadırdan ibarət olan mobil hospitalda gün ərzində 100 cərrahi əməliyyat aparmaq mümkündür.

daha ətraflı......
 
20.08.2017
“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. 

daha ətraflı......
 
20.08.2017
Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub

Avqustun 20-də Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında və ölkədə bütün sahələrin canlanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə respublikamızda çox mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, Ulu Öndərin zəngin və çoxşaxəli siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.

daha ətraflı......
 
20.08.2017
Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib.

Ыon illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu yollardan biri də Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yoludur.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.

daha ətraflı......
 
20.08.2017
Əsaslı şəkildə yenidən qurulan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.

daha ətraflı......
 
20.08.2017
Prezident İlham Əliyev Gədəbəy rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyevin
çıxışı

-Sabahınız xeyir, sizi ürəkdən salamlayıram. Bu gün Gədəbəy rayonunda çox əlamətdar bir gündür. Həm Ulu Öndərin adını daşıyan gözəl mərkəz açılır, həm də Gədəbəy şəhərinin içməli su problemi həll olunur. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Çünki Ulu Öndərin fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Məhz onun siyasəti nəticəsində Azərbaycan 1993-cü ildən bu günə qədər sürətli inkişaf dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Onun səyləri, fəaliyyəti nəticəsində 1993-cü ildə Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. 2003-cü ildən isə bu siyasət davam etdirilir və bugünkü Azərbaycan əslində bu siyasətin gözəl nümunəsidir. 

daha ətraflı......
 
20.08.2017
“Gədəbəy” elektrik yarımstansiyası işə salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilirdi. Bu isə rayonun ümumi inkişaf tempinə cavab vermirdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasından əlavə 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq “Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.

daha ətraflı......
 
20.08.2017
Prezident İlham Əliyev Gədəbəydə limonad zavodunun açılışında iştirak edib

Məlumat verildi ki, Gədəbəy rayonunun Zəhmət kəndində, iki hektar ərazidə fəaliyyətə başlayan və ümumi dəyəri 4 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat güzəştli kredit verilib. Bu müəssisədə 0,33, 0,75 və 1,5 litrlik plastik qablarda armud, tərxun, limon və üzüm limonadları istehsal edilir. Limonad istehsalı korpusu 3500 kvadratmetrdir. Buraya anbar və istehsal sahəsi daxildir. Texnoloji xəttin başlanğıcında qablar İtaliya şirkətinin avadanlığı ilə şişirdilir. Limonadın xammalı Almaniyanın “Döhler” şirkətindən alınır və avtomatik sistemdə hazırlanır. İstehsalatda istifadə olunan kompressorlar isə Belçika avadanlığıdır.

daha ətraflı......
 
19.08.2017
Prezident İlham Əliyev Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub.

Son illər Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqətin göstərilməsi bu sahədə yeni və səmərəli layihələrin icrası ilə yadda qalır. Bu layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal, enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. Bu, həm də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizdə həyata keçirilən üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissələrindən biridir. Layihənin əsas məqsədi Samux rayonunun enerjiyə olan tələbatının tam yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi, bununla yanaşı, respublikamızın enerji və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində iştirak və ixrac potensialının artırılmasıdır.

daha ətraflı......
 
19.08.2017
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib

Avqustun 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

daha ətraflı......
 
19.08.2017
Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Hazırda dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə ən böyük layihələrdən biri - Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılıb.

daha ətraflı......
 
19.08.2017
Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfəri çərçivəsində Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.

Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

daha ətraflı......
 
19.08.2017
Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfəri çərçivəsində Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.

Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

daha ətraflı......
 
19.08.2017
Göygöldə Respublika Süni Mayalanma Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.

Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin layihələndirilməsinə və tikintisinə dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Ötən dövrdə Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 regional süni mayalanma məntəqəsi də yaradılıb.

daha ətraflı......
 
19.08.2017
Prezident İlham Əliyev Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə tanış olub

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verdi.

Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binası 2014-2016-cı illərin dövlət investisiya proqramları çərçivəsində inşa edilib. Üçmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdən çoxdur. Binanın foyesində Ulu Öndərin və dövlətimizin başçısının rayona səfərlərini əks etdirən fotostend quraşdırılıb. Burada Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsi, Bitki Mühafizə Mərkəzinin və Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayon bölmələri, Göygöl Baytarlıq İdarəsi, Regional Təlim Mərkəzi, Göygöl Regional Aqrokimya və Göygöl Regional Toxumçuluq laboratoriyaları yerləşir. Binada işçilərin fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb.

daha ətraflı......
 
19.08.2017
Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra avqustun 19-da istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.

daha ətraflı......
 
19.08.2017
Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının əsaslı təmirinə 2015-ci ilin iyulunda başlanılıb. Əsaslı təmir işləri bu ilin iyulunda başa çatdırılıb. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.

daha ətraflı......
 
19.08.2017
Prezident İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.

daha ətraflı......
 
09.08.2017
Prezident İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yolların açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yenidən qurulan “Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.

Prezident İlham Əliyev yolların texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verdi.

daha ətraflı......
 
09.08.2017
Ali qonağın şərəfinə

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verilib.

daha ətraflı......
 
08.08.2017
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Avqustun 8-də Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Qurbanqulu Məlikquluyeviç.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Hörmətli cənab Prezident, mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə “Xoş gəlmisiniz” deyirəm.

Sizin səfəriniz Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm yer tutur. Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçmişdir.

daha ətraflı......
 
08.08.2017
Azərbaycan-Türkmənistan sənədləri imzalanıb

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

 “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

“Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Saziş”ə əlavə və dəyişikliklər edilməsi barədə Protokolu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkmənistanın dəmir yolları naziri Deryaqulı Bəşimov imzaladılar.

daha ətraflı......
 
08.08.2017
Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Qurbanqulu Məlikquluyeviç.

Hörmətli qonaqlar.

Mən sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq.

daha ətraflı......
 
08.08.2017
Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub

Avqustun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Qurbanqulu Məlikquluyeviç.

Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Türkmənistan–Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafında çox mühüm addım olacaq.

Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

daha ətraflı......
 
04.08.2017
Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib

Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Prezident İlham Əliyevin giriş nitqi

- Dünən mən Balakən, Zaqatala, Qax rayonlarında səfərdə olmuşam. Rayonlarda görülən işlərlə tanış olmuşam, əlavə tapşırıq vermişəm və bir daha görürəm ki, bu rayonlarda son illər ərzində çox sürətli inkişaf gedir. Bir çox sosial, infrastruktur, energetika, nəqliyyat, kənd təsərrüfatı, emal sənayesi obyektlərinin açılışlarında iştirak etmişəm. Dünənki bütün tədbirlər əslində, son illər ərzində bu bölgədə və ümumiyyətlə, Azərbaycanda görülən işləri bir daha əyani şəkildə təqdim edir. 

Nəinki bu üç rayonda, bütün şimal-qərb zonasında çox sürətli inkişaf gedir. Bu zonaya həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur. Ancaq əlbəttə ki, burada əsas investisiya qoyuluşunun payı dövlətin üzərinə düşür. Son illərdə bu bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi hesabına çox böyük investisiyalar qoyulubdur. 

daha ətraflı......
 
03.08.2017
Prezident İlham Əliyev Zaqatalada tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. “Azərtütün” MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. 

daha ətraflı......
 
03.08.2017
Prezident İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxdı. Qeyd edildi ki, “Balxurma” müəssisəsinin işçilərinin sayı 15 nəfərdən 85 nəfərə çatdırılacaq. İlkin 5 milyon manat kapital qoyulan müəssisəyə əlavə olaraq 12 milyon manat investisiya cəlb ediləcək. Məhsul daxili bazardan əlavə MDB, Avropa və ərəb ölkələrinə ixrac olunacaq. “Balxurma” müəssisəsinin gələcək planlarına yeni korpusların tikintisi, gündəlik istehsal sayının 45 min ədəd xurmadan 150 min ədəd xurmaya, iş yerlərinin sayının isə 200 nəfərə çatdırılması daxildir.

daha ətraflı......
 
03.08.2017
Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolu istifadəyə verilib

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il istifadəyə verilməsi nəzərdə tutulan və kəndlərarası 40 avtomobil yolu layihələrindən biri olan Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə inşa edilib. İki hərəkət zolaqlı yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti işləri zamanı yolboyu zəruri olan yerlərdə yararsız qrunt təbəqəsi qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək bərkitmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Daha sonra yolun 150 min kvadratmetr sahəsinə ikiqat asfalt-beton örtük döşənib. Layihə çərçivəsində yol boyunca 14 suötürücü boru və uzunluğu 18, eni isə 7 metr olan körpü tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

daha ətraflı......
 
03.08.2017
Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolu istifadəyə verilib

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il istifadəyə verilməsi nəzərdə tutulan və kəndlərarası 40 avtomobil yolu layihələrindən biri olan Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə inşa edilib. İki hərəkət zolaqlı yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti işləri zamanı yolboyu zəruri olan yerlərdə yararsız qrunt təbəqəsi qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək bərkitmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Daha sonra yolun 150 min kvadratmetr sahəsinə ikiqat asfalt-beton örtük döşənib. Layihə çərçivəsində yol boyunca 14 suötürücü boru və uzunluğu 18, eni isə 7 metr olan körpü tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

daha ətraflı......
 
03.08.2017
Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. 

daha ətraflı......
 
02.08.2017
Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir PUTİN dedi: - Hörmətli İlham Heydər oğlu. Sizi bu dəfə Soçidə görməyimə çox şadam. İndicə bizim yeni “Sirius” təhsil mərkəzinin uşaqları ilə görüşdüm. Bu layihənin inkişafından çox şad oldum və Sizə böyük məmnuniyyətlə bu barədə danışacağam. Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam.

 “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək. Bu isə Bakıda avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.

daha ətraflı......
 
22.07.2017
Azərbaycan və Rusiya prezidentlərinin Soçidə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir PUTİN dedi:

- Hörmətli İlham Heydər oğlu. Sizi bu dəfə Soçidə görməyimə çox şadam. İndicə bizim yeni “Sirius” təhsil mərkəzinin uşaqları ilə görüşdüm. Bu layihənin inkişafından çox şad oldum və Sizə böyük məmnuniyyətlə bu barədə danışacağam. Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam.

daha ətraflı......
 
22.07.2017
Azərbaycan və Rusiya prezidentlərinin Soçidə görüşü olub

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir PUTİN dedi:

- Hörmətli İlham Heydər oğlu. Sizi bu dəfə Soçidə görməyimə çox şadam. İndicə bizim yeni “Sirius” təhsil mərkəzinin uşaqları ilə görüşdüm. Bu layihənin inkişafından çox şad oldum və Sizə böyük məmnuniyyətlə bu barədə danışacağam. Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam.

daha ətraflı......
 
21.07.2017
Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində həyata keçiriləcək layihələrlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək layihələrlə tanış olub.

Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verdi.

Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılan ərazidə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir. Səməd Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılan sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılıb. Rayonda müxtəlif nazirlik və komitələrin aidiyyəti struktur vahidlərinin yerləşdirilməsinə başlanıb. Artıq Rayon Polis Şöbəsinin müasir binası istifadəyə verilib. Baş plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub.

daha ətraflı......
 
21.07.2017
“Pirallahı” Günəş Elektrik Stansiyası istifadəyə verilib

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlətimizin başçısına “Pirallahı” Günəş Elektrik Stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verdi.

Bildirildi ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir. Ümumi layihə gücü 12/8 MVt olan layihənin icra müddəti 2014-2020-ci illəri əhatə edir. Birinci mərhələdə 2,8 MVt gücündə “Pirallahı” Günəş Elektrik Stansiyası layihəsinin 1,1 MVt-lıq hissəsi üzrə Pirallahı rayonunun şimal-şərq hissəsində iki hektar torpaq sahəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda stansiya istismar təlimatına uyğun olaraq test rejimində fəaliyyət göstərir və bu il iyunun 1-i tarixinə 1,5 milyon kVt/s elektrik enerjisi istehsal edilib ki, bunun sayəsində 330 min kubmetr təbii qaza qənaət olunub.

daha ətraflı......
 
21.07.2017
Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub

Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda görülən işlər və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, “Nərəkənd” kompleksində inşa olunacaq qapalı və açıq tipli fermalarda yetişdirilən, habelə qanunvericiliyin tələblərinə zidd olmayan qaydada balıqçılar tərəfindən dənizdə tutulan balığın və balıq məhsullarının burada satışının təşkil olunması məqsədilə ərazidə balıqçı qayıqları üçün yanalma pontonları və zəruri normativlərə cavab verən ticarət məntəqəsi - balıq bazarı yaradılıb. Bu məntəqə dörd pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanması üçün lazımi şərait yaradılıb və müvafiq avadanlıq qurulub. Bundan başqa, kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” İdman Klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması nəzərdə tutulub.

daha ətraflı......
 
20.07.2017
Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlətimizin başçısına yeni bina barədə ətraflı məlumat verdilər. Bildirildi ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

daha ətraflı......
 
18.07.2017
Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Prezident İlham Əliyev Rəşid Meredovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir və bütün sahələrdə əlaqələrimizin genişləndirilməsində maraqlıdır. Prezident İlham Əliyev qeyd etdi ki, bunu həm xalqlarımız arasında mövcud olan tarixi əlaqələr, həm də bugünkü reallıqlar zəruri edir və biz bu cür münasibəti Türkmənistan tərəfindən də görürük. 

daha ətraflı......
 
18.07.2017
Ali qonağın şərəfinə
Latviya Prezidenti Raymonds Veyonisin çıxışı

- Zati-aliləri cənab Prezident.

Hörmətli nazirlər, xanımlar və cənablar.

Bu axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlamaqdan şərəf duyuram.

Hörmətli cənab Prezident, Sizin Latviyaya səfəriniz qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ölkələrimiz arasındakı yüksək səviyyəli dialoqun davam etdirilməsi istiqamətində birgə səylərimizin təzahürüdür.

Fürsətdən istifadə edərək, 2017-ci ilin mart ayında Bakıda Latviya nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu illər ərzində mən bir neçə dəfə Azərbaycanda səfərdə olmuşam və Sizin qonaqpərvərliyiniz bizi heyran etməkdə davam edir. Həmin illər ərzində mən Azərbaycanın dinamik inkişafının şahidi olmuşam.

daha ətraflı......
 
18.07.2017
Prezident İlham Əliyev avstriyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasin ölkəmizə səfərinin uğurlu olduğunu, nazirliklərdə və təşkilatlarda keçirilən çoxsaylı məhsuldar görüşləri və onlara göstərilən qonaqpərvərliyi məmnunluqla qeyd etdi. Azərbaycanın çox maraqlı və əməkdaşlıq üçün açıq ölkə olduğunu vurğulayan avstriyalı nazir ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirdi. Sofi Karmasin dedi ki, ölkəsi Azərbaycana müvafiq nou-hauların həyata keçirilməsi işində dəstək verməyə hazırdır. O, iyulun 17-də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olarkən ona ölkəmizdə elektron hökumətlə bağlı maraqlı layihələr barədə məlumat verildiyini dedi. Qonaq bu layihələrin Avstriya üçün çox böyük maraq doğurduğunu və gələcəkdə həmin layihələrin öyrənilməsində və tətbiq edilməsində maraqlı olduqlarını bildirdi.

daha ətraflı......
 
18.07.2017
Ali qonağın şərəfinə

- Zati-aliləri cənab Prezident.

Hörmətli nazirlər, xanımlar və cənablar.

Bu axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlamaqdan şərəf duyuram.

Hörmətli cənab Prezident, Sizin Latviyaya səfəriniz qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ölkələrimiz arasındakı yüksək səviyyəli dialoqun davam etdirilməsi istiqamətində birgə səylərimizin təzahürüdür.

Fürsətdən istifadə edərək, 2017-ci ilin mart ayında Bakıda Latviya nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu illər ərzində mən bir neçə dəfə Azərbaycanda səfərdə olmuşam və Sizin qonaqpərvərliyiniz bizi heyran etməkdə davam edir. Həmin illər ərzində mən Azərbaycanın dinamik inkişafının şahidi olmuşam.

daha ətraflı......
 
17.07.2017
Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Raymonds Veyonisin təkbətək görüşü

İyulun 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.

daha ətraflı......
 
17.07.2017
Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Raymonds Veyonisin təkbətək görüşü

İyulun 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.

daha ətraflı......
 
17.07.2017
Azərbaycan Prezidenti İlham Əliyevin Riqada rəsmi qarşılanma mərasimi olub

İyulun 17-də Latviya Prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

daha ətraflı......
 
13.07.2017
Prezident İlham Əliyev: Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

- İlin birinci yarısı arxada qalıb. Bu gün biz altı ayda görülən işlərə yekun vuracağıq, eyni zamanda, görüləcək işlər haqqında danışacağıq. Bütövlükdə Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib.

Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur.

daha ətraflı......
 
10.07.2017
Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib

İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Konqres ötən il iyulun 15-də Türkiyədə baş verən hadisələr zamanı həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Dünya Neft Şurasının sədri Cozef TOT 1933-cü ildə yaradılan bu qurumun dünya neft sektorunun bütün sahələrini əhatə etdiyini və hər üç ildən bir keçirildiyini bildirdi. Bu dəfə İstanbulda “Enerji gələcəyimizə körpülər” devizi altında təşkil olunan 22-ci Dünya Neft Konqresinə 100-dən çox ölkədən 50 nazirin, 5 mindən çox dövlət nümayəndəsinin və şirkət rəhbərlərinin qatıldığını deyən Cozef Tot Konqres çərçivəsində aparılan müzakirələrin faydalı olacağına əminliyini ifadə etdi.

daha ətraflı......
 
09.07.2017
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi ilə görüşü olub

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.

daha ətraflı......
 
28.06.2017
Azərbaycan Prezidenti İlham Əliyev Varşavada Polşanın Baş naziri ilə görüşüb

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo ilə görüşüb.

Xüsusi müxbiri xəbər verir ki, Baş nazir Beata Şidlo Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd etdi, Azərbaycan-Polşa biznes forumunun iqtisadi əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətini vurğuladı. Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş nazir ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.

daha ətraflı......
 
28.06.2017
Məcburi köçkün ailələrinə Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi olub Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyevanın  çıxışı

-Hörmətli mərasim iştirakçıları, əziz dostlar.

İlk növbədə, sizin hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına əmin-amanlıq, yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Ramazan ayı dünya müsəlmanlarını sülh və birlik yoluna, xeyirxah əməllərə, saf niyyətlərə, mərhəmətə və mənəvi kamilliyə dəvət edir. Ramazan ayı bizim hər birimizi ehtiyacı olan, çətinliklərlə üzləşən insanlara yardım etməyə dəvət edir. Bugünkü görüşümüz bu baxımdan rəmzi məna daşıyır. Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən soydaşlarımızın bir qismi bu gün yeni mənzillərlə təmin olunur, onların yaşayış şəraiti yaxşılaşır. Sizin həyatınızda yeni dövr başlayır. Sizin həyat tərziniz yaxşılaşacaq. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm, yeni mənzillərinizdə sizə xoşbəxt ömür arzulayıram.

daha ətraflı......
 
27.06.2017
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikası Senatının marşalı Stanislav Karçevski ilə görüşüb.

Xüsusi müxbiri xəbər verir ki, Stanislav Karçevski Azərbaycana səfərini və Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayan Senatın marşalı bu əlaqələrə böyük əhəmiyyət verdiklərini söylədi, xalqlarımız arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə etdi. Stanislav Karçevski Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin və bu səfər çərçivəsində keçirilən biznes forumun ikitərəfli əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsi baxımından önəmini vurğuladı. O, Polşanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

daha ətraflı......
 
27.06.2017
Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib

İyunun 27-də Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib.

Müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumun açılış mərasimində iştirak ediblər.

Polşanın iqtisadi inkişaf nazirinin müavini Tadeusz KOSCİNSKİ biznes forumda çıxış edərək dedi:

-Mən hörmətli prezidentləri və bütün qonaqları salamlamaq istəyirəm. İqtisadi İnkişaf Nazirliyi adından bütün iştirakçıları bu gün keçirilən biznes forumda salamlayıram. Bu, birgə keçirilən tədbirdir. Bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edir. Ümidvaram ki, bu gün məhz müzakirələr və fikir mübadilələri bizim iqtisadi inkişafımıza və Azərbaycan ilə Polşa arasındakı iqtisadi əməkdaşlığa zəmin yaradacaq.

daha ətraflı......
 
27.06.2017
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Hörmətli qonaqlar.

Prezident İlham Əliyevi Polşada məmnuniyyətlə salamlayıram. Bu, sırf onunla bağlı deyil ki, o, dövlət başçısıdır. O, həmçinin elə bir insandır ki, Polşa Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Əslində, sonuncu dəfə rəsmi səfər 2008-ci ildə - 9 il əvvəl olmuşdur. Həmin vaxt cənab Prezident ölkə başçısı, professor Lex Kaçinski ilə görüşlər keçirdi. Yaxşı xatirimdədir ki, biz cənab Prezidenti və onun xanımını prezident sarayı qarşısında səmimiyyətlə qarşıladıq. Çox şadam ki, cənab Prezident, Siz yenidən Varşavadasınız.

daha ətraflı......
 
27.06.2017
Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü

İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Müxbiri xəbər verir ki, görüşdə Polşa Prezidenti ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirən Prezident Andjey Duda bu sahədə imkanların araşdırılması baxımından Azərbaycan-Polşa biznes forumunun və imzalanan sənədlərin əhəmiyyətini vurğuladı.

daha ətraflı......
 
27.06.2017
Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi

İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.

Xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəldi.

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Polşanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olundu.

daha ətraflı......
 
25.06.2017
Möhtəşəm Formula-1 Azərbaycan Qran-Prisi uğurla başa çatıb Prezident İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb

Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Azərbaycan Qran-Prisi iyunun 25-də uğurla başa çatdı. Odlar yurdunun paytaxtı Bakı öz tarixində növbəti dəfə mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün dünyanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsinin - Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

daha ətraflı......
 
25.06.2017
Azərbaycan Prezidenti İlham Əliyev Formula-1-in rəhbər şəxslərini qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Formula-1-in sədri və icraçı direktoru Çeyz Kerini, Formula-1 Motorsportun direktoru Rous Braunu və Formula-1-in kommersiya və marketinq üzrə direktoru Şon Bratçesi qəbul edib.

Formula-1 yarışlarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı dedi ki, ötənilki yarışlardan sonra ölkəmizdə turizm sahəsində 25 faiz artım olub. Prezident İlham Əliyev Bakıda Formula-1 yarışlarının şəhər halqası trekində keçirilməsinin paytaxtımızın daha da yaxından tanınmasına imkan yaratdığını bildirdi. Dövlətimizin başçısı yarışların dünyada böyük sayda tamaşaçı auditoriyası tərəfindən izlənildiyini vurğuladı.

daha ətraflı......
 
25.06.2017
Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolun açılışında iştirak edib.

Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yeni yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, üç hərəkət zolaqlı yolun inşası zamanı layihəyə uyğun olaraq yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb. Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun hər iki tərəfində səkilər salınıb, müasir işıqlandırma dirəkləri qoyulub. Layihə çərçivəsində burada avtobus dayanacağı quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, eyni zamanda, qısa vaxtda yerinə yetirilib.

daha ətraflı......
 
24.06.2017
Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyasının “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.

Ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov Ümummilli Liderlə söhbətlərin çox maraqlı keçdiyini bildirdi. Qonaq Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirdi.

daha ətraflı......
 
24.06.2017
Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dövlətimizin başçısı İlham Əliyev Jan-Fransua Manselin ölkəmizə səfərinin Fransa-Azərbaycan əlaqələri haqqında bir daha danışmaq üçün yaxşı fürsət yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə, o cümlədən Fransanın siyasi dairələrinə çatdırdığına və Fransa-Azərbaycan əlaqələrinin inkişafında oynadığı çox böyük rola görə Jan-Fransua Manselə təşəkkür etdi. Dövlətimizin başçısı Fransa parlamentini təmsil edən nümayəndə heyətlərinin ölkəmizə müntəzəm səfərlərinin önəmini qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında özünün Fransaya builki rəsmi səfərinin xüsusi yer tutduğunu vurğulayan Prezident İlham Əliyev səfərin yüksək səviyyədə keçdiyini və çox uğurlu olduğunu, Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox səmimi söhbət aparıldığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurlu olacağına əminliyini ifadə etdi.

daha ətraflı......
 
23.06.2017
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Xalqımız həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilmişdir. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. Mübarək Ramazan günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı dərgahında qəbul olunmasını arzu edirəm.

 

daha ətraflı......
 
23.06.2017
Şirvan şəhərində tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalı zavodu istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında iştirak edib.

Müdafiə sənayesi naziri Yavər Camalov müəssisə barədə dövlətimizin başçısına məlumat verdi. Zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, bundan başqa açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ - qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.

daha ətraflı......
 
23.06.2017
Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışını edib

İyunun 23-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.

 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev açılış mərasimində iştirak edib.

Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verdi ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.

daha ətraflı......
 
23.06.2017
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib.

Prezident İlham Əliyevə məlumat verildi ki, hərbi hissədəki yeni binaların inşasına 2012-ci ildə başlanıb və 2017-ci ilin mayında inşaat işləri başa çatdırılıb. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Binalar mərkəzləşdirilmiş mühəndis kommunikasiya, o cümlədən elektrik, su-kanalizasiya, havalandırma sistemləri, mebel və inventarlarla təchiz edilib. Ərazidə avtomobil parkı, atış şəhərciyi, qarovul məntəqəsi, anbarlar, müasir hamam-camaşırxana kompleksi də yaradılıb. Həmçinin hərbi hissədə 8 min kvadratmetr ərazidə sıra meydanı da var. Hərbi hissənin tədris bölməsində atəş, rabitə, taktiki hazırlıq, avtomobillərin idarə edilməsi, yol hərəkətinin təşkili və aşpazların hazırlanması sinifləri də hərbçilərin istifadəsinə verilib. Sinif otaqlarının hamısı zəruri inventar, o cümlədən əyani vəsaitlə təchiz olunub. Hərbi hissənin həyətində idman qurğuları da quraşdırılıb. Gələcəkdə burada dördmərtəbəli kazarmanın inşası planlaşdırılır.

daha ətraflı......
 
22.06.2017
Azərbaycan və Moldova prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, əziz dostlar.

Moldova nümayəndə heyətini Azərbaycanda bir daha səmimi qəlbdən salamlamaq istəyirəm. Prezidentin səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərdə çox mühüm hadisədir. Əminəm ki, bu səfər Moldova-Azərbaycan münasibətlərinin dinamik inkişafına yaxşı təkan verəcək.

Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə etdik və gələcək birgə fəaliyyətimizin yollarını müəyyənləşdirdik. Biz bundan sonra da siyasi əlaqələri möhkəmləndirəcək və beynəlxalq qurumlarda birgə fəal işləyəcəyik. Prezidentin səfəri bizim bir-birimizə qarşılıqlı hörmətimizin və qarşılıqlı marağımızın göstəricisidir. Onu da qeyd etmək istərdim ki, Moldova Prezidenti cənab Dodonun Azərbaycana rəsmi səfəri onun ilk rəsmi səfərlərindən biridir. Biz onun ölkəmizə gəlişini Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.

daha ətraflı......
 
22.06.2017
Prezident İlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olub

İyunun 22-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti İqor Dodonun geniş tərkibdə görüşü olub.

Ali qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin gəlişinizə çox şadam. Biz artıq ikitərəfli münasibətlərin mühüm məsələlərinə, regional problemlərə dair fikir mübadiləsi aparmışıq. Bu gün biz artıq işimizi geniş tərkibdə davam etdiririk. Əminəm ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq. Bunun üçün çox böyük potensial var. Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur.

daha ətraflı......
 
21.06.2017
Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilmiş, tikintisi aparılan və layihələndirilən müasir məhkəmə binaları və kompleksləri barədə məlumat verdi.

daha ətraflı......
 
19.06.2017
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Dövlətimizin başçısı dedi: “Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törətmiş və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olmuşdur. Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab vermiş və bunun nəticəsi sizə məlumdur.

daha ətraflı......
 
01.06.2017
“Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yolasalma mərasimi olub

“Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlətimizin başçısına “Şahdəniz Mərhələ 2” və “Cənub Qaz Dəhlizi” layihələri ilə bağlı görülən işlər barədə məlumat verdilər.

daha ətraflı......
 
31.05.2017
Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının “Qubadlı” və “Cəbrayıl” adlı yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, “Qubadlı” və “Cəbrayıl” təchizat gəmiləri bu tip gəmilərin tikintisi üzrə dünyanın qabaqcıl müəssisələrindən sayılan Norveçin “STX Norway Offshore” gəmiqayırma zavodunda inşa edilib. Gəmilərin hər ikisi müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulub. 

daha ətraflı......
 
31.05.2015
Azərbaycan Prezidenti İlham Əliyev XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 31-də Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak ediblər.

Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr var. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edir. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.

daha ətraflı......
 
30.05.2017
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanı qəbul edib.

daha ətraflı......
 
30.05.2017
Prezident İlham Əliyev Bakının Yasamal rayonunda yeni tikilən yolların açılışında iştirak edib

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına “Bakı şəhəri, keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsinin birinci mərhələsi üzrə görülən işlər barədə məlumat verdi.

 

daha ətraflı......
 
30.05.2017
Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın uzun illərdir Statoil şirkəti ilə uğurla əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı şirkətin baş icraçı direktoru Eldar Saetre ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Bakıda keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Statoil şirkətinin ənənəvi olaraq bu sərgidə iştirak etdiyini vurğuladı.

daha ətraflı......
 
29.05.2017
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib. 

Dövlətimizin başçısı Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran Prezidentinə və xalqına təbriklərini çatdırmış, Həsən Ruhaniyə Prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə etmişdir.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirmiş, öz növbəsində müqəddəs Ramazan ayı və 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etmiş, xalqımıza firavanlıq diləklərini çatdırmışdır.

daha ətraflı......
 
26.05.2017
28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib Prezident İlham Əliyev rəsmi qəbulda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına yeni uğurlar, qələbələr arzulayıram.

Doxsan doqquz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi.

Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək üçün bu yaxınlarda mənim tərəfimdən Sərəncam imzalanmışdır.

daha ətraflı......
 
23.05.2017
IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

-Əziz dostlar.

“Bakı-2017” İslam Həmrəyliyi Oyunları başa çatdı. Azərbaycan bu Oyunlarda növbəti qələbə qazandı. Bu parlaq qələbə münasibətilə bütün idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edirəm və sizə yeni qələbələr, yeni uğurlar arzulayıram.

Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır.

daha ətraflı......
 
22.05.2017
Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.

Mayın 22-də Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən Oyunların təntənəli bağlanış mərasimi keçirildi.

Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri hərarətlə salamladılar.

daha ətraflı......
 
22.05.2017
Prezident İlham Əliyev Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.

daha ətraflı......
 
21.05.2017
Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilir

Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti işə başlayıb.

daha ətraflı......
 
15.05.2017
“Bakı-2017”: Cüdo üzrə komanda yarışlarında Azərbaycanın kişi idmançıları qızıl, qadın atletləri gümüş medal qazanıblar Azərbaycan idmançılarına medalları Prezident İlham Əliyev təqdim edib

Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarının sonuncu günündə komandalar qələbə uğrunda mübarizə aparıblar.

 Azərbaycanın kişilərdən ibarət milli komandası yarışı qızıl, qadın yığmamız isə gümüş medallarla başa vurublar.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva kişi cüdoçular arasında komanda yarışının final qarşılaşmasına baxıblar.

Milli komandamız gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Əlcəzair yığmasına 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Yarışda Azərbaycanı Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+90 kq) təmsil ediblər.

 

daha ətraflı......
 
11.05.2017
Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev Oyunları açıq elan edib

Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın – IV İslam Həmrəyliyi Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.

Tamaşaçılar açılış mərasiminin keçirildiyi Bakı Olimpiya Stadionuna daxil olaraq yerlərini tutdular.

Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər əyləşmişdilər.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq işləri görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Tam əminliklə demək olar ki, “Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.

daha ətraflı......
 
11.05.2017
Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub

Mayın 11-də Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə küçənin yenidən qurulması işlərini əks etdirən stendə baxdılar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, dövlətimizin başçısının “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin iyulunda imzaladığı Sərəncama əsasən qəsəbənin mərkəzi Səməd Vurğun küçəsinin yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən icra edilib. Uzunluğu 8 kilometr olan 4 zolaqlı yolun yenidənqurmadan əvvəlki eni 6-7 metr olub. Yenidənqurmadan sonra isə yolun eni 18 metrə çatdırılıb. Bu isə nəqliyyat vasitələrinin rahat hərəkətinə, piyadaların təhlükəsizliyinin təmin edilməsinə, eyni zamanda, tıxacların qarşısının alınmasına geniş imkan yaradır.

daha ətraflı......
 
10.05.2017
Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Prezident İlham Əliyevin nitqi

-Hörmətli xanımlar və cənablar. 

Əziz dostlar.

Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsinə bir daha dərin ehtiramını ifadə edir. Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir. 1969-cu ildə ilk dəfə sovet Azərbaycanına rəhbərliyə başlayanda ovaxtkı Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri demək olar ki, sovet məkanında ən aşağı səviyyədə idi. Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində Azərbaycan Respublikası ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir və əgər Sovet İttifaqında Rusiya Federasiyasından başqa iki özünü təmin edən və donor respublika var idisə, onlardan biri Azərbaycan idi.

daha ətraflı......
 
10.05.2017
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış oldular.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevə 2008-2017-ci illərdə salınan yaşıllıqlar barədə məlumat verdi. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq, bu illərdə ölkədə ümumilikdə 5 milyon 200 minə yaxın ağac əkilib. Həmin ağacların əkildiyi sahələr damcılı suvarma sistemi ilə təchiz edilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə daha çox üstünlük verilib. Təkcə bu ilin ötən dövründə ölkədə aqrobağların yaradılması məqsədilə 1 milyondan çox aqrar əhəmiyyətli ağaclar əkilib.

daha ətraflı......
 
06.05.2017
Tanınmış alim, akademik Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında respublikamızın tanınmış kimyaçı alimi, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri vida mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verdilər.

Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxundu.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışdı. Bildirdi ki, Rəfiqə Əliyeva Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Onun rəhbərliyi altında çox önəmli elmi-tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.

daha ətraflı......
 
05.05.2017
Azərbaycan Prezidenti İlham Əliyev Mali Prezidenti İbrahim Boubakar Keita ilə görüşüb

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keita ilə görüşüb.

daha ətraflı......
 
01.05.2017
Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev yeni kampusda görülən işləri əks etdirən stendlərlə tanış oldu.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər. Bildirildi ki, 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib. Təhsil kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusunu, kitabxana kompleksini, kütləvi tədbirlər üçün akt zalını, idarəetmə bölmələrinin yerləşdiyi binanı, yeməkxananı, uşaq bağçasını, ən müasir tələblərə cavab verən və qapalı idman zallarından, qapalı üzgüçülük hovuzundan, açıq tennis, voleybol, basketbol meydançalarından və stadiondan ibarət idman və 400 nəfərlik yataqxana kompleksini birləşdirir.

daha ətraflı......
 
26.04.2017
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini və bu səfər zamanı İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və digər rəhbər şəxslərlə səmərəli görüşlərini məmnunluqla xatırladı. Nazir Xalid Əbdüləziz Əl Falih ilə bu il Davosda keçirdikləri görüşü də xatırlayan dövlətimizin başçısı onun ölkəmizə səfərinin Azərbaycanla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin getdikcə daha da möhkəmləndiyini vurğuladı, mövcud əməkdaşlığımızın davam etdirilməsinin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlı olduğunu dedi

daha ətraflı......
 
28.04.2017
Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub

Qeyd edək ki, karbamid zavodu layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilir. Bu zavodun təməli 2011-ci ilin dekabrında dövlətimizin başçısı tərəfindən qoyulub. Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci ildə beynəlxalq açıq tender elan edilib və tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering Co. Ltd.” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarkanın və Niderlandın şirkətləri çıxış edir. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə beynəlxalq açıq tender vasitəsilə seçilmiş Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb.

daha ətraflı......
 
26.04.2017
Prezident İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, XIX əsrdə burada “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur. Hələ qədim dövrlərdən Azərbaycan dünyada neftin vətəni sayılırdı. Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırdı. XIX əsrin əvvəllərindən etibarən neft quyularının daha mütərəqqi üsullarla qazılması istiqamətində araşdırmalara başlanıldı. 1840-cı illərdə daha mütərəqqi üsullarla quyular qazmaq və neft hasilatını artırmaq üçün yollar axtarılırdı

daha ətraflı......
 
18.04.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva aprelin 18-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko ilə görüşüb.

Pyotr Qlıboçkonu salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə qurulan əməkdaşlıqdan, bu təhsil ocağının Bakıdakı filialının fəaliyyətindən danışdı, filialın yaradılması ilə bağlı layihənin çox uğurlu olduğunu dedi.

Son illərdə ölkəmizin səhiyyə sistemində mühüm işlərin görüldüyünü, bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Azərbaycanın Birinci vitse-prezidenti bildirdi ki, indi əsas vəzifə səhiyyə sistemində çalışanların peşəkarlığını daha da artırmaqdır. Mehriban Əliyeva bu baxımdan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinin əhəmiyyətinə toxundu və burada təhsil alan tələbələrin gələcəkdə Azərbaycanın səhiyyə sisteminə töhfələr verəcəyinə əminliyini ifadə etdi.

daha ətraflı......
 
17.04.2017
Prezident İlham Əliyev Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib.

Bu gün ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və bir çox sahələri əhatə etməsi müşahidə olunur. Bu sırada Azərbaycanda balıqçılıq sənayesinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə qədim ənənələri olan balıqçılıq sənayesində yeni texnologiyaların tətbiq olunması, dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması indi qarşıda duran prioritet məsələlərdən biridir. Digər tərəfdən bu sənaye sahələrinin regionlarda inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması bölgələrdə başlanan inkişaf proseslərinin daha güclü xarakter almasına imkan verir.

daha ətraflı......
 
17.04.2017
Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib

Prezident İlham Əliyevin giriş nitqi

-Bu gün Yevlax rayonunda qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsi keçirilir. Bu müşavirənin böyük əhəmiyyəti var. Əminəm ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılmışdır, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilmişdir, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik. Birinci müşavirə Yevlax rayonunda keçirilir. 

daha ətraflı......
 
17.04.2017
Prezident İlham Əliyev Yevlaxda Aran Regional İnkişaf Mərkəzinin təqdimat mərasimində iştirak edib

Aprelin 17-də Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzinin təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdimat mərasimində iştirak edib.

Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektor xüsusi rol oynayır və bu baxımdan sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Son illərdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, dövlət dəstəyinin genişləndirilməsi ilə bağlı görülmüş işlər, real sektora göstərilən maliyyə dəstəyi, sahibkarlığın dəstəklənməsi məqsədilə institusional mexanizmlərin yaradılması belə tədbirlərdəndir

daha ətraflı......
 
16.04.2017
Varvara Su Elektrik Stansiyası yenidənqurmadan sonra istismara verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısının rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu işlərin nəticəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemində də köklü dəyişikliklər aparılır, əsaslı islahatlar həyata keçirilir. Bu istiqamətdə görülən işlərin arasında yeni su elektrik stansiyalarının inşası, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulmasına xüsusi diqqət yetirilir. Yevlaxda Varvara Su Elektrik Stansiyasının yenidən qurulması da bu qəbildən olan tədbirlərdəndir. Bu layihələrin icrası həm bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına və əlavə iş yerlərinin açılmasına zəmin yaradır.

daha ətraflı......
 
16.04.2017
Yevlax rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu istifadəyə verilib

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.

daha ətraflı......
 
16.04.2017
Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonunda Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib.

daha ətraflı......
 
15.04.2017
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə Azərbaycan Prezidenti İlham Əliyev kəskin reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib. 

daha ətraflı......
 
13.04.2017
Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprelin 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, müxtəlif təyinatlı 25 döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

daha ətraflı......
 
13.04.2017
Azərbaycan Prezidenti İlham Əliyev Hacı Cavad məscidinin sökülməsinin dayandırılması və vəziyyətin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Bu haqda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub. Dövlətimizin başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin sökülməsinin dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

daha ətraflı......
 
06.04.2017
Prezident İlham Əliyev Rusiyanın Stavropol vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

daha ətraflı......
 
06.04.2017
Prezident İlham Əliyev “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.

daha ətraflı......
 
05.04.2017
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti Xəzərdən başlandı Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud ilə görüşdülər.

Bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.

daha ətraflı......
 
05.04.2017
Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın dövlət idarəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının fəaliyyətinə toxunan dövlətimizin başçısı ticari-iqtisadi münasibətlərimizin bundan sonra necə inkişaf etdirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd etdi, bu baxımdan ölkələrimizdə lazımi potensialın mövcud olduğunu bildirdi. Prezident İlham Əliyev investisiya qoyuluşu məsələlərinin də böyük maraq doğurduğunu vurğuladı.

daha ətraflı......
 
03.04.2017
Prezident İlham Əliyev Serbiyanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.

Səfir Neboyşa Rodiç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini dövlətimizin başçısına təqdim etdi.

Səfir dövlətimizin başçısına Ali ordenə layiq görülməsi münasibətilə Serbiyanın Prezidenti Tomislav Nikoliçin təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Ali ordenə layiq görülməsini yüksək qiymətləndirdi və təbriklərə görə minnətdarlığını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı İlham Əliyev Prezident Tomislav Nikoliçin Azərbaycana səfəri və onunla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırladı.

daha ətraflı......
 
03.04.2017
Azərbaycan Prezidenti İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu qəbul edib.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğuladı.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səuda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd etdi.

daha ətraflı......
 
03.04.2017
Birinci vitse-prezident Mehriban Əliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

-Hörmətli zabitlər, hörmətli əsgərlər.

Ötən ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Siz, sizin yoldaşlarınız, Azərbaycan əsgərləri bu təxribatın qarşısını aldınız, düşmənə layiqli cavab verdiniz. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

Bir il bundan əvvəl azad etdiyiniz torpaqlarda bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqlar. Bu, tarixi bir hadisədir, tarixi qələbədir. Bu gün bütün Azərbaycan xalqı sizinlə fəxr edir.

daha ətraflı......
 
03.04.2017
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib

Hörmətli Nursultan Abişeviç, hörmətli qonaqlar, əziz dostlar.

Bu gün bizim münasibətlərimizin tarixində çox əlamətdar gündür. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə böyük hadisədir. Səfər çox uğurlu, səmərəli olub, yaxşı nəticələr verib. Biz bu gün bu barədə artıq mətbuata və ictimaiyyətə məlumat vermişik. Mən böyük məmnuniyyətlə elan edirəm ki, bu gün Nursultan Abişeviç Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı imzalanıb.

“Heydər Əliyev” ordeni Azərbaycan dövlətinin ali mükafatıdır və mənə çox xoşdur ki, bu gün həmin mükafatı Heydər Əliyevin böyük dostu və Azərbaycan xalqının, Azərbaycanın dostu Nursultan Abişeviç Nazarbayevə təqdim edirəm. Nursultan Abişeviç, bu, həm də ona görə rəmzi xarakter daşıyır ki, Siz uzun illər boyu Heydər Əliyev ilə dostluq etmisiniz və onunla birlikdə işləmisiniz. Siz Sovet dövründə də həmişə ünsiyyət saxlayırdınız. Atamın söhbətlərindən xatırlayıram ki, sizin aranızda həmişə çox səmimi və yaxın münasibətlər olub. Ölkələrimizin müstəqilliyi dövründə də sizin aranızda həmişə xüsusi münasibətlər olub. Bunu bizim vətəndaşlar da bilirdi və indi də bilirlər, MDB məkanında da bunu bilirlər. Əslində, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsasını siz ikiniz qoymusunuz.

daha ətraflı......
 
03.04.2017
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

daha ətraflı......
 
03.04.2017
Prezident İlham Əliyevin və Prezident Nursultan Nazarbayevin geniş tərkibdə görüşü olub

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin geniş tərkibdə görüşü olub.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

-Hörmətli Nursultan Abişeviç, hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sağ olun ki, bizim dəvətimizi qəbul edərək ölkəmizə səfərə gəlmisiniz.

Bu səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Mən, ilk növbədə, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Sizi bir daha təbrik etmək istərdim. Bu, dünya miqyaslı məsələlərdə Qazaxıstanın rolunun, Sizin şəxsi nüfuzunuzun etiraf edilməsi və təkcə bizim regionda deyil, bütövlükdə planetdə sülhün möhkəmlənməsi üçün Sizin irəli sürdüyünüz təşəbbüslərin tanınması deməkdir.

daha ətraflı......
 
03.04.2017
Prezident İlham Əliyevin və Prezident Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü

Aprelin 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.

Prezident İlham ƏLİYEV ali qonağı salamlayaraq dedi:

-Nursultan Abişeviç, xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyə çox şadam. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Bizim münasibətlərimiz çox uğurla inkişaf edir. Biz bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, beynəlxalq aləmdə həmişə bir-birimizi dəstəkləyir, regionda çoxsaylı mühüm birgə tədbirlər, təşəbbüslər həyata keçiririk.

daha ətraflı......
 
03.04.2017
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub.

daha ətraflı......
 
31.03.2017
Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib

Bir il bundan əvvəl Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Onların arasında azyaşlı bir qız uşağı da həlak olmuşdur. Bu, növbəti təxribat idi. Ondan əvvəlki dövrlərdə də Ermənistana beynəlxalq təzyiq gücləndikcə onlar bu cür təxribatlara əl atırdılar. 2014-cü ilin noyabr ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu onlara tutarlı cavab vermişdir. Onların keçənilki təxribatı daha da genişmiqyaslı idi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik.

daha ətraflı......
 
28.03.2017
Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə iştirak edib

- Biz bugünkü müşavirədə ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik. Bildiyiniz kimi, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır. Uzun fasilədən sonra pambıqçılığa dair birinci müşavirəni keçən il Sabirabad şəhərində keçirdik. Bu il Saatlı şəhərində keçiririk. Bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir. Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük. Əvvəlki illərdə Saatlı rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülübdür. Rayonun infrastrukturu tamamilə yenidən qurulubdur. Elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşıb. Bu gün açılışında iştirak etdiyim yeni yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm də bütün təsərrüfatlara fasiləsiz elektrik enerjisini verməklə, əlbəttə ki, böyük bir inkişafa yol açır. Eyni zamanda, Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu problemdən əziyyət çəkirdi. Şəhərin cəmi 30 faizi su ilə təmin olunurdu, özü də gündə 2-3 saat. İndi isə fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir.

daha ətraflı......
 
26.03.2017
Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinqin etimadnaməsini qəbul edib.

daha ətraflı......
 
26.03.2017
Prezident İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Portuqaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paula Leal da Silvanın etimadnaməsini qəbul edib.

daha ətraflı......
 
18.03.2017
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

Bakıda keçirilən V Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçıları da Novruz şənliyinə qatılıblar.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Bahar qız Azərbaycan Prezidentinə Novruz xonçası təqdim etdi, dövlətimizin başçısına və xanımına bayram münasibətilə təbriklərini çatdırdı.

daha ətraflı......
 
09.03.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

-Hörmətli müşavirə iştirakçıları.

Sizin hər birinizi salamlayıram. Bugünkü görüşümüz qaçqınların və məcburi köçkünlərin probleminin həllinə həsr olunub.

Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.

daha ətraflı......
 
05.03.2017
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
İran Prezidenti Həsən Ruhaninin bəyanatı

-Bismillahir rəhmanir rəhim. 

Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyevi və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyətini Tehrana gəlişi münasibətilə salamlayır və “Xoş gəlmisiniz” deyirəm.

Son üç il ərzində Azərbaycan-İran əlaqələri yüksək səviyyədə inkişaf edib. Bu əlaqələr istər siyasi, ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edib, istərsə də iqtisadi və mədəni sahədə genişlənib. Son 10 ay ərzində ticarətin həcmi iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olmaqla, hər iki dövlətin bu əlaqələrin vüsət tapması üçün səylərini nümayiş etdirir. Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır.

daha ətraflı......
 
05.02.2017
Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə danışıqları olub

Xüsusi müxbirimiz xəbər verir ki, martın 5-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

İran Prezidenti Həsən RUHANİ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətinə çox “Xoş gəlmisiniz” deyirəm. Sizi görməyə çox şadam.

Cənab Prezident və nümayəndə heyətinin üzvləri ilə bizim burada keçirdiyimiz görüş bir başlanğıc olmuşdur. Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq.

daha ətraflı......
 
05.03.2017
Azərbaycan Prezidenti İlham Əliyevin və İranın Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

daha ətraflı......
 
01.03.2017
Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edib

Prezident İlham Əliyevin çıxışı

-Zati-aliləri, əziz dostlar.

Əvvəlcə qonaqpərvərliyə və İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkil edilməsinə görə Zati-aliləri Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Nəvaz Şərifə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan 2006-cı və 2012-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının iki Zirvə görüşünə ev sahibliyi edib. İqtisadi Əməkdaşlıq Təşkilatının 2012-ci ildə Bakıda keçirilmiş sonuncu Zirvə görüşündə ölkəmiz sədrliyi öz üzərinə götürmüşdür. Bu, bizim İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa olan qəti sadiqliyimizin göstəricisidir. İqtisadi Əməkdaşlıq Təşkilatı xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üzrə siyasi iradəmizin məhsuludur. İqtisadi Əməkdaşlıq Təşkilatının uğurlu fəaliyyəti birgə maraqlarımıza cavab verir. Ölkələrimizin xalqlarını birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir.

daha ətraflı......
 
28.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə təkbətək görüşü olub.

Xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Məhəmməd Nəvaz Şərifə yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Məhəmməd Nəvaz Şərifin Bakıya uğurlu səfəri xatırlandı.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulandı.

daha ətraflı......
 
25.02.2017
Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına

Hörmətli qurultay nümayəndələri!

Əziz dostlar!

Sizi Avropa Azərbaycanlıları Konqresinin növbəti ali toplantısının işə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Təqdirəlayiq haldır ki, 2004-cü ildə təsis olunmuş Konqres Avropa ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlanması və diaspor qurumlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparmış, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində uğurlar qazanmışdır.

daha ətraflı......
 
27.02.2017
Azərbaycan-Qətər sənədləri imzalanıb

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

Xüsusi müxbiri xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

daha ətraflı......
 
27.02.2017
Azərbaycan Prezidentinin və Qətər Əmirinin geniş tərkibdə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin fevralın 27-də geniş tərkibdə görüşü olub.

daha ətraflı......
 
24.02.2017
Prezident İlham Əliyev Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan ilə Cibuti arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlətimizin başçısı Cibuti Respublikası parlamentinin Xocalı soyqırımının tanınması barədə qəbul etdiyi qərara görə minnətdarlığını bildirdi, bunu qardaşlıq münasibətlərimizin və ölkəmizə dəstəyin mühüm göstəricisi kimi dəyərləndirdi. Ondan çox ölkənin artıq Xocalı soyqırımını tanıdığını vurğulayan Prezident İlham Əliyev bunun tarixi həqiqətlərin doğru əks etdirilməsi və bu dəhşətli cinayəti törədənlərin mühakiməsi baxımından əhəmiyyətini qeyd etdi. 

daha ətraflı......
 
22.02.2017
Şotlandiya parlamenti Xocalı faciəsinə siyasi qiymət verib

Xəbər verildiyi kimi, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər ediblər.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, səfər zamanı Şotlandiya Parlamentində bir sıra görüşlər keçirilib, parlamentin sədri və fraksiyalarının rəhbərləri ilə işgüzar danışıqlarda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşlərdə şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya Parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı soyqırımına siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin qanlı qırğına siyasi qiymət verilməsi haqqında Qətnamənin mətni Parlamentin saytında yerləşdirilib.

daha ətraflı......
 
22.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin Bakıda təşkil olunmasının artıq yaxşı ənənə halı aldığını dedi. Bu görüşlərin praktiki müzakirələrin aparılması baxımından vacibliyini qeyd edən Prezident İlham Əliyev bunu həm də layihənin uğurlu icrasının göstəricisi kimi dəyərləndirdi. Ötən dövr ərzində bir çox işlərin görüldüyünü bildirən dövlətimizin başçısı layihənin artıq yekun mərhələyə çox yaxın olduğunu qeyd etdi. Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqanın sabah Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakının əhəmiyyətini vurğulayaraq, bunun ABŞ hökumətinin layihəyə davamlı dəstəyinin yaxşı göstəricisi olduğunu dedi.

daha ətraflı......
 
21.02.2017
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edərək deyib:

-Bu gün mənim Sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır.

daha ətraflı......
 
20.02.2017
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib

Xəbər verdiyimiz kimi, fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edib.

Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Panel-müzakirənin moderatoru, Avrasiya Qrupunun sədri və təsisçisi Yan BREMMER Avrasiya regionunun əhəmiyyəti və bu regionda gedən proseslər barədə məlumat verdikdən sonra tədbirin qonaqlarını təqdim edərək dedi:

-Mən böyük məmnuniyyətlə çox mötəbər şəxslərdən ibarət bir qrupu sizə təqdim etmək istəyirəm. Burada toplaşmağımızın əsas məqsədi məlumdur. Münxen Təhlükəsizlik Konfransı xüsusilə qeyri-müəyyənlik və suallar ilə doludur.

daha ətraflı......
 
18.02.2017
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib

Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

daha ətraflı......
 
18.02.2017
Azərbaycan Prezidenti İlham Əliyevin Münxendə BMT-nin baş katibi Antonio Quterreş ilə görüşü olub

Baş katib Antonio Quterreş BMT-nin qaçqınlar üzrə ali komissarı kimi Azərbaycana səfərlərindən, Prezident İlham Əliyev ilə görüşlərindən məmnunluqla bəhs etdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ilə maraqlandı. Prezident İlham Əliyev bu məsələ ilə bağlı BMT-nin baş katibinə məlumat verdi. Dövlətimizin başçısı hələ ki, danışıqlar prosesində ciddi irəliləyişin olmamasından təəssüfləndiyini bildirdi. Son zamanlar Ermənistan tərəfinin danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu dedi. Prezident İlham Əliyev ötən ilin aprelində təmas xəttində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribata cavab verdiyini və nəticədə torpaqlarımızın bir hissəsinin işğaldan azad olunduğunu bildirdi. Dövlətimizin başçısı fevralın 20-də keçiriləcək və qondarma “Dağlıq Qarabağ respublikası”nın “konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum”un qeyri-qanuni olduğunu, bir sıra təşkilatların bu məsələyə etiraz etdiyini dedi. Bildirdi ki, bu, bir daha Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmadığını sübut edir.

daha ətraflı......
 
17.02.2017
Azərbaycan Prezidenti İlham Əliyevin Əl-Cəzirə televiziyasına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Əl-Cəzirə televiziyasına müsahibə verib.

- Cənab Prezident, xoş gördük. Əvvəlcə Qarabağ problemindən başlayaq. Bu problem bölgədə gərginliyə səbəb olur və Azərbaycanın bütün həyatına öz təsirini göstərir. Problemin həllinə yönələn regional səylər var və bu cəhdlər indi hansı mərhələdədir, Qarabağ probleminin həlli ilə bağlı Sizin baxışlarınız nədən ibarətdir?

- Əvvəlcə, əlbəttə ki, auditoriyanı bu məsələnin tarixi barədə məlumatlandırmaq istəyirəm. Qarabağ Azərbaycanın qədim və tarixi hissəsidir. Bir çox əsrlər boyu azərbaycanlılar bu torpaqda yaşayıb-yaradıblar. XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibinə daxil oldu. Ermənilər isə İrandan və Şərqi Anadoludan Azərbaycan torpaqlarına, hazırda Dağlıq Qarabağ adlanan əraziyə köçürüldülər. XX əsrin əvvəllərində bolşevik inqilabının nəticəsində Azərbaycan Sovet İttifaqının bir hissəsi oldu və sonra isə sovet hökuməti tərəfindən Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması barədə qərar qəbul edildi. 

daha ətraflı......
 
17.02.2017
Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin görüşü

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin görüşü olub.

Görüşdə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərini məmnunluq hissi ilə xatırlatdı, keçirilən görüşlərdə səmərəli fikir mübadiləsinin aparıldığını vurğuladı. Səfər çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini deyən Xorvatiya Prezidenti hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlığımızı daha da genişləndirəcəyini diqqətə çatdırdı. Xorvatiyanın enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən informasiya texnologiyaları, gəmiqayırma, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyən Kolinda Qrabar-Kitaroviç ölkəsinin həyata keçirdiyi enerji layihələrində Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyini vurğuladı.

daha ətraflı......
 
17.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib

Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İŞİNGER müxtəlif ölkələrdən siyasətçilərin, biznes strukturlarının nümayəndələrinin, elm adamlarının iştirak etdiyi bu konfransda təhlükəsizlik, enerji və digər sahələrə aid mühüm məsələlərin müzakirə olunduğunu bildirdi. Konfrans çərçivəsində enerji məsələləri ilə bağlı xüsusi “dəyirmi masa”nın keçirilməsinin əhəmiyyətini qeyd edən V.İşinger Münxen Təhlükəsizlik Konfransını uzun müddətdir dəstəkləyən və onun dostu olan Prezident İlham Əliyevi salamlayaraq dedi:

-Cənab Prezident, Siz bu konfransda dəfələrlə çıxış etmisiniz. Sizin ekspert biliyiniz təkcə enerji sahəsində vacib rol oynayan ölkənin rəhbəri kimi yox, ölkəyə on dörd il başçılıq edən bir şəxs kimi də bizim üçün vacibdir. Ölkəniz Avrasiya təhlükəsizliyinin və siyasətinin sərhədləri üzərində yerləşir. Ölkənizə səfər etdikdə mənə dəfələrlə vaxt ayırdığınıza görə Sizə necə minnətdar olduğumu burada toplaşan insanlara çatdıra bilmirəm.

daha ətraflı......
 
17.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib

Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İŞİNGER müxtəlif ölkələrdən siyasətçilərin, biznes strukturlarının nümayəndələrinin, elm adamlarının iştirak etdiyi bu konfransda təhlükəsizlik, enerji və digər sahələrə aid mühüm məsələlərin müzakirə olunduğunu bildirdi. Konfrans çərçivəsində enerji məsələləri ilə bağlı xüsusi “dəyirmi masa”nın keçirilməsinin əhəmiyyətini qeyd edən V.İşinger Münxen Təhlükəsizlik Konfransını uzun müddətdir dəstəkləyən və onun dostu olan Prezident İlham Əliyevi salamlayaraq dedi:

-Cənab Prezident, Siz bu konfransda dəfələrlə çıxış etmisiniz. Sizin ekspert biliyiniz təkcə enerji sahəsində vacib rol oynayan ölkənin rəhbəri kimi yox, ölkəyə on dörd il başçılıq edən bir şəxs kimi də bizim üçün vacibdir. Ölkəniz Avrasiya təhlükəsizliyinin və siyasətinin sərhədləri üzərində yerləşir. Ölkənizə səfər etdikdə mənə dəfələrlə vaxt ayırdığınıza görə Sizə necə minnətdar olduğumu burada toplaşan insanlara çatdıra bilmirəm.

daha ətraflı......
 
16.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev İranın ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

daha ətraflı......
 
13.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.

daha ətraflı......
 
12.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev Latviya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

daha ətraflı......
 
10.02.2017
Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib

Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra fevralın 10-da istifadəyə verilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. Elə həmin ilin iyununda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda Bakı-Sabunçu dəmir yolu sahəsində elektrik qatarı hərəkətə buraxılıb. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi.

daha ətraflı......
 
10.02.2017
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında yaradılan şəraitlə tanış olub

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına və xanımına burada aparılan işlər barədə məlumat verdi.

Bildirildi ki, 1956-cı ildə inşa edilən bu binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətləri, həmçinin ölkəmizdə dəmir yolunun inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb, Ümummilli Liderin büstü qoyulub.

daha ətraflı......
 
10.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışında iştirak edib

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, “Şəbəkə” mərkəzlərində istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb və müasir standartlara uyğundur. Mərkəzdə müştərilər xüsusi özünəxidmət terminalından da istifadə edə bilərlər. Burada son texnoloji tələblərə uyğun avadanlıq – müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, bankomatlar, bank sistemində tətbiq olunan ən müasir növbə aparatı, tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb. “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya və poçt, bank və maliyyə xidmətlərinin təşkili də nəzərdə tutulub. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər. Xidmətlərin vahid məkanda cəmlənməsi vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişlərə imkan yaradıb

daha ətraflı......
 
09.02.2017
Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

Prezident İlham ƏLİYEV dedi:

-Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.

Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.

daha ətraflı......
 
06.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb Görüşdən sonra dövlətimizin başçısı və Aİ Şurasının prezidenti mətbuata birgə bəyanatla çıxış ediblər

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun

bəyanatı

-Prezident Əliyev, bu gün Sizi Brüsseldə salamlamaqdan məmnunam. Görüş həqiqətən də məhsuldar və yaxşı keçdi. Düşünürəm ki, dostlar arasında bu, normal haldır. Mühüm məsələləri müzakirə etmək imkanına görə Sizə çox təşəkkür edirəm.

Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir.

Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Biz əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsinə və şaxələndirilməsinə necə kömək edəcəyini müzakirə etdik. Azərbaycan üçün, həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarda irəliləyişə nail olmaq rəqabətədavamlı biznes mühitinə yol açacaq və bu da iqtisadi inteqrasiyanı irəliyə aparacaq.

Danışıqlar zamanı mən insan haqları və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına verdiyimiz əhəmiyyəti vurğuladım. Avropa İttifaqı hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Biz bu məsələlərdə tərəfdaş kimi işləməyi davam etdirəcəyimizi səmimiyyətlə arzulayırıq.

daha ətraflı......
 
06.02.2017
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

daha ətraflı......
 
02.02.2017
Prezident İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

-Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycan xalqının böyük oğlu Niyazinin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Niyazi böyük Üzeyir Hacıbəylinin layiqli davamçısı idi. Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoymuşdur və bu gün onun davamçıları öz sənəti ilə bizi sevindirirlər. Niyazi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə vermişdir. O, Sovet İttifaqında ən tanınmış və ən istedadlı dirijorlardan biri idi. Niyazi Azərbaycanı, Azərbaycan xalqını həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını nümayiş etdirirdi. Onun dirijorluq sənəti xalqımızın böyük dəyəridir və demək olar ki, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi olmuşdur.

daha ətraflı......
 
29.01.2017
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunun və prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparıldı, bu islahatların yaxından izlənildiyi qeyd olundu.

Azərbaycan Respublikası Prezidentinin Davosda səmərəli görüşlər keçirdiyi vurğulanaraq, bu görüşlərin dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisi kimi dəyərləndirildi.

daha ətraflı......
 
26.01.2017
Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib.

Səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçdi. Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu rəsmi səfərlərini və bu səfərlər zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığımızın ən yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu dedi.

daha ətraflı......
 
26.01.2017
Prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin ölkələrimiz, xalqlarımız və eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirdi və son illər ərzində ikitərəfli əməkdaşlığımızın inkişafının məmnunluq doğurduğunu dedi. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərinin və keçirəcəyi görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd etdi.

daha ətraflı......
 
23.01.2017
Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.

daha ətraflı......
 
21.01.2017
Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”ni təsdiqləyib

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Əsasnaməyə görə, portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və ya icazələrin, onların dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı müraciətlərin təqdim edilməsini, qəbulunu, emalını, cavablandırılmasını, lisenziya və icazələrin vahid reyestrinin elektron qaydada aparılmasını, istifadəçilərin və iştirakçıların portaldan sərbəst istifadəsini, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların əldə edilməsini və bu Əsasnamədə nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini təmin edir.

daha ətraflı......
 
20.01.2017
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib

Xəbər verdiyimiz kimi, yanvarın 19-da Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclası keçirilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib və sualları cavablandırıb.

Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak edirdilər.

Tədbirin aparıcısının “Müasir İpək Yoluna yatırılan siyasi və infrastruktur investisiyalar Asiya və Avropada iqtisadi artıma və ahəngdarlığa necə təsir göstərir, İpək Yolu təkcə torpaq üzərindən yox, həm də dənizdən keçir” sualına cavabında Prezident İlham ƏLİYEV dedi:

daha ətraflı......
 
20.01.2017
Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

Qara Yanvar hadisələrindən 27 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 27 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

daha ətraflı......
 
18.01.2017
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub. Prezident İlham Əliyev onu növbəti dəfə Dünya İqtisadi Forumuna dəvət etdiyinə görə Klaus Şvaba təşəkkürünü bildirdi. Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü dedi. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirdi. Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən danışdı, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu bildirdi və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğuladı. Davos Forumu çərçivəsində keçirdiyi görüşlərin bir sıra mühüm layihələrin reallaşmasına səbəb olduğunu deyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Bakının birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini dedi, Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycandakı yüksək tolerantlıq mühitinə verilən qiymətin nümunəsi kimi dəyərləndirdi. Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycan ilə Dünya İqtisadi Forumu arasındakı əməkdaşlığın səmərəli olduğunu, Azərbaycan Prezidentinin bu Forumda iştirakının ikitərəfli əməkdaşlığa töhfə verdiyini vurğuladı. Klaus Şvab ölkəmizə səfəri zamanı güclü inkişafın şahidi olduğunu dedi, Bakının gözəlliyindən danışdı, Azərbaycandakı təhlükəsizliyin və sabitliyin ölkəmizin inkişafında mühüm rol oynadığını bildirdi. Son illərdə ölkəmizdə böyük işlərin görüldüyünü, Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Dünya İqtisadi Forumunun icraçı sədri Azərbaycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirdi. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.

Prezident İlham Əliyev onu növbəti dəfə Dünya İqtisadi Forumuna dəvət etdiyinə görə Klaus Şvaba təşəkkürünü bildirdi. Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü dedi. 

daha ətraflı......
 
17.01.2017
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Doris Löythardın görüşü

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 17-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythardın görüşü olub.

İsveçrə Prezidenti Doris Löythard Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbriklərini çatdırdı, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini bildirdi. Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yeni sahələri əhatə etdiyini deyən xanım Doris Löythard maliyyə sektorunda artıq uğurlu əlaqələrin qurulduğunu vurğuladı, ölkələrimizin enerji sahəsində də səmərəli əməkdaşlıq etdiyini bildirdi.

daha ətraflı......
 
16.01.2017
Prezident İlham Əliyevin McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşü olub

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb.

daha ətraflı......
 
16.01.2017
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşü olub

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Dövlətimizin başçısının yanvarın 16-da Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşü olub.

Görüşdə Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi və qarşıdakı dövrdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında səmərəli fəaliyyətin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

 

daha ətraflı......
 
13.01.2017
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin inşası başa çatan “Tufan” gəmisi və yeni xüsusi texnikalar ilə tanış olub

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub, “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoyub və xidməti istifadəyə verilən xüsusi təyinatlı texnikalara baxıb.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlqoyma mərasimində iştirak etdi.

daha ətraflı......
 
13.01.2017
Prezident İlham Əliyev: Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri

Son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib.

İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir. Bu baxımdan Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz dəyərli töhfəsini verəcək

daha ətraflı......
 
11.01.2017
Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Yanvarın 11-də Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə burada görülən işlərlə bağlı ətraflı məlumat verildi.

Qeyd edildi ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə beşi elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet və idman zalı fəaliyyət göstərəcək. Məktəbdə 42 kompüter quraşdırılıb və internetə qoşulub.

Məktəbin kitabxana fondunda 6900 dərslik və 4603 bədii ədəbiyyat olmaqla 11503 kitab var. Məktəbdə 460 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.

daha ətraflı......
 
11.01.2017
Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib.

daha ətraflı......
 
11.01.2017
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib

Yanvarın 11-də Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısına “Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Culfa şəhərində və Gülüstan kəndində su şəbəkəsi, Culfa şəhərində isə kanalizasiya şəbəkəsinin tikintisi aparılıb, ev birləşmələri aparılaraq sayğac quraşdırılıb.

daha ətraflı......
 
10.01.2017
Prezident İlham Əliyev İranın sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə gələrək İran İslam Respublikasının sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Dövlətimizin başçısı İran İslam Respublikasının sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müxbirinə müsahibə verdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- İran İslam Respublikasının sabiq Prezidenti Ayətullah Haşimi Rəfsəncani cənablarının vəfatı ilə əlaqədar bütün qardaş İran xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah ona rəhmət eləsin.

Cənab Haşimi Rəfsəncani İran İslam Respublikasının inkişafında çox mühüm rol oynamışdır, böyük işlər görmüşdür, çox unudulmaz iz qoymuşdur. İran xalqı da onun xidmətlərini yüksək qiymətləndirirdi.

daha ətraflı......
 
10.01.2017
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin giriş

nitqi

-Bu gün biz 2016-cı ilin yekunlarını müzakirə edəcəyik və bu il görüləcək işlər haqqında danışacağıq. 

2016-cı ili təhlil edərkən əlbəttə ki, biz regionda və dünyada gedən prosesləri nəzərə almalıyıq. 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmışdır. Bir sözlə, yaşadığımız bölgədə sabitlik pozulmuşdur və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşmışdır. 2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunurdu. Avropada miqrantlar böhranı dərinləşmişdir, MDB məkanında gedən proseslər narahatlıq doğururdu. Yaşadığımız bölgədə və Yaxın Şərqdə, qeyd etdiyim kimi, qanlı toqquşmalar, müharibələr, terror aktları, əfsuslar olsun ki, bölgədəki sabitliyə çox böyük zərbə vurmuşdur.

daha ətraflı......
 
01.07.2017
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

-Əziz həmvətənlər.

2016-cı il tarixdə qalır. 2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq.

Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır.

daha ətraflı......
 
29.12.2016
Bakının Zabrat qəsəbəsində əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksi istifadəyə verilib Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş 

daha ətraflı......
 
27.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

2016-cı ilin Azərbaycan-İran əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı bu il ərzində baş tutan görüşlərə toxunaraq İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə çox səmərəli görüşün keçirildiyini məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında bu il, həmçinin önəmli sənədlərin imzalandığını və onların artıq icra edildiyini dedi. 2017-ci ilin də uğurlu olacağına, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə və mühüm əhəmiyyət daşıyan layihələrin icra olunacağına əminliyini ifadə edən dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətini xüsusi qeyd etdi. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının ilk reysinin yola salınacağını əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev dəmir yolunun fəaliyyətinə uğurlar arzuladı.

daha ətraflı......
 
27.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonağı salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Ramazan Hacımuradoviç. Bu il Siz yubileyinizi qeyd etmisiniz. Bu əlamətdar tarix münasibətilə Sizi Azərbaycan xalqı adından təbrik etmək istəyirəm. Azərbaycan Sizi təcrübəli, müdrik siyasətçi, gözəl Dağıstanın rəhbəri, Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün çox işlər görən insan kimi çox yüksək qiymətləndirir. Yubileyiniz münasibətilə və qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsi işində böyük xidmətləriniz nəzərə alınaraq Siz Azərbaycanın ali ordeni - “Dostluq” ordeni ilə təltif olunmusunuz.

daha ətraflı......
 
26.12.2016
Prezident İlham Əliyev Xalq Artisti Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim edib

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, Xalq Artisti Zeynəb Xanlarovanı “Heydər Əliyev” ordeni ilə təltif edib.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Əziz və hörmətli Zeynəb xanım.

Mən sizi, ilk növbədə, qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, xalqımızı öz gözəl sənətinizlə sevindirirsiniz. Xalqımızın musiqi tarixində sizin çox böyük yeriniz vardır. Siz dünya şöhrətli müğənnisiniz və Azərbaycanı, bizim xalqımızı, dövlətimizi dünyada təbliğ edirsiniz, uzun illər ərzində, həm sovet dövründə, həm müstəqillik dövründə. Azərbaycan xalqı sizi çox sevir. Siz bunu yaxşı bilirsiniz.

daha ətraflı......
 
26.12.2016
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub, Fəvvarələr Meydanı parkı, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına ötən müddətdə görülən işlər barədə məlumat verdilər.

Qeyd olundu ki, burada mükəmməl infrastruktur formalaşdırılıb. Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindəki yeraltı piyada keçidində işlər tamamlanmaq üzrədir. Burada 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb, hazırda mərmər-qranitdən istifadə olunmaqla tavanın üzlənməsi işləri davam etdirilir. Həmin keçiddə 8 eskalator quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində daha iki piyada keçidinin inşası nəzərdə tutulur.

daha ətraflı......
 
26.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak edib

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər.

Səttarxan adına maşınqayırma zavodunun ərazisində geniş abadlıq işləri aparılaraq burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb. Bu ərazi əvvəllər zavodun istismarı zamanı sürtkü və kimyəvi maddələrlə yararsız vəziyyətə düşmüşdü. İnşaat işləri zamanı ərazi illərlə qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib, genişmiqyaslı abadlıq işləri aparılıb.

daha ətraflı......
 
26.12.2016
Prezident İlham Əliyev Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.

daha ətraflı......
 
26.12.2016
Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Dekabrın 26-da Bakının Xəzər rayonunda Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.

daha ətraflı......
 
24.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev İçərişəhərdə Marionet Teatrının açılışında iştirak edib

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İçərişəhərdə Marionet Teatrının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı teatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti və xanımı teatrın binasında yaradılan şəraitlə tanış oldular.

Dövlətimizin başçısına və xanımına görülən işlərlə bağlı ətraflı məlumat verildi. Bildirilib ki, Müslüm Maqomayev 20 ünvanında yerləşən Marionet Teatrının binası 1880-ci ildə antik obraz və motivlərdən istifadə edilərək neoklassisizm üslubunda inşa olunub. Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan bina Bakı zadəganlarından olan Səlimxanovlara aid idi. Tarixi binanın fasadında XIX əsrin sonuna xas klassik rus memarlığı elementlərindən və Avropa dekorlarından istifadə edilib.

daha ətraflı......
 
24.12.2016
Prezident İlham Əliyev İçərişəhərdəki “Bəylər” məscidində bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub

Dekabrın 24-də İçərişəhərdəki “Bəylər” məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə məsciddə yaradılan “Müqəddəs əmanətlər” ekspozisiyası ilə tanış olublar.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov dövlətimizin başçısına və xanımına görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, qədim Bakının inkişaf mərhələlərinə nəzər salanda bu şəhərdə qədim dövrlərdən başlayaraq müxtəlif din və həyat tərzlərinin bir-birini əvəz etdiyini və nəticə etibarilə mənəvi mədəniyyətin mənbəyinə çevrildiyini görürük. VII əsrin birinci yarısından Azərbaycanda, o cümlədən Bakıda İslam dininin yayılmasının geniş vüsət alması bu şəhərdə çoxsaylı dini memarlıq abidələrinin - məscid, təkyə, məktəb-məscid və türbələrin tikilməsinə səbəb olub və bu proses yüzilliklər boyu davam edib, nəticədə günümüzə onlarla qədim mədəniyyət abidələrini gətirib çıxarıb. 1895-ci ildə inşa olunan “Bəylər” məscidi də yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir.

daha ətraflı......
 
24.12.2016
Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Agentliyin ilk layihəsi olan bu Kompleks xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Kompleksin ümumi sahəsi 11,6 hektar olacaq. Bu ərazinin seçilməsində rahat yaşayış üçün bir neçə mühüm məqam nəzərə alınıb. Belə ki, ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir. Ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır.

Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın təməlini qoydu.

Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.

daha ətraflı......
 
22.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Son 19 il ərzində görülən işlər göz qabağındadır. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu, müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənmişdir ki, böyük nəticə qazanılır, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq.

daha ətraflı......
 
22.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev BP şirkətinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib.

daha ətraflı......
 
22.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrlərini qəbul edib

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekovu qəbul edib.

daha ətraflı......
 
21.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

daha ətraflı......
 
16.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

daha ətraflı......
 
16.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə dövlətimizin başçısına Həştərxan Dövlət Universitetinin Fəxri professoru diplomu təqdim olunub.

Qubernator Aleksandr Jilkin Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasına verdiyi dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaq Həştərxandakı Azərbaycan diasporunun səmərəli fəaliyyət göstərdiyini dedi və vurğuladı ki, bir çox sahələrdə, o cümlədən iqtisadi və sosial sahələrdə Azərbaycan diasporu çox işgüzar və etibarlı fəaliyyət göstərir. O, gələn il Həştərxan quberniyasının 300 illik yubileyinin keçiriləcəyini bildirdi. Prezident İlham Əliyevi yubiley tədbirlərinə dəvət edən Aleksandr Jilkin Azərbaycan Prezidentinin həmin mərasimlərdə iştirakından şərəf duyacaqlarını söylədi.

daha ətraflı......
 
16.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

daha ətraflı......
 
15.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

daha ətraflı......
 
15.12.2016
Prezident İlham Əliyev İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.

daha ətraflı......
 
15.12.2016
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Xəbər verildiyi kimi, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində ilkin məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Vəziyyət barədə məlumat dərhal Azərbaycan Respublikasının Prezidentinə məruzə edilib. Dövlətimizin başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib.

daha ətraflı......
 
13.12.2016
Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər

Cənab Baş nazir, Sizi Azərbaycanda bir daha salamlayıram. Sizi ölkəmizdə qəbul etməyə çox şadıq. Siz demək olar ki, 20 il bundan əvvəl Azərbaycanda səfərdə olmusunuz və indi Sizin ikinci səfərinizdir. Qısa səfər olmasına baxmayaraq, çox məhsuldardır. Sözsüz ki, bu səfər ölkələrimiz arasında ikitərəfli əlaqələri genişləndirəcək.

Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim. Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik.

daha ətraflı......
 
13.12.2016
Azərbaycan-İsrail sənədləri imzalanıb

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.

daha ətraflı......
 
13.12.2016
Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub

Prezident İlham ƏLİYEV dedi:

-Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. İkinci dəfədir Azərbaycandasınız. Əminəm ki, səfər çox məhsuldar olacaq, münasibətlərimizi gücləndirəcək. Biz yanvarda Davosda görüşdük, indi isə Bakıda görüşürük. Əminəm ki, səfəriniz xoş keçəcək və yaxşı nəticələr əldə olunacaq.

Baş nazir Benyamin NETANYAHU dedi:

-İkinci dəfə burada olmağıma şadam. Azərbaycan ilə İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var. Siz tolerantlıq, inklüzivlik ənənəsini qoruyub saxlamısınız. Yəhudilər özlərini burada çox rahat hiss edirlər. Sizinlə bizim aramızda ortaq dəyərlər var. Azərbaycanda yaşayan minlərlə yəhudi xalqlarımız arasında körpü rolunu oynayır. Ona görə də bizim müzakirə ediləsi çox məsələlərimiz var.

daha ətraflı......
 
08.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskontini qəbul edib.

daha ətraflı......
 
08.12.2016
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin, Mərkəzin İdarə Heyətinin üzvləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanovun, Albaniyanın sabiq Prezidenti Recep Meydaninin, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin və Moldovanın sabiq Prezidenti Petru Luçinskinin daxil olduqları nümayəndə heyətini qəbul edib.

daha ətraflı......
 
08.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışında iştirak edib

Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun dekabrın 8-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bu yol “Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Yolun asfalt-beton örtüyü uzun müddət yararsız vəziyyətdə olub. Ümumi uzunluğu 11 kilometr olan yolun texniki göstəriciləri görülən işlər nəticəsində müasir tələblər səviyyəsinə çatdırılıb. Yenidən qurulan yol Heydər Əliyev prospekti-Mərdəkan və Zabrat–Maşta

daha ətraflı......
 
07.12.2016
“Euronews” Azərbaycan Prezidentinin “Bakutel-2016” sərgisində bu telekanala müsahibəsi və sərgi ilə bağlı reportaj yayımlayıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanı “Euronews” telekanalına müsahibə verib.

“Euronews” telekanalı dövlətimizin başçısının müsahibəsi və “Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb.

Reportajda “Bakutel-2016” sərgisinin əhəmiyyəti vurğulanır, Azərbaycan rabitəsinin yaranma tarixinə toxunulur. Qeyd edilir ki, regionda ən böyük sərgi olan “Bakutel” artıq 20 ildən çoxdur hər il öz meydançasına telekommunikasiya bazarının aparıcı şəxslərini və iştirakçılarını, həmçinin informasiya texnologiyaları istehsalçılarını toplayır. 135 il əvvəl Nobel qardaşları Bakıda ilk telefon xəttini çəkiblər. Azərbaycan rabitə sənayesinin yaranma tarixini o vaxtdan hesablayır.

daha ətraflı......
 
05.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

daha ətraflı......
 
05.12.2016
Prezident İlham Əliyev Mərakeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşın etimadnaməsini qəbul edib.

daha ətraflı......
 
05.12.2016
Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib

Dekabrın 5-də Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına məlumat verdi ki, Regional Data Mərkəzinin və IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzinin operatoru 2015-ci ilin iyun ayında yenidən strukturlaşdırılaraq adı dəyişdirilən “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurumun inzibati binası ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Yeni binada əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binanın yerləşdiyi ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

daha ətraflı......
 
05.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.

daha ətraflı......
 
03.12.2016
Düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası işləri ilə tanışlıq

Bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribat nəticəsində mülki obyektlərə, evlərə ciddi ziyan dəymişdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Ağdamın Mahrızlı kəndində də olarkən vəziyyətlə maraqlanmışdılar. Dövlətimizin başçısı əhaliyə dəyən ziyanın aradan qaldırılması, evlərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Ordumuzun aprel döyüşlərində qazandığı parlaq qələbə insanlarda da böyük ruh yüksəkliyi yaratmış, onlar da Ali Baş Komandanın rəhbərliyi altında hər an doğma torpaqlar uğrunda mübarizəyə qalxmağa hazır olduqlarını bildirmişdilər. Sakinlərin hərbi əməliyyatlar zamanı dağıdılmış evləri artıq qısa vaxtda yenidən tikilib və bərpa olunub.

daha ətraflı......
 
03.12.2016
Tərtərdə Şahmat Məktəbinin yeni binasının açılışı olub

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Şahmat idmanının Azərbaycanda sürətli inkişafı və kütləviləşməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın əksər şəhər və rayonlarında şahmat məktəbləri inşa edildi. Bu gün beynəlxalq şahmat yarışlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif bölgələrində yeni şahmat məktəbləri inşa edilib. Bu məktəblər bütün zəruri avadanlıqla təchiz edilib. Tərtərdə yüksək zövqlə inşa edilən Uşaq-Gənclər Şahmat Məktəbinin binası da bu qəbildəndir.

daha ətraflı......
 
03.12.2016
Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması başa çatıb

Dekabrın 3-də “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihə haqqında məlumat verdi.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.

daha ətraflı......
 
02.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib

Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizi Azərbaycanda yenidən görməkdən çox şadam, xoş gəlmisiniz. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Mən elə bu gün əvvəlki görüşlərimizi xatırlayırdım. Biz hər il görüşürük və bu görüşlər də həm bizim münasibətlərimiz üçün, həm də Rusiya-Azərbaycan münasibətləri, Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır. Mənə bizim tarixi məscidlərimizin bərpadan sonra açılışında sizin iştirak etməyiniz çox xoşdur. Bu da həmrəyliyin, bizim dostluğumuzun göstəricisidir. Təbii ki, Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respublikaları arasında bütün səviyyələrdə, o cümlədən də dini liderlər arasında davam edir. Bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir və həmçinin dünya müsəlmanlarına bizim birlikdə olmağımızın vacibliyi üçün bir nümunədir.

daha ətraflı......
 
02.12.2016
Zərdab Mərkəzi Rayon Xəstəxanasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.

Zərdab Mərkəzi Rayon Xəstəxanasının binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb. Görülən işlər nəticəsində xəstəxananın binası müasir görkəm alıb, zəruri avadanlıqla təchiz olunub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına məlumat verdi ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək. Hazırda xəstəxanada 530 işçi çalışır ki, onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.

daha ətraflı......
 
01.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunaraq enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğuladı. Səfir bu gün Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunun əhəmiyyətini qeyd edərək bu tədbirin ölkələrimiz arasında biznes əlaqələrinin qurulması üçün yaxşı imkanlar yaratdığını dedi.

daha ətraflı......
 
01.12.2016
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ikitərəfli münasibətlərimizin inkişafının və tərəfdaşlığımızın səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin region üçün də əhəmiyyətli amil olduğunu dedi. Dövlətimizin başçısı Bosniya və Herseqovinanın rəhbərləri ilə son illər çoxlu sayda səmimi, konstruktiv və dostluq ruhunda görüşlər keçirdiyini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın Azərbaycanda keçirəcəyi görüşlərdə siyasi əlaqələrin və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.

daha ətraflı......
 
29.11.2016
Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransında iştirakının önəmini qeyd etdi və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını vurğuladı.

daha ətraflı......
 
29.11.2016
rezident İlham Əliyev Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane dedi: “Biz Sizə dostunuz, Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumanın salamlarını çatdırırıq”.

daha ətraflı......
 
29.11.2016
Azərbaycan Prezidenti İlham Əliyev “BakuTel-2016” sərgisi ilə tanış olub

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olublar.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.

Bildirildi ki, sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir. Builki sərgidə 9 ölkə - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. Sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 30 faizini təşkil edir.

daha ətraflı......
 
29.11.2016
Belarus Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeni təqdim edilib

Xəbər verdiyimiz kimi, noyabrın 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, müasir Azərbaycanın banisi olan Ulu Öndərin adını daşıyan “Heydər Əliyev” ordeni ali dövlət mükafatıdır və Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərə görə həm Azərbaycan vətəndaşlarına, həm də xarici ölkə vətəndaşlarına təqdim olunur.

Prezident İlham Əliyev Azərbaycan və Belarus dövlətləri arasında münasibətlərin əsasının qoyulmasında ulu öndər Heydər Əliyev və Aleksandr Lukaşenkonun xidmətlərini məmnunluqla xatırlatdı. Dövlətimizin başçısı İlham Əliyev Prezident Aleksandr Lukaşenkonun müasir Belarus dövlətçiliyinin inkişafında və ölkənin əldə etdiyi nailiyyətlərdə rolunu xüsusi vurğuladı, bu gün Belarusun müasir dinamik inkişaf edən dövlətə çevrildiyini dedi. Məhz buna görə də Belarus xalqının Prezident Aleksandr Lukaşenkonun bu fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi.

daha ətraflı......
 
28.11.2016
Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dövlətimizin başçısı İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransında iştirakının önəmini qeyd etdi və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edərək, bu işdə Hökumətlərarası Komissiyanın həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə layihələrin qlobal xarakter daşıdığını dedi. Son vaxtlar ikitərəfli əlaqələrimizlə bağlı bir çox məsələlərin həllini tapdığını və uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, gündəlikdə hələ çox məsələlər var və onlar da öz həllini ardıcıllıqla tapacaq, ölkələrimiz istədikləri məqsədlərə nail olacaqlar.

daha ətraflı......
 
28.11.2016
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane dedi: “Biz Sizə dostunuz, Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumanın salamlarını çatdırırıq”.

Maite Nkoana-Maşabane ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək, bunun üçün böyük potensialın mövcudluğunu qeyd etdi. O, Azərbaycanda ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacağını dedi. Xanım Maite Nkoana-Maşabane bildirdi ki, Cənubi Afrika Respublikasında insanlar Azərbaycan haqqında çox müsbət fikirdədir. Qonaq, həmçinin bir sıra həmvətənlərinin ölkəmizdə yüksək texnologiyalar sahələrində təhsil almalarını məmnunluqla qeyd etdi.

daha ətraflı......
 
28.11.2016
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aleksandr Qriqoryeviç, icazə verin, bir daha Sizi səmimi qəlbdən ölkəmizdə salamlayaq. Azərbaycana xoş gəlmisiniz. Mən Sizin səfərinizə çox şadam. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz həm artıq dəfələrlə keçirilmiş rəsmi, həm də işgüzar görüşlər çərçivəsində çox tez-tez görüşürük. Bizim əlaqələrimiz həmişə çox səmimi, açıq, dostluq xarakteri daşıyır.

Əlbəttə ki, Sizin bugünkü səfəriniz ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm hadisədir. İndicə bir çox istiqamətlər üzrə gələcək əlaqələrimizi müəyyənləşdirəcək xeyli sənədlər imzalanıb. Bu gün biz təkbətək və geniş tərkibdə görüşlər çərçivəsində münasibətlərimizin geniş spektrini müzakirə etdik və əməkdaşlıq potensialının gücləndirilməsi arzusunu bildirdik. İndicə imzalanan hər bir sənəd böyük əhəmiyyət kəsb edir. Sənədlər arasında prezidentlərin imzaladığı və əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən, eləcə də münasibətlərimizin ruhunu və xarakterini əks etdirən Birgə Bəyanat xüsusi yer tutur.

daha ətraflı......
 
28.12.2016
Azərbaycan-Belarus sənədləri imzalanıb

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzaladılar.

“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”nı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarusun Baş nazirinin müavini Vladimir Semaşko imzaladılar.

daha ətraflı......