Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) Mərkəzi Bankla birlikdə biznes nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Fərmanı ilə təsdiqlənən "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın müzakirəsinə həsr edilmiş tədbir keçirib.

Tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmov, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova, "Mastercard"ın İctimai Siyasət üzrə regional direktoru Süleyman Sözeri və Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Dövlət Proqramının əhəmiyyəti, məqsədi və istiqamətləri barədə geniş çıxış edərək ölkənin milli ödəniş infrastrukturu, Mərkəzi Bankın ölkədə rəqəmsal ödənişlərin inkişafı istiqamətində gördüyü işlər, habelə nağdsız ödənişlərin inkişaf perspektivləri barədə iştirakçıları məlumatlandırıb.

"Mastercard"ın İctimai Siyasət üzrə regional direktoru Süleyman Sözeri və Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar şirkətin Azərbaycandakı fəaliyyəti və Dövlət Proqramının hazırlanması zamanı Mərkəzi Bankla birgə həyata keçirilən "Nağdsız Azərbaycan" layihəsi barədə ətraflı məlumat veriblər.

Tədbirin fəxri qonağı qismində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov çıxışında qəbul edilmiş Dövlət Proqramının strateji əhəmiyyətindən, proqramda nəzərdə tutulan və rəqəmsallaşmanı genişləndirəcək infrastruktur layihələrindən, rəqəmsal ödənişlərin genişlənməsinin makroiqtisadi siyasətin effektivliyinin artmasına təsirlərindən, eləcə də proqramın hazırlanması zamanı sıx əməkdaşlıq edilən "Mastercard" təşkilatı ilə ikitərəfli qarşılıqlı münasibətlərdən danışıb.

E.Rüstəmov iştirakçılara ölkədə dayanıqlı iqtisadi artımın əsas şərti olan makroiqtisadi sabitlik üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. O, mövcud mürəkkəb beynəlxalq fonda Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan davamlı iqtisadi stabilləşdirmə siyasəti nəticəsində Azərbaycanda makroiqtisadi sabitliyin möhkəm əsaslarının yaradıldığını bildirib. E.Rüstəmov makroiqtisadi sabitliyin möhkəmlənməsi meyillərinin pul siyasətinin normallaşdırılmasına şərait yaratdığını, Mərkəzi Bank tərəfindən pul-kredit şərtlərinin tarazlı yumşaldılması tədbirlərinin qiymət sabitliyi ilə iqtisadi artıma dəstək arasında balansın yaradılmasına xidmət etdiyini deyib. Həmçinin fiskal siyasətin də monetar siyasətlə birlikdə xarici şoklara dayanıqlığın təmin edilməsinə, daxili borc bazarının inkişafına zəruri dəstəyinin vacibliyini və cari ildə kredit aktivliyi tədricən bərpa olunsa da, bank sektorunda əlavə sağlamlaşdırılma tədbirlərinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

E.Rüstəmov başlanmış pozitiv meyillərin qorunmasının, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və iqtisadi artımın sürətləndirilməsinin ortamüddətli dövrün başlıca prioriteti olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ortamüddətli dövrdə optimist proqnozların reallaşması üçün yaxşı harmonizasiya olunmuş siyasət tədbirləri, prioritet xarakterli iqtisadi islahatların reallaşdırılması tələb olunur. Mərkəzi Bank da ölkədə aparılan islahatların və yeridilən iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək.

Çıxışının sonunda E.Rüstəmov biznes üçün əlverişli mühit quruculuğunda Mərkəzi Bankın rolunun vacibliyini qeyd edərək biznes sektoru nümayəndələri ilə birbaşa ünsiyyət imkanının yaradılmasına, həmçinin tədbirə dəvətə görə Azərbaycandakı Amerika Ticarət Palatasına və "Mastercard"ın nümayəndələrinə təşəkkürünü bildirib.