Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
1-7 noyabr 2018-ci il
44 (1039)
25-31 oktyabr 2018-ci il
43 (1038)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Rabitəbank" sentyabr ayının əvvəlində iqtisadiyyatyönümlü ixtisasla ali təhsil ocaqlarına yüksək bal ilə qəbul olunmuş tələbələr arasında esse müsabiqəsi elan edib.

Müsabiqənin şərtlərinə görə, tələbə adını yeni qazanmış gənclərdən "Sosial media və texnologiyaların yeni nəslin inkişafında rolu" mövzusunda esse yazmaları və şəxsi məlumatları ilə birgə təqdim etmələri tələb olunurdu.

Müsabiqə tələbələr arasında çox maraqla qarşılandı və xeyli sayda bir-birindən maraqlı və kifayət qədər ətraflı analizə və mühakiməyə söykənən esselər bankın təqdim etdiyi elektron ünvana göndərildi.

Bankda xüsusi komissiya tərəfindən seçilmiş iki ən uğurlu esse müəllifi müsabiqənin qalibləri olaraq elan olunub. Bunlar Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Səadət Tofiqli və Nihad Paşazadə adlı tələbələrdir.

10 oktyabr tarixində "Rabitəbank"ın İdarə Heyətinin sədri Elçin Qədimovun dəvəti ilə baş tutmuş nahar zamanı tələbələrlə sədr arasında bu gənclərin maraqları və gündəlik həyatlarında texnologiyalardan istifadələri, gələcəyə dair planları, qarşılarına qoyduqları məqsədlər və hədəflər barədə səmimi söhbət alınıb.

Elçin Qədimov söhbət əsnasında gənclərə öz dəyərli tövsiyələrini də verib.

Daha sonra "Rabitəbank"ın baş ofisində keçirilən mükafatlandırma zamanı esse müsabiqəsinin qalibləri Səadət Tofiqli və Nihad Paşazadəyə "Rabitəbank" adından hər iki tələbənin şəxsi istifadələri üçün noutbuk və təhsil aldıqları 4 il ərzində hər ay "Rabitəbank" tərəfindən təqdim olunacaq 100 AZN məbləğində təqaüd barədə sertifikat təqdim olunub.

25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 24 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az  saytına daxil olmaq və ya 133 məlumat mərkəzinə zəng etmək kifayətdir.