Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Əhalinin tələbatlarına uyğun olaraq bütün müştəri seqmentlərinə yüksək səviyyədə xidmət göstərməyi qarşısına məqsəd qoymuş "Rabitəbank" bu istiqamətdə təkliflərini və məhsullarını artırmağa davam edir.

Bu dəfə də dövlət qulluqçuları üçün nəzərdə tutulmuş "Dövlət qulluğu krediti"ni təqdim edən "Rabitəbank" çox sərfəli şərtlər təklif edir. Belə ki, kreditin 24 ay müddətinədək rəsmiləşdirilməsi halında müştəri tərəfindən heç bir komissiya ödənilməyəcək, bundan əlavə, kredit üzrə faiz dərəcəsi cəmi 22 faiz təşkil edəcək.

"Dövlət qulluğu krediti"nin şərtlərinə görə bu krediti 5 il dövlət qulluğunda xidmət edən və ya təhsil, səhiyyə sahəsində ən azı 5 il staja malik olan şəxslər əldə edə bilərlər. Kredit üzrə minimal məbləğ 200 manat, maksimal məbləğ isə 15 min manatadək təşkil edir. Faiz dərəcəsi cəmi 22 faizdir. Kredit üzrə komissiya 3-24 ay kredit müddəti olduqda 0 faiz, 25-50 ay kredit müddəti olduqda isə 1 faiz təşkil edir, kreditin maksimal müddəti isə 50 ayadəkdir.

Xatırladaq ki, "Rabitəbank"ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında dünyanın 190-dək ölkəsinə təcili pulköçürmələri, münasib tariflərlə hesablaşma-kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığın inkişafına xidmət edən biznes kreditlərini göstərmək olar.

25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 24 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.