Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə 45,5 milyon manatdan artıq kompensasiya ödəyib.

ADIF-dan bildiriblər ki, kompensasiyaların ödənilməsinə bu il fevralın 1-dən başlanılıb. ADIF ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsində yenilik tətbiq edib. Belə ki, Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pulköçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi "Kapital Bank" ASC-nin 26 filialında aparılır.

Ləğv prosesində olan "Dəmir Bank" ASC-də qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün bir il müddətində müraciət edə bilərlər.