Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Kapital Bank" kredit üçün ilk dəfə müraciət edən müştərilərə güzəştli kredit aksiyası təqdim edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində "Kapital Bank"dan kredit götürən hər kəsə illik faiz dərəcəsində 4 faiz endirim və pulsuz "BirKart" təqdim ediləcək.

Həmçinin nağdlaşma komissiyası 0 faiz təşkil edir. 8 500 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya aprelin 30-dək keçirilir.

Qeyd edək ki, "Kapital Bank"da "Gündəlik tələbat krediti"nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əməkhaqqı və təqaüdünü "Kapital Bank"dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.