Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Banklar üçün vahid standart müqavilələrin hazırlanması ilə bağlı İşçi Qrupu yaradılacaq.

 Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, qurumun "Hüquqi məsələlər üzrə Ekspert Qrupu"nun iclasında 2018-ci il üzrə iş planı, Mərkəzi Bankın normativ sənədlərinin yenidən təşkili ilə bağlı təkliflərin hazırlanması, kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarına gözlənilən dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanması, kredit təşkilatlarının fəaliyyətləri prosesində üzləşdikləri qanunvericiliyin və onun tətbiqi təcrübəsi ilə bağlı məsələlər, banklarda hüquqi risklərin idarə edilməsinin effektivliyinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.

İclasda banklar üçün vahid standart müqavilələrin hazırlanması ilə bağlı İşçi Qrupunun yaradılması və fəaliyyət planı, Azərbaycan Kredit Bürosu ilə bağlı bu və ya digər hüquqi məsələlər, eləcə də kollektorluq fəaliyyəti ilə bağlı qanun layihəsinin hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.