Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"AtaBank" "Uğur-2017" Milli mükafatına layiq görülüb.

Bankdan bildiriblər ki, "Consulting and Business" jurnalı ənənəvi "Uğur-2017" milli mükafatının təqdimetmə mərasimini keçirib. 2017-ci ilin yekunlarına görə "AtaBank" ASC Azərbaycanda ilk dəfə konsolidasiya prosesini müvəffəqiyyətlə başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində "İlin bankı" nominasiyasına layiq görülüb.

Bankın idarə heyəti sədrinin birinci müavini Etibar Babaşlı bu nailiyyətin arxasında bank kollektivinin zəhmətinin durduğunu qeyd edib: "Son illərdə Azərbaycanda müşahidə olunan yüksək iqtisadi inkişaf, aparılan məqsədyönlü siyasət və ona müvafiq həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının potensial imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunub. Müasir bazar iqtisadiyyatı şəraitində bankların iqtisadiyyatın ayrı–ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklar tərəfindən nağdsız hesablaşmaların təmin olunması istər ölkədaxili, istərsə də ölkədən kənar idxal-ixrac əməliyyatları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinə də şərait yaradır. İqtisadiyyatımızın inkişafında "AtaBank"ın da rolunun olması bizi sevindirir. "AtaBank" 25 ildir ki, bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə imza atıb və yüksək nəticələr əldə edib. Hazırda 25 filial və 6 şöbəyə malik bank 25 ildə öz müştəriləri ilə birlikdə hərəkət edib, onlarla birlikdə inkişaf edib və böyüyüb. Bu gün bu mükafata layiq görülməyimiz hər bir vəzifədə və hər bir səviyyədə çalışan bütün əməkdaşlarımızın böyük uğurudur!".

Xatırladaq ki, "Uğur" mükafatı "AtaBank"a sayca artıq üçüncü dəfə təqdim edilir. 2004-cü ildə bank "Etimad Bankı", 2010-cu ildə isə "Plastik kartlar sahəsində texnologiyaların tətbiqinə" nominasiyalarında bu mükafata layiq görülüb.

Etibar Babaşlı qeyd edib ki, "AtaBank" gələcəkdə də bu xəttə sadiq qalacaq və müştərilərinə daim yeni bank xidmətləri və məhsulları təqdim edəcək.