Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Kapital Bank" sadiq müştəriləri üçün "Birlik Klubu" layihəsini təqdim edib.

Bankdan bildiriblər ki, artıq "Kapital Bank"ın kredit müştəriləri "Birlik Klubu"na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edirlər. Kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur. Həmçinin kreditin ödəniş vaxtına 12 ayadək əlavə müddət əldə etmək mümkündür.

Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmır. Banka aid digər faydalı təkliflər də təqdim olunacaq. "Birlik klubu"na qoşulmaq üçün "Kapital Bank"ın istənilən filialına yaxınlaşmaq kifayətdir. Ətraflı məlumat üçün – www.kapitalbank.az/loans/birlik-klubu?hl=az.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.