Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Ölkənin bank sektoruna gətirdiyi yenilikləri ilə adını ön sıralara yazdıran "Bank of Baku" ilk hissə-hissə ödənişli kredit kart – Bolkartın 6 yaşını qeyd edir.

Bankdan bildiriblər ki, Bolkartın 6 yaşına özəl olaraq "Bank of Baku" müştərilərini "6 yaşda 6 yeni kampaniya" adı altında həyata keçirdiyi sürpriz silsilə kampaniyalarla sevindirmək niyyətindədir. Bu silsilənin birincisi Bolkart kredit kart sahibləri üçün təqdim olunan 100 faiz nağdlaşdırma kampaniyasıdır.

Oktyabrın 25-dən noyabrın 5-dək keçirilən kampaniyanın şərtlərinə əsasən, Bolkart kredit kart sahibləri balanslarındakı məbləğin hamısını, yəni tam 100 faizini nağdlaşdıra biləcəklər.

Bolkartın 6 yaşına özəl elan edilmiş bu kampaniyadan müsbət kredit tarixçəsinə malik olan həm köhnə, həm də yeni Bolkart kredit kart sahibləri faydalana bilərlər.

Nağdlaşdırma üçün yeni Bolkart kredit kartlarında 1 faiz, köhnə Bolkart kartlarında isə 2 faiz komissiya nəzərdə tutulub. Məsələn, köhnə Bolkart kredit kart sahibi 1000 AZN nağdlaşdırma etsə və dekabrın 10-dək onu banka geri qaytarsa əlavə heç bir faiz olmadan, sadəcə nağdlaşdırma komissiyası nəzərə alınmaqla ümumilikdə 1020 AZN ödəniş edəcək.

Yeni Bolkart kredit kart sahibləri isə 1000 AZN nağdlaşdırma etdikdə, geri ödəyəcəkləri məbləğ əsas borc və 1 faiz nağdlaşdırma komissiyası daxil olmaqla 1010 AZN təşkil edəcək.

Yeni Bolkart kart növləri üzrə ödəniş şərtləri və faizlərin hesablanması haqqında ətraflı məlumatı http://bolkart.az/ saytından əldə etmək olar.

"6 yaşda 6 yeni kampaniya" adı altında keçiriləcək silsilə kampaniyalar haqqında məlumat almaq üçün bankın və Bolkartın rəsmi facebook səhifələrini izləmək olar.