Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
3-9 oktyabr 2019-cu il
39 (1086)
19-25 sentyabr 2019-cu il
37 (1084)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Kapital Bank"ın "Gözəl peşə, özəl təklif" adlı güzəştli kredit kampaniyası noyabrın 30-dək davam edir.

Bankdan bildiriblər ki, aksiya çərçivəsində "Kapital Bank" kartları ilə məvacib alan təhsil işçilərinə illik faiz dərəcəsində 2 faizədək endirim edilir, 8 000 AZN-dək məbləğdə kreditlər isə zaminsiz verilir. Kreditin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı kartı və şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Bundan başqa, eyni layihə çərçivəsində "Kapital Bank" kartları ilə məvacib alan təhsil işçiləri üçün nəzərdə tutulan "Payız fürsəti" lotereyası da davam edir. Şərtlərə görə, noyabrın 30-dək "Kapital Bank" bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirən təhsil işçiləri avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər. Noyabrın 2-də və dekabrın 4-də keçiriləcək tiraj zamanı, ümumilikdə 500-dən artıq müxtəlif pul mükafatları sahiblərini tapacaq. Lotereyanın sonuncu tirajında isə 1 təhsil işçisi 3000 AZN əldə edəcək. İştirak qaydaları www.kapitalbank.az/tehsil-lotereya saytında yerləşdirilib.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.