Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Kapital Bank" "Ən Güvənli Bank" adına layiq görülüb.

Bankdan bildiriblər ki, məşhur "Global Finance" jurnalı dünyanın ən güvənli və təhlükəsiz ("Safest Bank") banklarını müəyyən edib. Sorğuda iştirak edən banklar "Moody's", "Standard & Poor's" və "Fitch Ratings" kimi beynəlxalq reytinq agentliklərinin uzunmüddətli xarici valyuta qiymətləndirmələri, həmçinin aktivlərinin həcminə əsasən seçiliblər.

"Artıq 20 ildən çoxdur ki, "Global Finance" jurnalı inkişaf edən bazarlarda bank sektorunun ən yaxşı nümayəndələrini seçir. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsi, gəlirlilik səviyyəsi, strateji əlaqələrin mövcudluğu, müştəri xidmətlərinin keyfiyyəti, hər bir ölkənin bankçılıq sahəsində mövcud qaydaları və hər bir ölkənin özünəməxsus risk və resursları nəzərə alınmaqla hazırlanıb. "Ən güvənli bank" adına layiq görülməyimizdən qürur duyuruq və bundan sonra da müştəri məmnuniyyətinə üstünlük verərək inkişaf edəcəyik", - deyə "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

Sorğuda Afrika, Asiya, Mərkəzi və Şərqi Avropa, Latin Amerikası, Yaxın Şərq, Şimali Amerika və Qərbi Avropa ölkələrinin 1000-dək bankı iştirak edib və yalnız 50 bank bu nominasiyaya layiq görülüb.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.