Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Bank of Baku" 20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə yeni kredit kampaniyasına start verib.

Bankdan bildiriblər ki, sentyabrın 18-dən oktyabrın 31-dək keçirilən kampaniya çərçivəsində neftçilər və neft sahəsində çalışan hər bir şəxs 10.000 AZN-dək nağd pul kreditini 0 faiz komissiya ilə əldə edə bilər.

Qeyd edək ki, kampaniyadan faydalanacaq müştərilərə, həmçinin aşağıdakı güzəştli şərtlər də təqdim olunur: rəsmiləşdirmə komissiyası – 0 faiz, əməkhaqqı tələbi vergilər daxil minimum 185 AZN; ödəniş müddəti: 3-36 ay; maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı; məbləğdən və gəlirdən asılı olaraq zaminsiz kreditləşmə, çevik rəsmiləşmə.

"İndi al, Gələn il ödə!" şüarı altında həyata keçirilən kampaniya çərçivəsində "Bank of Baku"dan qeyd edilmiş şərtlərlə kredit əldə edən şəxslər, kredit üzrə əsas borc ödənişini 2017-ci ildə yox, 2018-ci ilin ilk ayından etibarən ödəyə biləcəklər.

Kampaniyadan neftçilər və neft sahəsində çalışan hər bir şəxs faydalana bilər.

Bundan əlavə olaraq nağd pul krediti ilə yanaşı, "Bolkart" kredit kartı əldə edən müştərilərə ilk ilin xidmət haqqı pulsuzdur.

Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq öyrənmək olar.