Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyasının uğurla başa çatması nəticəsində müddəti 2019-cu ilə qədər nəzərdə tutulmuş, 500 milyon ABŞ dolları həcmində avrobondların bankın balansından çıxarılmasını nəzərə alaraq Fitch Beynəlxalq Reytinq Agentliyi onlara verdiyi reytinqləri geri çağırıb. Bu barədə Azərbaycan Beynəlxalq Bankından məlumat verilib.

Restrukturizasiya planına əsasən, Bankın yeni buraxılan və müddəti 2024-cü ilə qədər müəyyənləşən istiqrazlarına isə hələlik reytinqlər verilməyib. Agentliyin rəyində qeyd edilir ki, restrukturizasiya prosesindən sonrakı dövrdə bankın kredit profili haqqında kifayət qədər məlumat əldə etdikdən sonra Fitch Azərbaycan Beynəlxalq Bankının həm qısamüddətli yerli və xarici valyutada olan reytinqinin (IDRs), həm də Dayanıqlıq Reytinqinin (Viability Rating) yüksələcəyini gözləyir.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi 2017-ci il sentyabrın 1-də faktiki olaraq başa çatıb.