Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Bank of Baku" Qurban bayramı ərəfəsində “Bolkart” kredit kart müştərilərinin ürəyindən xəbər verəcək yeni 100 faiz nağdlaşdırma kampaniyasına start verib.

Bankdan bildiriblər ki, “Bolkart” sahiblərinin bayramına bayram qatacaq bu kampaniyadan bankın həm köhnə, həm də yeni Bolkart kredit kart sahibləri faydalana bilər.

Kampaniya şərtlərinə əsasən, kart sahibi balansındakı məbləğin hamısını, yəni tam 100 faizini nağdlaşdırma imkanına malik olacaq.

Nağdlaşdırma üçün yeni “Bolkart” kredit kartlarında 1 faiz, köhnə “Bolkart” kartlarında isə 4 faiz komissiya nəzərdə tutulub. Məsələn, köhnə “Bolkart” kredit kart sahibi, 1000 AZN nağdlaşdırma etsə və noyabrın 10-na qədər onu geri qaytarsa, əlavə heç bir faiz ödəməyəcək. Sadəcə 4 faiz nağdlaşdırma komissiyası nəzərə alınmaqla ümumilikdə 1040 AZN ödəniş edəcək.

Yeni Bolkart kredit kartları ilə 1000 AZN nağdlaşdırma etdikdə, geri ödəniləcək əsas borc məbləği 1 faiz nağdlaşdırma komissiyası ilə birlikdə 1010 AZN təşkil edəcək. “Bolkart Gənc”, “Bolkart Ailə”, “Bolkart Gold” və “Bolkart Diamond” kartları üzrə ödəniş şərtləri və nağdlaşdırılan vəsaitə faizlərin hesablanması haqqında daha ətraflı məlumatlarıhttp://bolkart.az/ saytından öyrənmək olar. Sentyabrın 3-dək davam edəcək kampaniyadan bankın yalnız müsbət kredit tarixçəli müştəriləri faydalana biləcəklər.

"Bank of Baku"nun “Bolkart”lılara özəl elan etdiyi nağdlaşdırma kampaniyası haqqında daha ətraflı məlumatla bankın və “Bolkart”ın “facebook” səhifələrinə müraciət etməklə, həmçinin 145 Məlumat Mərkəzinə zəng edərək tanış olmaq mümkündür.