Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Bank of Baku" ipoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi. İndi ev əldə etmək arzusunda olan şəxslər 100 min AZN-dək ipoteka kreditini güzəştli şərtlərlə minimal 20 faiz ilkin ödəniş etməklə əldə edə bilərlər.

Bankdan bildiriblər ki, Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına "Bank of Baku" tərəfindən təklif olunan ipoteka kreditlərinin maksimal ödəniş müddəti 25 il, illik faiz dərəcəsi 8 faizdir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir: şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti; nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti; yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti; iş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla "Bank of Baku"ya müraciət edə bilərlər.

"Bank of Baku"nun təqdim etdiyi ipoteka krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla əldə etmək olar.