Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Moody's Investor Service" Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq "Kapital Bank"ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Bankdan bildiriblər ki, bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) "b1", yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi isə "Ba3" səviyyəsində təsdiqlənərək dəyişilməz olaraq saxlanılıb. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini "Ba2 (cr)", qısamüddətli risk dəyərləndirməsini isə "Not Prime (cr)" səviyyəsində təsdiq edilib. Hesabatda, həmçinin qeyd olunur ki, "Kapital Bank"ın gəlirliliyi eyni səviyyədə olan qlobal həmkarları ilə bərabərdir və ölkə daxili rəqiblərindən daha yüksəkdir.

"Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində "Kapital Bank" mənfəətlik dərəcəsini qoruyub saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və bu il yanvarın 1-dək bankın kapital yetərliliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına, büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə bankın kredit verməsi, mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə "Kapital Bank"ın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir", - deyə hesabatda qeyd olunur.

Qeyd edək ki, "Kapital Bank" 2016-cı ildə maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafına nail olub. Bankın aktivləri il ərzində 53,3 faiz artaraq 3,1 milyard manat, müştərilərə verilən kreditlər 9,1 faiz artaraq 1,3 milyard manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30 faiz artaraq 593,6 milyon manat olub. Bankın xalis mənfəəti 52,4 milyon manat, nizamnamə kapitalı 185,8 milyon manat, məcmu kapitalı 282,1 milyon manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.