Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində 10-12 yaşlı uşaqlar üçün “Öyrən, qənaət et və qazan” adlı bir həftəlik yay məktəbi təşkil edib.

Banka istinadla xəbər verir ki, yay məktəbinin əsas məqsədi uşaqları pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım və biznes planlarının qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirməkdir. Mövzuların uşaqlara lazımi səviyyədə aşılanması məqsədilə sessiyalar maarifləndirici oyunlar və əyani vəsaitlərdən istifadə edilməklə interaktiv şəkildə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sessiyaların sonunda sual-cavab formatlı müsabiqə və yarışlar keçirilib.

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Azərbaycan Banklar Assosiasiyası və Bakı Sığortanın dəstəyi ilə keçirilən yay məktəbində iştirakçılar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundakı qədim pul ekspozisiyasına və “Azercell” şirkətinin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinə də baş çəkiblər. Uşaqlar burada gənc sahibkarlarla görüşüb, onların innovasiya və sahibkarlıq barədə sualları cavablandırılıb.

Yay məktəbi iştirakçıları müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.

Bankdan bildiriblər ki, ənənə halını almış maliyyə maarifləndirilməsi istiqamətli yay məktəbləri layihəsinin davamlı olması nəzərdə tutulur.