Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Aktivlərinin həcminə görə dünyanın ən böyük bankı olan Çin Sənaye və Kommersiya Bankı (Industrial and Commercial Bank of China – ICBC) Azərbaycanın bank sektoru ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, qurumun prezidenti Zakir Nuriyev, ABA-nın icra aparatının rəhbəri Yunus Abdulov, "Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə" Ekspert Qrupunun sədri Zakir Kazımov ICBC-nin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qonaqlara ölkə iqtisadiyyatı, hazırda aparılan geniş islahatlar, investisiya imkanları və Azərbaycanın bank sektoru barədə məlumat verilib, həmçinin ABA-nın bank-maliyyə sahəsindəki fəaliyyəti, müvafiq dövlət orqanları və öz üzvləri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Bankın nümayəndələri ICBC-nin beynəlxalq və regional işləri, əlaqədar strateji hədəfləri, region ölkələri və xüsusilə də ölkəmizlə əlaqədar biznes maraqları barədə fikirlərini bölüşüb və Azərbaycan bank sektoru ilə bağlı maraqlarını ifadə ediblər.

Görüşdə ABA ilə ICBC arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, 1984-cü ildə əsası qoyulan ICBC-nin aktivləri hazırda 3.47 trilyon dollar təşkil edir.