Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Azərbaycan Mərkəzi Bankı valyuta və depozit hərraclarını "Blumberq" hərrac platforması vasitəsilə həyata keçirir.

Mərkəzi Bankın mətbuat xidmətindən bildiriblər ki, özünün çevik hərrac üsulları ilə valyuta və depozit hərraclarının təşkil edilməsi sahəsində qabaqcıl texnologiyalarını təqdim edən "Blumberq" hərrac platforması hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin pul siyasəti əməliyyatları üzrə vahid platforma rolunu oynayır.

Maliyyə nazirliklərinə və mərkəzi banklara maliyyə bazarlarında əməliyyatların həyata keçirilməsi şəraitini yaradan bu platformanın texniki imkanları son zamanlar daha da genişləndirilib. Belə ki, "Blumberq" hərrac platforması əvvəllər yalnız qiymətli kağızlarla alqı-satqı və repo əməliyyatların aparılmasını dəstəkləyirdisə, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə platformaya valyuta ("spot" və "forvard") və depozit hərraclarının təşkil edilməsi imkanı da əlavə edilərək təkmilləşdirilib.

Qeyd edək ki, "Blumberq"in çoxtərəfli (multi-asset) hərrac platforması bazar iştirakçılarına Mərkəzi Bankın hərraclarını izləmək və hərraclarda iştirak etmək imkanını yaradır. Bu, bazar iştirakçıları üçün depozit, valyuta, repo və notların yerləşdirilməsi üzrə hərracların təşkil edilməsinə imkan verən geniş funksionallıqlar dəstinin tərkib hissəsidir. Hərrac məlumatları avtomatik şəkildə "Blumberq"in FX Elektron Treydinq Platformasına (FXGO) ötürülür. "Blumberq Peşəkar Xidmətləri" (Bloomberg Professional Services) abunəçiləri üçün əlçatan olan bu sistem "Blumberq"in statistik məlumat, xəbərlər, analitika və kommunikasiya funksionallıqlarına tam inteqrasiya olunub.