Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

İyunun 23-dən 25-dək Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran-Pri" yarışı ilə əlaqədar olaraq, "Bank VTB (Azərbaycan)"ın "Gənclik" filialı həftəsonu da işləyəcək. Şənbə və bazar günləri filial saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Bankdan bildiriblər ki, filial müştərilərə bankın bütün xidmətlərini, o cümlədən valyuta mübadiləsi əməliyyatları, təcili pulköçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, məsləhət xidmətlərini göstərməyə davam edəcək.

Gücləndirilmiş iş qrafikinə keçid müştərilərin, o cümlədən Qran-Pri avtomobil yarışları zamanı şəhərdəki qonaqların maksimal komfortu və rahatlığını təmin etmək məqsədilə nəzərdə tutulub.

Qeyd edək ki, "Gənclik" filialı eyniadlı metro stansiyasının çıxışında, M.K.Atatürk prospekti 2 ("Ganjlik Mall" Ticarət Mərkəzi ilə üzbəüz) ünvanında yerləşir.